Məhkəmə qərarları › İş №2-1(105)-229/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-229/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-229/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı “Alov-1” kiçik müəssisəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı “Alov-1” kiçik müəssisəsinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı “Alov-1” kiçik müəssisəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmiş 0.2250 ha torpaq sahəsi üzərində 21.07.2016-cı il tarixli RX0882740 seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 712.0 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(118)-258/2021 saylı qərarından üçüncü şəxs Sumqayıt bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə

1. İddiaçı “Alov-1” kiçik müəssisəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmiş 0.2250 ha torpaq sahəsi üzərində 21.07.2016-cı il tarixli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 712.0 ha hissədə etibarsız sayılaraq, həmin hissədə çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmiş 0.2250 ha torpaq sahəsi üzərində 21.07.2016-cı il tarixli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 712.0 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar çxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Məhkəmənin 08.02.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində minzibati məhkəmə icraatında cəlb edilmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(118)-258/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim Vəfa Əzizova)

5. Qərardan üçüncü şəxs Sumqayıt bələdiyyəsi apellyasiya şikayəti vermişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti icraata qəbul edilmişdir.

7. Üçüncü şəxs Sumqayıt bələdiyyəsi ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(118)-258/2021 saylı qərarından verdiyi apellyasiya şikayətindən imtinasının qəbul edilməsini və apellyasiya icraatında xitam verilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Alov-1” kiçik müəssisəsinin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətindən imtina barədə ərizənin qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Maddə 88.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası üçüncü şəxs Sumqayıt bələdiyyəsi tərəfindən verilmiş ərizəni araşdıraraq, hesab edir ki, apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməlidir.

13. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətini geri götürmək inzibati məhkəmə icraatının iştirakçısının hüququ olduğundan və hazırki iş üzrə üçüncü şəxs Sumqayıt bələdiyyəsinin bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Sumqayıt İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(118)-258/2021 saylı qərarından üçüncü şəxs Sumqayıt bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə ərizə qəbul edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Üçüncü şəxs Sumqayıt bələdiyyəsinə izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar