Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-230/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X2 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək kolxoz üzvlüyündə, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək “İmişli Broyler” fabrikində, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Şimal DRS İdarəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək “xxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətində işlədiyi müddətin sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2959/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəməiclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1982-ci il tarixdən xx xxxxxxxx 1990-cı il tarixədək kolxoz üzvlüyündə, xx xxxxxxxx 1990-cı il tarixdən xx xxxxxxxx 1998-ci il tarixədək “İmişli Broyler” fabrikində, xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2003-cü il tarixədək “Şimal DRES” İdarəsində, xx xxxxxx 2003-cü il tarixdən xx xxxxxxx 2003-cü il tarixədək, xx xxxxxxx 2003-cü il tarixdən xx xxxxxx 2003-cü il tarixədək “xxxxxxxxxx” MMC-də işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı göstərmişdir ki, ona xx xxxxxx 2018-ci il tarixdən ikinci qrup əlillik təyin edildikdən sonra, əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh onun xx xxxxxx 1982-ci il tarixdən xx xxxxxx 2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün yerində qarşılıqlı yoxlanılmasının mümkün olmadığını əsas gətirməklə həmin dövrün onun sosial sığorta stajına daxil edilməsindən və bununla da ona əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazda göstərmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 12 il 04 ay sığorta stajı və 12.905,97 manat pensiya kapitalı tələb olunur. İddiaçının əmək kitabçasında qeyd olunmuş əmək fəaliyyətinin 1982-1989-cu illər üzrə sənədlər işlədiyi “M.P.Vaqif” adına kolxozu tərəfindən İmişli rayon Dövlət Arxivinə göndərilmədiyindən, həmin dövrü yoxlamaq mümkün olmamış, habelə 1990-cı ilin əmək haqqı cədvəllərində iddiaçının adı mövcud olmamışdır. Bundan başqa, əmək kitabçasında qeyd olunan “xxxxxxxxxxxxxxx” MMC tərəfindən də xx xxxxxxxx 1990-cı il tarixdən xx xxxxxxxx 1998-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı sənədlər saxlanılmadığından, həmin dövr üzrə də sığorta stajı yoxlanılmamış, həmçinin xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2003-cü il tarixədək olan dövr üzrə sorğuya cavab olaraq “Şimal DRES”in kadrlar şöbəsi tərəfindən həmin illərə dair əmrlər kitabında iddiaçının adına hər-hansı əmrlərin olmadığı bildirilmişdir. İddiaçının xx xxxxxx 2003-cü il tarixdən xx xxxxxxx 2003-cü il tarixədək olan fəaliyyət dövrü ilə bağlı işlədiyi müəssisələrin sənədlərinin harada saxlanılması məlum olmadığından həmin dövrün də yoxlanılması və sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(85)- 2959/2018 saylı qərarı ilə (hakim Zaur Pirverdiyev) iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə sığorta stajının yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri hesab edilə bilməz. Belə ki, sığorta stajının yoxlanılması üçün zəruri sənədlərin saxlanılması və ya aidiyyəti qurumlara verilməsi qanunvericiliklə iddiaçının vəzifələrinə aid olmamışdır və başqa bir şəxsin hərəkətsizliyi onun konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Qərardan cavabdeh apelyasiya şikayət vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(105)-169/2019 saylı qərarı ilə (sədrlik edən Zaur Məmmədov, hakimlər Nazim Nəsibov və Hökümə Babayeva) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – iddianın təmin edilən, iddiaçının xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2003-cü il tarixədək “Şimal” DRES idarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasında göstərilmiş xx xxxxxx 1982-ci il tarixdən xx xxxxxxxx 1990-cı il tarixədək kolxoz üzvlüyündə, xx xxxxxxxx 1990-cı il tarixdən xx xxxxxxxx 1998-ci il tarixədək “İmişli Broyler” fabrikində, xx xxxxxx 2003-cü il tarixdən xx xxxxxxx 2003-cü il tarixədək və xx xxxxxxx 2003-cü il tarixdən xx xxxxxx 2003-cü il tarixədək “xxxxxxxxxx” MMC-də işləməsinə dair qeydlərin həqiqətə uyğun olmamasına dair hər-hansı sübut olmadığından, həmin qeydlər iş üzrə mötəbər sübut kimi qəbul olunmalıdır. Həmçinin, həmin illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sığortaedən olan işəgötürənin, ödənişlərin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi isə cavabdehin vəzifələrinə aid olduğundan, faktiki olaraq işlədiyi halda onun təqsiri olmadan baş vermiş hal onun sosial təminat hüququnun həyata keçirilməsinə maneə ola bilməz. Qərardan cavabdeh kassasiya şikayət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2664/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019cu il tarixli, 2-1(105)-169/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanunun tələblərinə zidd qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə görə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 12 il 4 ay sosial sığorta stajı və 12905,97 manat pensiya kapitalı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci maddəsinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. Vətəndaşın əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-xx.xx.1990, xx.xx.1990-xx.xx.1998, xx.xx.2003xx.xx.2004, xx.xx.2005-xx.xx.2006-cı illər üzrə iş stajının yoxlamaq zərurəti yaranmışdır. Bu məqsədlə DSMF-in İmişli rayon şöbəsinə sorğu edilmişdir. Sorğuya cavab olaraq “M.P.Vaqif” adına kolxozun 1982-1989-cu illər üzrə sənədlərinin İmişli rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün yoxlamaq mümkün olmadığı bildirilmişdir. 1990-cı ilin əmək haqqı cədvəllərində isə vətəndaşın adı qeyd olunmamışdır. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2990-xx.xx.1998-ci illərin sənədləri saxlanmadığından həmin dövrün sosial sığorta stajı yoxlanılmamışdır. xx.xx.1998-xx.xx.2003-cü illərin sosial sığorta stajı DSMF-in Xəzər rayon şöbəsi tərəfindən yoxlanılarkən Şimal DRES-in kadrlar şöbəsi tərəfindən həmin illərə aid əmrlər kitabında iddiaçının əmrləri olmadığı bildirilmişdir. xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003-cü illərə aid sosial sığorta stajı həmin müəssisələrin sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından yoxlamaq mümkün olmamışdır. xx.xx.1982xx.xx.1990, xx.xx.1990-xx.xx.1998, xx.xx.1998-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003-cü illərinin pensiya hesablanmasından nəzərə alınması qanunvericilikdə mümkün deyildir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən 1 il 9 ay sosial sığorta stajı və 1020,23 manat pensiya kapitalı toplandığından əlilliyə görə əmək pensiyası təyin olunması mümkün deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının nümayəndəsi X4 birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etdi. İş üzrə İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2959/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur. Seriya ИT-1 ******* saylı, xx xxxxxx 1998-ci il tarixli və xx xxxxxx 2000-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx xxxxxx 1982-ci il tarixdən xx xxxxxxxx 1990-cı il tarixədək kolxoz üzvlüyündə, xx xxxxxxxx 1990-cı il tarixdən xx xxxxxxxx 1998-ci il tarixədək “İmişli Broyler” fabrikində quşabaxan vəzifəsində, xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2003-cü il tarixədək Şimal DRES İdarəsinin 1 nömrəli sexində elektordların qablaşdırıcısı vəzifəsində, xx xxxxxx 2003-cü i tarixdən xx xxxxxxx 2003-cü il tarixədək və xx xxxxxxx 2003-cü il tarixdən xx xxxxxx 2003-cü il tarixədək “xxxxxxxxxx” MMC-də quşabaxan vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının arayışının surətindən görünür ki, iddiaçıya xx xxxxxx 2018- ci il tarixdən ikinci dərəcə əlillik verilmişdir. Cavabdehin xx xxxxxxx 2018-ci il tarixli, 20/5635 saylı məktubdan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. 8 saylı Ərazi Vergilər idarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının xx xxxxxx 2003-cü il tarixdən xx xxxxxxx 2003-cü il tarixədək və xx xxxxxxx 2003cü il tarixdən xx xxxxxx 2003-cü il tarixədək işlədiyi “xxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyət xx xxxx 2002-ci il tarixdə 0602A1-89 nömrə ilə dövlət qeydiyyatına alınmış və xx xxxxxx 2002-ci il tarixdə isə vergi uçotuna alınmışdır. Seriya İT-1 ******* saylı, xx xxxxxx 1998-ci il tarixli əmək kitabçasındakı qeydə əsasən iddiaçı xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2003-cü il tarixədək “Şimal” DRES İdarəsinin 1 nömrəli sexində elektrodların qablaşdırıcısı vəzifəsində işləmişdir. “X5” MMC-nin xx xxxxx 2019-cu il tarixli məktubundan görünür ki, “X5” MMC-də İddiaçı2 aid heç bir sənəd idarənin arxivində mövcud deyil, əmək kitabçasında göstərilən sex, möhür, kadrlar üzrə mütəxəssisin adı, soyadı, imzası həmin idarəyə aid deyil, həmin idarədə 1 nömrəli sex mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarında tövsiyə edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPMin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsindən görünür ki, iddiaçı onun xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək kolxoz üzvlüyündə, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək “İmişli Broyler” fabrikində, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Şimal DRS İdarəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək “xxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətində işlədiyi müddətin sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibat-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, iddiaçının hansı növ pensiyanın və hansı vaxtdan təyin edilməsini cavabdehdən xahiş edilməsi məlum deyildir, iddiaçı yalnız iddia ərizəsində əlilliyə görə pensiyanın təyin edildiyi məsələsi ilə müraciət olunduğunu bildirmişdir. Tələblə iddiaçı isə yalnız sosial sığorta stajının müəyyən olunmasını xahiş etmişdir. Qeyd edilən halda isə iddiaçının hüquqi marağının nədən ibarət olması qeyri-müəyyəndir. Çünki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda əlilliyə görə pensiyanın təyin edilməsi üçün bir neçə şərtlər müəyyən edilmişdir ki, onların təyini üçün qanunun maddələrinin müxtəlif redaksiyalarda olan mətnlərində müxtəlif qaydalar əks edilmiş, pensiyanın təyin edilməsi üçün isə bütün şərtlərin tam şəkildə yoxlanılması zəruri olmuşdur. Başqa sözlə, iddiaçı cavabdehin yuxarıda qeyd edilən imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi müddətin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi ilə nəticələnə bilər. Göstərilmiş məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia olunan illərin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək öhdəliyi yaranmış olsun. İddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Məhkəmə kollegiyası məhkəmə iclasında məhkəmənin yardım etmək vəzifəsini müəyyən edən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsini təklif etmək istəsə də, məhkəmə kollegiyasının ilk iclasında tərəflər mübahisə ilə əlaqədar aralarında razılıq əldə ediləcəyini bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdirlər. Sonrakı məhkəmə iclaslarında isə iddiaçı iştirak etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyi görünür. Digər tərəfdən iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının hazırda əlillik dərəcəsi yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia tələbi ilə iddiaçının hüquqi marağının təmin olunması mümkün olmadığından iddia mümkün sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2959/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək kolxoz üzvlüyündə, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək “İmişli Broyler” fabrikində, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Şimal DRS İdarəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək “xxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətində işlədiyi müddətin sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İPM-nin 35, 80 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2959/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək kolxoz üzvlüyündə, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək “İmişli Broyler” fabrikində, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Şimal DRS İdarəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək “xxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətində işlədiyi müddətin sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Məhəmmədəli Rzayev Elman Əhmədov
Məhkəmə qərarları › İş №2-1(105)-230/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-230/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver