Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-230/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1228/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011ci tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli 48 nömrəli arayışından da göründüyü kimi xx.xx.1976-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.2017-ci il tarixə qədər (23 il 8 ay 5 gün) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Belə ki, İddiaçı xx.xx.1993-xx.xx.1997-ci il tarixlərində Bakı AHDM-də müdavim, xx.xx.1997xx.xx.1999-cu il tarixlərində N saylı hərbi hissədə MTT bölməsinin mühəndisi, xx.xx.1999xx.xx.2001-ci il tarixlərdə N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, xx.xx.2001xx.xx.2004-cü il tarixlərdə N saylı hərbi hissədə komanda məntəqəsinin əməliyyat növbətçisi, xx.xx.2004-xx.xx.2007-ci il tarixlərdə N saylı hərbi hissədə radiotutma bölük komandiri, xx.xx.2007-xx.xx.2008-ci il tarixlərdə N saylı hərbi hissədə strateji mərkəzinin zabiti, xx.xx.2008-xx.xx.2014-cü il tarixlərdə N saylı saylı hərbi hissədə radiotutma və radiomaneə mərkəzinin zabiti, xx.xx.2014-xx.xx.2016-cı tarixlərdə N saylı hərbi hissənin kəşfiyyat rəisinin böyük köməkçisi-əməliyyat növbətçisi, xx.xx.2016-xx.xx.2017-ci tarixlərdə N saylı hərbi hissənin qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi vəzifələrində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0239 nömrəli əmri ilə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 41.0.9-cu maddəsinə əsasən (öz ərizəsi ilə) ehtiyata buraxılmışdır. xx.xx.2017-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyatdadır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə dövlət vəsaiti hesabına mənzil verilməsi məqsədilə rəsmi məktubla müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli 2753 nömrəli məktubu ilə iddiaçının müraciəti müsbət həll edilməmiş, müraciətindən imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Sumqayıt Hərbi Məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) təqsirli bilinərək iddiaçı barəsində 550 manat cərimə cəzası hökmü çıxarılmışdır. Odur ki, iddiaçının dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanın xaricindədir. İddiaçının fikrinə əsasən şəxsin hərbi xidmətlə əlaqəli olmayan hər hansı mülki, inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi qüsurlu xidmət hesab edilə bilməz. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1228/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ilindən çox xidmət etmişdir. Lakin, iddiaçı Sumqayıt Hərbi Məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 №li Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın birinci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılmışdır. Cavabdehin üzərinə düşən vəzifə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq və həmin siyahını komissiyaya təqdim etməkdir. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktda məhz 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. İddiaçının cinayət törətməkdə təqsirli bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə yol verdiyi qanun pozuntusudur, qüsurdur. Nə məhkumluğun ödənilməsini və götürülməsini, nə də ayrı-ayrı dövlət təltiflərinin, orden və medalların verilməsini Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 №-li Fərmanında nəzərdə tutulmuş 20 təqvim ili və daha çox xidmət etmənin qüsursuzluğu kimi qəbul etmək olmaz. Məhkumluğun ödənilməsini və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət hüquqi baxımdan bu belə də qəbul olunur. Ancaq, məhkumluqla bağlı bütün hüquqi nəticələrin ləğv olunması heç də imtiyaz və güzəşt yaratmır. O cümlədən, dövlət vəsaiti hesabına mənzil almaq imtiyazı yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində (hazırda Azərbaycan Ordusunda) 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. Bəhs olunan Fərmanla 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara belə imtiyaz verilməmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş H-10607 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 2753 №-li məlumatdan görünür ki, İddiaçı dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 130 №-li arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.2017-ci il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 0239 saylı əmri ilə ehtiyata buraxılmışdır. xx.xx.2017-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyatdadır. EZ ******* №-li hərbi biletdən görunür ki, İddiaçı xx.xx.1993-xx.xx.1997-ci il tarixlərdə Bakı AHDM-də müdavim, xx.xx.1997-xx.xx.1999- cu il tarixlərdə N saylı Hərbi hissədə MTT bölməsinin mühəndisi, xx.xx.1999- xx.xx.2001-ci il tarixlərdə N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, xx.xx.2001- xx.xx.2004-cü il tarixlərdə N saylı Hərbi hissədə komanda məntəqəsinin əməliyyat növbətçisi, xx.xx.2004-xx.xx.2007-ci il tarixlərdə N saylı hərbi hissədə radiotutma bölük komandiri, xx.xx.2007-xx.xx.2008-ci il tarixlərdə N saylı hərbi hissədə strateji mərkəzinin zabiti, xx.xx.2008-xx.xx.2014-cü il tarixlərdə N saylı saylı hərbi hissədə radiotutma və radiomaneə mərkəzinin zabiti, xx.xx.2014-xx.xx.2016-cı tarixlərdə N saylı hərbi hissənin kəşfiyyat rəisinin böyük köməkçisi - əməliyyat növbətçisi, xx.xx.2016- xx.xx.2017-ci tarixlərdə N saylı hərbi hissənin qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi vəzifələrində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 0239 nömrəli əmri ilə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 41.0.9-cu maddəsinə əsasən (öz ərizəsi ilə) ehtiyata buraxılmışdır, həmçinin AR Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, AR Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilməsi barədə qeydlər vardır. Birinci instansiya məhkəməsini iddianı təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qüsursuz hərbi xidmətinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada mənzillə təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzllə təmin edilirlər. İş materiallarından müəyyən olunur ki, iddiaçının 20 ildən çox xidmət etməsi işin mübahisəsiz halıdır və cavabdeh bunu mübahisələndirmir. Apelyasiya şikayətinin iddiaçının hərbi xidmətinin qüsurlu olması ilə bağlı dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı məhkumluğu olmadığından və məhkumluqla bağlı olan bütün hüquqi nəticələr – şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olduğundan, həmin şəxs cinayət törətməmiş hesab olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində əvvəllər məhkum olması əsası ilə hər hansı məhdudiyyət nəzərdə tutulması cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, iş materiallarından göründüyü kimi iddiaçı məhz cavabdeh tərəfindən qüsursuz xidmətə görə AR Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, AR Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008 ) yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyi iş materialları ilə təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı, qüsursuz hərbi xidmətinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada mənzillə təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1228/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-230/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-230/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver