Məhkəmə qərarları › İş №2-1(105)-231/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-231/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-231/2022 19.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XN iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin 3N.N6.NNNN-ci il tarixli N487 nömrəli əmrinin ləğv edilməsi və ehtiyata buraxıldığı vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyinin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin N5 noyabr NNN1-ci il tarixli, N-1(118)- 558/NNN1 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.199N-ci il tarixdə anadan olmuş, NN13-cü ildə Ali Hərbi Məktəbi yerüstü artilleriya ixtisası üzrə bitirmiş, N7.N6.NN13-N3.N6.NN14-cü il tarixlərdə Silahlı Qüvvələrin Təlim-tədris Mərkəzində dinləyici olmuş, 3N.N6.NNNN-ci il tarixdə ehtiyata buraxılmadan əvvəl sonuncu xidmət yeri N17-ci Motoatıcı briqadanın (N17№-li hərbi hissə) N174-cü motoatıcı taborunun minaatan batareyasının minaatan tağımın komandiri vəzifəsi olmuşdur.

2. Azərbaycan Respublikası Müdafiə Nazirinin 3N iyun NNNN-ci il tarixli, N487 saylı əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

3. Ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında N8.N9.NNNN-ci il tarixli Sərəncamına əsasən N9.N9.NNNN-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, 13N-cu Motoatıcı Briqadanın (13N№-li hərbi hissə) 13N1-ci motoatıcı taborunun minaatan batereyasının komandiri təyin edilmiş, N9.NN.NNN1-ci il tarixli əmrlə səfərbərlikdən təxris edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 3N.N6.NNNN-ci il tarixli N487 nömrəli əmri qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi, həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində ona dəymiş maddi ziyanın tam ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin NN.1N.NNNN-ci il tarixli N-1(11N)-5871/NNNN saylı qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası Müdafiə Nazirinin 3N.N6.NNNN-ci il tarixli N487 nömrəli əmrinin ləğv edilməsi və ehtiyata buraxıldığı vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyinin ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14 avqust NNN9-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunmuş və NN13-cü ilə kimi həmin ali hərbi məktəbdə “Yerüstü artilleriya” ixtisası üzrə ali təhsil almışdır. N3 iyul NN13-cü ildən N3 iyul NN14-cü ilə qədər TəlimTədris Mərkəzində zabit ixtisası üzrə kurs keçmişdir. Təlim-Tədris- Mərkəzində zabit kursunu başa vurduqdan sonra əvvəlcə N nömrəli hərbi hissədə xidmətə başalamış, N iyul NN14-cü ildən isə N nömrəli hərbi hissənin 4-cü Diviziyanın 1-ci batareyasının N-ci atəş tağımı vəzifəsinə xidmətini davam etdirmişdir. N5 iyun NN15-ci il tarixdən NN iyul NN17-ci il tarixə kimi N nömrəli hərbi hissənin 5-ci taborunun tank əleyhinə artilleriya batareyasının baş zabiti vəzifəsində xidmət etmişdir. NN iyul NN17-ci il tarixdə daxili əmrlə N16-cı hərbi hissənin artilleriya divizionunun N-ci artilleriya batereyasının baş zabiti vəzifəsinə təyin edilmişdir. NN15-ci ilin sonundan etibarən N nömrəli hərbi hissənin qərargah rəisi olmuş X1 hər hansı ciddi əsas olmadan onunla qarşılıqlı münasibətlərində nizamnamə qaydalarını pozmuş və onunla qərəzli davranaraq ordu sıralarından tərxis ediləcəyi ilə təhdid etmişdir. Bununla bağlı həmin hərbi hissənin komandiri olmuş Niyaməddin Tağıyevə məruzə etdiyi üçün qəraragah rəisi onun tərəfindən məzəmmət edilmişdir. 13 iyun NN18-ci ildə N nömrəli hərbi hissənin 1-ci taborunun minaatan batareyasının idarəetmə tağım komandiri vəzifəsinə təyin edilmişdir. Bu hərbi hissədə xidmət etdiyi müddət ərzində həmin hərbi hissəyə komandir təyin edilən X1 onunla bu hərbi hissədə də qərzli münasibətini davam etdirmiş və vəzifə səlahiyyətindən sui-istifadə edərək bir neçə dəfə əsassız olaraq ona intizam cəzası vermişdir. NNNN-ci ilin yanvar ayından həmin ilin iyun ayına kimi 4N dəfə tabor növbətçisi olmuş və növbətçi olduğu zaman hər hansı mənfi hadisə baş verməmişdir. Hətta NNNN-ci ilin ilik 1N günündə ardıcıl olaraq 3 gün istirahət etmədən tabor növbətçiliyinə cəlb edilmişdir. Bununla bağlı hərbi hissədə növbətçiliyə dair N nömrəli naryadların təlimat kitabında müvafiq yazılı qeydlər vardır. Halbuki, İntizam Nizamnaməsinə əsasən zabit heyətindən olan hərbi qulluqçulara törətdiyi intizam pozuntusuna görə təkrar naryada cəlb edilməsi şəklində intizam cəzasının verilməsi qadağandır. Eyni zamanda onunla söhbətləşmə hərbi qanunvericiliklə ehtiyata buraxılası zabitlə söhbət aparmaq hüququ olmayan hərbi hissənin kadrlar rəisi olmuş mayor Ramiz Cəbiyev tərəfindən aparılmış, nə hərbi hissə komandiri, nə də bilavasitə rəisi söhbət aparmalı olduğu halda söhbətləşmə aparmamışlar. Hərbi xidmətdən ehtiyata buraxılma ərəfəsində kadrlar rəisi tərəfindən söhbətləşmə aparılarkən N7 may NNNN-ci il tarixdə növbətçi olduğu zaman hərbi hissənin ərazisində yerləşən silah-sursat anbarının təhvil-təslimi vaxtı anbarın qapısında qıfıl olmadığına görə intizam pozuntusuna yol verməyi nəzərinə çatdırılmışdır. Halbuki, silah-sursat anbarının qapısı plastik qapı olduğu üçün həmin qapı sadəcə normal zamokla bağlanırdı və ümumiyyətlə, bu qapının qıfılla bağlanılması hərbi hissədə nəzərdə tutulmamışdır. Bundan başqa həmin yoxlama zamanı iddiaçı özü yoxlayıcıların qarşısında həmin qapını açmasına baxmayaraq sonradan qapının açıq olması ona irad kimi bildirilmişdir. İddiaçının törətmədiyi intizam pozuntularına görə qanunsuz və əsassız olaraq hərbi rütbəsi baş leytenant hərbi rütbəsindən leytenant hərbi rütbəsinə endirilmiş, həmçinin zabitlər və digər hərbi qulluqçular üçün NN19 və NNNN-ci illərin yekunlarına görə Müdafiə Nazirinin müvafiq əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatından məhrum edilmişdir. NN19-cu ilin iyul ayında N nömrəli hərbi hissənin 4-cü taborunda qulluq etdiyi zaman həmin dövrdə hərbi vəzifələrdə irəli çəkilmək üçün keçirilən ixtisas imtahanlarında iştirak etmək istəməsinə baxmayaraq hərbi hissə komandiri X1 müxtəlf vasitələrlə onun həmin imtahanlarda iştirakına mane olmuşdur. NN may NNNN-ci il tarixdə Ümumqoşun Ordunun artilleriya rəisi tərəfindən hərbi hissəyə telefonoqramma göndərilərək onun Ümumqoşun Ordusunda fiziki hazırlıq, ixtisas hazırlığı, texniki hazırlıq və ümumqoşun nizamnamələrindən keçirilməsi nəzərdə tutulan imtahanda iştirak etməyi tələb edilmişdir. O, həmin imtahanları müvəffəqiyyətlə verərək hamısından müsbət qiymət almış və Ümumqoşun Ordunun artilleriya rəisi hər dəfə keçirilən imtahanlardan uğurla keçdiyi halda hərbi vəzifələrdə irəli çəkilmədiyi səbəbini soruşduqda, o, səbəb kimi hərbi hissə komandirinin onunla qərəzli münasibət saxlaması ilə bağlı olduğunu bildirmişdir. N may NNNN-ci il tarixdə tabor növbətçisi olduğu zaman növbətçilikdən çıxarılaraq N nömrəli hərbi hissəyə çağırılmış və hərbi hissənin kadrlar rəisi mayor Ramiz Cəbiyev tərəfindən aparılan söhbətləşmə zamanı uzun müddət eyni vəzifədə qalmağını əsas gətirərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidməti uyğunsuzluğa görə ordu sıralarından tərxis ediləcəyini bildirmişdir. O, kadrlar rəisi ilə söhbətləşmə zamanı uzun müddət eyni vəzifədə qalmağının ən mühüm səbəbini hərbi-həkim komissiyasının rəyinə əsasən böyrəyində olan kistanın olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 3N.N6.NNNN-c il tarixli N487 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyyatına buraxılmışdır. O, barəsində verilmiş əmri qanunsuz və əsassız hesab edir. Belə ki, zabit kimi xidmət etdiyi dövrdə, xüsusi ilə də N nömrəli hərbi hissədə bir neçə dəfə keçirilən imtahanlardan, sonuncu dəfə isə NN may NNNN-ci ildə Ümumqoşun Ordusunda fiziki hazırlıq, ixtisas hazırlığı, texniki hazırlıq və ümumqoşun nizamnamələrindən keçirilən imtahanlarda müsbət qiymət aldığı halda, həmçinin NNNN-ci ilin yanvar ayından tərxis edilənə kimi N dəfəyə yaxın hərbi hissənin tabor növbətçisi naryadına təyin edildiyi və naryad zamanı vəzifə borclarını layiqincə yerinə yetirdiyi halda onun hərbi xidmətdən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmağı tamamilə əsassız və qanunsuzdur. Çünki hərbi hissələrdə daxili naryada, xüsusilə də zabitlərdən təyin edilən növbətçiliyə daha hazırlıqlı və nizam-intizamlı hərbi qulluqçular təyin edilirlər. Əgər mənəvi və işgüzar keyfiyyətlərə malik olmasaydı, bu məsuliyyətli növbətçiliyə təyin edilməzdi. Onun ehtiyata buraxılmağına dair Müdafiə Nazirliyinin 3N.N6.NNNN-ci il tarixli N487 nömrəli əmri barədə məlumatı 14.N7.NNNN-ci il tarixdə hərbi hissənin nəzarət-buraxılış məntəqəsində təyinat vərəqəsi verilərkən almış və dərhak məhkəmədə iddia qaldırmışdır. Bundan sonra başlayan Vətən müharibəsi zamanı o, çağırışa əsasən ordu sıralarına qoşulmuş, Murovdağ istiqamətində N saylı hərbi hissədə xidmət etmiş və həmin hərbi hissə tərəfindən müsbət xarakterizə edilərək Fəxri Fərmanlarla mükafatlandırılmışdır.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri:

8. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, iddiaçı 13.N6.NN18-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət keçmiş, minaatan batareyasının minaatan tağımının komandiri olmuşdur. Onun haqqında verilən təqdimatda qeyd olunur ki, xidmət etdiyi müddətdə özünü işgüzar və mənəvi keyfiyyətləri aşağı olan, bacarıqsız, intizamsız bir zabit kimi göstərmiş, vəzifəsinə aid sənədləri zəif bilmiş və onların tələblərini gündəlik fəaliyyətində tətbiq etməmiş, bilik və bacarığı aşağı səviyyədə olmuş, tabeliyində olanlarla maraqlanmamış, onların məişətinə qayğı göstərməmiş, vəzifəsinin məsuliyyətini və ağırlığını dərk etməmişdir. İddiaçı ilə söhbət aparılmış, xidmətində dönüş yaratmaq üçün ona vaxt verilmiş, lakin o, nəticə çıxarmamış, dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuş, hətta rütbəsi bir pillə aşağı salınmışdır.Verilən intizam cəzaları öz tərbiyəvi təsirinə çatmadığından iddiaçının məsələsinə N6.N6.NNNN-ci ildə kiçik zabitlərin şərəf məhkəməsində baxılmış, onun həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 3N.N6.NNNN-ci il tarixli N487 nömrəli əmri ilə leytenant İddiaçı N nömrəli hərbi hissənin motoatıcı taborunun minaatan batareyasının minaatan taqımının komandiri vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı söhbət vərəqələrində xidmət müddəti ərzində nailiyyətlər əldə etməyə çalışdığını, lakin xidmətində yol verdiyi bəzi nöqsanlara görə komandanlığın etimadını doğrulda bilmədiyini göstərmiş, vədlər verməklə öz işində dönüş yaradacığını bildirmişdir. İddiaçı NN19-cu ilin attestasiyasında 1NN ballıq qiymətləndirmə üzrə 19 bala yaxın nəticə göstərmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin N5 noyabr NNN1-ci il tarixli, N-1(118)- 558/NNN1 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

10. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

11. Cavabdeh apellyasiya şikayətində göstərir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 3N iyun NNNN-ci il tarixli, N487 tarixli əmrini mübahisələndirir. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırır ki, iddiaçı ilə fərdi söhbət vərəqələrinin arasında cəmi 14 (on dörd) gün verildiyini, Əsasnamənin 163-cü maddəsi pozulduğunu iddiaçının buraxılmazdan əvvəl onun hərbi-həkim komissiyasının rəyi almadığını qeyd edərək iddianı təmin etmişdir. Məhkəmənin həmin mövqeyi İPM-nin 1N.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N8.N6.NNNN-ci il tarixli N58N nömrəli göndərişi ilə N8.N6.NNNN-ci ildə N nömrəli hərbi hissənin Qarnizon hərbi-həkim komissiyası tərəfindən tibbi müayinədən keçirilmiş və şadətləndirilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Lakin bu qaydanı da xidməti uyğunsuzluğa görə hərbi xidmətdən buraxılan şəxslərə mütləq qaydada tətbiq edilməsini iddia etmək əsassızdır. Belə ki, Əsasnamənin 16N-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan N ay qabaq aparılır. İddiaçı isə yol hərəkəti qaydalarını pozub qəza törətdiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İddiaçı 13.N6.NN18-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət keçmiş, minaatan batareyasının minaatan tağımının komandiri olmuşdur. Onun haqqında verilən təqdimatda qeyd olunur ki, xidmət etdiyi müddətdə özünü işgüzar və mənəvi keyfiyyətləri aşağı olan, bacarıqsız, intizamsız bir zabit kimi göstərmiş, vəzifəsinə aid sənədləri zəif bilmiş və onların tələblərini gündəlik fəaliyyətində tətbiq etməmiş, bilik və bacarığı aşağı səviyyədə olmuş, tabeliyində olanlarla maraqlanmamış, onların məişətinə qayğı göstərməmiş, vəzifəsinin məsuliyyətini və ağırlığını dərk etməmişdir. İddiaçı ilə söhbət aparılmış, xidmətində dönüş yaratmaq üçün ona vaxt verilmiş, lakin o, nəticə çıxarmamış, dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuş, hətta rütbəsi bir pillə aşağı salınmışdır. Verilən intizam cəzaları öz tərbiyəvi təsirinə çatmadığından iddiaçının məsələsinə N6.N6.NNNN-ci ildə kiçik zabitlərin şərəf məhkəməsində baxılmış, onun həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 3N.N6.NNNN-ci il tarixli N487 nömrəli əmri ilə leytenant İddiaçı N nömrəli hərbi hissənin motoatıcı taborunun minaatan batareyasının minaatan tağımının komandiri vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı söhbət vərəqələrində xidmət müddəti ərzində nailiyyətlər əldə etməyə çalışdığını, lakin xidmətində yol verdiyi bəzi nöqsanlara görə komandanlığın etimadını doğrulda bilmədiyini göstərmiş, vədlər verməklə öz işində dönüş yaradacağını bildirmişdir. İddiaçı NN19-cu ilin attestasiyasında 1NN ballıq qiymətləndirmə üzrə 19 bala yaxın nəticə göstərmişdir. Hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma intizam cəzası deyildir. Həmin əsasa görə hərbi xidmətdən ehtiyata buraxılma hərbi inzibati orqanın xidməti vəzifəsinə məsuliyyətsiz, səhlənkar yanaşan, xidməti vəzifələrinin öhdəsindən gələ bilməyən, intizamsızlıq edən hərbi qulluqçu ilə xidməti münasibətlərinə bir tərəfli qaydada son qoymasıdır. Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının N3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir.

Apellyasiya şikayətinə etirazın dəlilləri

12. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təqdim edilməməsini xahiş etmişdir. Etirazda göstərilir ki, cavabdeh tərəf olan Müdafiə Nazirliyi apellyasiya şikayəti verərkən İPM-nin 83.N-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd edilir ki, məhkəmə qərarının yalnız əsaslandırma hissəsi və məhkəmə xərcləri ilə bağlı şikayətə yol verilmir. Lakin, cavabdeh tərəf apellyasiya şikayətində iddia tələbinin təmin edilməsi barədə məhkəmə qərarının əsaslandırma hissəsinə toxunmuşdur. Bundan əlavə cavabdeh tərəf olan Müdafiə Nazirliyi apellyasiya şikayətini əsaslandırmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. 16N-ci bəndinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. 165-ci bəndinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Əsasnaməyə 6 saylı əlavə olan “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması üçün təqdimatların tərtib edilməsi” Qaydalarının 9-cu bəndinə əsasən, həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda) göndərilir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: Maddə N.N.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 14. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.N. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 74.İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.N1.NNNN-ci il tarixli, N-1(1N5)-N31/NNNN nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

19. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. İşin hallarından görünür ki, iddiaçının xidməti uyğunsuzluğuna görə ehtiyata buraxılması barədə təqdimat verilmiş, həmin təqdimat əsasında iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı qeyd edilən əmri mübahisələndirir.

22. İlk növbədə apellyasiya şikayətinin iddianın mümkünlüyü ilə bağı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından məlum olur ki, mübahiəsləndirilən əmr 3N.N6.NNNN-ci il tarixə aid olsa da, iddiaçıya 14.N7.NNNN-ci il tarixdə, təyinat vərəqəsini verilərkən elan edilmiş, iddiaçı isə 11.N8.NNNN-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən əmrin iddiaçıya vaxtında təqdim edilməsini (elan edilməsi) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərlə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının müvafiq əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 3N günlük müddətin ötürülməməsi və iddianın mümkünlüyü ilə bağlı düzgün nəticəyə gəlmişdir.

23. İşdə olan iddiaçıya məxsus xidmət vərəqəsindən görünür ki, ona N saylı hərbi hissənin müvafiq əmrləri ilə N1.NN.NN19-cu il, N8.NN.NN19-cu il, N1.1N.NN19-cu il, N4.1N.NN19-cu il, N5.11.NN19-cu il, N7.N1.NNNN-ci il və 31.N3.NNNN-ci il tarixlərdə töhmət intizam tənbehi verilmiş, onun barəsində verilmiş təqdimatın əsaslandırma hissəsində qeyd edilmişdir ki, leytenant İddiaçı xidmət etdiyi müddətdə özünü işgüzar və mənəvi keyfiyyətləri aşağı olan, bacarıqsız, intizamsız bır zabit kimi göstərmişdir. Vəzifəsinə aid rəhbər sənədləri zəif bilir və onların tələblərini gündəlik fəaliyyətində tətbiq etmir, bilik və təcrübəsi aşağı səviyyədədir. Vəzifə borclarının icrasına səhlənkar yanaşmasına, məsuliyyətsiz və səhlənkar bir zabit olmasına görə N8.N5.NNNN-ci il tarixdə onun hərbi rütbəsi bir pillə “leytenant” hərbi rütbəsinədək aşağı salınaraq cəzalandrılmışdır. Xidmətində yol verdiyi ciddi nöqsanlarına görə N6.N6.NNNN-ci il tarixdə leytenant Əliyevin məsələsinə kiçik zabitlərin şərəf məhkəməsində baxılmış və şərəf məhkəməsi onun həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır.

24. Birinci instansiya məhkəməsində, habelə apellyasiya baxışı zamanı təqdimatda iddiaçı barəsində əks olunmuş hallar, ilk növbədə onun işgüzar və mənəvi keyfiyyətləri aşağı olan, bacarıqsız, intizamsız zabit olmasına dair göstərilənlər həm təqdimatın özü, həm də iş materiallarında olan digər sənədlərlə təkzib olunmuşdur.

25. Belə ki, işin yuxarıda qeyd edilən hallarından aydın olduğu kimi, iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldıqdan sonra bunun hərbi-hissə rəhbərliyinin ona qarşı qərəzli olması səbəbindən baş verməsinə istinad etməklə müvafiq əmri məhkəmə qaydasında mübahisələndirmiş və cəmi üç ay sonra elan edilmiş səfərbərliklə əlaqədar yenidən Müdafiə Nazirliyinin 13N№-li hərbi hissəsində zabit vəzifəsində bilavasitə döyüş əməliyyatlarında iştirak etməklə hərbi xidmətə başlamış, N7.N9.NNNN-ci il tarixdən 1N.11.NNNN-ci il tarixədək “Vətən müharibəsi”ndə iştirak etmiş, daha sonra isə N9.NN.NNN1-ci il tarixli əmrlə təxris edilənədək hərbi xidmətdə olmuşdur.

26. Beləliklə də müəyyən olunur ki, ölkə miqyasında aparılan hərbi əməliyyatlarla əlaqədar iddiaçı ilə cavabdeh arasındakı münasibətlər əvvəlki vəziyyətinə qayıtmış, hətta iddiaçı minaatan batereyasının komandiri vəzifəsinə təyin olunmuşdur. İddiaçının ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan hərbi qulluqçu kimi müharibə dövründə yenidən ordu sıralarına çağırılması qanunvericiliyin tələblərindən irəli gələn haldır. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, onun yenidən məsul vəzifəyə təyin olunması, sonuncunun vəzifəsinin öhdəsindən gələ bilməyən bacarıqsız zabit kimi ordu sıralarından tərxis olunması barədə cavabdehin mövqeyi ilə nəinki uzlaşmır, əksinə cavabdehin özünün 3N.1N.NNNN-ci il tarixli NN5t saylı əmri ilə (iddiaçının xidməti dəftərçəsi, cild 1, səh 76-79) döyüş zamanı yüksək peşəkarlıq, şücaət və fədəkarlıq göstərdiyinə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunması iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin qanuna zidd olmaqla iddiaçının hüquqlarını pozduğu qənaətinə gəlməyə əsas verir.

27. Daha sonra isə iddiaçı Azərbaycan Respublikası Prezidentinin N.N6.NNN1-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş hərbi qulluqçu kimi “Cəsur döyüşçü” medalı ilə də təltif edilmişdir.

28. İş materiallarında olan 13N nömrəli hərbi hissənin komandiri N8 noyabr NNNN-ci il və N8 dekabr NNNN-ci il tarixlərdə verilmiş Fəxri Fərmanlardan görünür ki, leytenant İddiaçı döyüş hazırlığı, nizam-intizam və qoşun xidmətinin təşkilində yüksək nəticələr əldə etdiyinə və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə, eləcə də döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə təltif edilmişdir.

29. İddiaçının “Vətən müharibəsi” zamanı xidmət etdiyi N saylı hərbi hissənin rəhbərliyi tərəfindən verilmiş N5.NN.NNN1-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, leytenant İddiaçı 13N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə özünü nizam-intizamlı, bacarıqlı və savadlı bir zabit kimi göstərilmişdir. Tutduğu vəzifənin icrasına vicdanla yanaşmış, rəhbərlik etdiyi bölmədə və ya iş sahəsində mövcud vəziyyəti düzgün şəkildə qurmağı bacarmışdır. İxtisasına uyğun nəzəri biliyi, hazırlıq səviyyəsi və onun praktiki tətbiqi qənaətbəxş olmuşdur.

30. Eyni zamanda iddiaçının təqdim etdiyi 483N saylı arayışdan görünür ki, iddiaçı “Vətən müharibəsi” zamanı xidmət etdiyi N saylı hərbi hissənin göndərişi ilə N7.11.NNNN-ci ildə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, ona “döş qəfəsinin sol yarısının küt travması, yumşaq toxumaların əzilməsindən sonrakı vəziyyət” “travmadır, hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyulmuş, hərbi xidmətə yararlı hesab edilmişdir.

31. Beləliklə, iddiaçı cavabdehin tabelyində olan, dinc dövrdə sonuncu xidmət etdiyi N saylı hərbi hissə tərəfindən mənfi və nizam intizam qaydalarına riayət etməyən, bacarıqsız zabit kimi xarakterizə edilməklə, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmanın əsasını qeyd edilən hallar təşkil etsə də, cəmi üç ay sonra başlayan “Vətən müharibəsi” zamanı xidmət etdiyi cavabdehin tabelyində olan digər hərbi hissənin komandanlığı tərəfindən müsbət və yüksək keyfiyyətlərə malik zabit kimi qiymətləndirilmiş, eyni zamanda yüksək peşəkarlıq, şücaət və fədəkarlığına görə cavabdehin özü, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarıın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş hərbi qulluqçu kimi isə Azərbaycan Respublikası Prezidenti tərəfindən medalla təltif edilmişdir. Bütün qeyd olunanlar isə iddiaçı barəsində qəbul olunmuş xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 3N iyun NNNN-ci il tarixli əmrin qeyriqanuniliyinə dəlalət edir

32. İşin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən iddiaçıya qarşı qanunvericiliyin tələblərinin pozulması ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 9N və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin N5 noyabr NNN1-ci il tarixli, N-1(118)-558/NNN1 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1NN5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 7N) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar