Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-231/2024 07.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X18 və X5 ibarət tərkibdə Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil4, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “səlahiyyəti olmayan qurum Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(118)-2901/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: X26 rayon filialı tərəfindən təqdim edilmiş Şamaxı rayon Nağaraxana kənd (keçmiş Kirovka) X35 komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı iclas protokoluna əsasən həmin kənddə olan subyektlərə torpaq sahələrinin paylanması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin **********669 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən, JN-210 saylı 41011018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X13 adına işlənmiş və şəhadətnaməyə əsas olmuş hüquqi akt Şamaxı rayon Nağaraxana kənd (keçmiş Kirovka) X35 komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı iclas protokolu olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “səlahiyyəti olmayan qurum Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin etibarsız hesab edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ilk öncə məhkəməyə ərizə ilə müraciət edərək, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin və Şamaxı rayon Aqrar islahat komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarının və onların əsasında X8 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-210 saylı 41011018 kodlu Şəhadətnamənin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X14 iddia tələbinə dəqiqləşdirmə verərək, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-955/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmri ləğv edilmişdir. X1 və X7 tərəfindən verilmiş onları zəruri zəlbetmə qaydasında iş üzrə üçüncü şəxs qismində cəlb edilərək icraatın təzələnməsi haqqında ərizə ilə müraciət edərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-955/2022 nömrəli, 13 aprel 2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-955/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinə dəqiqləşdirmə verərək, səlahiyyəti olmayan qurum Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X19 1991-ci ildə Şamaxı rayonu Nağıaxana /keçmiş Kirovka/ kəndində fərdi yaşayış evi almışdır. Anası xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtlar qardaşı X3 Respublikasında olmuşdur. Anası vəfat etdikdən sonra da həmin ev yay vaxtlarında istirahət etmək məqsədilə bütün vərəsələr tərəfindən istifadə olunmuşdur. Evin texniki pasportu olmuş, lakin dövlət qeydiyyatına alınmamışdır. Torpaq hələ 1995-ci ildə icra nümayəndəliyinin əmri ilə 1970-ci illərin axırlarından Qazaxstanda yaşamış və Qazaxstan vətəndaşı olmuş qardaşı X13 adına keçirilmiş, onun adına JN-210 saylı 41011018 kodlu Torpağin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, evin texniki pasportunda anasının adının üstündən xətt çəkilərək qardaşı Ağahəsənin adı qeyd olunmuşdur. Bu sənədlərin hansı qaydada aparılmasını müəyyənləşdirmək məqsədilə Arxivə, Nağaraxana icra nümayəndəliyinə, DƏDRX, Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidməti “Kadastr və yerquruluşu Lahiyə-tədqiqat Mərkəzi“ MMC-yə sorğular vermişlər. İcra nümayəndəiiyi və Arxiv idarəsi sənədlərin onlarda olmadığını bildirərək ona sənəd təqdim etməmişlər. DƏDRX-in 14 saylı Şamaxı ərazi İdarəsi müəyyən məlumatları özündə əks etdirən arayış vermişdir. Daşınmaz əmlakın kadastrı və ünvan reyesri Xidməti ‘‘Kadastr və yerquruluşu lahiyə-tədqiqat Mərkəzi “ MMC isə ümumiyyətlə cavab verməkdən imtina etdi. Bu səbəbdən onlar torpaq sahəsinin və evin qardaşı X8 adına hansı qaydada keçirilməsini müəyyənləşdirə bilməmişlər. Lakin İcra nümayəndəliyinin onlara göndərdiyi arayışdan görünür ki, bu sənədləşmə tamamilə saxta yolla aparılmışdır. Torpağın, evin əvvəlcədən anası Sənubərin adına olması mübahisə mövzusu deyil. Çünki, icra nümayəndəsinin verdiyi əmrin surətindən torpağın anaları Sənubərin adına olması müəyyən olunur. Sorğuya verilən 211 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, torpaq sahəsi anasının vəfatından sonra qardaşının müraciətinə əsasən onun məlum olan yeganə vərəsəsi kimi Ağahəsənin adına keçirilmişdir. Əmrin saxtalığı elə buradan görünür. Əgər anası xx.xx.2000-ci il tarixdə vəfat etmişsə, əmr 04 mart 1995-ci il tarixdə necə verilə bilərdi?. İkincisi, ümumiyyətlə belə bir əmri verməyə İcra nümayəndəsinin səlahiyyəti varmı? Bunun üçün torpaq ev alqı-satqı olunmalı və ya bağışlanmalı idi. Ev Ağahəsənin adına qeydə alınandan sonra torpaq sahəsi də ona istifadə hüquqları əsasında verilməli idi. Bunlar isə hamısı notariat orqanında həll olunmalı məsələlərdir. DƏDRX-də isə hər hansı müqavilənin olması aşkarlanmadı. Belə çıxır ki, bütün bu sənədlər ananın ölümündən sonra hazırlanıb, saxta yolla hazırlanaraq əvvəlki tarixlərə qeyd olunmuşdur. Bu səbəbdən də İcra nümayəndəsinin sözügedən əmri və Aqrar islahat komissiyasının həmin torpaqla bağlı verdiyi 29 may 1998-ci il tarixli 08 saylı qərarı ləğv olunmalıdır. Bunun əsasında X8 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-210 saylı 41011018 kodlu Şəhadətnamə etibarsız hesab edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində cavabdehin nümayəndəsi Nümayəndə izahat verilərək bildirmişdir ki, mübahisə edilən qərar Nağaraxana (keçmiş Kirov) kənd nümayəndəliyi tərəfindən əsassız olaraq verilmişdir. Belə ki, həmin qərarı verən icra nümayəndəsinin rəhbəri hal-hazırda həmin nümayəndəlikdə müavin işləyir və onun dediyinə görə torpaq sahəsinin X8 adına keçirilməsinə səbəb anasının vəfatı ilə əlaqədar olmuşdur. Halbuki, ona sonradan məlum olmuşdur ki, Ağahəsən Rəsulov anasının ölməsini ona yalan demiş və anası həmin qərar verildikdən 5 il sonra vəfat etmişdir. Göründüyü kimi mübahisə predmeti olan qərarın qəbul edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Qərarın qəbul edilməsindən 1 ildən artıq müddət keçdiyinə görə Şamaxı Rayon İcra Hakimiyyətinin həmin qərarı ləğv etmək səlahiyyəti yoxdur. Ona görə də cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 Rafayıl oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, məhkəmə iddianın mümkünlüyü şərtinə əməl etməyərək iddia tələbini icraata qəbul etmişdir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı mübahisəli torpağın hələ 1995-ci ildə icra nümayəndəliyinin əmri ilə qardaşı-X8 adına keçirilməsindən, onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-210 saylı 41011018 kodlu Şəhadətnamənin verilməsindən (belə ki, qeyd olunan şəhadətnamənin birinci nüsxəsinin əsli də iddiaçıda saxlanılır), evin texniki pasportunda analarının adının üstündən xəti çəkilərək qardaşı-X8 adının qeyd edilməsindən elə həmin vaxtdan məlumatlı olmuş və bununla bağlı mərhum qardaşına qarşı hər hansı iddiası olmamışdır (ən azından analarının vəfatından sonra bununla bağlı iddia qldırmaq imkanı olsa da, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etməmişdir). Lakin, işə baxan məhkəmə nəinki, iddiaçının İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, hətta, cavabdehin imtinasının olub-olmamasını yoxlamadan iddia tələbini mümkün hesab etmişdir. Çünki, məhz iddiaçının vermiş olduğu iddia ərizəsindən görünür ki, mübahisəli torpaq sahəsi 1995-ci ildə qardaşı X8 adına keçirilərkən bundan məlumatlı olmuş və bununla bağlı hər hansı bir iddia tələbi olmamışdır. Həmin vaxt iddianın qaldırılacağı halda məhkəmə araşdırması Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahid Həsənov tərəfindən xx.xx.2021-ci il tarixində 211 nömrə ilə verilmiş heç bir sənədə əsaslanmayan cavab məktubuna görə deyil, məhz ərazi üzrə nümayəndəlikdə mövcud olan sübutlar əsasında araşdırıla bilərdi. İkincisi, iddia ərizəsində göstərilir ki, ümumiyyətlə İcra Nümayəndəsinin belə bir əmr verməyə səlahiyyəti olmamışdır. Qeyd edilir ki, həmin vaxt qüvvədə olan yerli icra hakimiyyətləri haqqında qanunvericilikdə müvafiq sərəncam və əmrlərin verilməsində icra hakimləri və onun ərazi üzrə nümayəndələri tam səlahiyyətli olmuşdur. Daha sonra isə, iş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrində iddiaçının anası Sənubər Xəlilovanın vəfatı ilə əlaqədar torpaq sahəsinin onun adından silinərək X8 adına keçirilməsi barədə heç nə göstərilməmişdir. Əmrdə göstərilir ki, mübahisəli torpaq sahəsi Torpaq Məcəlləsinin 31-ci maddəsinin 1-ci paraqrafına görə Sənubər Xəlilovanın adından silinərək X8 adına keçirib, bu isə məhz Sənubər Xəlilovanın sağlığında vermiş olduğu ərizə əsasında həyata keçirilə bilərdi. Bunu isə, həmin vaxt Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcüd olmuş ərizələrin qeydiyyatı kitabına baxış keçirməklə belə müəyyən etmək mümkündür. Yəni mübahisələndirilən əmrdə Sənubər xanımın vəfatı ilə torpaq sahəsinin X8 adına keçirilməsi barədə heç nə göstərilmir. Əksinə həmin vaxt qüvvədə olan və əmrdə də istinad olaunan Torpaq Məcəlləsinin 32-ci maddəsinin 1-ci paraqrafında da göstərilir ki, torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə, torpaq üzərində mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilə bilər. Qeyd olunan kitabın saxlanımaması və ya arxivə verilməməsi heç bir halda qeyd olunan əmrin ləğvi üçün əsas ola bilməz. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahid Həsənov tərəfindən xx.xx.2021-ci il tarixində 211 nömrə ilə verilmiş cavab məktubunda göstərilənlər isə, Vahid Həsənovun həmin vaxt Nağaraxan kənd (keçmiş Kirovka) inzibatı ərazi dairəsi üzrə icra nümayəndəsi olmaması səbəbindən və onun məktubunda göstərdiyi “Xəlilova Sənubərin vəfat etməsi barədə nümayəndəliyə X8 müvafiq sənədləri təqdim etməklə bildirməsi” barədə fikirləri heç bir sənədə əsaslanmadığından onun, məhkəməni çaşdırmağa yönəlmiş mülahizələrindən başqa bir şey deyil. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər X6, X4 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıdakı əsaslara görə İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “əmrin ləğv edilməsi tələbi barədə” iddiası mümkün sayılmamalıdır. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Hazırkı iddlianm xüsusi mümkünlük şərtlərindən biri olan “iddia qaldırmaq səlahiyyəti” ilə bağlı qeyd edirik ki, İddiaçı bu iddianı qadrrmaq üçün subyektiv hüququ yoxdur. Mübahisələndirilən əmr iddiaçının heç bir hüquq və qanuni mənafeyinə toxunmur, Şamaxı rayonu, Nağaraxana kəndində (keçmiş Kirovka) yerləşən 0,24 ha torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçı həmin torpağı öz vəsaiti hesabına almamış, torpağın alınmasında, habelə torpaq sahəsi üzərində hazırki vəziyyətdə mövcud olan fərdi yaşayış evinin inşasında iştirak etməmişdir. Həmin torpaq sahəsini öz vəsaiti hesabına mərhum Ağahəsən Xəlilov almış, daha sonra isə yenə də öz vəsaiti hesabına torpaq üzərində 5 otaqlı fərdi yaşayış evini inşa etdirmişdir. Qeyd olunan bu hal elə həmin ünvan üzrə kommunal xidmətlərin göstərilməsinə dair bağlanmış müqavilələrlə təsdiq olunur. Belə ki, həmin müqavilələrdə abonent kimi mərhum Ağahəsən Xəlilovun adı qeyd olunmuşdur. Bundan başqa, Nağaraxana kəndi (keçmiş Kirovka) üzrə 04 saylı təsərrüfatbaşına kitabında da 331 şəxsi hesab nömrəsində qeyd edilmiş 0,24 ha torpaq sahəsinin mərhum Ağahəsən Xəlilov tərəfindən alındığı qeyd olunmuşdur (icra nümayəndəliyinin məktubları, kommunal ödənişlər barədə sənədlər etiraza əlavə olunur). Bundan başqa, işdə olan sənədlərdən göründüyü kimi, İddiaçı anası Sənubər Xəlilova 2000-ci ildə vəfat etmişdir. Lakin həmin vaxtdan hazırki inzibati iş üzrə iddia ərizəsi məhkəməyə təqdim edilənədək (xx.xx.2022-ci il) İddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınması ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmiş, belə bir şəhadətnamə almamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Əgər şərti olaraq İddiaçı iddia ərizəsində göstərdiklərini və məhkəmə iclaslarında verdiyi məlumatları həqiqət kimi qəbul etsək, yenə də o, anasının ölümündən sonra, birinci növbə vərəsə olaraq mübahisəli torpaq sahəsinin mərhumun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın (arayış) rəsmilləşdirilməsi proseduruna başlamaq üçün yenə də notariat orqanına yazılı şəkildə müraciət etməmişdir. İddiaçı, həmçinin mərhum anası Sənubər Xəlilovadan miras qalmış həs hansı əmlakı faktiki olaraq da qəbul etməmiş, mirasın qəbulu müddətinin uzadılması üçür məhkəməyə müraciət etməmişdir (Şamaxı Rayon Məhkəməsinin məktubu etiraza əlavə olunur) İddiaçı hazırki iş üzrə 2023-cü ilin iyun ayının 06 və 16-sı tarixli məhkəmə iclaslarında verdiyi izahatlarda da mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş evdə yaşamadığını təsdiq etmişdir. Hazırkı etiraza əlavə olunmuş evin videolentə alınmış görüntülərindən görünür ki, dəhliz də daxil olmaqla (üst hissə) 5 otaqdan ibarət həmin fərdi yaşayış evində yalnız və yalnız mərhum Ağahəsən Xəlilova məxsus geyim əşyaları mövcuddur. Mərhum həmin evə yay aylarında gələrək orada dincəlmişdir. Ev və məişət əşyalarının azlığı da bir daha onu təsdiq edir ki, orada daimi yaşayış olmamışdır, iddiaçının dediyi kimi, ev və torpaq sahəsi Sənubər Xəlilovanın bütün vərəsələri tərəfindən istifadə olunmamışdır. Bütün bu göstərilənlər onu təsdiq edir ki, Şamaxı rayonu, Nağaraxana kəndində (keçmiş Kirovka) yerləşən 0,24 ha torpaq sahəsini mərhum Ağahəsən Xəlilov öz vəsaiti hesabına alaraq, anası Sənubər Xəlilovanın adına qeydə aldırmış, yenə də öz vəsaiti hesabına torpaq üzərində fərdi yaşayış evini inşa etdirmişdir. Həmin torpaq sahəsi ilə bağlı Nağaraxana kənd İcra nümayəndəliyinin xx.xx.1995-ci il tarixli əmrinin verilməsi İddiaçı hüquq və qanuni mənafelərinə toxunmur. Belə olan halda hesab edilir ki, İddiaçı hazırki iddianı irəli sürmək üçün subyekti hüquqa malik deyil. Yəni hazırki iddia bu iddia üçün tələb olunan xüsusi mümkünlük şərtinə (iddia qaldırmaq səlahiyyət) cavab vermir. Ona görə də iddia mümkün sayılmamalıdır. Hazırkı iddiianın digər xüsusi mümkünlük şərti isə iddia qaldırmaq müddətinə aiddir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı cavabdeh Şamaxı Rayon icra Hakimiyyətini qarşı “Şamaxı Rayon icra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati əraz dairəsi üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixdə qəbul etdiyi əmrin ləğv edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir, İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, iddiaçının anası X19 1991-ci ildə Şamaxı rayonu Nağaraxana (keçmiş Kirovka) kəndində fərdi yaşayış evi almışdır. Sənubər Xəlilova xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtlar iddiaçının qardaşı X2 Respublikasında olmuşdur. Anası vəfat etdikdən sonra da həmin ev yay vaxtlarında istirahət etmək məqsədilə bütün vərəsələr tərəfindən istifadə olunmuşdur Evin texniki pasportu olmuş, lakin dövlət qeydiyyatına alınmamışdır. Torpaq hələ 1995-ci ildə icra nümayəndəliyinin əmri ilə 1970-ci illərin axırlarından Qazaxstanda yaşamış və Qazaxstan vətəndaşı olmuş iddiaçının qardaşı Ağahəsən Xəlilovun adına keçirilmiş, onun adına JN-210 saylı 41011018 kodlu Torpağin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, evin texniki pasportunda anasının adının üstündən xətt çəkilərək qardaşı Ağahəsənin adı qeyd olunmuşdur. Bu sənədlərin hansı qaydada aparılmasını müəyyənləşdirmək məqsədilə müvafiq dövlət orqanlarına sorğular verilmiş və cavablar alınmışdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi, İddiaçı mübahisəli torpaq sahəsinin icra nümayəndəliyinin əmri ilə qardaşı Ağahəsən Xəlilovun adına sənədləşdirilməsi barədə uzun müddət bundan əvvəl (“Torpaq hələ 1995-ci ildə icra nümayəndəliyinin əmri ilə 1970-ci illərin axırlarından Qazaxstanda yaşamış və Qazaxstan vətəndaşı olmuş qardaşımız X8 adına keçirilmiş) məlumatı olmuşdur. Lakin o, həmin əmri keçən müddət ərzində mübahisələndirməmişdir. Ağahəsən Xəlilov xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra, İddiaçı ona məlum olan əmrin hansı əsaslarla verilməsi barədə sorğular vermiş, daha sonra isə məhkəmədə iddia qaldırmışdır...Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(118)-2901/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Şikayətdə göstərilir ki, Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2- 1(118)-2901/2023 saylı məktubuna X26 Filialı tərəfindən verilmiş cavabda Şamaxı rayonu Nağaraxana (Kirovka) kənd X35 Komissiyasının 20 aprel 1998-ci il 14 saylı protokolunda torpaq payı almaq hüququ olan subyektlərin sayının 917 nəfər olduğu və həmin 917 nəfərə bir neçə əsasla (Kirovka inzibati ərazi dairəsində olan torpaqların özəlləşdirilməsi haqqında, vətəndaşların faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi haqqında, kəndin inkişafı üçün torpaq sahələrinin ayrılması və s) nəzərdə tutulmuşdur. Daha sonra sorğulara cavab məktubları ilə müəyyən olunmuşdur ki, Mərkəzin arxivində yalnız X13 adına verilmiş JN-210 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin” tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri mövcuddur. Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X13 adına verilmiş JN-210 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin”-nin tərtib edilməsinə əsas olmuş subyektlərin siyahısında X13 adı 210-cu sırada mövcuddur. X13 Nağaraxana (Kirovka) kənd X35 Komissiyasının 20 aprel 1998-ci il 14 saylı protokolunda torpaq payı almaq hüququ olan subyektlərin siyahısına- torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi üçün adı siyahıya salınmış və JN-210 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin” tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri mövcuddur. Həmin torpaqayırma sənədləri DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsində qovluğun içərisindədir. Həmin qovluqda daşınmaz əmlak olan fərdi yaşayış evinə dair Sənubər Xəlilovanın adına yazılmış texniki pasport və Şamaxı rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 mart 1995-ci il tarixli 04 saylı əmri mövcuddur. Buradan da açıq aşkar görünür ki, fərdi yaşayış evinin texniki pasportunda Ağasən Xəlilovun adının yazılması, JN-210 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin” tərtib edilməsinə əsas olmuş X35 Komissiyasının 20 aprel 1998-ci il 14 saylı protokolunda torpaq payı almaq hüququ olan subyektlərin siyahısında Ağasən Xəlilovun adının qeyd olunmasına əsas Şamaxı rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 mart 1995-ci il tarixli 04 saylı əmri olmuşdur. Həmin əmri X34 Aqrar İslahat Komissiyası və keçmiş Dövlət Torpaq Komitəsinə təqdim edərək JN 210 (kod ********) nömrəli şəhadətnamənin alınmasına müvəffəq olmuşdur. Çünkü həmin şəhadətnamə Ağasən Xəlilovun adına X35 Komissiyasının 20 aprel 1998-ci il tarixli, 14 saylı protokoluna əsasən verilmiş və həmin prtokolda torpaq sahəsi 5 əsasla verilmişdir. O, 5 əsasdan biri də Vətəndaşların qanuni istifadəsindəki (həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında olmuşdur. Vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin onların istifadəsinə verilməsi isə elə havadan kim gəldi olaraq yazılmamışdır. Təqdim edilən sənədlər əsasında yazılmışdır. Çünki həmin vaxt Vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin onların qanuni istifadsinə verilməsi ilə bağlı yerli X17 vətəndaşların təqdim etdiyi sənəd əsasında siyahıya salınırdı. Belə ki, həmin vaxt qüvvədə olan Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 2-ci bəndinə əsasən göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Açıq-aşkar görünür ki, Ağasən Xəlilov qanunsuz və səlahiyyəti olmayan orqan tərəfindən qəbul olunmuş Şamaxı rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrini təqdim edərək öz adını Şamaxı rayonu Nağaraxana (Kirovka) kənd X35 Komissiyasının 20 aprel 1998-ci il 14 saylı protokolunda torpaq payı almaq hüququ olan subyektlərin siyahısına saldırmış və həmin siyahıya uyğun olaraq da öz adına JN-210 (kod ********) nömrəli şəhadətnamə tərtib etdirmişdir. DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsində Sənubər Xəlilovanın adına tərtib edilmiş evə dair sənədlərin arasında Kirovka İcra nümayəndəliyinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin olması həmin əmrin Ağasən Xəlilov tərəfindən təqdim edilməsinə əsasdır. X36 Məmmədov işin hallarına birtərəfli, yarımçıq və qeyri-obyektiv yanaşmaqla ədalətsiz qərar qəbul etmişdir. Aqrar İslahat Komissiyasının qərarında hansı torpaq sahəsindən söhbət getdiyi, hansı əsasla torpaq sahəsinin verilməsi heç müəyyən olmadığı təqdirdə qərar vermişdir. İşdə olan mübahisənin başlamasına səbəb olan ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin vəkil Ə.Abdullayevə ünvanlanmış xx.xx.2021-ci il tarixli m/738 saylı məktubunu tamamilə gözardı etmişdir. Həmin məktuba guya məktubu yazanın o fikirlə yox, digər fikirlə yazması barədə məhkəmə zalında fikirlər səsləndirmişdir. ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin vəkil Ə.Abdullayevə ünvanlanmış xx.xx.2021-ci il tarixli m/738 saylı məktubunda göstərilmişdir ki, Şamaxı rayonu, Nağarxana kəndində yerləşən X11 məxsus olmuş ev X8 adına hansı sənədlər əsasında rəsmiləşdirilmişdir. Cavab olaraq qeyd olunmuşdur ki, Ərazi İdarəsinin arxivində olan sənəslərə əsasən bildirilir ki, Şamaxı rayonu Nağaraxana kəndinə yerləşən X11 məxsus 0,24 ha həyətyanı torpaq sahəsi Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrinə əsasən X8 adına keçirilmişdir. Qeyd edilən əmr əsasında keçmiş Şamaxı rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən sözügedən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin texniki pasportunda düzəliş edilmiş və X12 adı qeyd olunmuşdur. Açıq aşkar inzibati orqan olan ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi bildirmişdir ki, Şamaxı rayonu, Nağarxana kəndində yerləşən X11 məxsus olmuş evin X8 adına keçirilməsinə əsas Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin səlahiyyəti olmayan və qanunsuz qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmri olmuşdur. Şamaxı rayonu, Nağarxana kəndində yerləşən X11 məxsus olmuş evin X8 adına keçirilməsinə əsas Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin səlahiyyəti olmayan və qanunsuz qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmri olmuşdur. Eyni zamanda 1998-ci il tarixdə X25 Respublikasında yaşamaqla, həmin ölkənin vətəndaşı olmuşdur. O, 1970-ci il tarixdə ora getmiş və Qazaxstan Respublikasının vətəndaşı olmuşdur. 2000-ci il tarixdə Sənubər Xəlilova vəfat etdikdən sonra o, Azərbaycana gəlmişdir. Bütün bu saxtakarlıqlar da həmin dövrdən sonra başlamışdır. Keçmiş Kirovka inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrini qəbul etmiş şəxs həm də X35 Komissiyasının sədri olmuşdur. Ağasən Xəlilov və Kirovka inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrini qəbul etmiş şəxs birgə bu işləri Ağasən Xəlilovun adına quraşdırmışlar. Həmçinin X25 vətəndaşı olduğu halda onun adına torpaq sahəsi və fərdi yaşayış evi verilə bilməzdi. Belə ki, Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə əcnəbilər və digərləri Azərbaycan Respublikasında torpağı yalnız icarə yolu ilə əldə edə bilərlər. Belə olan halda onun adına səlahiyyəti olmayan və qanunsuz qəbul edilmiş Şamaxı rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 mart 1995-ci il tarixli 04 saylı əmri tamamilə etibarsızdır. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 mart 1995-ci il tarixli 04 saylı əmri hansı ki sorğularla əslinin olmadığı müəyyən olunmuşdur. Çünki həmin sənədin əsli mövcud olsa idi, Şamaxı rayon Arxiv İdarəsinə təhvil verilərdi. Tam qanuni əsaslarla hazırlanmış heç bir sənədin kötüyünün arxiv idarəsində olmadığı müəyyən olunmur. Elə ilk olaraq bu nüansadan görünür ki, əmr etibarsız, saxta və qanunsuz olduğundan həmin əmr ortalığa çıxarılmamışdır. İkincisi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin hüquqşünası Nümayəndə özü məhkəmə iclasında bildirmişdir ki, 1995-ci il tarixli əmr əsassız olaraq verilmişdir. Həmin qərarı verən icra nümayəndəsinin rəhbəri hal-hazırda həmin nümayəndəlikdə müavin işləyir və onun dediyinə görə torpaq sahəsinin Ağasən Xəlilovun adına keçirilməsinə səbəb anasının vəfatı olmuşdur. O özü də Ağasən Xəlilovun ona yalan deməsini sonradan bilmişdir. Bu izahat özü bir daha təsdiq edir ki, həmin inzibati akt tamamilə etibarsızdır və onun törətdiyi bütün hüquqi nəticələr ləğv olunmalıdır. 1999-cu ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 58-ci bəndinə əsasən mülkiyyətdə olan torpaq sahələri irsən, qanun və ya vəsiyyət üzrə keçir. Torpaq sahəsinin irsən keçməsi şərtləri və qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, ailə və nikah haqqında qanunvericiliklə müəyyən edilir. Açıq aşkar 1999-cu ilədək qüvvədə olan Torpaq Məcəlləsində qeyd edilir ki, mülkiyyətdə olan torpaq sahələri irsən, qanun və ya vəsiyyət üzrə keçir. Torpaq sahəsi özgəninkiləşdirilərkən belə digər vərəsələrin dairəsi müəyyən olunmalı, onların ərizələri alınmalı və həmin imtina ərizələri əsasında özgəninkiləşdirilə bilərdi ki, belə bir imtinanın olması mübahisə mövzusu belə ola bilməz, çünki belə imtinalar yoxdur. 2000-ci ilədək qüvvədə olan Notariat haqqında qanunun 18-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən aparılan notariat hərəkətləri Notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar: 1) miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər; 2) vəsiyyətnamələri təsdiq edirlər; 3) əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla, etibarnamələri təsdiq edirlər; 4) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər; 5) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər. 6) sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edirlər. Buradan da açıq aşkar müəyyən olunur ki, Şamaxı rayon keçmiş Kirovka kənd icra nümayəndəliyi belə bir əmri verməyə səlahiyyətli olmamışdır. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin torpaq sahəsi və üzərində inşa edilmiş daşınmaz əmlakın birbaşa Sənubər Xəlilovanın adından çıxarıb Ağasən Xəlilova vermək səlahiyyəti yoxdur. Halbuki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 mart 1995-ci il tarixli 04 saylı əmri qəbul edilərkən bütün vərəsələrin hüquqları məhdudlaşdırılmış, vərəsələrin dairəsi müəyyən olunmadan özbaşına etibarsız inzibati akt qəbul olunmuşdur. Ümumiyyətlə belə inzibati aktı qəbul etmək üçün Şamaxı rayon Kirovka icra nümayəndəliyinin səlahiyyəti yox idi. b) Apellyasiya şikayətinə qarşı üçüncü şəxs X10 tərəfindən etiraz təqdim edilmiş və Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(118)-2901/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanması xahiş olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X6 nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(118)-2901/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İşdən görünür ki, iddiaçı tərəfindən iddia tələbi bir neçə dəfə dəyişdirilmiş və məhkəmə tərəfindən icraata qəbul edilmiş son tələb səlahiyyəti olmayan qurum Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin etibarsız hesab edilməsi barədə olmuşdur. İş materialları ilə müəyyən olunur ki, X26 rayon filialı tərəfindən təqdim edilmiş Şamaxı rayon Nağaraxana kənd (keçmiş Kirovka) X35 komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı iclas protokoluna əsasən həmin kənddə olan subyektlərə torpaq sahələrinin paylanması qərara alınmışdır. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərin vəkilinə təqdim edilən **********669 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, JN-210 saylı 41011018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X13 adına işlənilmiş və şəhadətnaməyə əsas olmuş hüquqi akt Şamaxı rayon Nağaraxana kənd (keçmiş Kirovka) X35 komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı iclas protokolu olmuşdur. İddiaçı tərəfindən 04 saylı 30 mart 1995-ci il tarixli əmrin mübahisələndirilməsinə səbəb mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı DT XK tərəfindən JN 210 kod 41011018 nömrəli şəhadətnamə verilməsi və həmin şəhadətnamə əsasında torpaq sahəsi üzərində mərhum qardaşı Ağahəsən Xəlilovun mülkiyyət hüququnun yaranması olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN 210 kod 41011018 nömrəli şəhadətnamənin verilməsi üçün əsas X35 Komissiyasının 20 aprel 1998-ci il tarixli 14 saylı protokolu olmuşdur. Yəni, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(118)-2901/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 5 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-231/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-231/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver