Məhkəmə qərarları › İş №2-1(105)-231/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-231/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-231/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-3630/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı xx.xx.1992-ci ildən xx.xx.2007-ci ilədək ona ödənilməli olan mənzil kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, xidmət dövrünün çox hissəsini cəbhə bölgəsində döyüşlərdə keçirmiş, Azərbaycan Respublikası müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli 0389 nömrəli əmri ilə “hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmış və xx.xx.2007-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində hərbi qeydiyyata alınmışdır. Hərbi xidmətdə olduğu müddətdə ona ev verilmədiyi üçün Sumqayıt şəhərində ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Xidmət dövründə mənzil kirayə haqqını öz vəsaiti hesabına ödəmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə göstərilir: “Xidməti mənzillər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir”. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Sumqayıt şəhəri üçün 100 manat məbləğində yalnız nağdsız qaydada kompensasiya ödənilir. Dəfələrlə cavabdehə müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2024-cü il tarixli e-2- 1(118)-3630/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “xx.xx.1992-ci ildən xx.xx.2007-ci ilədək ona ödənilməli olan mənzil kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının icrası ilə bağlı Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən pul kompensasiyasının ödənilməsi qaydaları təsdiq edilmişdir. Qeyd olunmuş qaydalara əsasən hərbi hissənin daimi döyüşə hazır olma səviyyəsini saxlamaq məqsədilə hərbi qulluqçuların kirayə götürdükləri yaşayış sahələri (mənzillər) hərbi hissənin dislokasiya olunduğu yaşayış məntəqəsinə yaxın olmalıdır və hərbi qulluqçu kirayə kompensasiyasını almaq üçün xidmət etdiyi hərbi hissədə təyin edilmiş qaydada sənədləri toplamalı və aidiyyəti üzrə müraciət etməli idi. Qeyd olunan kirayə əvəzi pul kompensasiyasının alınması üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə, tərxis olunduqdan 17 il sonra xx.xx.1992ci ildən xx.xx.2007-ci ilədək ona ödənilməli olan mənzil kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulması ilə bağlı iddiası əsassızdır. Nəzərə alınmalıdır ki, kirayə xərclərinin ödənilməsi üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə, iddia müddətindən 10 ildən çox bir zaman keçdikdən sonra müraciəti əsassızdır. İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-3630/2024 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunun normasını səhv təfsir etmişdir. Belə ki, iddia tələbindən göründüyü kimi hazırki iddianın predmeti birdəfəlik pul təminatı deyil, iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyi müddətlərdə cavabdeh inzibati orqan tərəfindən ona ödənilməli kompensasiya təminatıdır. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarının tələbinə əsasən hazırki tələb üzrə iddia müddətinin tətbiq edilməsinə yol verilmir. Xüsusilə qeyd etməyi zəruri hesab edirik ki, iş üzrə iddiaçı 2022-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “iddiaçının yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi mümkün hesab edilərək mahiyyəti üzrə baxılmış və məhkəmə qərarı qəbul edilmişdir. Lakin işə baxan məhkəmə bunları nəzərə almamış, fərqli hüquqi mövqe tətbiq edərək prosessual tələbləri pozmuşdur. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdi, iddiaya etirazını müdafiə etdi və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Odur ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymamışdır. Çünki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə” sinin ümumi müddəlarının 10-cu maddəsinə əsasən Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə ödənilir. Həmin Əsasnamənin 9-cu maddəsində qeyd olunur hərbi qulluqçuların pul təminatının ödənilməsi haqqında ərizələri və şikayətləri nəzərə alınır və Azərbaycan Respublikası Silahlı X1 müəyyən olunmuş qaydada həll edilir. Xidmətdə olan hərbi qulluqçulara kirayə üçün pul kompensasiyası məbləğinin ödənilməsi 01 iyul 2006-cı ildən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 iyul 2006-cı il tarixli 171 nömrəli “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” qərarına əsasən həyata keçirilir. Ehtiyatda və ya istefada olan hərbi qulluqçulara kirayə üçün pul kompensasiyası məbləğinin ödənilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust iyul 2012-ci il tarixli 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların üstəlik verilən pul təminatı növləri (kirayəsi üçün pul kompensasiyası) həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Göstərilən Nazirlər Kabinetinin Qərarlarının icrası ilə bağlı Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən pul kompensasiyasının ödənilməsi qaydaları təsdiq edilmişdir. Qeyd olunmuş qaydalara əsasən hərbi hissənin daimi döyüşə hazır olma səviyyəsini saxlamaq məqsədilə hərbi qulluqçuların kirayə götürdükləri yaşayış sahələri (mənzillər) hərbi hissənin dislokasiya olunduğu yaşayış məntəqəsinə yaxın olmalıdır və hərbi qulluqçu kirayə kompensasiyasını almaq üçün xidmət etdiyi hərbi hissədə təyin edilmiş qaydada sənədləri toplamalı və aidiyyəti üzrə müraciət etməli idi. Qeyd olunan kirayə əvəzi pul kompensasiyasının alınması üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə tərxis olunduqdan 17 il sonra Müdafiə Nazirliyinə qarşı iddiası əsassızdır. Nəzərə alınmalıdır ki, kirayə xərclərinin ödənilməsi üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə iddia müddətindən 10 ildən cox bir zaman keçdikdən sonra müraciəti əsassızdır. Həmin qaydalara əsasən hərbi hissənin daimi döyüşə hazır olma səviyyəsini saxlamaq məqsədilə hərbi qulluqçuların kirayə götürdükləri yaşayış sahələri (mənzillər) hərbi hissənin dislokasiya olunduğu yaşayış məntəqəsinə yaxın olmalıdır və hərbi qulluqçu kirayə kompensasiyasını almaq üçün xidmət etdiyi hərbi hissədə təyin edilmiş qaydada sənədləri toplamalı və aidiyyəti üzrə müraciət etməli idi. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddətini nəzərdə tutan hazırda qüvvədə olan normalarına istinad edərək, qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürüldüyündən iddianı mümkün saymamamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmənin hüquqi mövqeyi qismən əsaslı olsa da, müddətin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, iddia ərizəsində göründüyü kimi hazırda iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə ona mənzil kirayə haqqının ödənilməsini tələb edir. Başqa sözlə, 1992-2007-ci illər üçün mənzil kirayə haqqının alınması hüququ iddiaçıda 2011-ci ilə qədər, yəni İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən məsələlərin (müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr) həlli Mülki Prosessual Məcəllənin 27-ci fəsli ilə tənzimlənirdi. xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin xx.xx.2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Hazırkı iş üzrə mübahisə predmeti hərbi qulluqçuya xidmətdə olduğu müddət ərzində ödənilməmiş mənzil kirayə haqqının ödənilməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı sözügedən cavabdehə qarşı iddia vermək imkanını xx.xx.2011-ci il tarixədək itirmişdir. Göründüyü kimi, İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin ötürülməsi qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair gəldiyi nəticəni əsaslı hesab edərək, şikayət rədd edilməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-3630/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar