Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-232/2024 24.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, X2 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı Quba rayonu “Dalğa” kəndli/fermer təsərrüfatının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Quba rayonu “Dalğa” kəndli/fermer təsərrüfatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu "Dalğa" kəndli (fermer) təsərrüfatının başçısı, iddiaçının mərhum atası X4 torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 004865 nömrəli dövlət aktı əsasında ayrılmış 200 hektar ərazinin müəyyənləşdirilərək "Dalğa" kəndli fermer təsərrüfatının adına daşınmaz əmlaka dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-648/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Quba rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 1992-ci il tarixli 63 saylı Sərəncamından görünür ki, Rayonun Buduq Sovetliyinin Yalavanc kəndi ərazisində “Dalğa” kəndli (fermer) təsərrüfatı qeydə alınmışdır.
2. İddiaçı başçısı X4 adına Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Б 004864 nömrəli Dövlət aktının surətindən görünür ki, Quba rayon X9 Rəyasət Heyətinin 24 fevral 1992-ci il, 23 noyabr 1993-cü il tarixli 63; 277 nömrəli qərarlarına əsasən Quba Rayon "Dalğa" kəndli (fermer) təsərrüfatına 200 hektar torpaq sahəsi ayrılmış və Dövlət aktları kitabında 108 nömrə ilə qeydə alınmışdır.
3. Quba rayon X16 Rəyasət heyətinin 23 noyabr 1993-cü il tarixli 15 saylı iclas protokolundan çıxarışdan görünür ki, “Dalğa” kəndli (fermer) təsərrüfatına ayrılmış 200 hektar torpaq sahəsinin 60 hektarının yeri dəyişdirilmişdir.
4. 10 aprel 1994-cü il tarixində Quba rayonu "Dalğa" kəndli (fermer) təsərrüfatı vergi uçotunda olması barədə AB seriyalı 031735 nömrəli Şəhadətnamə ilə vergi ödəyicisi kimi Quba rayonu Vergi şöbəsində qeydiyyata götürülmüşdür.
5. 19 iyul 1996-cı il tarixində "Dalğa" kəndli (fermer) təsərrüfatı Azərbaycan Respublikası Statistika Komitəsi tərəfindən müstəqil təsərrüfat kimi qoyun və keçilərin yetişdirilməsi, yun istehsalı, qoyun və keçi südünün istehsalı, meyvə istehsalı və Əsasnaməsində göstərilən sair fəaliyyət növləri ilə məşğul olmaq məqsədilə Statistika Komitəsində 63 nömrə ilə qeydiyyata götürülərək ona uçot vahidlərinin Dövlət Reyestrinə daxil edilməsi haqqında ******* saylı Şəhadətnamə verilmişdir.
6. 17 sentyabr 1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən "Dalğa" kəndli (fermer) təsərrüfatına xüsusi mülkiyyət növündə kənd təsərrüfatı məhsullarının istehsalı, qoyunçuluq, maldarlıq və sair məqsədlərlə şərikli müəssisə təşkilati hüquqi formasında ******* identifikasiya kodlu 4/358 saylı uçota alınma haqında arayış təqdim edilmişdir.
7. AZ-İ 373836 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 23 iyul 1994-cü il tarixində "Dalğa" kəndli (fermer) təsərrüfatının başçısı X6 vəfat etmişdir.
8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********45 nömrəli məktubla ərizəsinin icrasından imtina edilmişdir.
9. İmtina onunla əsaslandırılmışdır ki, “müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəyə əlavə olunmuş, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair X17 rayon X9 Rəyasət Heyətinin 24 fevral 1992-cı il, 23 noyabr 1993-cü il tarixli 63; 277 nömrəli qərarları əsasında hazırlanmışdır. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar təqdim edilmiş "№ A000 000 Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı “5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikasında aparılan Aqrar İslahat zamanı qeyd olunan X7 aid Dövlət Aktının verilməsinə əsas olmuş Quba rayon X9 Rəyasət Heyətinin 24 fevral 1992-ci il, 23 noyabr 1993-cü il tarixli 63; 277 nömrəli qərarların qüvvədə olub-olmaması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin məktubu ərizəyə əlavə edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Quba rayonu "Dalğa" kəndli (fermer) təsərrüfatının başçısı, iddiaçının mərhum atası X4 torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 004865 nömrəli dövlət aktı əsasında ayrılmış 200 hektar ərazinin müəyyənləşdirilərək "Dalğa" kəndli (fermer) təsərrüfatının adına daşınmaz əmlaka dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X3 başçılığı Quba rayonunda 1992-ci ilin yanvar ayının 21-də "Dalğa" kəndli (fermer) təsərrüfatı Əsasnaməsi təsdiq edilərək təsis edilmiş və 24 fevral 1992-ci il tarixində Quba rayon İcra Hakimiyyətində 63 saylı Qərarla qeydə alınmışdır. Quba rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 63 saylı və Quba rayon X9 23 noyabr 1993-cü il tarixli 277 saylı Qərarları ilə Quba Rayon "Dalğa" kəndli (fermer) təsərrüfatının kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı üçün Quba rayonunun Yalavanc kəndi ərazisindən 200 hektar torpaq sahəsi xəritədə göstərilən cizgilər daxilində daimi istifadəyə ayrılmış və İddiaçı başçısı X4 adına Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Б 004865 nömrəli Dövlət aktı Dövlət aktları kitabında 108 nömrə ilə qeydə alınmışdır. 1992-1993-cü illərdə 2000 baş xırdadırnaq heyvanat, əsasən qoyunlar Rusiya Federasiyasının Dağıstan Respublikasından alınaraq saxlanması məqsədilə gətirilmişdir. "Dalğa" fermer təsərrüfatı Quba rayonunda ilk kəndli (fermer) təsərrüfatlarından olmuş, bir müddət çox rentabelli, gəlirli fəaliyyət göstərərək aqrar sahədə öz sözünü demiş və kənd təsərrüfatına öz töhfələrini vermiş bir təsərrüfat olmuşdur. 10 aprel 1994-cü il tarixində Quba rayonu "Dalğa" kəndli (fermer) təsərrüfatı vergi uçotunda olması barədə AB seriyalı 031735 nömrəli Şəhadətnamə ilə vergi ödəyicisi kimi Quba rayonu Vergi şöbəsində qeydiyyata götürülmüşdür. 19 iyul 1996-cı il tarixində "Dalğa" kəndli (fermer) təsərrüfatı Azərbaycan Respublikası Statistika Komitəsi tərəfindən müstəqil təsərrüfat kimi qoyun və keçilərin yetişdirilməsi, yun istehsalı, qoyun və keçi südünün istehsalı, meyvə istehsalı və Əsasnaməsində göstərilən sair fəaliyyət növləri ilə məşğul olmaq məqsədilə Statistika Komitəsində 63 nömrə ilə qeydiyyata götürülərək ona uçot vahidlərinin Dövlət Reyestrinə daxil edilməsi haqqında ******* saylı Şəhadətnamə verilmişdir. 17 sentyabr 1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən "Dalğa" kəndli (fermer) təsərrüfatına xüsusi mülkiyyət növündə kənd təsərrüfatı məhsullarının istehsalı, qoyunçuluq, maldarlıq və sair məqsədlərlə şərikli müəssisə təşkilati hüquqi formasında ******* identifikasiya kodlu 4/358 saylı uçota alınma haqında arayış təqdim edilmişdir. 23 iyul 1994-cü il tarixində "Dalğa" kəndli (fermer) təsərrüfatının başçısı X6 vəfat etmişdir. Lakin fermer təsərrüfatı öz fəaliyyətini şərikli müəssisə formasında davam etdirmiş, ona mülkiyyət növündə ayrılmış torpaqlar sahibliyində və istifadəsində olmuşdur. "Dalğa" kəndli (fermer) təsərrüfatına verilmiş Dövlət aktı da müxtəlif orqan və qurumlarda keçərli olmuşdur, mülkiyyətə dair çıxarışı əvəz etmişdir. Lakin son zamanlarda kənd təsərrüfatı üçün yaradılmış güzəşt və imkanlardan istifadə etmək, fermerə ayrılmış torpaqlarda dövlətdən subsidiya alıb zeytun, nar və badam bağlarının salınması işini təşkil etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba regional idarəsinə müraciət etdikdə "Dalğa" fermer təsərrüfatı qeydiyyata götürülsə də subsidiyanın ayrılmasının yalnız Torpağa mülkiyyət hüququna dair Dövlət Reyestr Xidmətinin Çıxarışı alındıqdan sonra "Dalğa" kəndli (fermer) təsərrüfatına subsidiya ayrılacağı bildirilmişdir. Ona görə də "Dalğa" kəndli (fermer) təsərrüfatının üzvləri kimi və həmin fermerin başçısı olmuş mərhum X4 ölümündən sonra hüquqi varisləri qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi publik şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə göstərilən 200 hektar torpağa "Dalğa" fermer təsərrüfatının adına mülkiyyət hüququna dair çıxarış verilməsi məqsədilə müraciət etmişlər. Lakin cavabdeh həmin çıxarışı verməkdən xx.xx.2022-ci il tarixli **********45 saylı məktubula imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia ərizəsinə etirazı imtina ilə eyni məzmunda əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(118)-648/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (İsmayıl Quliyev).
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı Quba rayon İcra Hakimiyyətinin 24 fevral 1992-ci il, xx.xx.1993-cü il tarixli 63, 277 nömrəli Sərəncamının, Dövlət Aktının və bununla bağlı digər sənədlərin arxivə təhvil verilib-verilməməsi ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 09 fevral 2023-cü il tarixli məktubu ilə Quba rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 1992-ci il tarixli, 63 saylı Sərəncamının arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Quba rayon İcra Hakmiyyəti Başçının 277 saylı sərəncamı xx.xx.1993-cü il tarixə yox, xx.xx.1993-cü il tarixə aiddir və həmin sərəncam ticarət müəssisələrinin nizamnamələrinin qeydə alınması barədədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 25 may 2023-cü il tarixli məktubu ilə iddiaçıya təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı Quba rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 1992-ci il tarixli 63 saylı sərəncamından çıxarışı, Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktının kserosurəti, “Dalğa” kəndli (fermer) təsərrüfatına ayrılmış 200 hektar torpaq sahəsinin 60 hektarının yerinin dəyişdirilməsi ilə bağlı Quba rayon X16 Rəyasət heyətinin 23 noyabr 1993-cü il tarixli 15 saylı iclas protokolundan çıxarış və ona əlavə sənədlərin surəti məhkəmə prosesi gedişində təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Quba rayon X9 Rəyasət Heyətinin 24 fevral 1992-ci il tarixli, xx.xx.1993-cü il tarixli 63, 277 nömrəli Sərəncamı ilə Dalğa kəndi fermer təsərrüfatına Dövlət Aktı hazırlanmışdır. Əvvəlki məhkəmə iclaslarında iddiaçı məhkəmənin sullarına cavab olaraq torpaq sahəsinin başqa şəxslər tərəfindən istifadə edildiyini bildirmiş, habelə müvafiq mütəxəssis rəyinin alınmasına razılıq verməmiş, təqdim edilmiş sənədlər əsasında qərar qəbul edilə biləcəyini bildirmişdir. Cavabdeh orqanın 07 iyul 2023-cü il tarixli, 3-21-3-34/2-8939/2023c saylı məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisinə daşınmaz əmlaka baxış keçirilməsi üçün şərait yaradılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi barəsində bazada məlumat olmaması və yerində müayinə üçün şərait yaradılmaması iddianın rədd edilməsi üçün əsas təşkil edir. Həmçinin, məhkəmə qərarında iddiaçıya ilkin olaraq torpaqdan qanunsuz istifadə edən şəxslərin həmin ərazidən çıxarılması ilə bağlı mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etməsinin istisna edilmədiyi izah edilmişdir.
14. İddiaçı qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri:
15. Apellyasiya şikayəti iddia ərizə ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh özünün imtina məktubunda və etirazında bu işə heç bir aidiyyatı olmayan Xaçmaz rayon İcra Hakimiyyətinin məktubunun əlavə edilməsini tələb edir, halbuki "Dalğa" fermer təsərrüfatı Quba rayonunun ərazisində qeydə alınaraq fəaliyyət göstərir və bu işin Xaçmaz rayonuna heç bir aidiyyətı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında da hakim səhvən cavabdehin bu arqumentini əsas götürmüşdür ki, bu hakimin işin araşdırılmasına münasibətini sərgiləyir. İddiaçının hesabına yerində ekspertiza təyin etmək tələbi qanunsuz, əsassız və süründürməçilkdən başqa bir hal deyildir. Çünki, Quba rayon İcra hakimiyyətinin 24 fevral 1992-ci il tarixli 63 saylı və Quba rayon X12 23 noyabr 1993-cü il tarixli 277 saylı Qərarları ilə Quba rayon "Dalğa" kəndli (fermer) təsərrüfatının yeri tam və dürüst müəyyən edilmişdir. Komissiyon yerində baxış keçirilərək koordinatlar, cizgilər müəyyən edilmiş və Quba rayonu "Dalğa" kəndli (fermer) təsərrüfatının mülkiyyətinə aktla təhvil verilmişdir. Yenidən Quba rayon "Dalğa" kəndli (fermer) təsərrüfatının torpaq sahəsinin müəyyənləşdirilməsi məqsədilə yerində baxış keçirilməsinə, müayinə aparılmasına heç bir zərurət yoxdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: İV Fəsil. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları Maddə 11. Sovxoz və kolxozların özəlləşdirilən torpaqları
3. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər 1.Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Maddə 13. Torpaq paylarının müəyyən edilməsi Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.
21. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: ll fəsil Əmlak məsələləri və əmlakın özəlləşdirilməsi Maddə 9. Sovxozların və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydaları Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmitədqiqat və tədris müəssisələrinin ,təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları . müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Maddə 11.Sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payının müəyyənləşdirilməsi Sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada Müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar. ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir. İİİ fəsil X1 Yaradılması Maddə 18 Sovxoz və kolxozların əsasında kəndli (fermer) təsərrüfatlarının yaradılması Sovxoz və kolxozların əmlakı və torpağı bölündükdə kəndli (fermer) təsərrüfatları yaradıla bilər. Kəndli (fermer) təsərrüfatlarının yaradılması və fəaliyyəti “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
22. “X8 haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. Torpaq islahatı İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri közlənilir. Maddə 12. Sovxoz və kolxozların islahatı Sovxoz və kolxozların islahatı onların kəndli (fermer) təsərrüfatlarına bölünməsini, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilməsini, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasını şəxsi yardımçı təsərrüfatların inkişafını nəzərdə tutur. İslahat yaranmış təsərrüfatların kooperasiyasına və xidmət sahələrinin təşkilinə təminat verir.
23. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr...
24. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Hazırkı mübahisənin predmetini “Quba rayonu "Dalğa" kəndli (fermer) təsərrüfatının başçısı, iddiaçının mərhum atası X4 torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 004864 nömrəli dövlət aktı əsasında ayrılmış 200 hektar ərazinin müəyyənləşdirilərək "Dalğa" kəndli (fermer) təsərrüfatının adına daşınmaz əmlaka dair çıxarışın verilməsindən cavabdehin imtinası təşkil edir. Belə ki, iddiaçı müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
30. İşdən görünür ki, Quba rayonu "Dalğa" kəndli (fermer) təsərrüfatının başçısı X4 adına Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Б 004864 nömrəli Dövlət aktı tərtib edilmiş, Quba rayon X9 Rəyasət Heyətinin 24 fevral 1992-ci il, 23 noyabr 1993-cü il tarixli 63; 277 nömrəli qərarlarına əsasən Quba Rayon "Dalğa" kəndli (fermer) təsərrüfatına 200 hektar torpaq sahəsi ayrılmış və Dövlət aktları kitabında 108 nömrə ilə qeydə alınmışdır.
31. Məhkəmə kollegiyasının sorğusuna əsasən cavabdeh 11 iyul 2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, 5 saylı Xaçmaz Ərazi idarəsinin arxiv məlumatlarında Quba rayon Dalğa kəndli (fermer) təsərrüfatının istifadəsində olan torpaq sahəsinə münasibətdə X13 tərəfindən hər hansı qərar qəbul edilməsi və üzvlərinə torpaq sahəsi ayrılması barədə məlumat aşkar edilməmişdir.
32. Həmçinin, 02 oktyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada iddiaçı tərəfindən üç ayrı-ayrı hissələrdə şərti olaraq göstərilmişdir. Torpaq sahəsinin müayinəsi zamanı iddiaçının təqdim etdiyi dövlət aktında koordinatlar olmadığından torpaq sahəsinin sərhədlərini dəqiqləşdirmək mümkün olmamışdır. İddiaçının şərti olaraq göstərdiyi torpaq sahələrinin kateqoriyaları kənd təsərüfatı təyinatlı torpaqlardır. Həmin torpaq sahələri X14 İnformasiya Sistemində bir hissəsi Şabran rayonunun ərazisi kimi, bir hissəsi Quba rayonunun ərazisi kimi göstərilmişdir və vətəndaşlara məxsus pay torpaq sahələridir. Torpaq sahələrinin bir hissəsi hal-hazırda başqa vətəndaşlar tərəfindən istifadə olunur və başqa şəxslərin adına mülkiyyət hüquqları tanınmışdır.
33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən görünür ki, aqrar islahat zamanı məhz vətəndaşların qanuni istifadəsindəki torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir, (İİİ Fəsil. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsinin əsasları) və ya daimi yaşayış yaxud iş yeri sovxozun və kolxozun ərazisi olan şəxslərə həmin qurumların özəlləşdirilən torpaqlarından pay almaq hüququ verilir. (İV Fəsil. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları).
34. Yuxarıda qeyd edilən hüquq normalarının qarşılıqlı təhlilindən görünür ki, aqrar islahat torpaq sahələrinin məhz həmin sahənin yerləşdiyi ərazidə yaşayan vətəndaşların mülkiyyətinə əvəzsiz qaydada verilməsidir. Hazırkı halda iddiaçı mübahisəsi gedən 200 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının tanınmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının istinad etdiyi sənədlər torpaqayırma barədə ilkin sənədlərdir, mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən istifadə edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən Quba rayon Dalğa kəndli (fermer) təsərrüfatına 200 ha torpaq sahəsi ayrılsa belə, torpaq sahəsi qanunvericiliyə müvafiq olaraq özəlləşdirilmədiyi üçün daha sonra həmin torpaq sahələri “Torpaq İslahatı haqqında” AR Qanununun təsiri altına düşərək pay torpağı şəklində ayrı-ayrı vətəndaşlara ayrılmış, torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırkı halda, mübahisəli torpaq sahəsi ayrı-ayrı vətəndaşların mülkiyyətində olduğu təqdirdə iddiaçının tələbinin təmin edilməsi mümkün deyildir.
35. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.
36. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri).
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(118)-648/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.