Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-234/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı 12.09.2000-ci il tarixli 06 saylı qərarla Dəvəçi (Şabran) rayon Aqrar İslahat Komissiyasının iddiaçıya verdiyi “Torpağın mülkiyyətə verilməsi barədə” JN-30401004 saylı şəhadətnamədə göstərilən torpağın koordinatlarının naturadakı torpağın koordinatları ilə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2- 1(118)-1002/2021 nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ 05.07.2005-ci il tarixli, JN-3146A, KOD 30401004 seriyalı “Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə”yə əsasən Dəvəçi rayon Aqrar islahat komissiyasının 12.09.2000-ci il tarixli 06 saylı qərarı ilə X1 Dəvəçi şəhəri ərazisində ayrılmış 0.05 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İddiaçı 28.02.2020-ci il tarixdə qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir . Cavabdeh tərəfindən iddiaçının müraciətinə 11 mart 2002-ci il tarixli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, Xidmətin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış zamanı təqdim etdikləri JN-3146A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilən torpaq sahəsinin yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluğun aşkar edildiyi və həmin ərazinin mübahisəli olduğu müəyyən edilmişdir. Qeyd edilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2005-ci il tarixli JN-3146A kod 30401004 nömrəli torpağın mülkiyətə verilməsinə dair şəhadətnamədəki yanlışlığın aradan qaldırılması, X2 0,05 ha torpaq sahəsi ilə bağlı DƏDRX-dən verilmiş 01.09.2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarış ləğv olunması və Məmmədov Vidadi ilə İsbatova Nigar arasında 05.09.2014-cü il tarixli AN-1 N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 287 saylı torpaqla bağlı ona yeni eskiz verilməsi, eskiz əsasında DƏDRX-dən ona həmin torpaqla bağlı çıxarış verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı 13.09.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 12.09.2000-ci il tarixli 06 saylı qərarla Dəvəçi (Şabran) rayon Aqrar İslahat Komissiyasının iddiaçıya verdiyi “Torpağın mülkiyyətə verilməsi barədə” JN30401004 saylı şəhadətnamədə göstərilən torpağın kordiantlarının naturadakı torpağın koordinatları ilə uyğunlaşdıırlması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şabran (Dəvəçi) rayon X7 X4 şəhərində fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması barədəki 07.04.1992-ci il tarixli qərarı ilə İddiaçı 29.07.1992-ci il tarixli 57 saylı sərəncamla 12-ci məhəllə 287 saylı yer fərdi mənzil tikintisi üçün verilmişdir. Həmin sərəncamla X2 12-ci məhəllədə 286-cı yer 12 avqust tarixli 72 saylı sərəncamla, X3 12-ci məhəllədə 288 saylı yer fərdi mənzil tikintisi üçün verilmişdir. Şabran rayon Dövlət Arxivindən verilmiş 03 saylı 29.01.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, arxivdə olan Şabran rayon İcra Hakimiyyətinin Şabran rayon üzrə nümayəndəliyinin sərəncamlar kitabına baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı 29.07.1992-ci il tarixli 57 saylı sərəncamla 12-ci məhəllədə 287 saylı yejr fərdi mənzil tikintisi üçün verilmişdir. Onun torpağı ilə sərhəd qonşuları aşağıdakılardır: X2 12-ci məhəllə 286-cı yer 12.08.1992-ci il tarixli 72 saylı sərəncamla, X3 12-ci məhəllə 288-ci yer fərdi mənzil tikintisi üçün verilmişdir. Torpaq istifadəsinə verildiyi vaxtdan iddiaçı həmin torpaq sahəsini hasara almış, evin bünövrəsini qoymuş, 5 daş qaldırmışam, lakin maddi imkanım olmadığı üçün axıradək evi tikə bilməmişdir. Dəvəçi (Şabran) rayonu Aqrar İslahat Komissiyasının 12.09.2000-ci ii tarixli 06 saylı qərarı ilə ona Torpağın mülkiyyətə verilməsi barədə JN-3146A kod 30401004 saylı şəhadətnamə verilmişdir. O, cavabdeh idarəyə müraciət edərək 0,05 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması xahiş etdikdə ona bildirilmişdir ki, texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış zamanı təhkim edilmiş JN-3146A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də qeyd edilən torpaq sahəsinin yerləşmə vəziyyəti və faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bu səbəbdən o hesab edir ki, həmin şəhadətnamədə edilmiş nöqsanlar aradan qaldırılmalıdır. Onun tərəfindən Şabran rayon Məhkəməsində torpaq sahəsinin naturada müəyyən edilməsi və torpağın boşaldılmasına dair iddia qaldırılmışdır. Məhkəmə tərəfindən onun iddiası rədd edilərək qarşılıqlı iddiası təmin edilmişdir. Hazırda həmin mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Cavabdeh yazılı etirazında bildirmişdir ki, İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış zamanı təqdim edilmiş JN-3146A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən torpaq sahəsinin yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluğun aşkar edildiyi və həmin ərazinin mübahisəli olduğu müəyyən edilmişdir. Bu səbəbdən onun müraciətinin icrası mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(118)-1002/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerquruluşu planı və koordinatları torpaq sahəsinin faktiki yerləşmə yerinə uyğun situasiya planıdır. Hazırki vəziyyətdə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə yeri müəyyən edilməmiş, yəni onun faktiki istifadəsində torpaq sahəsi mövcud deyildir. Belə olan halda cavabdeh inzibati orqanın tələb olunan öhdəliyin qoyulması qanunauyğun deyildir. Qərardan narazı qalan iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Şikayətdə iş üzrə birinci instansiya məhkəməsinin qərarına istinad edilərək göstərilir ki, İPM-nin 12-ci maddəsinin tələbləri pozulmuş, məhkəmə işi hərtərəfli araşdırmamışdır. İddiaçı ayrılmış torpaq sahəsindən 30 ilə yaxındır ki, istifadə edir, həmin torpaq sahəsi onun sahibliyindədir. Məhkəmə isə qeyd edir ki, həmin torpaq sahəsi mövcud deyil. İddiaçı JN-3146A kod 30401004 nömrəli torpağın mülkiyətə verilməsinə dair şəhadətnamədə göstərilən toprağın koordinatlarının naturadakı torpağın koordinatları ilə uyğun olubolmaması barədə cavabdehə sorğu təqdim etmiş, sorğuya cavab verilməmiş, torpaq barədə ona məlumat verilməmişdir. Bundan sonra iddiaçı hakimə müraciət edədərək eyni sorğunun verilməsini xahiş etmiş, lakin hakim onun vəsatətini təmin etməmiş, iddiaçının torpağını müəyyənləşdirmək üçün torpağa yerində baxış keçirməmişdir. Şikayətdə daha sonra göstərilir ki, qərarda göstərilən nəticələr işin hallarına uyğun deyil, çünki obyektiv araşdırma aparılmamışdır. Yalnız iddiaçıdan izahat alınmış, bununla da qeyri-obyektiv qərar çıxarılmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(118)-1002/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə imtina etmişdir. Cavabdeh imtinasında Xidmətin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış zamanı təqdim edilmiş JN-3146A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilən torpaq sahəsinin yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluğun aşkar edildiyini və həmin ərazinin mübahisəli olduğunu qeyd etmişdir. İşə apellyasiya qaydasında baxılarkən kollegiya tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə iddiaçı tərəfindən cavabdeh inzibati orqana “Torpağın mülkiyyətə verilməsi barədə” JN-30401004 saylı şəhadətnamədə yerləşən müvafiq torpaq sahəsi ilə bağlı edilmiş müraciətlərlə bağlı sənədlərin, aparılmış inzibati icraatın materiallarının təqdim edilməsi barədə sorğu verilmiş, cavabdeh sorğuya cavab olaraq iddiaçının 13.09.2019-cu il tarixli ərizəsinin surətini, 26 sentyabr 2019-cu il tarixli, **********11 saylı ərizəyə cavab məktubunun surətini və Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam araşdırmayaraq iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan arxiv arayışından görünür ki, Şabran (Dəvəçi) rayon X7 Rəyasət Heyətinin 29.07.1992-ci il tarixli 57 saylı sərəncamı ilə 12-ci məhəllə 287 saylı yer fərdi mənzil tikintisi üçün iddiaçıya verilmişdir. Yuxarıda istinad edilən 05.07.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Dəvəçi rayon Aqrar islahat komisiyyasının 12.09.2000-ci il tarixli 06 saylı qərarı ilə X1 ayrılmış 0.05 ha torpaq sahəsi barəsindədir. Qeyd edilən şəhadətnamədə torpaq sahəsinin planı və ölçüsü, o cümlədən koordinatları və qonşu torpaq sahələri göstərilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0, 8.0.5-ci maddələrinə əsasən isə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Eləcə də, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nə əsasən . Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, cavabdeh inzibati orqan iddiaçıya ünvanlanmış imtina məktubunda torpaq sahəsinin yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluğun nədən ibarət olmasını göstərməmiş, eyni zamanda iddia ərizəsində göstərilməsinə baxmayaraq birinci instansiya məhkəməsi cavabdehin imtinasında göstərilən uyğunsuzluğun nədən ibarət olmasını araşdırmadan, ümumiyyətlə bu istiqamətdə hərhansı əlavə araşdırma aparmadan ancaq cavabdehin etirazında göstərilən xüsusatlara istinad etməklə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməməsi, onun faktiki istifadəsində torpaq sahəsinin mövcud olmaması halında cavabdeh inzibati orqanın üzərinə tələb olunan öhdəliyin qoyulması qanunauyğun olmaması nəticəsinə gəlmişdir. Halbuki, iş materiallarında iddiaçının müvafiq torpaq sahəsi ilə bağlı digər şəxslərlə mülki mübahisələrinin olması barədə məhkəmə qərarları mövcuddur, eyni zamanda iddiaçı həm iddia ərizəsində, həm də birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi izahatında topraq sahəsindən fakitiki olaraq istifadə etdiyini göstərmiş, bu barədə müvafiq sübutlar təqdim etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən pozuntulara yol verilərək cavabdehin imtinasının dəlilləri üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması, məhkəmə qərarını məhkəmə icraatında tədqiq olunmamış faktlar və sübutlarla əsaslandırılması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməli və İPM-nin 87.7, 87.7.1-ci maddələrinin tələblərinə uyğun olaraq Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 19.11.2021-ci il tarixli qərarı ləğv edilərək iş həmin məhkəməyə göndərilməlidir. Qeyd edilən maddələrin tələblərinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Belə ki, yuxarıda qeyd edilən pozuntular səbəbindən iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunur ki, bu hallar da məhz birinci instasniya məhkəməsi tərəfindən aradşrılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(118)-1002/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı 12.09.2000-ci il tarixli 06 saylı qərarla Dəvəçi (Şabran) rayon Aqrar İslahat Komissiyasının iddiaçıya verdiyi “Torpağın mülkiyyətə verilməsi barədə” JN-30401004 saylı şəhadətnamədə göstərilən torpağın koordinatlarının naturadakı torpağın koordinatları ilə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-234/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-234/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver