Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-235/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)- 387/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə (VÖEN), ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********155227 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilərək, fevral 2019 - yanvar 2022-ci illəri əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən cəmiyyətə 679186,73 manat əlavə vergi hesablanmış və 391168,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama dövründə cəmiyyətin Sumqayıt şəhəri, 52-ci məhəllə ünvanında 2 ədəd “ANBAR” adlı təsərrüfat subyekti qeydiyyatda olmuş, pərakəndə satış aparılması üçün nəzarət kassa aparatı mövcud olmamışdır. Səyyar vergi yoxlaması aktının 1.9.2 və 1.9.3-cü bəndlərinə əsasən vergi ödəyicisinin əmlakının inventarizasiyası aparılmamış, binasına və ərazisinə baxış keçirilməmişdir. Həmçinin yoxlama zamanı mal qalığının yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 50 və 58-ci maddələrinə uyğun olaraq operativ vergi nəzarəti tədbiri keçirilməmişdir. Aktda qeyd edilmişdir ki, yoxlama zamanı bilavasitə vergi orqanının fəaliyyət sahəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə VM-nin 44 və 45-ci maddələrinə əsasən ekspert və mütəxəssis dəvət edilməsinə zərurət yaranmış və xx.xx.2022-ci il tarixli **********8159868 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: “Vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixinədək olan dövrdə istehsal olunmuş PVC pəncərə, qapı sanuzel, qapı eyvan, nəfəslik, PVS dama çıxış, PVC dam üçbucağı, vitraj, aliminium vitraj, kombi qutusu və şaxta qapısının istehsal həcminin müəyyənləşdirilməsi. Qərar mütəxəssis dəvət edilməsi ilə bağlı olsa da, xx.xx.2022-ci il tarixində “Ekspertiza keçirilməsi haqqında qərarla tanış olma barədə” protokol tərtib edilmiş və vergi ödəyicisinə bu protokol imzalatdırılmışdır. SVY aktından qeyd edilir ki, “Azərekspertiza” Birliyinin eksperti X4 vergi ödəyicisinin istehsal obyektində iştirak etmişdir. İddiaçı bildirir ki, yoxlama prosesində belə bir iştirak olmamışdır, həmin iştirakı təsdiq edən baxış protokolu da mövcud deyildir. Bu hal svy aktının özü ilə də təsdiq edilir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Səyyar vergi yoxlaması aktının 1.9.2 və 1.9.3-cü bəndlərinə əsasən vergi ödəyicisinin əmlakının inventarizasiyası aparılmamış, binasına və ərazisinə baxış keçirilməmişdir. Səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, “Azərekspertiza” Birliyinin xx.xx.2022ci il tarixli 48 saylı məktubu ilə mütəxəssis rəyi təqdim etmişdir. Mütəxəssis rəyi əsasında vergilərin hesablanması prosessual qanun pozuntuları ilə aparılmışdır: Qeyd olunan rəyin hazırlanılması üçün istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə yerində istehsal prosesində baxış keçirilməsi tələb olunsa da, belə bir baxış və istehsal prosesinin müşahidəsi həyata keçirilməmişdir; Yerində istehsal prosesi müşahidə edilmədən, yerində yoxlama aparılmadan belə bir material sərfiyyatının müəyyən edilməsi təbii ki, mümkün deyildir. Mütəxəssis dəvət edilməsi ilə bağlı qərar çıxarılsa da, SVY aktında “Ekspertiza təyin edilməsi barədə qərar” qəbul edilməsi qeyd edilmişdir; xx.xx.2022-ci il tarixində “Ekspertiza keçirilməsi haqqında qərarla tanış olma barədə” protokol tərtib edilmiş və VMnin 44.7-ci maddəsinə istinad edilərək vergi ödəyicisinin hüquqları(ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək, ekspertin rəyi ilə tanış olmaq) izah edilmişdir. Lakin VM-nin 44 və 45-ci maddələrinin tələblərinə zidd olaraq tərtib olunmuş mütəxəssis rəyi vergi ödəyicisinə təqdim edilməmişdir. Qərarda və səyyar vergi yoxlaması aktının 8 və 11-ci səhifələrində göstərilmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən istehsal olunan hazır məhsulun və xammalın hərəkət cədvəli yoxlamaya təqdim edilmədiyindən, tərəfindən istehsal olunan malların istehsalına görə mal-material silgisinin həcminin düzgünlüyünü müəyyənləşdirmək məqsədilə mütəxəssis cəlb olunmuş və xx.xx.2022-ci il tarixli 48 nömrəli mütəxxəssis rəyi verilmişdir. Mütəxəssis rəyi ilə xx.xx.2019-cu ildən, xx.xx.2022-ci il tarixədək istehsal məhsulları olan profillərin illər üzrə alışlarına görə material sərfiyyatı təqdim edilmişdir. Mütəxəssis rəyi ilə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatları arasında kənarlaşma olduğu müəyyən edilmişdir. Belə ki, mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmişdir. Artıq istehsalı müəyyən edilən mallara müvafiq çeşidlər üzrə artıq göstərilmiş saylar yoxlama ilə eqaimədə müəyyən edilən orta satış qiymətləri tətbiq edilməklə 2019-cu il üzrə 126112 manat, 2020-ci il üzrə 551580,12 manat və 2021-ci il üzrə 109419,34 manat, ümumilikdə 787111,46 manat əlavə dövriyyə məbləği müəyyən edilmişdir. Azaldılmış dövriyyə məbləğləri müvafiq olaraq azaldılmış dövrlər üzrə ƏDV və mənfəət vergisi bəyənnamələrinə əlavə edilmişdir. SVY aktında qeyd olunmuşdur ki, “Həmçinin vergi ödəyicisindən alınmış izahata əsasən müəssisənin yoxlama dövrünün sonuna mal qalığının olmadığı müəyyən edilmişdir”. İddiaçı bildirir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən mal qalığının olmaması ilə bağlı heç bir izahat yazılmamışdır. xx.xx.2023-cü il tarixli, **********108500 saylı məktubla vergi orqanına müraciət edilərək, aktda qeyd olunan izahatın surəti istənilmişdir. Vergi orqanından cavab olaraq daxil olmuş xx.xx.2023cü il tarixli **********380900 saylı "xxxx" MMC-də (VÖEN **********) aparılan növbədənkənar səyyar vergi yoxlaması haqqında” məktubda qeyd olunan izahatın surəti təqdim olunmamışdır. Belə olan halda, əgər mütəxəssis rəyinə əsasən profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmiş olsa belə, həmin mal qalığının yerində olub-olmaması məqsədi ilə yerində yoxlama və baxış keçirilməli, mallar aşkar edilmədiyi halda VM-nin 159.1-ci maddəsinə əsasən ilk öncə ƏDV hesablana, daha sonra mənfəət dövriyyəsi artırılaraq, əlavə mənfəət vergisi hesablana bilərdi. Səyyar vergi yoxlaması aktının 1.9.2-ci və 1.9.3cü bəndlərində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. Vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmişdir. Lakin mal qalığının olmadığı səbəbindən satış kimi qiymətləndirilərək vergilər hesablanmışdır. Sual olunur ki, inventarizasiya aparılmadan və binaya (əraziyə) baxış keçirilmədən mal qalığı necə müəyyənləşdirilə bilər? Yəni vergi orqanı eyni sənəddə bir-birinə əks olan məlumat qeyd etmişdir. Bu isə vergi orqanı tərəfindən vergilərin hesablanmasına çox səthi və qanunsuz yanaşılmasının sübutudur. Səyyar vergi yoxlaması aktında qeyd edilir ki, vergi ödəyicisi tərəfindən istehsal olunan hazır məhsulun və xammalın hərəkət cədvəli yoxlamaya təqdim edilmədiyindən, tərəfindən istehsal olunan malların istehsalına görə mal-material silgisinin həcminin düzgünlüyünü müəyyənləşdirmək məqsədilə müətəxəssis cəlb olunmuşdur. Daha sonra isə qeyd olunur ki, mütəxəssis rəyi ilə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatları arasında kənarlaşma olduğu müəyyən edilmişdir. Göründüyü kimi əvvəl sənədlərin təqdim olunmadığı qeyd edilir, sonra isə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatlarına istinad olunur. Bu isə tamamilə ziddiyyətli məqamdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli, **********108500 saylı “Material uçot cədvəlinin təqdim olunması barədə” məktubla vergi orqanına müraciət edilərək, səyyar vergi yoxlaması zamanı yoxlama tərəfindən tərtib olunmuş material uçot cədvəlinin surəti istənilmişdir. Vergi orqanından cavab olaraq daxil olmuş xx.xx.2023-cü il tarixli **********380900 saylı “VİV İNŞAAT" MMC-də (VÖEN **********) aparılan növbədənkənar səyyar vergi yoxlaması haqqında” məktubda qeyd yalnız vergi ödəyicisi tərəfindən material uçot cədvəlinin təqdim olunmamasına istinad edilmiş, yoxlama zamanı material uçot cədvəli tərtib olunmasına münasibət bildirilməmişdir. Bildirilir ki, aktda qeyd olunduğu kimi, istehsal olunmuş mallara dair sərfiyyatın müəyyən olunması üçün, mütləq şəkildə yoxlama tərəfindən material uçot cədvəli tərtib olunmalı idi. Bu cədvəldə istehsal məqsədləri üçün alınmış xammalın miqdarı, istehsal olunmuş məhsulun sayı və ya həcmi, 1 məhsul istehsalına gedən xammal sərfiyyatı və sonda alınmış mallardan artıq qalıq qeyd edilməli idi, yalnız bundan sonra hansısa malların istehsal sərfiyyatından artıq alınması barədə fikir yürütmək olardı. Halbuki, səyyar vergi yoxlaması aktının özündə də hansı mallardan və hansı miqdarda artıq alınması barədə heç bir qeyd mövcud deyildir. Yalnız ümumi şəkildə 2019-cu il üzrə 126112 manat, 2020-ci il üzrə 551580,12 manat və 2021-ci il üzrə 109419,34 manat, ümumilikdə 787111,46 manatlıq malların artıq alınması və bu malların VM-nin 159.1-ci maddəsinə əsasən satış kimi qiymətləndirilərək, ƏDV və mənfəət vergisi hesablanması qeyd edilmişdir. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********155227 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin VM-nin 38.3.5-ci maddəsinə əsasən yoxlamanın keçirilməsi əsaslandırılmamışdır. Ali Məhkəmənin 2-1(102)-1356/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında (Z.Quliyev) deyilir: Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, VM-nin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155227 saylı qərarına əsasən İddiaçı MMC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edilməklə növbədənkənar vergi yoxlaması təyin edilmişdir. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və xx.xx.2022-ci il tarixli **********155262 saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi PVC pəncərə, qapı sanuzel, qapı eyvan, vintraj, kombi qutusu və digər məhsulların istehsalı, divar kağızı, şüşə, profil, şrup və digər məhsulların isə topdan satışı ilə məşğul olmuşdur. Müəssisənin fəaliyyətinin yoxlanılması zamanı cəmiyyət tərəfindən PVC pəncərə, qapı sanuzel, qapı eyvan, nəfəslik, PVC dama çıxış, PVC dam üçbucağı, vitraj, aliminium vitraj, kombi qutusu və şaxta qapısı məhsullarının istehsalı, e-qaimə faktura, YGB məlumatlarına əsasən çerepitsa, divar kağızı, şüşə, profil, şrup, paduqa və s. məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Yoxlama zamanı iddiaçı tərəfindən hazır məhsulun və xammalın hərəkəti cədvəli yoxlamaya təqdim edilmədiyindən, müəssisə tərəfindən istehsal olunan PVC pəncərə, qapı sanuzel, qapı eyvan, nəfəslik, PVC dama çıxış, PVC dam üçbucağı, vitraj, aliminium vitraj, kombi qutusu və şaxta qapısı məhsullarının istehsalına görə mal-material silgisinin həcminin düzgünlüyünün müəyyənləşdirmək məqsədi ilə mütəxəssis rəyinin verilməsinə görə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixli 48 nömrəli mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək əsas istehsal məhsulları olan PVC pəncərə, qapı sanuzel, qapı eyvan, nəfəslik, PVC dama çıxış, PVC dam üçbucağı, vitraj, aliminium vitraj, kombi qutusu və şaxta qapısının istehsal edilməsində istifadə olunan plastik profil və aluminium profilərin illər üzrə alışlarına görə material sərfiyyatını təqdim etmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəylə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatlarında kənarlaşma olduğu müəyyən edilmişdir. Belə ki, mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatının vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyat ilə eyni olmamışdır. Mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmişdir. Artıq istehsalı müəyyən edilən mallara müvafiq çeşidlər üzrə artıq göstərilmiş saylar yoxlama ilə e-qaimədə müəyyən edilən orta satış qiymətləri tətbiq edilməklə 2019- cu il üzrə 126.112,0 manat, 2020-ci il üzrə 551.580,12 manat və 2021-ci il üzrə 109.419,34 manat, ümumilikdə 787.111,46 manat əlavə dövriyyə məbləği müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisindən alınmış izahata əsasən müəssisənin yoxlama dövrünün sonuna mal qalığının olmadığı müəyyən edilmişdir. Azaldılmış cəmi 787.111,46 manat dövriyyə məbləği Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vergiyə cəlb edilərək 141.680,06 manat əlavə dəyər vergisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 70.840,03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Kameral vergi yoxlaması ilə vergi ödəyicisinin təqdim etdiyi 2019-cu ilin fevral ayının ƏDV bəyananməsində yaranmış Qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyənizdən ƏDV-nin 64113,94 manat məbləğində olduğu müəyyən olunmuşdur. Təqdim edilmiş bəyannaməyə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV 62760,83 manat təşkil etdiyi üçün 1353,11 manat kənarlaşmaya əsasən hesablama aparılmışdır. Kameral vergi yoxlaması ilə vergi ödəyicisinin təqdim etdiyi 2019cu ilin iyun ayının ƏDV bəyannaməsində yaranmış Qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyənizdən ƏDV-nin 252208.05 manat məbləğində olduğu müəyyən olunmuşdur. Təqdim edilmiş bəyannaməyə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən tutulan əməliyyatlar üzrə dövriyyənizdən ƏDV 247513.51 manat təşkil etdiyi üçün 4694.54 manat kənarlaşma əsasən hesablama aparılmışdır. Kameral vergi yoxlaması ilə vergi ödəyicisinin təqdim etdiyi 2019-cu ilin avqust ayının ƏDV bəyannaməsində yaranmış elektron uyğunsuzluğa əsasən kənarlaşma yaranmış və əlavə olaraq vergi ödəyicisinə 3205,04 manat hesablama aparılmışdır. Kameral vergi yoxlaması ilə vergi ödəyicisinin təqdim etdiyi 2020-ci ilin aprel ayının ƏDV bəyannaməsində yaranmış 2020-ci ilin yanvar-aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar (301.1 ) (Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)) sətirində əks etdirilmiş 1501216,47 manat məbləğ/ çıxılsın (-) / Qarşı tərəfin əvəzləşdirdiyi 1518322,94 manat ƏDV-siz məbləği nəticəsində yaranan - 17106,47 manat ƏDV-siz dövriyyədən xx.xx.2020-dək Avans məbləği 0 manat çıxılmaqla yaranan kənarlaşma üzrə -3079,16 manat ƏDV-dən yayınma riski müəyyən edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəylə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatlarında kənarlaşma olduğu müəyyən edilmişdir. Belə ki, mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatının vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyat ilə eyni olmamışdır. Mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmişdir. Artıq istehsal həcmi müəyyən edilən mallara müvafiq çeşidlər üzrə e-qaimə fakturalarda müəyyən edilən orta satış qiymətləri (ƏDV-siz) tətbiq edilməklə 2019-cu il üzrə 126.112,0 manat, 2020-ci il üzrə 551.580,12 manat və 2021-ci il üzrə 109.419,34 manat, ümumilikdə 787.111,46 manat əlavə dövriyyə məbləği müəyyən edilmişdir. Azaldılmış dövriyyə məbləğləri müvafiq olaraq azaldılmış dövrlər üzrə mənfəət vergisi bəyannamələrinə əlavə edilmişdir. Əlavə olaraq vergi ödəyicisi istehsal fəaliyyəti ilə yanaşı alış-satış fəaliyyəti ilə məşğul olmuşdur. E-qaimə, idxal məlumatlarına əsasən istehsal prosesində istifadə olunan profil, şrup, şüşə və.s məhsullar həm istehsal prosesində istifadə edildiyi, həm də e-qaimə əsasında satışı müəyyən edilmişdir. Əlavə olaraq çerepitsa, lambirin, kley, divar kağız, paduqa və.s malların alınıb-satılması ilə bağlı malların hərəkəti cədvəli tərtib edilmədiyindən yoxlamaya təqdim edilməmişdir. Göstərilən səbəblərdən mütəxəssis tərəfindən artırılan dövriyyə məbləği ilə bağlı xərcləri, həmçinin istehsalda və e-qaimə faktura əsasında satılan mallar üzrə mal- material hesabatı təqdim edilmədiyindən istehsal edilən və satılan malların xərclərini müəyyən etmək mümkün olmamışdır. Yoxlama zamanı müəssisənin 2019-cu il dövrü üzrə müəyyən edilmiş 917.020,59 manat mənfəətdən 183.404,12 manat məbləğində mənfəət vergisi hesablandı. Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə gəlirin formalaşması - 2020-ci ilin Mənfəət vergisi bəyannaməsində 9.271.779,64 manat göstərilən dövriyyə məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə- fakturalara, həmçinin 2020-ci il üzrə mütəxəssis tərəfindən xammal-material sərfiyyatına əsasən müəyyən edilən əlavə 551.580.12 manat dövriyyə məbləğinə əsasən təsdiq edilmişdir. Yoxlama zamanı müəssisənin 2020-ci il dövrü üzrə müəyyən edilmiş 1.637.226,63 manat mənfəətdən 327.445,33 manat məbləğində mənfəət vergisi hesablandı. Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə gəlirin formalaşması - 2021-ci ilin Mənfəət vergisi bəyannaməsində 1.686.533,46 manat göstərilən dövriyyə məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə- fakturalara, həmçinin 2021-ci il üzrə mütəxəssis tərəfindən xammalmaterial sərfiyyatına əsasən müəyyən edilən əlavə 109.419,34 manat dövriyyə məbləğinə əsasən təsdiq edilmişdir. Yoxlama zamanı müəssisənin 2021-ci il dövrü üzrə müəyyən edilmiş 299.325,47 manat mənfəətdən 59.865,09 manat məbləğində mənfəət vergisi hesablandı. Cədvəldən göründüyü kimi müəssisə tərəfindən 2019-cu ilin mənfəət vergisi üzrə 183.404,12 manat, 2021-ci ilin mənfəət vergisi üzrə 327.445,33 manat, 2021-ci ilin mənfəət vergisi üzrə 327.445,33 manat 59.865,09 manat mənfəət vergisi məbləği azaldılmışdır. Mənfəət vergisinin azaldılmasının səbəbi gəlirin düzgün müəyyən edilməməsi olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumilikdə 529.924,77 manat məbləğində mənfəət vergisinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 264.962,39 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli **********155789 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167605 nömrəli Qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 mart 2022-ci il tarixli, **********155227 nömrəli qərarından görünür ki, İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə fevral 2019 – yanvar 2022 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, İddiaçınə 679186,73 manat məbləğində əlavə vergi, 391168,94 manat məbləğində isə maliyyə sanksiyası tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-387/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin VİV İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5ci maddələrinə istinad etməklə kifayətlənmiş, lakin növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (xüsusilə mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə yoxlama, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlansa da, yoxlamanın təyin edilməsi barədə qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumatın nədən ibarət olması göstərilməmişdir. Səyyar vergi yoxlaması aktının 8-ci səhifəsində qeyd edilmişdir ki, mütəxəssis tərəfindən artırılan dövriyyə məbləği ilə bağlı xərcləri, həmçinin istehsalda və e-qaimə faktura əsasında satılan mallar üzrə mal-material hesabatı təqdim edilmədiyindən istehsal edilən və satılan malların xərclərini müəyyən etmək mümkün olmamışdır. SVY aktının 4-cü səhifəsində isə qeyd edilir ki, xx.xx.2022-ci il tarixli **********158092 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarla müəssisənin bank əməliyyatlarının, istehsal edilmiş mallar üzrə kalkulyasiyalarin, yük gömrük bəyannamələrinin, invoysların təsdiq edilmiş surəti götürülmüş, nümunə kimi sənədlərin götürülməsi müvafiq olaraq xx.xx.2022-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. İş materiallarında olan Vergi orqanından daxil olmuş xx.xx.2023-cü il tarixli **********293200 saylı və xx.xx.2023-cü il tarixli **********768200 saylı məktublara əsasən yoxlama dövrün müəssisənin elektron qaimə fakturalar əsasında 2019-cu il ərzində 4,560,450.40 manat, 2020-ci il ərzində 7,770,583.21 manat, 2021-ci il ərzində 1,597,552.77 manat olmaqla, cəmi 13,928,586.38 manat, yük gömrük bəyənnamələri əsasında 2019-cu il ərzində 265,437.10 manat, 2020-ci ildə 965,010.61 manat olmaqla, cəmi 1,230,447.71 manat, eyni zamanda 2019-cu il ərzində 27 ədəd alış aktları əsasında 375235.78 manat dəyərində malların alınması müəyyən olunmuşdur. Qeyd olunan sənədlərin mövcud olmasına və yoxlamaya təqdim edilməsinə baxmayaraq Vergi Məcəlləsinin 83.9-cu maddəsini əldə rəhbər tutaraq, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümükün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb edilən mənfəət müəyyən edilərək mənfəət vergisi hesablanmışdır. Bu yolla 2019-cu il üzrə 183 404,12 manat, 2020-ci il üzrə 327 445,33 manat və 2021-ci il üzrə 59 865,09 manat mənfəət vergisi hesablanmışdır. Cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının 2019-2021-ci illər üzrə əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci madəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Eyni zamanda təqdim edilmiş sənədlər gəlirin əldə olunmasına və ƏDV-nin hesablanılmasına münasibətdə nəzərə alınmış, xərclərin müəyyən olunmasına münasibətdə isə nəzərə alınmayaraq “İnzibati İcraat haqqında” qanunun 12.4-cü maddəsinə(İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir) zidd olaraq ikili mövqe sərgiləmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan qanunvericilik aktlarının və normalarının tələbləri araşdırmadan qərar qəbul etdirmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edilir ki, məhkəmə kollegiyası sözügedən maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə təhrif olunmuş əsaslarla yanlış qənaətə gəlmişdir. Məhkəmə qərarında qeyd edir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hesab edilir ki, məhkəmə kollegiyası iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını iş üzrə tətbiq etmişdir. Məlumat üçün bildirilir ki, Səyyar vergi yoxlamalarının təhlili və təşkili şöbəsi xx.xx.2022-ci il tarixli **********091400 nömrəli xidməti məktub yazaraq İddiaçı MMC-də vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünü yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünün yoxlanılmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası prosessual fəallıq prinsipinə uyğun olaraq obyektiv həqiqətin müəyyən edilməsi üçün yoxlayıcını şahid qismində dəvət edib dindirməli olduğu halda dindirməmişdir. Qeyd olunan sübutlar məhkəmə kollegiyasına təqdim edilsə də, məhkəmə qərarında bunları nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, məhkəmənin hüquqi mövqeyi və gəldiyi qənaət işin faktiki hallarına uyğun olmadığı üçün nəticə qanuni və əsaslı hesab edilə bilməz. Həmçinin, məhkəmə qəbul etdiyi qərarında qeyd etmişdir ki, cavabdeh vergi orqanı şərti rentabellik norması tətbiq etməklə Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan ardıcıllığı gözləməmişdir. İlk növbədə qətiyyətlə bildirilir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin ardıcıllıqla tətbiq edilməli olması üzrə rəyinə münasibətdə bildirilir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin birinci cümləsinə əsasən maddədə qeyd edilən əlaqəli məlumatlardan hər hansı birindən istifadə edilərək verginin hesablanması vergi orqanın hüququdur. Qeyd edilən maddədə verginin hesablanması üçün istifadə edilən məlumatlardan istifadə olunması ilə bağlı hər hansı ardıcıllıq müəyyən edilməmiş, həmin məlumatlardan istifadə olunması ardıcıllığı vergi orqanın mülahizəsinə buraxılmışdır. Odur ki, məhkəmənin verginin qeyd edilən məlumatlardan istifadə edilmədən hesablanmasına istinad edərək hesablamanı əsassız hesab etməsi qanuni deyildir. Məhkəmə kollegiyasının işin faktiki hallarını bu şəkildə təhrif etməsi və qanunun müddəalarını bu şəkildə yanlış təfsir etməsi gəldiyi yanlış və əsassız nəticənin əsalandırılmasına xidmət etmişdir. Əlavə olaraq bildirilir ki, 67-ci maddənin düzgün tətbiqi ilə əlaqədar Ali Məhkəmənin bir neçə qərarı (2-1(102)-167/14 saylı, xx.xx.2014-cü il tarixli, 2-1(102)-31/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarlar) mövcuddur ki, bu da mövcud məsələ barəsində formalaşmış məhkəmə mövqeyinin olduğunu deməyə əsas verir. Azərbaycan Respublikası VM-nin 83.2.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi bəyannamələrində olan məlumata və 83.2.4-cü maddəyə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Məhkəmə kollegiyası qeyd olunanları da nəzərə almamışdır. Əlavə olaraq bildirilir ki, müəssisə yoxlamaya yoxlama üçün zəruri olan sənədləri təqdim etmədiyi üçün vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Analoji vergi ödəyicisinin müəyyən edilməsi üçün aidiyyəti şöbəyə xx.xx.2022 tarixli, **********276900 nömrəli məktubla müraciət olunmuşdur. Analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin olmadığı barədə xx.xx.2022 tarixli **********331300 nömrəli məktubla aidiyyəti şöbədən cavab alınmışdır. Kollegiya qeyd edir ki, cavabdeh əlavə vergilərin hesablanması zamanı Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarının tətbiqini zəruri edən halları qeyd etməmiş, həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan Kollegiya bildirir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Lakin cavabdeh tərəfindən VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin tələbrinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamışdır; Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin qarşılıqlı təhlili və göndərici xüsusiyyəti deməyə əsas verir ki, iş üzrə şərti rentabellik normalarının tətbiqi üçün gəlirlər və ya xərclər müəyyən edilməlidir.İş üzrə də xərcləri müəyyən etmək mümkün olmadığı üçün gəlirlərə əsasən mənfəət müəyyən edilmiş və vergilər hesablanmışdır. Belə olan halda məhkəmə kollegiyası hansı əsasla “Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarının tətbiqini zəruri edən halları qeyd etməmiş” ifadəsini dəlil olaraq qərarında qeyd edir?! Həmçinin vergi orqanı müəyyən edilən gəlirləri məhz əlaqəli məlumatlar əsasında müəyyən etdiyi üçün Vergi Məcəlləsinin 67-ci maddəsi baxımından əsaslandırılmanın aparılmamasının qeyd edilmədi absurtdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edilir ki, məhkəmə kollegiyası iş üzrə aşağıda əks olunan maddi hüquq normalarını tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə qərarında iş materiallarına əsasən ƏDV məbləği Vergi Məcəlləsinin 159.1 və 67.15-ci maddəsinə istinad edilməklə hesablanmasını,lakin səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi (səhifə 6) yoxlama zamanı inventarizasiyanın keçirilməsindən imtina edildiyini, belə olan halda, uçot məlumatlarında göstərilən malların faktiki mövcud olmaması şəklində qiymətləndirməklə cavabdeh vergi orqanı tərəfindən əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, uçot məlumatlarında mövcud olan, lakin vergi ödəyicisinin faktiki sahibliyində olmayan malların müəyyən edilməsi üçün vergi nəzarətinin həyata keçirilməsi şərtdir. Eyni zamanda iş materiallarında qeyd olunan malmaterialın iddiaçının uçot sənədlərində əks olunduğu barədə hər hansı sübut mövcud deyildir. Bununla bağlı bildirilir ki, xx.xx.2022-ci il tarixli 48 nömrəli mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək əsas istehsal məhsulları olan PVC pəncərə, qapı sanuzel, qapı eyvan, nəfəslik, PVC dama çıxış, PVC dam üçbucağı, vitraj, aliminium vitraj, kombi qutusu və şaxta qapısının istehsal edilməsində istifadə olunan plastik profil və aluminium profilərin illər üzrə alışlarına görə material sərfiyyatını təqdim etmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəylə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatlarında kənarlaşma olduğu müəyyən edilmişdir. Belə ki, mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatının vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyat ilə eyni olmamışdır. Mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmişdir. Artıq istehsalı müəyyən edilən mallara müvafiq çeşidlər üzrə artıq göstərilmiş saylar yoxlama ilə e-qaimədə müəyyən edilən orta satış qiymətləri tətbiq edilməklə 2019-cu il üzrə 126.112,0 manat, 2020-ci il üzrə 551.580,12 manat və 2021-ci il üzrə 109.419,34 manat, ümumilikdə 787.111,46 manat əlavə dövriyyə məbləği müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisindən alınmış izahata əsasən müəssisənin yoxlama dövrünün sonuna mal qalığının olmadığı müəyyən edilmişdir. Azaldılmış cəmi 787.111,46 manat dövriyyə məbləği Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vergiyə cəlb edilərək 141.680,06 manat əlavə dəyər vergisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 70.840,03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq bildiririk ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən təyin edilmiş ekspertiza üzrə xx.xx.2024-cü il tarixl 9/6920 saylı ekspert rəyi məhkəməyə sübut kimi təqdim edilmişdir. Qeyd olunan eksert rəyində “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167605 nömrəli Qərarında hesablanmış verginin qanuni və əsaslı olması bildirilmişdir. Məhkəmə qərarında qeyd olunan ekpsert rəyinə qərəzli yanaşaraq qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə heç bir araşdırma aparmadan, Ali Məhkəmənin oxşar işlər üzrə mövqeyi nəzərə alınmadan birtərəfli şəkildə hazırlanılmaqla vergi orqanın səyyar vergi yoxlaması aktında yazılmış rəqəmləri heç bir əsaslandırma, hesablama, tətqiqat və araşdırma olmadan təsdiq etmişdir. Beləki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən yalnız “Azərekspertiza” Birliyinin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 48 saylı mütəxəssis rəyinə istinad edilməklə yalnız ƏDV-nin hesablanılmasına münasibət bildirilmişdir. Qeyd olunan mütəxəssis rəyinin isə vergilərin hesablanmasının qanuniliyinə dəlalət edən mötəbər sübut kimi qəbul edilə bilməməsi barədə yuxarıda izahat verilmişdir. Yuxarıda qeyd olunduğu kimi məhkəmə tərəfindən qeyd olunan hissələrdə iddia təmin edilsə da, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, qərarda münasibət bildirilməmişdir. b) İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq, etirazını iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, ilk növbədə bildirilir ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********155227 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən, müəssisəyə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin VM-nin 38.3.5-ci maddəsinə əsasən yoxlamanın keçirilməsi əsaslandırılmamışdır. Ali Məhkəmənin 2-1(102)-1356/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında (Z.Quliyev) deyilir: Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Göründüyü kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının təyin edilməsi VM-nin tələblərinə uyğun olaraq düzgün formada və qanuni əsaslandırılmamışdır. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-2106/2024 saylı qərarında (S.Kərimov) qeyd edilmişdir ki,
52. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə yoxlama, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlansa da, yoxlamanın təyin edilməsi barədə qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumatın nədən ibarət olması göstərilməmişdir (bax: iş cild 1, vərəq 188). Bununla bağlı formalaşmış vahid məhkəmə təcrübəsinə dair kassasiya instansiyası məhkəməsinin qərarları (2-1(102)-669/2022, 2-1(102)-670/2024, 2- 1(102)-1117/2023, 2-1(102)-1201/2024, 2-1(102)-751/2024) mövcuddur və yalnız qeyd olunan əsas inzibati aktın formal-hüquqi baxımdan qüsurlu olduğuna görə ləğv olunması üçün yetərli hesab olunmuşdur. Beləliklə, səyyar vergi yoxlaması maddi və prosessual normaların kobud pozuntuları ilə müşayiət olunduğundan, həmin yoxlamanın nəticələrinə dair inzibati akt qanunsuz sayılmalı və ləğv olunmalıdır (Bununla bağlı bax: Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023 tarixli, 2-1(102)- 2258/2023 nömrəli 3 ulduzlu qərarı). Qeyd edilməlidir ki, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1578/2024 (m/h: Z.Quliyev) saylı qərardadına əsasən oxşar məhkəmə təcrübəsi olması səbəbindən cavabdeh vergi orqanı tərəfindən verilmiş kasassiya şikayəti mümkün sayılmamışdır. Bundan əlavə, xərcləri müəyyən etmək mümkün olmadığı halda belə şərti rentabellik əsasında mənfəət vergisinin hesablanması yenə də qanunsuzdur. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsi Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarını müəyyən edir: Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yəni ilk öncə Vergi Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməli, bu nəticə verməsə 67.14-cü dolayısı ilə 83.9-cu maddə ilə vergilər hesablanmalıdır. Bu məsələ ilə bağlı mövcud məhkəmə təcrübəsi də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli İş N 2-1(102)-532/2022 nömrəli qərarında (məruzəçi hakim: Z.Quliyev) qeyd olunmuşdur ki, 38. Eyni zamanda və bu xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. 39. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Mövcud halda sənədlər tam təqdim edilməmiş olsa belə, vergi orqanında mövcud olan elektron informasiya məlumatları əsasında VM-nin 67.1.5, 67.1.6 və 67.1.7-ci maddələrinə əsasən gəlir və xərclərin tam müəyyən edilməsi mümkün olardı. Təqdim edilən sənədlər əsasında müəssisənin gəlirlərinin müəyyən olunmasına münasibətdə nəzərə alınmış, xərclərə münasibətdə isə nəzərə alınmayaraq ikili yanaşma nümayiş etdirilmişdir. Təqdim edilən sənədlər gəlirin əldə olunması ilə bağlı olaraq qəbul edilirsə, xərclərə münasibətdə də eynilə qəbul edilməlidir. Lakin yoxlama ilə yuxarıda qeyd edilən şəkildə təyin etdiyi gəlir məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Yoxlayıcı orqan həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Hesab edilir ki, istinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Yoxlayıcı orqan tərəfindən VM-in 67ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin tələblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Ali Məhkəmənin 2-1(102)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “38. Eyni zamanda və bu xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin "Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. 39. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz”. Digər tərəfdən bildirilir ki, vergi orqanının xx.xx.2024-cü il tarixli, **********182632 saylı mütəxəssis dəvət edilməsi barədə qərara əsasən mütəxəssis dəvət edilmiş və mütəxəssis tərəfindən təqdim edilən sənədlər mötəbər sübut olaraq qiymətləndirilməklə onun əsasında mal-material sərfiyyatı müəyyən edilmişdir. Mövcud halda da vergi orqanı tərəfindən “İnzibati İcraat haqqında” qanunun 12.2-ci maddəsinə zidd olaraq ikili yanaşma nümayiş etdirilmişdir. Əgər təqdim edilmiş sənədlər kifayət deyildisə onda, onun əsasında hazırlanılmış mütəxəssis rəyi də vergilərin hesablanılması üçün əsas götürülə bilməzdi. 2019-cu ilin mənfəət vergisi: 2019cu il üzrə müəssisənin hesablama metodu ilə təqdim etdiyi dövriyyəsi özünün bəyan etdiyi 5376063.98 manatdan 126112 manat manat artırılaraq 5502133.57 manat müəyyən olunmuş və xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi ilə özünün bəyan etdiyi vergi məbləği nəzərə alınmaqla, əlavə olaraq 171453.57 manat mənfəət vergisi hesablanılmışdır. Mənfəət vergisi bəyənnaməsində xərclərin məbləği isə 5303266.68 manatdan 721641.5 manat məbləğində 4581925.18 manata azaldılmışdır. İlk öncə qeyd edilməlidir ki, müəssisənin ilin təkcə yoxlama dövrünə düşən dövrü ərzində 4825 887.5 manat dəyərində mal alışı mövcud olmuşdur. İllik bank köçürmələrinin məbləği və illik cəmi rəsmi alış məbləği 5340385.31 manat təşkil etmişdir. Lakin səyyar vergi yoxlaması ilə faktiki olaraq elektron qaimə faktura, yük gömrük bəyənnamələri və bank köçürmələri ilə təsdiq olunan mal, iş və xidmətlərin dəyəri nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək, malın dəyəri süni şəkildə 221.4-cü sətrdə 3809258.15 manat, xammal və materialların dəyəri isə 221.3-cü sətrdə 717819.89 manat olmaqla cəmi 4527078.04 manat, digər xərclər əlavə olunmaqla isə 4581925.18 manat cəmi xərc qeyd edilməklə qanunsuz və əsassız olaraq əlavə 171453.57 manat mənfəət vergisi hesablanılmışdır. 2020-ci ilin mənfəət vergisi: 2019-cu il üzrə müəssisənin hesablama metodu ilə təqdim etdiyi dövriyyəsi özünün bəyan etdiyi 9271779.64 manatdan 551580.12 manat artırılaraq 9823359.76 manat müəyyən olunmuş və xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi ilə özünün bəyan etdiyi vergi məbləği nəzərə alınmaqla, əlavə olaraq 298606.11 manat mənfəət vergisi hesablanılmışdır. Mənfəət vergisi bəyənnaməsində xərclərin məbləği isə 8966809.03 manatdan 814934.4 manat məbləğində 8151874.63 manata azaldılmışdır. İlk öncə qeyd edilməlidir ki, müəssisənin il ərzində 8735593.82 manat (elektron qaimə faktura əsasında 7,770,583.21 manatlıq daxili alış + 965,010.61 yük gömrük bəyənnaməsi əsasında idxal) dəyərində mal alışı mövcud olmuşdur. Qeyd olunan malların dəyəri bank hesabı vasitəsi ilə nağdsız qaydada ödənilmişdir. Lakin səyyar vergi yoxlaması ilə faktiki olaraq elektron qaimə faktura, yük gömrük bəyənnamələri və bank köçürmələri ilə təsdiq olunan mal, iş və xidmətlərin dəyəri nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək, malın dəyəri süni şəkildə 221.4-cü sətrdə 5351183.56 manat, xammal və materailların dəyəri isə 2577609.14 manat olmaqla cəmi 7928792.7 manat qeyd edilməklə qanunsuz və əsassız olaraq əlavə 298606.11 manat mənfəət vergisi hesablanılmışdır. Bildirilir ki, mənfəət vergisi bəyənnaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci Mallar adlı bəndində dövr ərzində daxil olmuş və təqdim olunmuş hissəsində 8743727.10 manat dəyərində mallar əks etdirilmiş, həmin məbləğ bəyənnamənin xərclər hissəsinin 221.3-cü maddəsində də eynilə qeyd edilmişdir. Lakin səyyar vergi yoxlaması aktına əsasən tərtib olunmuş bəyənnamədə 1 nömrəli əlavədə malların dəyəri 252214.04 manat azaldılaraq 8491513.06 manat qeyd edilmişdir. Bəyənnamənin əlavəsində bu rəqəmi təsdiq etmələrinə baxmayaraq, 221.3 və 221.4-cü maddələrində malların dəyəri cəmi 7928792.7 manat qeyd edilmişdir. Halbuki bütün xərclər rəsmi olaraq elektron qaimə fakturalar və yük gömrük bəyənnamələri ilə təsdiq olunur. Eyni zamanda bildirilir ki, mənfəət vergisi bəyənnaməsinin 1 nömrəli əlavəsində daxil olmuş və təqdim edilmiş malların dəyərinin 252214.04 manat azaldılması da qanunusuz və əsassızdır, səyyar vergi yoxlaması ilə sübut edilməmişdir. Belə ki, mal qalığının azaldılması və ya artırılması yalnız təsərrüfat subyektində keçirilmiş vergi nəzarəti tədbiri nəticəsində mümkün ola bilərdi ki, səyyar vergi yoxlaması aktının özündə də qeyd edilmişdir ki, vergi ödəyicisinini ərazisinə baxış keçirilməmiş, malların inventarizasiyası aparılmamışdır. 2021-ci ilin mənfəət vergisi bəyənnaməsi: 2021-ci il üzrə müəssisənin hesablama metodu ilə təqdim etdiyi dövriyyəsi özünün bəyan etdiyi 1 478 833.84 manatdan 302 118.96 manat manat artırılaraq 1 780 952.80 manat müəyyən olunmuş və xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi ilə özünün bəyan etdiyi vergi məbləği nəzərə alınmaqla, əlavə olaraq 59 865.09 manat mənfəət vergisi hesablanılmışdır. Mənfəət vergisi bəyənnaməsində xərclərin məbləği isə 1 717 499.81 manatdan 220 872.48 manat məbləğində 1 496 627.33 manata azaldılmışdır. İlk öncə qeyd edilməlidir ki, müəssisənin ilin təkcə yoxlama dövrünə düşən dövrü ərzində 1 597 552.77 manat dəyərində mal alışı mövcud olmuşdur. İllik bank köçürmələrinin məbləği 1 691 720.82 manat təşkil etmişdir. Lakin səyyar vergi yoxlaması ilə faktiki olaraq elektron qaimə faktura, yük gömrük bəyənnamələri və bank köçürmələri ilə təsdiq olunan mal, iş və xidmətlərin dəyəri nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək, malın dəyəri süni şəkildə 221.4-cü sətrdə 868 744.69 manat, xammal və materailların dəyəri isə 221.3cü sətrdə 605 165.6 manat olmaqla cəmi 1 473 910.29 manat, digər xərclər əlavə olunmaqla isə 1 496 627.33 manat cəmi xərc qeyd edilməklə qanunsuz və əsassız olaraq əlavə 59 865.09 manat mənfəət vergisi hesablanılmışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən müəssisənin gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri mövcud olduğu halda VM-nin 67, 104.1 və 108.1-ci maddələrinin tələbləri pozulmaqla, gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmadan şərti rentabellik prinsipi əsasında mənfəət vergisi hesablanılmışdır. Bildirilir ki, bütün hesablamaların əsasında yuxarıda qeyd olunmuş mütəxəssis rəyi dayanır. İlk öncə bildirilir ki, mütəxəssis rəyi əsasında vergilərin hesablanması prosessual qanun pozuntuları ilə aparılmışdır: Qeyd olunan rəyin hazırlanılması üçün istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə yerində istehsal prosesində baxış keçirilməsi tələb olunsa da, belə bir baxış və istehsal prosesinin müşahidəsi həyata keçirilməmişdir; Yerində istehsal prosesi müşahidə edilmədən, yerində yoxlama aparılmadan belə bir material sərfiyyatının müəyyən edilməsi təbii ki, mümkün deyildir. Bildirilir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən mal qalığının olmaması ilə bağlı heç bir izahat yazılmamışdır. Hesab edilir ki, vergi orqanı öz qanunsuz mövqeyini əsaslandırmaq üçün bütün vasitələrdən istiadə edir. Bununla bağlı olaraq xx.xx.2023-cü il tarixli, **********108500 sayı məktubla vergi orqanına müraciət edilərək, aktda qeyd olunan izahatın surəti istənilmişdir. Vergi orqanından cavab olaraq daxil olmuş xx.xx.2023-cü il tarixli **********380900 saylı "xxxx" MMC-də (VÖEN **********) aparılan növbədənkənar səyyar vergi yoxlaması haqqında” məktubda qeyd olunan izahatin surəti təqdim olunmamışdır. Belə olan halda, əgər mütəxəssis rəyinə əsasən profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmiş olsa belə, həmin mal qalığının yerində olub-olmaması məqsədi ilə yerində yoxlama və baxış keçirilməli, mallar aşkar edilmədiyi halda VM-nin 159.1-ci maddəsinə əsasən ilk öncə ƏDV hesablana, daha sonra mənfəət dövriyyəsi artırılaraq, əlavə mənfəət vergisi hesablana bilərdi. Səyyar vergi yoxlaması aktının 1.9.2-ci və 1.9.3cü bəndlərində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. Vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmişdir. Lakin mal qalığının olmadığı səbəbindən satış kimi qiymətləndirilərək vergilər hesablanmışdır. Sual olunur ki, inventarizasiya aparılmadan və binaya (əraziyə) baxış keçirilmədən mal qalığı necə müəyyənləşdirilə bilər? Yəni vergi orqanı eyni sənəddə bir-birinə əks olan məlumat qeyd etmişdir. Bu isə vergi orqanı tərəfindən vergilərin hesablanmasına çox səthi və qanunsuz yanaşılmasının sübutudur. Əlavə dəyər vergisi üzrə (SVY aktının 10-cu səhifəsi- ƏDV-nin müqayisəli cədvəli və 11-12-ci səhifələr-kənarlaşmanın əsaslandırılması: Səyyar vergi yoxlaması aktında(səhifə 11) qeyd edilir ki yoxlama zamanı vergi ödəyicisi tərəfindən istehsal olunan hazır məhsulun və xammalın hərəkət cədvəli yoxlamaya təqdim edilmədiyindən, müəssisə tərəfindən istehsal olunan malların istehsalına görə malmaterial silgisinin həcminin düzgünlüyünü müəyyənləşdirmək məqsədilə müətəxəssis cəlb olunmuş və xx.xx.2022-ci il tarxili 48 nömrəli mütəxxəssis rəyi verilmişdir. Mütəxəssis rəyi ilə xx.xx.2019- cu ildən, xx.xx.2022-ci il tarixədək istehsal məhsulları olan profillərin illə üzrə alışlarına görə material sərfiyyatını təqdim edilmişdir. Mütəxəssis rəyi ilə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatları arasında kənarlaşma olduğu müəyyən edilmişdir. Belə ki, mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmişdir. Artıq istehsalı müəyyən edilən mallara müvafiq çeşidlər üzrə artıq göstərilmiş saylar yoxlama ilə e-qaimədə müəyyən edilən orta satış qiymətləri tətbiq edilməklə 2019-cu il üzrə 126 112 manat, 2020-ci il üzrə 551 580,12 manat və 2021-ci il üzrə 109 419,34 manat, ümumilikdə 787 111,46 manat əlavə dövriyyə məbləği müəyyən edilmişdir. Mütəxəssis rəyinin qanunsuz və əsassız olması ilə bağlı yuxarıdakı hissələrdə ətraflı məlumat verilmişdir. Əlavə olaraq bildirilir ki, aktda müvafiq çeşidlər deyəndə nəyin və hansı malların artıq olması barədə heç bir qeyd mövcud deyildir. Aktda qeyd edilir ki, ƏDV-nin müqayisəli cədvəlinə əsasən aylar üzrə 7 581.22 manat ƏDV müəyyən edilmiş , aylar üzrə azaldılmış ƏDV məbləğinə isə 34 678.57 manat maliyyə sanksiyası tətbiq edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən “Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”. Göründüyü kimi, 7 581.22 manat yayınmaya görə, cəmi 50% məbləğində cəmi 3 790.61 manat sanksiya tətbiq edilə biləcəyi halda əsas məbləğdən 5 dəfə çox 34 678.57 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV-nin müqayisəli cədvəlinə əsasən aylar üzrə 211028.11 manat ƏDV-nin az hesablanıldığı (2019-cu il: mart- 250.17 manat, may- 2 302.54 manat, iyul- 6 608.97 manat, oktyabr - 1 017.84 manat, noyabr - 3 347.20 manat, dekabr - 22 691.06 manat. 2020-ci il: yanvar - 915 93 manat, fevral - 13 636.08 manat, aprel - 3 797.94 manat, iyun - 10 767.57 manat, avqust- 0.1 manat, noyabr - 5 451.81 manat, dekabr - 107 827.79. 2021-ci il: yanvar - 7 317.72 manat, oktyabr - 5400.00 manat, dekabr - 19 695.48 manat), 61 766.15 manat isə artıq hesablanıldığı (2019-cu il: fevral - 4 839. 36 manat, aprel - 2 682.08 manat, iyun - 5 885.19 manat, avqust - 12.07 manat, sentyabr - 5 335.7 manat. 2020-ci il üzrə mart - 5 896.08 manat, may - 0.15 manat, iyul - 4 918.44 manat, sentyabr - 9 012.77 manat, oktyabr 14 098.41 manat. 2021-ci il üzrə iyun - 900.26 manat, iyul - 5 485.64 manat, sentyabr - 2 700 manat) hesablanılması müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması aktında qeyd edilir ki, artıq istehsalı müəyyən edilən mallara müvafiq çeşidlər üzrə artıq göstərilmiş saylar yoxlama ilə e-qaimədə müəyyən edilən orta satış qiymətləri tətbiq edilməklə 2019-cu il üzrə 126 112.0 manat, 2020-ci il üzrə 551.580.12 manat və 2021-ci il üzrə 109 419.34 manat olmaqla ümumilkdə 787 111.46 manat əlavə dövriyyə müəyyən edilmişdir. 787 111.46*18% = 141 680.06 manat ƏDV məbləği edir, lakin yuxarıda qeyd edilən cədvəldə 211 028.11 manat ƏDV-nin az hesablanılması qeyd edilmiş, fərq yaradan 69 348.05 manat ƏDV-nin haradan formalaşması barədə aktda heç bir qeyd mövcud deyildir. Eyni zamanda 787 111.46 manat əlavə dövriyyəyə görə hesablamaların müvafiq ilin sonuncu aylarında hesablanılmalı olmasını səhv belə olsa nəzərə alsaq hər ilin sonuncu dekabr ayları üzrə 22 691.06 + 107 817.79 + 19 695.48 manat= 150 204.33 manat, ən pis halda hesablana biləcək 141 680.06 manat məbləğdən 8 524.27 manat çoxdur. ƏDV ödənilməməsinə görə Vergi Məcəlləsinin 58.6-ci maddəsinə əsasən 2020-ci il üzrə 14 042.48 manat, 2021-ci il üzrə isə 1 170.00 manat maliyyə sanksiyaları tətbiq edilmişdir. Lakin səyyar vergi yoxlaması aktının heç bir yerində hansı aylar üzrə, hansı ƏDV-nin ödənilməməsi barədə heç bir qeyd mövcud deyildir. Məsuliyyətə cəlb edilmə barədə qərarda isə qeyd edilmişdir ki, VM-nin 58.6-cı maddəsinə əsasən müəssisə tərəfindən 2019-2020-2021-ci illər üzrə malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə müəssisəyə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50%-i məbləğində yəni 20 612.48 manat maliyyə sanksiyası tətbiq edilsin. İlk növbədə bildirilməlidir ki, svy aktı və məsuliyyət qərarındakı rəqəmlər eynilik təşkil etmir. Həmçinin nə aktda, nə də məsuliyyət qərarında hansı hallarda ƏDV-nin gec ödənilməsi əsaslandırılmamışdır. Səyyar vergi yoxlaması aktında ümumilikdə ƏDV-nin hansı aylar üzrə niyə az ödənilməsi, niyə artıq ödənilməsi və hansı səbəbdən maliyyə sanksiyası tətbiq edilməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Yoxlama sadəcə olaraq cədvəl formasında rəqəmləri yazmaqla kifayətlənmiş, hansı aylar üzrə, hansı vergi ödəyicilərindən daxil olmuş vergi hesab fakturaları və elektron qaimə fakturalara əvəzləşmə üçün qəbul etdiyini, hansıları qəbul etmədiyini, hansı aylarda səhv əvəzləşmə verildiyini, hansı hallarda ƏDV və əsas məbləğlərin fərqli tarixlərdə ödənildiyini və buna görə sanksiya tətbiq edildiyini əsaslandırmamışdır. Məsuliyyətə cəlb edilmə barədə qərarda qeyd edilmişdir ki, yoxlama zamanı əskik gələn dövriyyə məbləği VM-nin 67.15-ci (Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır) və 159.1-ci maddələrinə əsasən yoxlama dövrünün sonuncu ayına bərpa edilməklə hesablama aparılmışdır. Bildirilir ki, svy aktına əsasən yoxlama dövrünün sonuncu ayına (2021 dekabr) cəmi 19 695.48 manat ƏDV hesablanılmışdır. Sual olunur bəs onda qalan ƏDV nədir? Səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi (səhifə 4) yoxlama zamanı inventarizasiya keçirilməmişdir. Belə olan halda uçot məlumatlarında göstərilən malların faktiki mövcud olmaması şəklində cavabdeh vergi orqanı tərəfindən qiymətləndirməklə əsassız nəticəyə gəlinmişdir. Hesab edilir ki, uçot məlumatlarında mövcud olan, lakin vergi ödəyicisinin faktiki sahibliyində olmayan malların müəyyən edilməsi üçün vergi nəzarətinin həyata keçirilməsi şərtdir. Vergi orqanı 67.15-ci maddəni o halda tətbiq edə bilərdi ki, uçot məlumatlarında(mövcud halda mənfəət vergisi bəyənnaməsinin 1 saylı əlavəsində) əks olunmuş mal qalığının yerində yoxlanılmasını aparsın və malları aşkar etməsin. Həmçinin iş materiallarında qeyd olunan mal-materialın iddiaçının uçot sənədlərində əks olunduğu barədə hər hansı sübut mövcud deyildir. Məsuliyyətə cəlb edilmə barədə qərarda qeyd edilmişdir ki, 149 262.38 manat ƏDV məbləği azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsas götürülməklə 105 514.06 manat maliyyə sanksiyası tətbiq edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən “Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”. Göründüyü kimi, 149 262.38 manat ƏDV məbləğinə 74 631.19 manat maliyyə sanksiyası tətbiq edilə biləcəyi halda, 30 972.87 manat artıq olmaqla 105 604.06 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar olabilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: – nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; – səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 38.7 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 10 mart 2022-ci il tarixli, **********155227 saylı Qərarı ilə iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Cavabdeh “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 10 mart 2022-ci il tarixli, **********155227 saylı Qərarında yalnız Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş və qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat göstərilməmiş, başqa sözlə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsaslandırılmamışdır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Hazırkı iş üzrə isə qeyd olunduğu kimi cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə, bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan, əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanunauyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********155227 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında ” qərarına əsasən, müəssisəyə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilərək, fevral 2019 - yanvar 2022-ci illəri əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən şirkətə 679 186,73 manat əlavə vergi hesablanmış və 391 168,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə yoxlamanın təyin edilməsi barədə qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumatın nədən ibarət olması göstərilməməsi ilə bağlı formalaşmış vahid məhkəmə təcrübəsinə dair kassasiya instansiyası məhkəməsinin qərarları (2-1(102)-669/2022, 2- 1(102)-670/2024, 2-1(102)-1117/2023, 2-1(102)-1201/2024, 2-1(102)-751/2024) mövcuddur və yalnız qeyd olunan əsas inzibati aktın formal-hüquqi baxımdan qüsurlu olduğuna görə ləğv olunması üçün yetərli hesab olunmuşdur. Bundan əlavə, yoxlama zamanı mənfəət vergisi üzrə cavabdeh tərəfindən birbaşa şərti rentabellik norması tətbiq edilərək əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan tələblərinə zidd olaraq əlaqəli məlumatlar əsasında deyil, birbaşa şərti rentabellik norması tətbiq etməklə iddiaçıya vergi hesablamışdır. Verginin bu qaydada hesablanması kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə də ziddir (Bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)-769/2024 nömrəli, 2-1(102)-943/2024 nömrəli inzibati işlər üzrə qərarları). Əlavə olaraq iş materiallarına əlavə edilmiş “Azərekspertiza” Birliyinin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, mütəxəssis tərəfindən 12 adda profil məhsulunun sərfiyyatına dair cədvəl təqdim etsə də, hansı qaydada, hansı metod və üsulla hesablama aparıldığı göstərilməmiş, sadəcə müvafiq rəqəmlər əks etdilməklə kifayətlənilmişdir. Eyni zamanda qeyd olunan mütəxəssis rəyində müxtəlif profil məhsullarının istehsal həcminə münasibət bildirilsə də, rəydə xx.xx.2019-xx.xx.2022-ci illər üzrə 3 fərqli cədvəl əks etdirilmişdir. Lakin cədvəllərə əsasən hesablamaların hansı illərə aid olması əks etdirilməmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən əsassız yanaşma nümayiş etdirilərək hər il üzrə ayrılıqda material sərfiyyatına münasibət bildirilmişdir. Yoxlayıcı orqan tərəfindən qeyd olunan rəyə istinad edilməklə VMnin 159.1 və 67.15-ci maddələrinə istinad edilməklə 2019-cu il üzrə 126 112.0 manat, 2020-ci il üzrə 551 580.12 manat, 2021-ci il üzrə 109 419.34 manat olmaqla, cəmi 787 111.46 manat əlavə dövriyyə müəyyən edilməklə, həmin dövriyyə münasibətdə 141 680.06 manat ƏDV və 70 840.03 manat maliyyə sanksiyası müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, istinad olunan rəy vergilərin hesablanmasının qanuniliyinə dəlalət edən mötəbər sübut kimi qəbul edilə bilməz.(bax: xx.xx.2023-cü il tarixli 2-1(102)-2258/2023 saylı vahid məhkəmə təcrübəsi formalaşdıran *** qərar) Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarla ödəmə mənbəyində verginin və məcburi dövlət sosial sığorta haqlarının hesablanmasının əsasını mütəxəssis rəyi təşkil edir. Hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, mübahisələndirilən qərarla hesablanmış məbləğlərin əsaslılığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Başqa sözlə, cavabdeh mötəbər ekspert rəyi əsasında vergilərin hesablandığını sübuta yetirməlidir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, mütəxəssis tərəfindən görülmüş işin adının, forma 2-nin məbləğinin və işçiliyin dəyərini özündə əks etdirən cədvəl təqdim edilmişdir. Lakin, forma 2-lər üzrə vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində əmək haqqı xərclərinin məbləğinin hansı qaydada, hansı metod və üsulla hesablandığı göstərilməmiş, sadəcə müvafiq rəqəmlər əks etdilməklə kifayətlənilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, istinad olunan rəy vergilərin hesablanmasının qanuniliyinə dəlalət edən mötəbər sübut kimi qəbul edilə bilməz. Əlavə olaraq Vergi Məcəlləsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2181/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 nömrəli qərarları). Bundan əlavə, xərcləri müəyyən etmək mümkün olmadığı halda belə şərti rentabellik əsasında mənfəət vergisinin hesablanması yenə də qanunsuzdur. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarını müəyyən edir: Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yəni ilk öncə Vergi Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməli, bu nəticə verməsə 67.14-cü dolayısı ilə 83.9-cu maddə ilə vergilər hesablanmalıdır. Bu məsələ ilə bağlı mövcud məhkəmə təcrübəsi də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin "Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunmuşdur ki, müəssisə yoxlamaya yoxlama üçün zəruri olan sənədləri təqdim etmədiyi üçün vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Kollegiya həmin dəlili əsassız hesab edərək qeyd edir ki, hazırda sənədlər iddiaçı tərəfindən tam təqdim edilməmiş olsa belə, vergi orqanında mövcud olan elektron informasiya məlumatları əsasında VM-nin 67.1.5, 67.1.6 və 67.1.7-ci maddələrinə əsasən gəlir və xərclərin tam müəyyən edilməsi mümkün olardı. Həmçinin cavabdeh inzibati orqan tərəfindən təqdim edilən sənədlər müəssisənin gəlirlərinin müəyyən olunmasına münasibətdə nəzərə alınmış, xərclərə münasibətdə isə nəzərə alınmayaraq iki fərqli yanaşma nümayiş etdirilmişdir. Təqdim edilən sənədlər gəlirin əldə olunması ilə bağlı olaraq qəbul edilirsə, xərclərə münasibətdə də eynilə qəbul edilməlidir. Lakin yoxlama ilə yuxarıda qeyd edilən şəkildə təyin etdiyi gəlir məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Yoxlayıcı orqan həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə əsaslanmışdır. Beləliklə də, kollegiya qeyd edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının 2019-2021-cu illər üzrə əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci madəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Eyni zamanda təqdim edilmiş sənədlər gəlirin əldə olunmasına və ƏDV-nin hesablanılmasına münasibətdə nəzərə alınmış, xərclərin müəyyən olunmasına münasibətdə isə nəzərə alınmayaraq “İnzibati İcraat haqqında” qanunun 12.4-cü maddəsinə zidd olaraq ikili mövqe göstərilmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Əlavə olaraq səyyar vergi yoxlaması aktında ümumilikdə ƏDV-nin hansı aylar üzrə az ödənilməsi və ya artıq ödənilməsi səbəbləri, həmçinin hansı səbəbdən maliyyə sanksiyası tətbiq edilməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Cavabdeh inzibati orqan sadəcə olaraq cədvəl formasında rəqəmləri yazmaqla kifayətlənmiş, hansı aylar üzrə, hansı vergi ödəyicilərindən daxil olmuş vergi hesab fakturaları və elektron qaimə fakturalara əvəzləşmə üçün qəbul etdiyini, hansıları qəbul etmədiyini, hansı aylarda səhv əvəzləşmə verildiyini, hansı hallarda ƏDV və əsas məbləğlərin fərqli tarixlərdə ödənildiyini və buna görə sanksiya tətbiq edildiyini əsaslandırmamışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 2-1(118)- 2277/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardada əsasən iş üzrə kompleks məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2/9/51xx-xx/5037 saylı məktubuna əsasən ekspert rəyinin verilməsindən imtina olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə qərardadına və göndərilmiş sənədlərə münasibət bildirilmədiyi halda, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən təyin edilmiş ekspertiza üzrə xx.xx.2024-cü il tarixl 9/6920 saylı ekspert rəyi həmin idarəyə təqdim edilmişdir. Məhkəmə kollegiyası həmin ekspert rəyinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur: Məhkəmə araşdırmasında qeyd olunan rəy tətqiq olunmaqla bələ nəticəyə gəlinmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə heç bir araşdırma aparmadan, Ali Məhkəmənin oxşar işlər üzrə mövqeyi nəzərə alınmadan birtərəfli şəkildə hazırlanılmaqla vergi orqanın səyyar vergi yoxlaması aktında yazılmış rəqəmləri heç bir əsaslandırma, hesablama, tətqiqat və araşdırma olmadan təsdiq etmişdir. Beləki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən yalnız “Azərekspertiza” Birliyinin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 48 saylı mütəxəssis rəyinə istinad edilməklə yalnız ƏDV-nin hesablanılmasına münasibət bildirilmişdir. Qeyd olunan mütəxəssis rəyinin isə vergilərin hesablanmasının qanuniliyinə dəlalət edən mötəbər sübut kimi qəbul edilə bilməməsi barədə yuxarıda izahat verilmişdir. Ekspert rəyində mənfəət vergisinin hesablanılmasına münasibətdə rəyin əsaslandırma hissəsində heç bir mövqe bildirilmədən, yalnız nəticə hissəsində vergi orqanının yoxlama aktında hesablanılmış məbləği olduğu kimi təsdiq etmiş, məbləğiin hansı qaydada hesablanılması ilə bağlı heç bir mövqe bildirilməmişdir. Məhkəmə hesab edir ki, ekspert tərəfindən qanunun tələbinə zidd olaraq heç bir araşdırma aparılmamış, xüsusi biliyinə əsasən deyil, “Azərekspertiza” Birliyinin rəyinə və səyyar vergi yoxlaması istinadən rəy vermişdir. Bununla bağlı olaraq da qeyd olunan ekspert rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin Ali Məhkəmənin analoji işlərlə bağlı 2-1(102)-669/2022 nömrəli inzibati iş üzrə qərarında qeyd edilmişdir: “Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.” Beləliklə, səyyar vergi yoxlaması maddi və prosessual normaların kobud pozuntuları ilə müşayiət olunduğundan, həmin yoxlamanın nəticələrinə dair inzibati akt qanunsuz sayılmalı və ləğv olunmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-387/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.