Məhkəmə qərarları › İş №2-1(105)-236/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-236/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-236/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 0N dekabr N0NN-ci il tarixli, N- 1(118)-N6N7/N0NN nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx xxxx 1974-cü ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Qazançı kəndində anadan olmuşdur, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, N nömrəli h/h ünvanında qeydiyyatdadır. 5-ci X3 şəxsi heyət üzrə N7 yanvar N0NN-ci il tarixli, 04 “əç” nömrəli əmrinə əsasən (17-ci bənd) kiçik çavuş, 877-ci Sülhməramlı qüvvələr briqadasının (N nömrəli hərbi hissə) 4-cü motoatıcı taborunun rabitə taqımının telefon manqasının telefonçusu İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında N nömrəli hərbi hissə (5-ci Ordu Korpusunun) komandirinin N7 yanvar N0NN-ci il tarixli 04 “əç” nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə edənədək hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə (5-ci Ordu Korpusu) komandirinin N7 yanvar N0NN-ci il tarixli 04 “əç” nömrəli əmrin (onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması hissəsində) ləğv edilməsi, N nömrəli hərbi hissənin 4-cü taborun rabitə taqımında telefon manqasının telefonçusu vəzifəsinə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 iyun N004-cü il tarixdən AR Silahlı Qüvvələrində xidmət etmişdir. N nömrəli hərbi hissə (5-ci Ordu Korpusun) komandirinin N7 yanvar N0NN-ci il tarixli, 04 “əç” nömrəli əmri ilə o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Həmin əmr barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Əmr N nömrəli hərbi hissə komandiri tərəfindən yalnız 01 iyun N0NN-ci il tarixdə icraya yönəldilmiş, həmin tarixdən o, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çxarılmışdır. Həmin əmr haqqında isə ona 3 gün sonra, yəni 04 iyun N0NNci il tarixdə məlumat verilmişdir. Bu isə onu göstərir ki, iddiaçının istefaya buraxılma qaydası (proseduru) qanunvericiliyin tələblərinə zidd həyata keçirilmişdir. Qeyd edir ki, əmrin ləğv edilməsinə dair şikayət instansiyası hesab olunan AR Müdafiə Nazirliyi və Prezident Administrasiyasına müraciət etmişdir. Müraciətinə cavab olaraq N nömrəli hərbi hissə komandanlığı tərəfindən xx.xx.N0NN-ci il tarixli, N861 nömrəli məktubla müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, iddiaçının istefaya buraxılması haqqında N nömrəli hərbi hissə komandirinin N7 yanvar N0NN-ci il tarixli əmri qanunsuz və əsassızdır. N7 fevral N017-ci il tarixdən istefaya buraxıldığı 01 iyun N0NN-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. İstefaya buraxılarkən iddiaçının 18 il stajı var idi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməyi üçün cəmi N il müddəti qalmışdır. N0N1ci ilin iyun ayında N nömrəli hərbi hissə komandiri istefaya buraxılmaq istəyib-istəməməyi ilə onunla fərdi söhbət apararkən iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş hüququnu xatırladaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə edənədək xidmətdə saxlanılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına göndərilməsinə baxmayaraq söhbətləşmə vərəqəsində buna ehtiyacı olmadığını bildirmişdir. xx.xx.N0N1-ci il tarixdə iddiaçı barəsində N nömrəli hərbi hissədə təqdimat hazırlanaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “a” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılması məqsədəuyğun hesab edilərək yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Komandanlıq tərəfindən müsbət qərar qəbul olunaraq N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən iddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə tanış olmaqla “göndərilən sənədlərin uçotunun aparılması jurnalı” nda imza edilərək təyinat vərəqəsini almışdır. Həmçinin, iddiaçı ilə ehtiyata buraxılmadan əvvəl söhbət aparılmışdır. İddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əmrdən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 0N dekabr N0NN-ci il tarixli, N-1(118)-N6N7/N0NN nömrəli qərardadı ilə ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır (V.Əzizova). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəri üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hüquqlarının pozulması ilə əlaqədar ilk olaraq Müdafiə Nazirliyinin Rəhbərliyinə, Azərbaycan Respublikası Prezidenti və Birinci Vitse-Prezidentinə müraciətlər etmişdir. Müraciətinə cavab olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən ona N iyul N0NN-ci il tarixdə N861 saylı cavab məktubu yazılmışdır. İddiaçı iddia ərizəsini 04 avqust N0NN-ci ildə birinci instansiya məhkəməsinə təqdim etmişdir. Hesab edir ki, AR İPM-nin 38.3, 38.3.1 və 38.3.N-ci maddələrinə və “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə iddia müddəti şikayəti ilə bağlı N saylı hərbi hissə tərəfindən N iyul N0NNci ildə ona göndərilmiş cavab məktubunun tarixindən hesablanmalıdır ki, həmin vaxtdan bir ay ərzində - yəni 04 avqust N0NN-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.N014cü ildən N nömrəli hərbi hissədə xidmətə başlamış, xx.xx.N017-ci il tarixdən N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. xx.xx.N0N1-ci il tarixdə iddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına göndərilməsinə baxmayaraq, söhbətləşmə vərəqəsində buna ehtiyacının olmadığını bildirmişdir. xx.xx.N0N1-ci il tarixdə iddiaçı barədə N nömrəli hərbi hissədə təqdimat hazırlanaraq, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq istefaya buraxılması məqsədə uyğun hesab edilərək, yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Komandanlıq tərəfindən müsbət qərar qəbul olunaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli müvafiq əmri icra olunması üçün (iddiaçının ordu sıralarından istefaya buraxılması) N nömrəli hərbi hissəyə göndərilmişdir. İddiaçı xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək 15 (on beş) gün, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək 15 (on beş) gün, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin 1N0-ci bəndinə əsasən 60 (altmış) gün müddətinə məzuniyyətə buraxılmışdır. İddiaçı istefaya getməsi barədə məlumatın ona yalnız xx.xx.N0NN-ci il tarixdə çatdırıldığını bildirməsinə baxmayaraq, bu barədə onun əvvəlcədən məlumatı, eləcə məhkəməyə şikayət vermək üçün kifayət qədər müddəti olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsi və birinci intansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinin dəlillərinin qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3 İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.N-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.N-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. (-). Maddə 58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 8N. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.N. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.N və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılması və hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi müddətin buraxılması səbəbi ilə iddianı mümkün saymamış və bu barədə qərardadında qeyd etmişdir ki, iddiaçı qeyd olunan əmrlə hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan 5-ci X3 şəxsi heyət üzrə N7 yanvar N0NN-ci il tarixli, 04 “əç” nömrəli əmrindən görünür ki, əmrin 17-ci bəndində adı qeyd olunan İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı həmin həmin əmri mübahisələndirir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçının tələbi onun xidmətdən xaric edilməsi barədə əmrin ləğvinə yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 3N-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt), yəni hazırkı mübahisəyə münasibətdə həm əmr, həm də şikayət instansiyasının şikayət üzrə qərarı mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Başqa sözlə, məhkəmədə mübahisələndirmə haqqında iddia qaldırma müddətinin axımı, inzibati aktdan şikayət verilmədiyi hallarda həmin aktın təqdim edildiyi və ya bu barədə ona rəsmi məlumatın verildiyi vaxtdan başlayır, şikayət instansiyasına şikayət verildiyi halda isə, həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. İPM-nin 38.3-cü maddəsində qeyd edilir ki, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.N-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.N-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. “İnzibati icraat haqqında” Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər (Maddə 73.N). Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi qanunverici maraqlı şəxsin inzibati aktdan şikayət verməli olduğu müddəti aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri ilə bağlı məlumat nəzərdə tutulmadıqda inzibati aktın qüvvəyə mindiyi gündən 6 ay müddətində müəyyən etmişdir. Hazırkı mübahisə üzrə də “İnzibati icraat haqqında” Qanunun 6N-ci və 59.1.5-ci maddələrinə uyğun olaraq mübahisələndirilən akta qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti, eləcə də bununla bağlı şəxsin şikayət verə biləcəyi orqan haqqında iddiaçıya məlumat verilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. İşdən görünür ki, iddiaçı qeyd olunan hüquq normalarının tələblərinə uyğun olaraq 5ci X3 xx.xx.N0NN-ci il tarixli əmrinin qəbul edildiyi tarixdən 6 ay ərzində, xx.xx.N0NN-ci il tarixdə AR Müdafiə Nazirliyinə həmin əmrlə bağlı müraciət etmiş, AR Müdafiə Nazirliyi İİ Hərbi hissə (550) xx.xx.N0NN-ci il tarixli, N861 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 44.N-ci maddəsinə əsasən gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün ehtiyatda olmağın son yaş həddi 45 yaşdır. Kollegiya qeyd edir ki, mübahisələndirmə haqqında iddialar üzrə müddətlə bağlı mümkünlük şərtinə əməl olunmasının yoxlanılması zamanı, məhkəmə obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixi, eləcə də iddiaçının şikayət instansiyasına müraciəti üzrə qəbul olunmuş qərarın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixi, bunun üzərindən məhkəmədə iddia qaldırma müddətinin axımının başlandığı anı araşdırılmalı və müəyyən edilməli, yalnız bundan sonra iddia müddətinin buraxılması ilə bağlı məsələyə qiymət verilə bilər. Hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qaydaya əməl etmədən və iddiaçının inzibati orqana müraciətinə əmrdən verilmiş şikayət anlamında qiymət vermədən müddətin buraxılması barədə əsassız qənaətə gəlmişdir. Halbuki, iddiaçının əmrlə bağlı Müdafiə Nazirliyinə müraciəti, məzmun baxımından həmin əmrə yenidən baxılması və onun üçün yeni, əlverişli qərarın qəbulu ilə bağlı gözləntiləri və hüquqi marağı kontekstində qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iş üzrə materiallara əlavə olunmuş mübahisələndirilən əmrlə bağlı Müdafiə Nazirliyinə xx.xx.N0NN-ci il tarixli müraciəti və həmin müraciətlə bağlı cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.N0NN-ci il tarixli məktubda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 44.N-ci maddəsinə istinad edərək bildirdikləri, xüsusilə də iddiaçının müraciətində və cavabdehin məktubunda əks olunmuş iradə ifadəsi şikayət instansiyasına şikayət kimi qiymətləndirilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı onun barəsində qəbul edilmiş əmrdən məhz narazı qaldığı üçün və hüquqlarını müdafiə etmək məqsədilə “İnzibati icraat haqqında” Qanunun 71-ci maddəsi anlamında müraciət hüququndan istifadə etmişdir. Kollegiya hesab edir ki, əmrin iddiaçıya təqdim edilməsi tarixi barədə iş materiallarında hər hansı sübut olmasa da, iddiaçı şikayət instansiyasının xx.xx.N0NN-ci il tarixli cavabını aldıqdan sonra xx.xx.N0NN-ci il tarixdə məhkəmədə iddia qaldırdığından İPM-nin 38-ci maddəsində qeyd olunan müddət 30 günlük müddət ötürülməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarını nəzərə almadan iddianı mümkün saymayarkən haqlı olmamışdır. Odur ki, kollegiya hesab edir ki, şikayət təmin edilməli, iddia mümkün sayılmalı və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 8N, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 0N dekabr N0NN-ci il tarixli, N-1(118)-N6N7/N0NN nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar