Məhkəmə qərarları › İş №2-1(105)-237/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-237/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-237/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Quba rayonu Quba bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı qızı və Quliyev İsmayıl Rza oğlu oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Üçüncü şəxs X4, onun nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Quba rayonu Quba bələdiyyəsinə qarşı “Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarının (07 saylı protokol), Quba şəhəri “Dəvədabanı” Yaşayış Massivində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1158/2023 nömrəli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarının (07 saylı protokol), Quba şəhəri “Dəvədabanı” Yaşayış Massivində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin 16 iyun 1995-ci il tarixli 36 saylı sərəncamı ilə, nümayəndəliyin torpaq bölgüsü komissiyasının 15 iyun 1995ci il tarixli 11 saylı protokolu nəzərə alınaraq iddiaçıya, birinci qrup Qarabağ müharibəsi əlili olaraq, Quba şəhəri ‘"Dəvədabanı” ərazisindən fərdi yaşayış evi tikmək üçün 500 kv.m torpaq sahəsi verilmişdir. Ona verilən torpaq sahəsi yerində ölçülərək ona təhkim olunmuşdur. Bundan sonra həmin torpaq sahəsində birotaqlı ev tikmişdir. Həmin ərazi yeni yaşayış massivi olduğundan müəyyən çatışmamazlıqlar olduğu üçün ora köçməyi yubanmış, amma vaxtı-vaxtında ona verilmiş torpaq sahəsinə gedib-gəlmişdir. 2019-cu ildən pandemiya zamanı bir müddət həyətyanı torpaq sahəsinə getməmişdir. 2022-ci ilin əvvəlində torpaq sahəsinə və evə baş çəkmək üçün həmin əraziyə getmiş, ona məxsus torpaq sahəsindəki evin söküldüyünün şahidi olmuşdur. Öyrənmişdir ki, torpaq sahəsini X13 tutub, evi də o söküb. Ona bu torpaq sahəsinin onun olduğunu bildirsə də bunun heç bir nəticəsi olmamışdır. Şakir torpaq sahəsini Quba Bələdiyyəsindən aldığını bildirdi. 2022-ci ilin iyul ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR phş 5 saylı Ərazi İdarəsinə etdiyim müraciətə cavabda Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 07 saylı protokolundan çıxarışa və xx.xx.2006-cı il tarixli, 412 nömrəli torpaqların alqı-satqısına dair aktına əsasən həmin torpaq sahəsinə dair X5 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli çıxarış verilmişdir. Bələdiyyə qərarının surətini almaq üçün Quba Bələdiyyəsinə və X20 filialına müraciətinə, həmin qərarın bələdiyyədə və arxivdə aşkarlanmadığına dair cavablar verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1158/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarı Quba şəhəri “Dəvədabanı” Yaşayış Massivində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair hissədə ləğv edilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Üçüncü şəxs X4 nümayəndəsi və vəkili qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ona torpaq ayrılmasına dair qərarı ləğv etmişdir. Məhkəmə bu nəticəyə gələrkən maddi və prosesual hüquq normalarını kobud surətdə pozmuşdur. Belə ki, AR İPM-nin 38.2-ci madəsinə əsasən, mübahisələndirmə haqqında İddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktm təqdim olunduğu vaxtdan 30 giin müddətində qaldırıla bilər. İşin hallarından da görünür ki, ona torpaq sahəsi ayrılması barədə qərar 2006-cı il tarixdə qəbul edilmiş, həmin tarixdən torpağa qanuni sahiblik və istifadə edirə və iddiaçı da bunu 2006-cı ildən bilmişdir.Çünki mən həmin torpaq sahəsinə hasar çəkmiş, yaşayış evi tikmiş və iddiaçı da bunu görmüş, bilmiş, lakin buna dair hər hansı bir etirazını bildirməmiş, ona torpaq sahəsi ayrılması barədə məlum qərardan şikayət verməmişdir. Belə olan halda məhkəmə iddia müddətinin keçirilməsi ilə əlaqədar iddianı mümkünsüz hesab etməli olduğu halda bunu etməmiş və İPM-nin 38.2-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə bu qanunsuzluğunu əsaslandırmaq üçün AR İPM-nin 73.2-ci maddəsinə istinad edərək (əslində bu AR İnzibati İcraat haqqında Qanunun 73.2-ci maddəsidir) göstərmişdir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə bu maddi normaya istinad etsə də, onun məzmununa zidd nəticəyə gəlmişdir. Belə ki, həmin maddi norma yalnız qərardan mümkün hüquqi müdafiə vasitələri nəzərdə tutulmadıqda qərardan 6 ay ərzində şikayət verilməsini nəzərdə tutur. Bu qərardan isə şikayət qaydaları müəyyən edilib və bu 1 ay müəyyən edilib. İkincisi isə, qanun həmin qərarın təqdim edildiyi vaxtdan deyil, onun qanuni qüvvəyə mindiyi gündən 6 ay ərzində şikayət vermə müddətini nəzərdə tutmuşdur. Bu mübahisə edilən qərar isə 2006-cı ildə qəbul edilib və həmin qərarın qəbul edilməsindən 16 il vaxt keçmişdir. Bu halda məhkəmə iddianı mümkünsüz hesab edilməsi barədə qərardad qəbul etməli olduğu halda, iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir ki, bu halda məhkəmə qərarı ləğv edilməli, iddia mümkünsüz hesab edilməlidir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gilndən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 (bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil 10 iyun 2011-ci İl tarixli, 143- 1VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Hazırda mübahisələndirilən qərar (AİK-in qərarı) qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 13 ilə yaxın müddətdə (xx.xx.1998- xx.xx.2011-ci illər) mübahisələndirilməmişdir. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Belə ki, iddiaçının qaldırdığı iddia inzibati aktın ləğvinə yönəldiyi üçün mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktm təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda İsə şikayətə dair qəbul olunan inzibati aktm təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunmalıdır ki, AİK-in qərarları inzibati akt hesab olunur və həmin qərarların mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Bundan əlavə, İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Beləliklə aparılan dəyərləndirməyə əsasən hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəıyəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt Ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı” Bundan əlavə, iddiaçı həmin torpağın ona ayrılmış torpaq sahəsi olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı bir sənədf mövqe planı, ayrıc aktı, torpağın təhvil təslim aktı) təqdim etməmiş, hətta təqdim etsə də belə bu torpaqların üst-üstə düşməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Bu halda məhkəmə bu torpaqların üst-üstü düşüb düşməməsi barədə mütəxəssis və ya ekspertiza rəyi almadan iddianı təmin etməkdə haqlı olmamışdır və bununla da prosesual tələbləri kobud surətdə pozmuşdur. Ona görə də hazırkı qərar qanunların pozulması ilə qəbul edilmiş və nəticədə onun həmin torpaq sahəsinə mülkiyyət hüququm pozulmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X12, onun nümayəndələri Vəkil2 və Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi, üçüncü şəxslər X10 və Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi “Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarının (07 saylı protokol), Quba şəhəri “Dəvədabanı” Yaşayış Massivində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair hissədə ləğv edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı üçüncü şəxs X6 adına torpaq sahəsinin ayrlması barədə xx.xx.2005-ci il tarixli bələdiyyə qərarını mübahisələndirir, iddia tələbinin əsası kimi müvafiq icra hakimiyyəti orqanının inzibati ərazi üzrə icra nümayəndəliyinin 16 iyun 1995-ci il tarixli sərəncamı ilə onun adına 500 kv.m torpaq sahəsi ayrılması, həmin torpaq sahəsində ev tikməsi, 2019-cu ildə həmin torpaq sahəsinə pandemiya ilə əlaqədar olaraq getməməsi, 2022-ci ildə torpaq sahəsinə baş çəkərkən, evinin sökülməsi və həmin torpaq sahəsinin üçüncü şəxsə bələdiyyə tərəfindən satılması barədə məlumat əldə etməsi kimi hallara istinad etmişdir. İş materiallarından görünür ki, Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə Nümayəndəsinin 16 iyun 1995-ci il tarixli 36 nömrəli sərəncamı və 15 iyun 1996-cı il tarixli 11 nömrəli protokol ilə iddiaçının adına 500 kv.m torpaq sahəsinin ayrılması qərara alınmış, həmin sərəncam və qərara torpaq sahəsinin yerini müəyyən edən heç bir sənəd əlavə edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, Quba şəhəri Dəvədabanı ərazisində yerləşən 500 kv.m torpaq sahəsi müvafiq bələdiyyə qərarı, alqı-satqı aktı əsasında üçüncü şəxs X6 adına ayrılmış və həmin hüquqmüəyyənedici sənədlər əsasında onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, daha sonra toraq sahəsinin özgəninkiləşdirilməsi nəticəsində X2 adına mülkiyyt hüququ dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda X6 adına çıxarışın verilməsinə əsas olan sənədlərin tərkibində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin onun adına satılmasının qanunamüvafiq olması barədə rəy, müvafiq icra hakimiyyəti orqanının tikinti və memarlıq şöbəsi tərəfindən verilmiş rəy, müvafiq bələdiyyə tərəfindən tərtib edilmiş və bələdiyyə, müvafiq tikinti və memarlıq şöbəsi tərəfindən təsdiq edilmiş yeruquruluşu planından çıxarış mövcud olmuşdur. Göründüyü kimi üçüncü şəxslərə ayrılmış torpaq sahəsinin yerini müəyyən edən sənədlər mövcud olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müvafiq inzibati orqanın mütəxəssisləri tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsi müayinə edilərək, müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi nin 293 kv.m hissəsi X9 məxsus, 168 kv.m hissəsi X7 məxsus torpaq sahəsi ilə üst-üstə düşür, iddiaçıya ayılan torpaq sahəsinə dair yerquruluşu planından çıxarış olmadığından, idda olunan torpaq sahəsinin iddiaçının adına ayrılmış torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamış, iddia olunan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası fərdi yaşayış evi kimi göstərilmişdir. Həmçinin, iş materiallarından görünür ki, X11 həmin torpaq sahəsini bələdiyyə ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında satın almış, onun əsasında mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçının adına ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətinə dair heç bir sənəd mövcud olmadığından, ona ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, iddiaçının cavabdeh bələdiyyə orqanının qəbul etdiyi qərar ilə onun hansı hüquq və mənafelərinin pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. Hansı ki iddianın mümkünlüyü baxımından həmin halın müəyyən edilməsi zəruri olmuşdur. Başqa sözlə desək, iddiaçının cavabdeh bələdiyyə tərəfindən qəbul edilmiş qərarı mübahisələndirmək üçün subyekti hüququ olmamışdır. İddiaçının subyektiv hüququ o zaman mövcud ola bilərdi ki, həmin qərar ilə iddiaçının hansısa hüquq və mənafelərinin pozulması halı aşkar edilmiş olsun. İndiki halda isə iddiaçının adına ayrılmış torpaq sahəsinin yerini müəyyən edən sənəd mövcud olmadığından, onun iddia etdiyi torpaq sahəsinin məhz müvafiq sərəncam əsasında onun adına ayrılmış torpaq sahəsi olmasını deməyə dəlalət etmir. Belə ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Bununla bağlı, kollegiya qeyd edir ki, iddiaçıya Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə Nümayəndəsinin 16 iyun 1995-ci il tarixli 36 nömrəli sərəncamı və 15 iyun 1996-cı il tarixli 11 nömrəli protokol ilə iddiaçının adına 500 kv.m torpaq sahəsinin ayrılması qərara alınsa da, həmin sənədlərdə torpaq sahəsinin yerləşmə vəziyyətini, koordinatlarını, yerləşdiyi yeri əks etdirən heç bir sənəd əlavə edilməmiş,habelə yerquruluşu qaydasında torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi aparılmamışdır. Hazırki iş üzrə verilmiş mütəxəssis rəyinin məzmunundan da görünür ki, iddiaçıya ayılan torpaq sahəsinə dair yerquruluşu planından çıxarış olmadığından, idda olunan torpaq sahəsinin iddiaçının adına ayrılmış torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, müvafiq sərəncam ilə iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi olduğu təsdiq edilmədiyindən, iddiaçının üçnücü şəxslərin mülkiyyətində olmuş 0,05 ha torpaq sahəsi üzərində hər hansı hər hansı subyektiv hüququnun və buna uyğun olaraq, həmin torpaq sahəsinə dair bələdiyyənin müvafiq qərarını mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan, iddiaçının hazırkı iddianı irəli sürməsi üçün subyektiv hüququnun mövcudluğunu araşdırmadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müvafiq inzibati orqan (müvafiq icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi üzrə nümayəndəliyi) tərəfindən ona ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının təsbit edildiyi yerquruluşu planından çıxarışın və ya digər sənədin tərtib edilməsi ilə bağlı həmin inzibati orqana orqanına müraciət edə, hazırlanmış yerquruluşu sənədində göstərilən koordinatlarının hazırda mübahisələndirilən bələdiyyə qərarında göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü təqdirdə, o, subyektiv hüququn sahibi kimi həmin qərarı məhkəmə qaydasında mübahisələndirə bilər. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1158/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar