Məhkəmə qərarları › İş №2-1(105)-240/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-240/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-240/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı “Cavabdeh tərəfindən 2020-ci ilin aprel-oktyabr aylarında pensiyasından tutulmuş 370 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi və əmək pensiyasından pul tutulmasının cavabdehə qadağan edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1167/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 2020-ci ilin aprel, may və iyun aylarında pensiyasından tutulmuş 268 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi və əmək pensiyasından pul tutulmasının cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh tərəfindən 2020-ci ilin aprel-oktyabr aylarında pensiyasından tutulmuş 370 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi və əmək pensiyasından pul tutulmasının cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdeh prosessual hüquq varisi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 11 iyun 2007-ci il tarixdə 1-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ilin əvvəlində əmək pensiyasının məbləği 334.50 manat məbləğində təşkil etmişdir. 2020-ci lin aprel ayından qanunsuz olaraq onun pensiyasından tutulmalar aparılmışdır. Belə ki, həmin ilin aprel ayındanoktyabr ayınadək pensiyasından tutulmalar aparılmışdır. Bununla bağlı o, cavabdehə müraciət etmiş və cavabında bildirilmişdir ki, 1-ci qrup əlillərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə 11 manat əlavə əvəzinə 01.04.2019-cu il tarixdən 50 manat məbləğində Prezident təqaüdü təsis edilmişdir. Lakin iddiaçıya ödənilən 11 manat 01.04.2019-cu il tarixdən 01.04.2020-ci il tarixədək ödənildiyindən həmin əlavələr geri tutulmağa başlanmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1167/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona 11 iyun 2006-cı il tarixdən ümumi xəstəliklərə görə əlillik təyin edilmiş və həmin dövrdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2015-ci ildən ona İ qrup gözdən əlillik təyin edilmişdir. 2020-ci ilin əvvəlindən 334,50 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2020-ci il aprel ayından onun pensiyasının həcmi qanunsuz olaraq məhdudlaşdırılmış, ona, 2020ci ilin aprel ayında 250 manat, may ayında 250 manat və iyun ayında 237 manat məbləğində pensiya ödənilmişdir. Göründüyü kimi, 2020-ci ilin aprel ayında 85 manat, may ayında 85 manat və iyun ayında 98 manat məbləğində pul vəsaitləri qanunsuz olaraq pensiyasından tutulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri barədə ona ərizə ilə müraciət etmişdir. Cavabdehin 15 may 2020-ci il tarixli, № **********6 nömrəli cavab məktubunda göstərilmişdir ki, “ona 11.06.2007-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Şöbəyə təqdim etdiyiniz iş stajını təsdiq edən sənədlərə əsasən sizin 16 il 8 ay 23 gün sığorta stajının olması müəyyən edilmişdir. Sizə pensiya hesablananda həmin sığorta nəzərə alınmışdır”. Cavabdehin cavabı hazırki mübahisə ilə bağlı həqiqi halları aydın əks etdirmir. Bu səbəbdən faktla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət etmişdir. Həmin təşkilatın 08 iyun 2020-ci il tarixli, № **********6 nömrəli məktubuna əsasən 15 may 2020-ci il tarixli, № **********6 nömrəli məktubla cavab verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfimdən onun pensiyasından pul tutulması qanunsuz və əsassızdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə Yadulla qızı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsini iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən, əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli sərəncamının 1.10-cu bəndinə əsasən, İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə İ qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.3.2 və 4.3.3-cü bəndlərinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İş materiallarından müəyyən edilir ki, İddiaçı cavabdeh orqandan 08.06.2015-ci il tarixdən İ dərəcə “gözdən” əlilliyə görə əmək pensiyası alır. Lakin, Tibbi Sosial Reabilitasiya və Ekspertiza komissiyası tərəfindən tərtib olunan reyestrdə “ümumi səbəbdən” əlil kimi qeyd olunmuşdur və bu “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin” X1 də öz əksini tapmışdır. Nəticədə vətəndaşın əmək pensiyasında İ dərəcə “gözdən” əlilliyə görə 110 manat sığorta hissəyə əlavə 01.01.2019, 01.01.2020-ci il tarixlərdə əmək pensiyalarının artımı ilə əlaqədar indeksasiya olunmamalı halda avtomatlaşdırılmış qaydada indeksasiya olunmuşdur. Bu səbbədən vətəndaşın əmək pensiyasında artıqalma yaranmışdır. 08.06.2020-ci il tarixdə Tibbi Sosial Reabilitasiya və Ekspertiza komissiyası tərəfindən müayinə reyestrində düzəliş edilib, vətəndaşın İ dərəcə “gözdən” əlilliyi qeyd edilmişdir və “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin” X1 də öz əksini tapmışdır. İddiaçının əmək pensiyasının tərkibində 1-ci dərəcə əlilə qulluğa görə 11 manat sığorta hissəyə əlavə 01.04.2019-cu ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliyə əsasən pensiya məbləğindən çıxılmalı olan halda ödənişi davam etdirilib. Bu da vətəndaşın əmək pensiyasında 2-ci bir hal kimi də artıqalma yaradıb. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1167/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar