Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-242/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Rəşad Nəbi oğlu Nəbizadənin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2019-cu il tarixli, **********403700 nömrəli və xx.xx.2019-cu il tarixli **********401300 nömrəli qərarlarının ləğv edilməsi tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-373/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2019-cu il tarixli, **********403700 nömrəli və xx.xx.2019-cu il tarixli **********401300 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "İddiaçı" MMC-yə xx.xx.2017-ci il tarixli **********108800 nömrəli “Vergilərin hesablanması barədə" Qərara əsasən 2017-ci ilin aprel ayı üzrə 175 692 manat ƏDV hesablanmışdır. Daha sonra həmin dövr üzrə tərəflərindən dəqiqləşdirilmiş ƏDV bəvannaməsi təqdim edildiyindən cavabdeh vergi orqanı həmin dövr üzrə yeni inzibati akt “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********403700 nömrəli Qərar qəbul edərək eyni əsaslarla eyni məbləğdə (175 692,0) manat əlavə vergi məbləği hesablamışdır. Qəbul edilmiş qərarların qəbul edilməsinə əsas kimi “xx.xx.2016-xx.xx.2017-ci illəri əhatə edən dövr ərzində aparılan idxal əməliyyatları ilə dövriyyə göstəricilərinin müqayisəsi nəticəsində müəssisənin 976 066,66 manat dəyərində mal qalığının yaranması" göstərilmişdir. Bundan başqa, iddiaçı "İddiaçı" MMC-yə xx.xx.2017-ci il tarixli **********047800 nömrəli "Vergilərin hesablanması barədə" Qərara əsasən 2017-ci ilin iyun ayı üzrə 149 447,16 manat ƏDV hesablanmışdır. Daha sonra həmin dövr üzrə tərəflərindən dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edildiyindən cavabdeh vergi orqanı həmin dövr üzrə yeni inzibati akt - "Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə" xx.xx.2019-cı il tarixli **********401300 nömrəli Qərar qəbul edərək eyni əsaslarla, eyni məbləğdə (149 447,16 manat) əlavə vergi məbləği hesablamışdır. Qəbul edilmiş qərarların qəbul edilməsinə əsas kimi "idxal olunmuş ticarət əlavəsi nəzərə alınmadan göstərilmiş dövriyyə arasında 830 262 manat kənarlaşmanın yaranması" göstərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-373/2020 saylı qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2019-cu il tarixli, **********403700 nömrəli və xx.xx.2019-cu il tarixli **********401300 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. (hakim İ.Quliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərarların qəbul edilməsinin əsasını təşkil edən hallara dair daha əvvəllər də vergi orqanı tərəfindən qərarlar qəbul edilmiş və həmin qərarlar məhkəmə araşdırmasının predmeti olmuşdur. Belə ki, cavabdeh vergi orqanı tərəfindən qeyd edilən əsaslarla bağlı xx xxx 2016-cı il tarixli, **********527800 saylı qərar qəbul edilərək iddiaçıya 397348,56 manat məbləğində ƏDV hesablanmış və həmin qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, Sumqayıt İnzibati-iqtisad Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2- 1(85)-885/2016 saylı qərarı ilə 2 saylı X2 xx xxx 2016-cı il tarixli, **********527800 saylı “Vergilərin hesablanması barədə” qərarı ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2- 1(105)-386/2016 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(85)- 885/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ona görə də qeyd edilən məhkəmə qərarları ilə hazırda mübahisələndirilən qərarların qəbul edilməsinə əsas olmuş hallara məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və həmin qərarla müəyyən edilmiş halların yenidən mübahisələndirilməsi qanunvericiliklə qadağan edilmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, keçirilmiş kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən xx.xx.2016-xx.xx.2017-ci il dövr ərzində aparılan idxal əməliyyatları ilə dövriyyə göstəricilərinin müqayisəsi nəticəsində müəssisənin 976 066.66 manat dəyərində yaranmış mal qalığı ilə bağlı 175 692 manat kənarlaşma yaranmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2017-ci il tarixli **********889000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək yaranmış uyğunsuzluqla əlaqədar izahat məktubunun, dövriyyənin formalaşması barədə məlumat və təsdiqedici sənədlərin surətinin, təqdim edilməmiş malların saxlanması və mal qalığı barədə ətraflı məlumat və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən sadalanan sənədlər bugünki tarixədək cavabdeh vergi orqanına təqdim edilməmişdir. Vergi Məcəlləsinin 37.4.-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1.6-cı və 67.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 37.4-cü maddəsində göstərilən hallarda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi, vergi ödəyicisi tərəfindən kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanı ödənilməli olan verginin məbləğini idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, iddiaçıya “Vergilərin hesablanması barədə” xx.xx.2019cu il tarixli **********403700 nömrəli Qərara əsasən 2017-cı ilin aprel ayı üzrə əlavə 175 692 manat ƏDV hesablanmışdır. Həmçinin idxal olunmuş mallarla ticarət əlavəsi nəzərə alınmadan göstərilmiş dövriyyə arasında 830 262 manat fərq yarandığından 149447.16 manat kənarlaşma yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2017-ci il tarixli **********438700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək yaranmış uyğunsuzluqla əlaqədar izahat məktubunun, dövriyyənin formalaşması barədə məlumat və təsdiqedici sənədlərin surətinin, təqdim edilməmiş malların saxlanması və mal qalığı barədə ətraflı məlumat və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən sadalanan sənədlər bugünki tarixədək cavabdeh vergi orqanına təqdim edilməmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, iddiaçıya “Vergilərin hesablanması barədə” xx.xx.2019- cu il tarixli **********401300 nömrəli Qərara əsasən 2017-cı ilin iyun ayı üzrə əlavə 149447,16 manat ƏDV hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz və məhkəmə mübahisəli məsələyə dair qərar qəbul edərkən qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X8 oğlu apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2019-cu il tarixli, **********401300 nömrəli qərarı ilə 2017-ci ilin iyun ayına görə əlavə dəyər vergisi üzrə iddiaçı müəssisəyə 149.447,16 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergi orqanının xx.xx.2019-cu il tarixli **********403700 nömrəli digər qərarı ilə aprel 2017ci ilə görə əlavə dəyər vergisi üzrə 175.692,00 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı müvafiq qərarlarla razılaşmamış və həmin qərarları mübahisələndirmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya 2017-ci ilin aprel ayına görə əlavə dəyər vergisi üzrə 175.692,00 manat məbləğində əlavə verginin hesablanmasının əsası kimi keçirilmiş kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən xx.xx.2016-xx.xx.2017-ci ili əhatə edən dövr ərzində aparılan idxal əməliyyatları ilə dövriyyə göstəricilərinin müqayisəsi nəticəsində müəssisənin 976 066,66 manat dəyərində yaranmış mal qalığı ilə bağlı 175.692 manat kənarlaşma yaranmış və müvafiq sənədlərin tələb edilməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim olunmamış və bu səbəbdən əlavə vergi məbləği hesablanmışdır. Eyni zamanda iddiaçıya 2017-ci ilin iyun ayına görə əlavə dəyər vergisi üzrə 149.447,16 manat məbləğində əlavə verginin hesablanmasına əsas kimi idxal olunmuş mallarla ticarət əlavəsi nəzərə alınmadan göstərilmiş dövriyyə arasında 830.262 manat fərq yarandığından 149.447,16 manat kənarlaşma yaranması olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, məhkəmə qərarları ilə hazırda mübahisələləndirilən qərarların qəbul edilməsinə əsas olmuş hallara məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və həmin qərarla müəyyən edilmiş halların yenidən mübahisələndirilməsi qanunvericiliklə qadağan edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən qeyd edilən əsaslarla bağlı xx xxx 2016-cı il tarixli, **********527800 saylı qərar qəbul edilərək iddiaçıya 397.348,56 manat məbləğində ƏDV hesablanmış və həmin qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(85)885/2016 saylı qərarı ilə 2 saylı X2 xx xxx 2016-cı il tarixli, **********527800 saylı “Vergilərin hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)-386/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qeyd edilən qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, cavabdeh vergi orqanının xx xxxxxx 2018-ci il tarixli,**********171683 saylı qərarı ilə 2 saylı X4 baş vergi xidməti müşaviri X5 tərəfindən İddiaçı MMC üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş xx xxx 2018-ci il tarixli, **********149729 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş sorğular və cavabdeh inzibati orqanın cavab məktubundan görünür ki, İddiaçı MMC tərəfindən 2016-cı ilin yanvar- fevral ayları ərzində gömrük dəyəri 6 250 225,0 manat (ƏDV, gömrük rüsumu və gömrük yığımları iiə birlikdə 7 420 827,52 manat) dəyərində mal idxal etmiş, lakin təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyə 4 482 508,0 manat (ƏDV daxil olmadan) manat bəyan edildiyindən, vergiyə cəlb edilən dövriyyə üzrə kənarlaşma yaranmış və bu səbəbdən xx.xx.2016-cı il tarixli, **********527800 nömrəli “Vergilərin hesablanması barədə” Qərarın əsasən 2016-cı ilin mart ayı üzrə 397348,56 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin iddiaçı tərəfindən xx.xx.2016-xx.xx.2017ci il dövr ərzində aparılan idxal əməliyyatları ilə 7 420 827.52 manat dəyərində mallar ilə 2017-ci ilin aprel və iyul ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində göstərilən dövriyyə arasında kənarlaşma yarandığından iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2019-cu il tarixli, **********403700 nömrəli və xx.xx.2019-cu il tarixli, **********401300 nömrəli Qərarlara əsasən ümumilikdə 325139,16 manat əlavə vergi məbləği hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı metal idxalı ilə məşğul olmuş, hazırda mübahisələndirilən qərarlar 2016-cı ildə həyata keçirilən idxal əməliyyatları ilə bağlı qəbul edilmiş, iddiaçının ondan sonra fəaliyyəti olmamış, həmin idxal əməliyyatları ilə bağlı qəbul edilmiş və cavabdeh inzibati orqanın məktubunda istinad etdiyi həmin xx.xx.2016-cı il tarixli, **********527800 nömrəli “Vergilərin hesablanması barədə” qərar yuxarıda qeyd olunan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(85)885/2016 saylı qərarı ilə ləğv edilmiş, daha sonra inzibati orqan tərəfindən səyyar vergi yoxlaması təyin edilsə də, inzibati orqan tərəfindən səyyar vergi yoxlaması ləğv edilmiş və nəhayət xx.xx.2019-cu il tarixdə hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir. Beləliklə kollegiya qeyd edir ki, mübahisələndirilən qərarların qəbul edilməsinin əsasını təşkil edən hallara dair daha əvvəllər də vergi orqanı tərəfindən qərarlar qəbul edilmiş və həmin qərarlar məhkəmə araşadırmasının predmeti olmuşdur. Azərbaycan Respublikası İnzibati Prsoessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “X6” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Vergi Məcəlləsinin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə əsassız olduğu üçün qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-373/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-242/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-242/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver