Məhkəmə qərarları › İş №2-1(105)-245/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-245/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-245/2020 19.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X14 və X4 ibarət tərkibdə, X24 oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili X9 və cavabdehin nümayəndəsi X10 iştirakı ilə, X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X11rşı cavabdehin tərtib etdiyi xx xxxxxx 2018-ci il tarixli **********160569 nömrəli Səyyar vergi yoxlamasına dair aktın və həmin akt əsasında cavabdehin iddiaçı barəsində çıxardığı xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********175086 nömrəli qərarın ləğv edilməsi, həmin akt və qərar əsasında iddiaçıya hesablanmış əlavə vergilərin və vergi sanksiyalarının silinməsi barədə iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1068/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında 15-xx xxxxxxx 2020-ci il tarixlərdə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X11rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin tərtib etdiyi xx xxxxxx 2018-ci il tarixli **********160569 nömrəli Səyyar vergi yoxlamasına dair aktın və həmin akt əsasında cavabdehin iddiaçı barəsində çıxardığı xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********175086 nömrəli qərarın ləğv edilməsi, həmin akt və qərar əsasında iddiaçıya hesablanmış əlavə vergilərin və vergi sanksiyalarının silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx xxxxxx 2018-ci il tarixli **********60297 saylı qərarına əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus Xaçmaz rayonunda yerləşən qum-çınqıl karxanasında muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 2015-2017-ci il, gəlir vergisi üzrə 2016-2018-ci il, əlavə dəyər vergisi üzrə iyul 2016-iyun 2018-ci il, sadələşdirilmiş vergi üzrə 3-cü Rüb 2015-2-ci Rüb 2018, ödəmə mənbəyində tutulan vergi üzrə 3-cü Rüb 2015-2-ci Rüb 2018 Vergi məcəlləsinin 38.3.5 və 38.3.6 maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədən kənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticəsi olaraq, xx xxxxxx 2018-ci il tarixli Səyyar vergi yoxlaması **********160569 nömrəli akt tərtib edilmişdir. Aktda yoxlayıcı tərəfindən guya aşkar olunmuş vergi qanunvericiliyininpozuntularının aradan qaldırılması üçün təklif olunur ki, iddiaçıya 27393,96 manat və 59874,48 manat əlavə gəlirlər hesablansın və 42765,40 manat maliyyə sanksiyaları tətbiq edilsin. Həmin Akt əsasında cavabdehin iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ xx.xx.2019-cu il tarixli **********175086 nömrəli qərar qəbul edərək iddiaçıya “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********985400 nömrəli tələbnamə göndərməklə 86064,85 manat əlavə hesablanmış vergilərin və tətbiq edilmiş maliyyə sanksiyalarına görə 42765,40 manat, cəmi 128830,25 manat pulun ödənilməsi tələb edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qum-çınqıl karxanasında aparılmış yoxlamanın nəticəsinə dair xx xxxxxx 2018-ci il tarixli **********160569 nömrəli Səyyar Vergi yoxlaması aktı və həmin akt əsasında cavabdehin iddiaçı barəsində çıxardığı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cü il tarixli **********175086 nömrəli qərar tamamilə qanunsuz və əsassızdır. Cavabdehin qərarı ilə iddiaçının istifadəsində olan qum-çınqıl karxanasının xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək enerji sərfiyyatı üzrə istehsal həcminin və satış dövriyyəsinin müəyyən edilməsi ilə əlaqədar iddiaçını xəbərdar etmədən Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən Ekspert təyin edilmişdir. Vergi Məcəlləsinin 44.7.2-ci maddəsinə istinad edərək ekspertin iddiaçı tərəfindən göstərilən şəxsin təyin edilməsi barədə müraciəti nəzərə alınmamış və Vergi Məcəlləsinin bu maddəsini yoxlayıcı bilərəkdən kobud surətdə pozmuşdur. Qiymətləndirici Ekspert guya xx.xx.2018-ci il tarixdə müəssisənin yerləşdiyi ünvana yollanmışdır. Mütəxəssis karyerə baxış keçirərkən istehsal prosesi ilə yaxından tanış olmaq istəsə də, özünün verdiyi rəyə görə bu baş tutmamışdır. Səbəb qum-çınqıl karxanasının həmin anda işləməməsi bəhanəsi ilə əsaslandırmışdır. Karxana işləyərkən ora baxış keçirməyə ona nə mane ola bilərdi. Ekspert öz Rəyində göstərir ki, müəssisənin istehsal həcmini müəyyən etmək, qum və çınqıl hasilatı xəttinin texniki göstəriciləri araşdırılaraq öyrənilmişdir. Belə çıxır ki, öz şəxsi mülahizələrinə əsaslanaraq bilərəkdən yalan və heç bir əsası olmayan nəticəyə gəlmək üçün yalan rəy vermişdir. Belə ki, yoxlayıcı Vergi Məcəlləsinin 44.1-ci maddəsinin tələblərini pozaraq yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədilə vergi ödəyicisinin ərazilərinin, binalarının baxışını keçirmək hüququndan istifadə etməmişdir. Vergi Məcəlləsinin 41.3-cü maddəsinə əsasən baxış müşahidəçilərin iştirakı ilə həyata keçirildiyi halda heç bir müşahidəçi cəlb edilməmişdir. Aparılan araşdırma zamanı qiymətləndirici elektrik enerji sərfiyyatı göstəricilərini əsas götürərək istehsal həcmini müəyyən etmişdir. Bu zaman mövcud elektrik avadanlıqlarının sayı və gücü kəskin surətdə azaldılaraq bilərəkdən yanlış rəy vermişdir. Aparılan hesablamalara görə karxanada qumçınqıl qarışığından 4 fraksiyalı istehsal olunmuş çınqıl məhsullarının istehsalı və satışı təşkil olunmuşdur. Onun bu Rəyi mövcud vəziyyəti bilərəkdən təhrif edir. Belə ki, karxana fəaliyyət göstərdiyi dövrdən cəmi 2 fraksiyada istehsal edir. Digər fraksiyalarda istehsal avadanlıqları mövcud olmadığı üçün istehsal mövcud deyildir. Ekspert istismar olunan texnikanın xarakteristikasını cədvəl şəklində göstərərkən mövcud şərait araşdırılmadan təhrif olunmuş məlumatlar vermişdir. Ekspertin rəyində qumçınqıl müəssisəsində fəaliyyət göstərən texniki avadanlıqların orta aylıq icarə haqqı 1500 manat təşkil etdiyi bildirilir. Tam olaraq ekspertin heç bir əsasa söykənməyən absurd yanlış Rəyidir. Həmin texniki avadanlıq tam olaraq qum-çınqıl karxanasına məxsusdur. Heç kəsə icarə haqqı ödənilmir. Ekspert öz təxəyyülünə əsaslanan elektrik enerjisi sayğacının göstəricilərindən istifadə edərək hesablama aparmışdır. Ekspert sayğacın harada olduğunu belə bilmir. Elektrik sayğacı karxanadan 1,5 km, quşçuluq fermasından 2,7 km məsafədə olan X7 həyətində quraşdırılmışdır. Ora onun tərəfindən heç bir baxış keçirilməmişdir. Rəydə xx.xx.2015-ci ildən xx.xx.2018-ci dövr üçün enerji sərfiyyatı üzrə istehsal həcmi və satış dövriyyəsi müəyyən etmişdir ki, ekspert yerində məhsulun çeşidini və adını belə, doğru təyin etmək bacarığı yoxdur. Bazarın tələbatına uyğun olaraq iddiaçı yalnız 2 çeşiddə məhsul istehsal edir: 5-25 mm ölçüdə çınqıl məhsulu, 0-5 mm ölçüdə otsep. Quşçuluq fermasının mövcud enerji qurğularının göstəriciləri faktiki olaraq mövcud avadanlığın üstündəki məlumatlara əsasən cəmi işıq sərfiyyatı qum-çınqıl karxanası 380,5 kvt + quşçuluq ferması üzrə 159,5 kvt =540 kvt. Buna uyğun olaraq karxananın həyətində 630 kvt gücündə olan transformator quraşdırılmışdır. Ekspert bu vəziyyəti ümumiyyətlə araşdırmamış, heç bir sübuta və fakta əsaslanmayan yalan Rəy vermişdir. Ekspertin qum və çınqıl istehsalına sərf olunan elektrik enerjisi, guya sayğac göstəricilərindən istifadə edərək hesablama cədvəli tərtib etmişdir.Aktın enerjinin sərfiyyatına görə, guya aylar ərzində iş saatları 7 saat x 140 kvt əsassız hesablama aparmışdır. Avadanlıq istismar müddəti bitdiyindən iş prosesi zamanı karxana 3-4 saat işlədikdə 3-4 saat da cari təmirə dayanır. Bazar tələb və təklif üstündə formalaşdığı üçün iddiaçı ay ərzində cəmi 7-8 gün işləyə bilir. Mövcud qrafik heç bir fakta əsaslanmadan tərtib edilmişdir. İddiaçı yalnız 2 fraksiyada məhsul istehsal edə bilir. Ekspert isə yalandan 4 fraksiyada məhsul istehsal və satışının olduğunu bildirir və əsassız hesablama aparmışdır. Onun Rəyinə əsasən yoxlama dövrü, guya istehsal həcmi 192711,01 m3 olmuşdur. Tamamilə absurddur. İddiaçıya Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi olaraq ildə 10000 m3 yataqdan xammal daşıyıb istifadə etməsinə icazə verir. Bu fakt da Ekspertin Rəyinin yalan olduğuna sübutdur. Əgər iddiaçı ildə 64237 m3 məhsul istehsal etsəydi, bir çayın yatağından neçə min kub metr xammal götürməliydi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturları hər il mütəmadi monitorinqlər keçirmişlər. İddiaçıda heç bir kənarlaşma aşkar edilməmişdir. Səyyar vergi yoxlaması saxta və uydurma Rəyə əsaslanaraq tərtib edildiyindən ona bütünlükdə etirazını bildirir. Belə ki, Vergi Məcəlləsinin 38.3.5 və 38.3.6-cı maddələrinə əsasən iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Vergi orqanı iddiaçının gəlirinin azaldığını bildikdə və s. belə yoxlama keçirə bilər. İddiaçı heç vaxt gəlirini gizlətməmiş və müvafiq dövrlər üzrə bəyannamələri təqdim edərək büdcəyə ödəniləcək vergiləri vaxtında ödəmişdir. Maddə 38.3.6-cı maddəsinə əsasən yoxlamanı iddiaçıya bildirilməmiş və bundan xəbəri olmamışdır. Ərazidə baxış keçirilməsi tam və dolğun keçirilməmişdir. Əvvəlki yoxlama dövründə elə bir ciddi qanun pozuntusu aşkar edilmədiyi halda, növbəti yoxlama bilərəkdən yanlış hesablamalar əsasında aparılmışdır. Qum-çınqıl karxanasına və quşçuluq fakbrikinə baxış keçirilmiş və müxtəlif fraksiyalarda istehsal avadanlıqlarının gücünü və istehsal həcmini müəyyənləşdirərək xx.xx.2018-ci il tarixli mütəxəssis-ekspert Rəyi tərtib edilmişdir. İstehsal avadanlıqlarının gücünü heç bir fraksiyada Ekspert müşahidə aparmamışdır. Yanlış Rəy vermişdir. Ekspertin reallığa əsaslanmayan yanlış Rəyi əsasında yoxlayıcı xx.xx.2015-xx.xx.2016 daxil olmaqla dövrdə sadələşmiş vergi üzrə 3713,1 manat səhv vergi hesablamış və Vergilər məcəlləsinin 58.1-ci maddəsini tətbiq edərək əsassız 1856,55 manat maliyyə sanksiyası tətbiq olunması təklif etmişdir. Bu tamamilə yanlışdır və yoxlayıcı bilərəkdən rəqəmləri şişirdərək yanlış qərar verilməsinə rəvac verməklə məşğul olmuşdur. Yoxlayıcı xx.xx.2016-cı il tarixdən iddiaçının üzərinə ƏDV öhdəliyini bilərəkdən yanlış yaratmış və buna müvafiq olaraq özünə növbəti hallarda əsas yaratmışdır. Mədən vergisi üzrə də yoxlayıcı bilərəkdən heç bir sübuta əsaslanmadan 174867,40 manat mədən vergisi hesablamışdır. Gəlir vergisi üzrə yoxlayıcı yazır ki, analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi tapılmamışdır. Halbuki, iddiaçının istiqamətində eyni xarakterli işlə məşğul olan 6 qum-çınqıl karxanası mövcuddur. Yoxlama ilə 2016-cı ilin 2-ci yarımilliyi və 2017-ci il üzrə cəmi 8078,85 manat gəlir vergisi hesablanmış və 50 %sanksiya 4039 manat tətbiq edilmişdir. Ödəmə mənbəyindən tutulan vergi üzrə İyul 2015-ci il-iyun 2018-ci il üzrə əlavə olaraq 15960 manat vergi hesablanmış 50 % sanksiya tətbiq edərək 7980 manat maliyyə sanksiyası hesablanmışdır.Hesablanmış 1520 manat məbləğində maliyyə sanksiyası əsassızdır. ƏDV-nin 59874,46 manat hesablanması və 50 % sanksiya tətbiq etməklə 29937,23 manat qanunsuzdur. Sadələşdirilmiş vergi üzrə hesablanmış 3713,1 manat və 50 % sanksiya 1856,55 manat qanunsuzdur. ƏDV üzrə 59874,46 manat və 50 % sanksiya 29937,23 manat hesablama qanunsuzdur. Verginin azaldılması 8078,85 manat və 50 % sanksiya 4039,42 manat qanunsuzdur. Ödəmə mənbəyində tutulan vergi 15960 manat 50 % sanksiya 7980 manat qanunsuzdur. Nəticədə yoxlayıcı büsbütün yoxlama aktını iddiaçıya qarşı şəxsi qərəzlilik mövqeyindən və Ekspertin tam həqiqətə və faktlara əsaslanmayan Rəyinə əsasən tərtib etmiş və iddiaçının sahibkarlıq sahəsində imicinə böyük zərbə vurmuşdur. Səyyar vergi yoxlaması aktına bütünlüklə etiraz edir. Yoxlama aktı yanlış mülahizələr və heç bir tutarlı fakta əsaslanmamışdır. Əsassızdır. Ekspert və yoxlayıcı faktları araşdırmadan yanlış Rəy vermişlər. İddiaçı vergidən yayınmaq məqsədi güdməmişdir. Vergi Məcəlləsinə əsasən vergiləri daha dolğun tətbiq etmək məqsədi ilə iddiaçının obyektində xronometraj metodu ilə müşahidə aparmaq olardı. Belə müşahidə aparılsaydı, orada belə dövriyyə aşkar edilməsi mümkünsüz olardı. Cavabdeh daha uzağa gedərək ekspert təyin etməklə yanlış ekspert rəyinə əsaslanaraq bütün yoxlama nəticələrini ekspertin yanlış rəyinə əsaslanaraq nəticə əldə etmişdir. Bu da Vergi Məcəlləsinə əsaslanmayan “saxta” rəy əsasında iddiaçıya qarşı qərəzli yoxlama keçirilməsinə səbəb olmuşdur. Ekspert yazılı izahatında verdiyi Rəyin tam dəqiqliyinə zəmanət vermədiyini bildirir. Yoxlayıcı isə bu halı nəzərə almır. Bundan başqa Ekspert yazılı olaraq bildirir ki, aparılan təhqiqatlar, deyilən fikirlər, alınan nəticələr, hesabatda ehtimal və məhdudiyyət şərtləri çərçivəsində etibarlıdır. Yoxlayan isə bütün yoxlamanı Ekspertin Rəyinə əsasən nəticələndirmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1068/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia, cavabdehin tərtib etdiyi xx xxxxxx 2018-ci il tarixli **********160569 nömrəli Səyyar vergi yoxlamasına dair aktın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1068/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək 3 saylı X21 tərəfindən X8 barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********175086 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi, həmin qərar əsasında X6 hesablanmış əlavə vergilər və maliyyə sanksiyaların silinməsi qərar alınmışdır. (hakim Z.Pirverdiyev) Həmin qərardan cavabdeh 3 saylı X21 tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin Məhkəməsinin 2-1(085)-1068/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə öz qərarının əsaslandırma hissəsində vergilərin hesablanmasına əsas olmuş “xxxxxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ekspert rəyinin əsaslı olmadığını və həmin rəydə vergilərin hesablanması üçün əsas olmuş qiymətlərin mənbəyinin məlum olmadığını qeyd etmişdir. Məhkəmə qərarından belə anlaşılır ki, məhkəmə yalnız vergi ödəyicisinin iddia ərizəsində göstərdiyi məlumatlara istinad etməklə və həmin iş üzrə əlavə araşdırma aparılmadan mübahisə üzrə yekun nəticəyə gəlmişdir. Məhkəmə 3 saylı X21 tərəfindən təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda göstərilən məlumatları və sübutları ümumiyyətlə nəzərə almamışdır. Belə ki, 3 saylı X13 16.08.20.18ci il tarixli qərarına əsasən X1 fəaliyyətində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2018-ci il tarixli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında xx.xx.2019-cu il tarixli məsuliyyət qərarı qəbul edilmişdir. Həmin qərar əsasında, ümumilikdə 86064,85 manat məbləğində əlavə vergilər hesablanmış və azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 41325,40 manat, həmçinin vergi hesabatlarının təqdim edilməməsinə görə həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən 1440,0 manat olmaqla, ümumilikdə 42765,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablamaların mahiyyəti ilə bağlı bildirilir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrdə yoxlama ilə əhatə olunan dövr üzrə 2015-ci ilin 3-cü və 4-cü rüblər ərzində satış dövriyyəsinin olmadığı, 2016-cı il üzrə 34730,0 manat, 2017-ci il üzrə 31800,0 manat və 2018-ci ilin 1-ci və 2-ci rübləri üzrə 20730,0 manat olmaqla ümumilikdə 87260,0 manat olduğunu göstərmiş və həmin dövriyyədən 1745,20 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəmişdir. Vergi Məcəlləsinin 44.1-ci və 45.1-ci maddələrinə əsasən qum-çınıql istehsalı prosesində enerji sərfiyyatı məlumatlarına əsasən qum-çınqıl istehsalı avadanlıqların gücünün, istehsal olunmuş məhsulun həcminin və istehsal olunmuş məhsulun bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə, “xxxxxxx" MMC (VÖEN **********) qiymətləndirmə şirkəti ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən həmin cəmiyyətin qiymətləndirici eksperti X12 mütəxəssis ekspert kimi dəvət olunmuşdur. Buna görə də, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə, aylar üzrə vergi ödəyicisinin istifadəsində olan təsərrüfat subyektlərində (qum-çınqıl karxanası və quşçuluq fabriki) istifadə edilmiş enerji sərfiyyatı (kod-**********0) məlumatları “xxxxxxxx” ASC-dən (VÖEN **********) alınaraq “xxxxxxx” MMC qiymətləndirmə şirkətinin ekspertinə təqdim edilmişdir. Ekspert tərəfindən Qudyalçay yatağında yerləşən qum-çınqıl karxanasına və quşçuluq fabrikinə baxış keçirilmiş və müxtəlif fraksiyada qum-çınıql istehsalı prosesində istehsal avadanlıqlarının gücünü və istehsal həcmini müəyyənləşdirərək yoxlamaya xx.xx.2018-ci il tarixli ekspert rəyi təqdim etmişdir. Ekspert tərəfindən vergi ödəyicisinin istifadəsində olan qum-çıngıl karxanasında və quşçuluq fabrikində araşdırma aparılmış və rəydə qum-çıngıl istehsalı obyektinin xx.xx.2015- ci il tarixdən xx.xx.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal həcmi 192711,01 kub metr, satış dövriyyəsi 594995,21 manat, qum-çıngıl karxanasında işləyən işçilərin sayı 5 nəfər göstərməklə ümumi əmək haqqı məbləğinin 32400,0 manat və quşçuluq fabrikində işləyən işçilərin sayı 9 nəfər göstərməklə ümumi əmək haqqı məbləği 81600,0 manat olduğunu qeyd etmişdir. Ekspert rəyində hesablamalar aparılarkən enerji sərfiyyatının 20%-ni itkiyə (obyektə məxsus işıqlandırma, inzibati bina, elektron avadanlıqları, istehsal prosesində yaranan itkilərə, inkubator istehsalı yerinə və digər iaşə xidmətləri obyektlərinə) sərf edilmiş enerji sərfiyyatı kimi nəzərə alınmışdır. Ekspert rəyindəki göstəricilərindən də göründüyü kimi, vergi ödəyicisinin 2015-ci ilin iyul ayından 2016-ci ilin iyul ayınadək olan dövrdə sadələşdirimiş vergiyə cəlb olunan satış dövriyyəsi 202484,87 manat və həmin dövriyyədən hesablanmış vergi məbləğinin 4049,70 manat olunmuşdur. Lakin, həmin dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi bəyannamələrində düzgün olmayaraq satış dövriyyəsi 16830,0 manat və həmin dövriyyədən hesablanan sadələşdirimiş verginin məbləği 336,6 manat göstərmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən 2015-ci ilin iyul ayından 2016-ci ilin iyul ayınadək olan dövr üzrə bəyan edilən 336,60 manat sadələşdirimiş vergi nəzərə alınmaqla əlavə 3713,10 (4049,70-336,60) manat vergi hesablanmışdır. Həmçinin, vergi ödəyicisinin satış əməliyyatlarının həcmi 2015-ci ilin iyul ayından 2016-ci ilin iyul ayınadək olan dövr üzrə əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair qəbul olunmuş minimum olan 200000,0 manat həddini aşdığına görə, xx.xx.2016-cı il tarixdən əlavə dəyər vergisi öhdəliyinin yarandığı müəyyən olunmuşdur. Buna görə də xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisi tərəfindən 70430,0 manat dövriyyədən 1408,6 manat məbləğində sadələşdirilmiş verginin artıq hesablandığı müəyyən olunmuşdur. Gəlir vergisinin yoxlanılması zamanı vergi ödəyicisi tərəfindən qum-çınqıl karxanasında yoxlama ilə əhatə olunan dövrdə gəlirlərin və xərclərin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilmədiyi müəyyən olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılmadığı, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Bununla da vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilmiş gəlirlərin və gəlirin əldə edilməsi ilə bağlı xərclərin uçotu aparılmamışdır. Bu səbəbdən 2016-ci ilin iyul-dekabr ayları və 2017-ci il üzrə gəlir vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi tapılmamışdır. Buna görə Vergi Məcəlləsinin 83.9-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən vergi orqanı şərti rentabellik norması əsasında vergi ödəyicisinin mənfəətini müəyyən etmiş və vergilər hesablanmışdır. Beləliklə, vergi ödəyicisinin 2016-ci ilin iyul-dekabr ayları üzrə gəlirləri 74447,62 manat olduğuna görə 2481,58 manat gəlir vergisi, 2017-ci il üzrə gəlirləri 167918,14 manat olduğuna görə 5597,27 manat gəlir vergisi hesablanmışdır. G (2016-ci ilin iyul-dekabr ayları və 2017-ci il) = 242365,76 x 20 / 120 = 40394,29 * 20% = 8078,85 manat. Göründüyü kimi, vergi ödəyicisinin vergiyə cəlb olunan gəliri 40394,29 manat məbləğində olduğuna görə həmin gəlirdən 8078,85 manat məbləğində gəlir vergisi hesablanmışdır. Ödəmə mənbəyində tutulan vergilərin yoxlanılması zamanı vergi ödəyicisinin qumçınqıl karxanasıda və quşçuluq fabrikində yoxlama ilə əhatə olunan dövr üzrə görülmüş iş və xidmətlərə görə cəlb edilən işçilərin əmək tutumunun müəyyən edilməsi ilə bağlı “xxxxxxx” MMC qiymətləndirmə şirkətini dəvət etmişdir. Ekspert rəyində qum-çınqıl karxanasında çalışan işçilərin orta aylıq sayı 5 nəfər və onlara hesablanan orta aylıq əmək haqqı məbləği 900.0 manat, quşçuluq fabrikində çalışan işçilərin orta aylıq sayı 9 nəfər və onlara hesablanan orta aylıq əmək haqqı məbləği 2400,0 manat olmaqla, ümumilikdə 114000,0 manat əmək haqqının hesablandığı müəyyən olunmuşdur. Buna görə də aparılan yoxlama ilə 15960.0 manat məbləğində ödəmə mənbəyində tutulan vergilər hesablanmışdır (114000,0* 14% = 15960,0) Əlavə dəyər vergisinin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin xx.xx.2016-cı il tarixdən əlavə dəyər vergisi üzrə öhdəliyi yaranmış və yoxlama ilə əhatə olunan dövrdə əsas fəaliyyəti qum-çınqıl materiallardan istehsal olunan müxtəlif fraksiyalarda məhsulların satışı, həmçinin qapalı şəraitdə ev quşlarının yetişdirilməsi və satışı olmuşdur. Yoxlama ilə ekspert tərəfindən təqdim edilən rəyə əsasən satış dövriyyəsinin əlavə dəyər vergisi ilə birlikdə 2016-cı ilin iyul-dekabr ayları üzrə 87848,19 manat, 2017-ci il üzrə 198143,40 manat, 2018-ci ilin yanvar-iyun ayları üzrə 106518,75 manat olmaqla ümumilikdə 392510,34 manat olduğuna görə, həmin dövriyyədən 59874,46 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən 2017-ci il yanvarın 1-dən quş ətinin satışı 3 il müddətinə əlavə dəyər vergisindən azad edilmişdir. Həmçinin, yoxlama zamanı vergi ödəyicisi tərəfindən təsərrüfat subyektlərində çalışan işçilərə 20420,5 manat əmək haqqının verilməsi və həmin məbləğdən 152,99 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilərin hesablanması barədə bəyannamələrin təqdim edilməsinə baxmayaraq, əmək haqqının hesablanması və ödənilməsi ilə bağlı təsdiqedici sənədlərin olmadığı üçün vergi ödəyicisi tərəfindən bəyan edilmiş 152,99 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər azaldılmışdır. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən ekspertizanın təyin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə məxsus qum-çıngıl karxanasında qum-çıngıl istehsal edən avadanlıqların gücünün, istehsal olunmuş məhsulun həcminin, həmçinin istehsal olunmuş məhsulun bazar qiymətinin və daşınmaz əmlak üçün ödənilən aylıq icarə haqqı üzrə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə qəbul edilmiş “Mütəxəssisin dəvət edilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********160942 nömrəli və “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********160951 nömrəli qərarlar ilə vergi ödəyicisi Mehman Balabəyov xx.xx.2018-ci il tarixində şəxsən tanış olmuşdur. Belə ki, o, “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarda və Ekspertizanın təyin edilməsi haqqında qərarla tanış olma haqqında protokolda “Tanış oldum” qeydi apararaq öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə, ekspert rəyi xx.xx.2018-ci il tarixində vergi ödəyicisinə əlbə-əl təqdim edilməsinə baxmayaraq, o, rəylə razılaşmaması, razılaşmamasının səbəbləri barədə rəydə qeydiyyat aparmamışdır. Hesab edirlər ki, eksprert tərəfindən verilmiş rəy kifayət qədər qanuni və əsaslıdır. Rəydən də göründüyü kimi, ekspert tərəfindən vergi ödəyicisinin obyektində müvafiq araşdırmalar aparıldıqdan və müvafiq orqanlara sorğular göndərilməklə cavablar alındıqdan sanra rəy tərtib edilmişdir. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə qum-çıngıl karxanasında 4 fraksiyada çıngıl məhsullarının istehsal olunduğu, emal olunmuş məhsulların region üzrə həm beton zavodlarına, həm də digər obyektlərə satıldığı müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, tərtib edilmiş ekspert rəyinə həmin məhsulların yerində çəkilmiş foto şəkilləri əlavə edilmişdir. Həmçinin, ekspert rəyində elektrik enerji sərfiyyatı göstəricilərini əsas götürərək ümumi elektrik enerji sərfiyyatından itkilərin çıxıldığını və istehsala sərf olunan elektrik enerjisinin miqdarı bir saat ərzində sərf olunan elektrik enerjisinin miqdarına bölünməklə, yoxlama dövrü ərzində iş saatlarının sayının müəyyən edildiyini göstərmişdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli izahatda qum-çıngıl karxananın onun istifadəsində olduğunu qeyd etmiş, həmçinin həmin əmlakların onun mülkiyyətində olmasını təsdiq edən hər-hansı bir sənədi yoxlamaya təqdim edə bilməmişdir. Buna baxmayaraq, məhkəmə qərarında qum-çıngıl karxanasının və orada istifadə edilən texniki avadanlıqların iddiaçıya məxsus olmasını və həmin əmlaklara görə icarə haqqının ödənilmədiyini qeyd etmişdir. Həmçinin, yoxlama ilə vergi ödəyicisinə ümumilikdə 42765,40 manat maliyyə sanksiyası tətbiq edildiyi halda, məhkəmə qərarında düzgün olmayaraq 44205,40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edildiyi qeyd etmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının aparılması zamanı qanunvericiliyin tələblərinə tam riayət olunmuş və iddiaçının vergi öhdəlikləri düzgün müəyyən edilmişdir. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərərfindən işə baxılarkən iş üzrə mövcud olan sübutların düzgün, tam və hərtərəfli araşdırılmaması mübahisə üzrə əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə ekspert rəyləri arasında ziddiyyətlər mövcud olduğu halda, ekspertizanın aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmamış, təkrar ekspertiza təyin etməyərək, prosessual hüquq normasının tələblərini pozmuşdur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X18 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X9 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, **********160297 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarın təsdiq olunmuş surətindən görünür ki, iddiaçı üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2015-ci il tarixdən iyun 2018-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə KY181259354 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən iddiaçıda keçirilmiş səyyar vergi yoxlaması reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx xxxxxx 2018-ci il tarixli MB11-862 saylı rəyinin surətindən görünür ki, iddiaçının istifadəsində olan qum-çıngıl İstehsal müəssisəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal həcmi 192711,01 kub metr, satış dövriyyəsi 594995,21 manat, qum-çınqıl karxanasında işləyən işçilərin sayı 5 nəfər göstərməklə ümumi əmək haqqı məbləği 32400,0 manat və quşçuluq fabrikində işləyən işçilərin sayı 9 nəfər göstərməklə, ümumi əmək haqqı məbləği 81600,0 manat olduğu, həmçinin, iddiaçının istifadəsində olan qumçınqıl karxanasında fəaliyyət göstərən texniki avadanlıqlarının (qumçınqıl istehsalı üzrə) hazırkı durumda bazar qiymətlərinə uyğun orta aylıq icarə haqqı 1500,0 manat olduğu göstərilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli **********160569 saylı “Səyyar vergi yoxlaması haqqında” Aktın təsdiq olunmuş surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Vergi yoxlamaları iyul 2016-cı il tarixdən iyun 2018-ci il tarixədək vergi dövrü üzrə müxtəlif tədiyyə və dövrləri əhatə etmiş, yoxlama xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2018-ci il tarixdə başa çatdırılmışdır. Səyyar vergi yoxlaması nəticəsində sadələşdirilmiş vergi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi, əlavə dəyər vergisi olmaqla artıq hesablanmış 1203,59 manat nəzərə alınmaqla ümumilikdə 86064,85 manat məbləğində əlavə vergilərin hesablanması, azaldılmış vergi məbləğlərinə görə vergi ödəyicisi tərəfindən artıq hesablanmış məbləğlər nəzərə alınmaqla Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 42765,40 manat, həmçinin vergi hesabatlarının təqdim edilməməsinə görə həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən 1440,0 manat olmaqla, ümumilikdə 44205,40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********175086 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın surətindən görünür ki, iddiaçı sadələşdirilmiş vergi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi, əlavə dəyər vergisi olmaqla artıq hesablanmış 1203,59 manat nəzərə alınmaqla ümumilikdə 86064,85 manat və azaldılmış vergi məbləğlərinə görə vergi ödəyicisi tərəfindən artıq hesablanmış məbləğlər nəzərə alınmaqla Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən 42765,40 manat, həmçinin vergi hesabatlarının təqdim edilməməsinə görə həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən 1440,0 manat olmaqla, ümumilikdə 44205,40 manat məbləğlərində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan 3 saylı X13 xx xxxxxx 2019-cu il tarixli **********799700 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2021-ci il tarixədək dayandırılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş bəyannaməyə əsasən iddiaçının sahibkarlıq fəaliyyəti xx.xx.2016-cı il tarixdən aktivləşmişdir. Sonra xx xxxxxx 2016-cı il tarixdən xx xxxxx 2017-ci il tarixədək və xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2024-cü il tarixədək dayandırılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 23351/23509 saylı rəyindən görünür ki, xx xxxx 2015-çi il tarixdən xx xxxx 2018-ci il tarixədək çox müddətdən keçdiyi, həmin dövrə çay yatağının relyef quruluşunu və qumçınqıl karxanasının gün ərzində neçə saat işləməsini dəqiqliklə müəyyən etmək mümkün olmadığı üçün, Xaçmaz rayonunda yerləşən iddiaçının istifadəsində olan qum-çınqıl karxanasında xx xxxx 2015-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan (yoxlama dövrü) dövr ərzində istehsal həcmini (hasilat) müəyyən etmək mümkün deyildir. Tədqiq olunan ərazdə istehsal həcmi (hasilat) müəyyən etmək mümkün olmadığı üçün qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmamışdır. Xaçmaz rayonunda yerləşən qum-çınqıl karxanasında xx xxxx 2015-çi il tarixdən xx xxxx 2018-ci il tarixədək olan (yoxlama dövrü) dövr ərzində istehsal həcmini (hasilat) müəyyən etmək mümkün olmadığı üçün 3 saylı X21 tərəfindən iyul 2015 - iyun 2018-ci illər (yoxlama dövrü) üzrə hesablanmış vergilər düzgün hesablanıb-hesablanmamasına dair tədqiqat aparılmamışdır. İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 10/1335 saylı rəyindən müəyyən olunur ki, X5 istifadəsində olan, Xaçmaz rayonunda yerləşən qum-çınqıl karxanasında iyul 2015-ci il tarixdən iyun 2018-ci il tarixədək uzun müddət keçdiyini, həmin illər ərzində, eləcə də ilkin vaxtda tədqiq olunan obyektdəki çay yatağının relyef quruluşu, həmçinin qum-çınqıl karxanasının gün ərzində neçə saat işləməsi, ərazidə istehsal brakı və təbii tullantıların faizi dəqiqliklə müəyyən edilmədiyindən, həmin obyektdə iyul 2015-ci il tarixdən iyun 2018-ci il tarixədək olan dövr ərzində istehsalat həcmini (hasilat), eləcə də İstehsalat həcmi üzrə qum-çınqıl məhsuluna çəkilən xərcləri müəyyən etmək mümkün olmamışdır. Mülki iş materiallarında olan ekspertiza aktının məlumatları ilə tədqiq olunan obyektdə baxış zamanı əldə olunan məlumatlar müqayisə edilərkən, aktda göstərilən elektrik avadanlıqlarının sayı və gücünün tədqiq olunan obyektdə mövcud olan elektrik avadanlıqlarının sayı və gücünə uyğun olmadığı, həmçinin ekspertiza aktında sahibkarın elektrik transformatorundan qidalanan quşçuluq təsərrüfatının elektrik avadanlıqlarının nəzərə alınmadığı müəyyən edilmişdir. Belə ki, ekspertiza aktında tədqiq olunan obyekt üzrə 5 adda elektrik avadanlıqları istifadə edildiyi və mühərriklərin gücünün ümumilikdə 140 kvt təşkil etdiyi göstərilmiş, lakin baxış zamanı həmin obyekt üzrə faktiki 33 adda elektrik avadanlıqları istifadə edildiyi və mühərriklərin gücünün ümumilikdə 648 kvt təşkil etdiyi müəyyən olunmuşdur. Tədqiq olunan obyektə baxış zamanı, həmin obyektdə faktiki olaraq 5-22 mm doğranmış çınqıl və 0,05 mm otsep istehsal olunduğu müəyyən edilmişdir. İşdən görünür ki, X8 xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********175086 nömrəli qərarın ləğv edilməsini, həmin akt və qərar əsasında iddiaçıya hesablanmış əlavə vergilərin və vergi sanksiyalarının silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, səyyar vergi yoxlaması aktından göründüyü kimi iddiaçıya əlavə vergi məbləğləri “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin verdiyi rəyə istinadən hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış əlavə vergilərin düzgün hesablanıb hesablanmamasını müəyyən etmək üçün ilk növbədə cavabdehin istinad etdiyi “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin rəyinin mötəbərliyi araşdırılmalıdır. “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin rəyindən görünür ki, iddiaçının istifadəsində olan qum-çıngıl istehsal müəssisəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal həcmi 192711,01 kub metr, satış dövriyyəsi 594995,21 manat, qum-çıngıl karxanasında işləyən işçilərin sayı 5 nəfər göstərməklə ümumi əmək haqqı məbləği 32400,0 manat və quşçuluq fabrikində işləyən işçilərin sayı 9 nəfər göstərməklə, ümumi əmək haqqı məbləği 81600,0 manat olduğu, həmçinin, iddiaçının istifadəsində olan qum-çınqıl karxanasında fəaliyyət göstərən texniki avadanlıqlarının (qum-çınqıl istehsalı üzrə) hazırkı durumda bazar qiymətlərinə uyğun orta aylıq icarə haqqı 1500,0 manat olduğu göstərilmişdir. Məhkəmə qeyd etmişdir ki, “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin rəyi ilə nəticədə hesablanmış qiymətlərin istinad olunduğu rəqəmlərin mənbəyinə dair məlumat verməmiş və bəzi rəqəmlərin necə əldə olunması barədə ümumiyyətlə məlumat yoxdur. Rəydə rəqəmlərin hansı əsaslarla, hansı mənbələrdən və xüsusən də qiymətlərin hansı mənbələrdən və necə əldə edilməsi ümumiyyətlə göstərilməmişdir. Göründüyü kimi “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkəti mənbəyi bəlli olmayan məlumatlara istinad etmişdir ki, bu halda həmin rəy mötəbər hesab oluna bilməz. Bundan əlavə, ekspert iddiaçının istifadəsində olan qum-çınqıl karxanasında fəaliyyət göstərən texniki avadanlıqların orta aylıq icarə haqqını müəyyən etmişdir ki, həmin avadanlıqların icarədə olub-olmaması barədə rəydə hər hansı bir məlumat göstərilməmiş, habelə bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsi və vəkilinin izahatından müəyyən olunur ki, həmin avadanlıqlar iddiaçıya məxsus olmaqla icarədə deyildir. Eyni zamanda, “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin rəyində iddiaçının karxanasında qum-çınqıl qarışığından 4 fraksiyalı qum-çınqıl məhsullarının istehsalını göstərildiyi halda, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsi və vəkilinin izahatından, o cümlədən Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 23351/23509 saylı rəyinin tədqiqat hissəsindən müəyyən olunur ki, iddiaçı tərəfindən qum-çınqıl qarışığından 2 fraksiyalı qum-çınqıl məhsulları istehsal edilir. Cavabdehin dəvət etdiyi ekspertin həmin məlumatı haradan götürməsi və ya müəyyən etməsi barədə rəydə hər hansı bir məlumat yoxdur. Habelə, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 23351/23509 saylı rəyinin məzmunundan görünür ki, ekspert xx xxxx 2015-çi il tarixdən xx xxxx 2018-ci il tarixədək çox müddətdən keçdiyini, həmin dövrə çay yatağının relyef quruluşunu və qumçınqıl karxanasının gün ərzində neçə saat işləməsini dəqiqliklə müəyyən etmək mümkün olmadığı üçün, xx xxxx 2015-çi il tarixdən xx xxxx 2018-ci il tarixədək olan (yoxlama dövrü) dövr ərzində istehsal həcmini (hasilat) müəyyən edə bilməmiş və nəticədə vergilərin düzgün hesablanıb-hesablanmamasına dair tədqiqat aparmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən qeyd edilən səbəblərdən rəyin verilməsi mümkün olmadığı halda, “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən hansı əsaslarla rəy verilməsi rəydə əsaslandırılmadığından və istinad olunmuş qiymətlərin mənbəyi məlum olmadığından həmin rəy mötəbər sübut hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən verilmiş rəy mötəbər olmadığından, onun əsasında iddiaçıya hesablanmış vergi məbləğləri də düzgün və əsaslandırılmış hesab oluna bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərarla iddiaçıya hesablanmış əlavə vergi məbləğləri öz təsdiqini tapmadığından, həmin qərar ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçıda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Vergi yoxlamaları iyul 2016-cı il tarixdən iyun 2018-ci il tarixədək vergi dövrü üzrə müxtəlif tədiyyə və dövrləri əhatə etmiş, yoxlama xx xxxxxx 2018-ci il tarixdə başlayaraq xx xxxxxx 2018-ci il tarixdə başa çatdırılmışdır. Səyyar vergi yoxlaması nəticəsində sadələşdirilmiş vergi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi, əlavə dəyər vergisi olmaqla artıq hesablanmış 1203,59 manat nəzərə alınmaqla ümumilikdə 86064,85 manat məbləğində əlavə vergilərin hesablanması, azaldılmış vergi məbləğlərinə görə vergi ödəyicisi tərəfindən artıq hesablanmış məbləğlər nəzərə alınmaqla Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 42765,40 manat, həmçinin vergi hesabatlarının təqdim edilməməsinə görə həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən 1440,0 manat olmaqla, ümumilikdə 44205,40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunaraq xx xxxxxx 2018-ci il tarixli **********160569 saylı “Səyyar vergi yoxlaması haqqında” Aktı tərtib edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********175086 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək, iddiaçı sadələşdirilmiş vergi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi, əlavə dəyər vergisi olmaqla artıq hesablanmış 1203,59 manat nəzərə alınmaqla ümumilikdə 86064,85 manat və azaldılmış vergi məbləğlərinə görə vergi ödəyicisi tərəfindən artrq hesablanmış məbləğlər nəzərə alınmaqla Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 42765,40 manat, həmçinin vergi hesabatlarının təqdim edilməməsinə görə həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən 1440,0 manat olmaqla, ümumilikdə 44205,40 manat məbləğlərində vergi məsuliyyətinə cəlb edilmişdir. Mübahisələndirilən qərardan müəyyən olunur ki, vergilərin hesablanmasına əsas olmuş “xxxxxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ekspert rəyində səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə qum-çıngıl karxanasında 4 fraksiyada çıngıl məhsullarının istehsal olunduğu, həmçinin, ekspert rəyində elektrik enerji sərfiyyatı göstəriciləri əsas götürülərək istehsal həcmi müəyyən edilmişdir. İddiaçı tərəf isə iddia ərizəsində və nümayəndəsi-vəkilinin şifahi məhkəmə iclasında verdiyi izahatında ekspert rəyində göstərilən kimi qum-çıngıl karxanasında 4 fraksiyada çıngıl məhsullarının istehsal olunmadığı, yalnız 2 fraksiyada çıngıl məhsullarının istehsal olunduğu, bundan başqa elektrik enerji sərfiyyatı göstəriciləri əsas götürülərkən həmin ərazidəki quşçuluq fabrikində mövcud olan avadanlıqların heç biri rəydə öz əksini tapmadığı, yalnız qum-çınqıl karxanasında cəmi 5 adda mövcud olan avadanlıqların nəzərə alındığı, onların da ümumi gücünün 140 kvt-d olduğu bildirilmişdir. Qeyd olunan ziddiyyətlərin aydınlaşdırılması üçün iş üzrə təkrar mühəndis-tikintitexniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 10/1335 saylı rəyindən müəyyən olunmuşdur ki, mülki iş materiallarında olan ekspertiza aktının məlumatları ilə tədqiq olunan obyektdə baxış zamanı əldə olunan məlumatlar müqayisə edilərkən, aktda göstərilən elektrik avadanlıqlarının sayı və gücünün tədqiq olunan obyektdə mövcud olan elektrik avadanlıqlarının sayı və gücünə uyğun olmamış, həmçinin ekspertiza aktında sahibkarın elektrik transformatorundan qidalanan quşçuluq təsərrüfatının elektrik avadanlıqlarının nəzərə alınmamışdır. Belə ki, ekspertiza aktında tədqiq olunan obyekt üzrə 5 adda elektrik avadanlıqları istifadə edildiyi və mühərriklərin gücünün ümumilikdə 140 kvt təşkil etdiyi göstərilmiş, lakin baxış zamanı həmin obyekt üzrə faktiki 33 adda elektrik avadanlıqları istifadə edildiyi və mühərriklərin gücünün ümumilikdə 648 kvt təşkil etdiyi müəyyən olunmuşdur. Həmçinin, tədqiq olunan obyektə baxış zamanı, həmin obyektdə faktiki olaraq 2 fraksiyada məhsul, 5-22 mm doğranmış çınqıl və 0,05 mm otsep istehsal olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıfa qeyd olunan ekspert rəyində göstərilən halların nəzərə alınmaması və eləcə də elektrik enerji sərfiyyatı göstəriciləri əsas götürülməklə vergilərin hesablanması qanunvericiliyə uyğun olmamışdır. Göründüyü kimi yuxarıda qeyd edilənlərə əsasən vergilərin hesablanmasına əsas olmuş “xxxxxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək mübahisələndirilən qərar üzrə vergilərin hesablanması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan mübahisələndirilən inzibati aktı qəbul edərkən, mötəbərliyi əsaslı hesab edilməyən rəyə əsaslanaraq iddiaçıya düzgün olmayan əlavə vergilər hesablamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnzibati İcraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X13 apelyasiya şikayəti təmin edilməsin. İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1068/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar