Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-245/2024 26.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndələri X2 və Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş məbləğin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2-1(118)- 2065/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür (AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi). НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı 1976-1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı təqdim etdiyi 01 sentyabr 1975-ci il tarixli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək “Dostluq” qəzeti mətbəəsində çapçı, xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Şəfəq qəzeti” mətbəəsində çapçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək linotipçi (xx.xx.1985-ci il tarixdən “Şəfəq qəzeti” mətbəəsi “Quba” birləşmiş mətbəəsinə köçürülmüşdür) vəzifəsində işləmiş, Azərbaycan SSR Dövlət Nəşrkomunun xx.xx.1989-cu il tarixli, 107 nömrəli kollegiya qərarına əsasən xx.xx.1989-cu il tarixdən “Quba” poliqrafiya müəssisəsinin Xaçmaz mətbəəsi Dostluq qəzeti redaksiyasına keçirilmiş və xx.xx.1989-cu il tarixədək həmin vəzifədə işləmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Quba” poliqrafiya müəssisəsində linotipçi işləmiş, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Quba rayonu“ üzrə Sığorta Müfəttişliyində sığorta agenti, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işsizlik müavinəti almış, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək isə Fərid kiçik müəssisəsində nəzarətçi vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 09 avqust 2022-ci il tarixdə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqan 13 sentyabr 2022-ci il tarixli, **********2 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən əmək kitabçasında və Azərbaycan Respublikası Dövlət Arxivinin Quba rayon filialının xx.xx.2022-ci il tarixli, 696 nömrəli arayışında xx.xx.1978-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Quba mətbəəsinin Şəfəq redaksiyasında işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1993-xx.xx.1993-cu il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1999-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Eyni zamanda, xx.xx.1986-xx.xx.1993-cü il və xx.xx.1999-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyi üçün həmin dövrlər ərzində işləyib-işləməmədiyini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də həmin dövrlər İddiaçı sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunan səbəbdən onun ümumi iş stajı 25 ildən az (16 il 9 ay 2 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (3 il 7 ay 29 gün (xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə olan halda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun ümumi stajının 25 ildən çox, güzəştli iş stajınının isə 15 ildən çox olması nəzərə alınaraq, yaşa görə əmək pensiyasının təyin olunması, pensiyaya çıxmalı olduğu dövrdə ödənilməmiş pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmuş və bu müddətlər ərzində o işlədiyi müəssisələrdən əmək haqqı almışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı inzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(112)-13310/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşı tamam olduğu, yəni 19 may 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, lakin pensiya ödənişlərinin xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2-1(118)- 2065/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 19 may 2014-cü ildən (lakin pensiya ödənişləri 09 avqust 2019-cu ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət X5 tərəfindən təqdim edilmiş arxiv arayışlarından görüünr ki, iddiaçının Poliqrafiya mətbəəsində linotipçi vəzifəsində uzun müddət işləmişdir. Qeyd olunan vəzifə 2 nömrəli siyahıda birbaşa öz təsdiqini tapmasa da, həmin vəzifə 2270000a-14807 kod nömrəsi ilə yığma-sətirtökən maşınların yığıcıları vəzifəsi ilə uyğundur. Belə olan halda, iddiaçının işlədiyi vəzifələr güzəştli şərlərlə iş stajı və ümumi əmək stajını təşkil edən tələbləri tam şəkildə ödəyir. İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasından da müəyyən olunur ki, iddiaçı qeyd edilən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək kitabçasında qeyd edilən müəssisədə işlədiyi dövrlərə dair əməkhaqqı cədvəlləri və əmr kitablarının arxivə təhvil verilməməsi iddiaçının hərəkətləri nəticəsində olmamışdır. Bu amilin müəssisənin vəzifəli şəxslərinin səhlənkarlığı ucbatından olduğunu nəzərə alaraq, iddiaçının pensiya təminatı hüququnun məhdudlaşdırılması yolverilməzdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməli olsa da, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları - iddiaçının mübahisəli iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10.1. 1.0 2, 1 0 5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında" Qanunun 1.0 1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanfara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və {və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin va ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, linotipçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli və 2 nömrəli siyahılarda qeyd olunmamışdır. Birinci instansiya məhkəməsi həmin vəzifənin 2 nömrəli siyahıda göstərilən yığma-sətirtökən maşınların yığıcıları vəzifəsinə uyğun olduğunu qeyd etməklə kifayətlənmişdir. Halbuki, həmin müəssisə tərəfindən müvafiq güzəştli arayış təqdim edilməli, bu mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan müəssisədən arayış və ya vəzifə təlimatı alınmalı idi. İddiaçının işlədiyi müəssisə hazırda fəaliyyət göstərmir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 19 may 2014-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, işdən görünür ki, iddiaçı 1976-1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş (02 il), xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək “Dostluq” qəzeti mətbəəsində, xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Şəfəq qəzeti” mətbəəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək “Quba” poliqrafiya müəssisəsinin Xaçmaz mətbəəsi Dostluq qəzeti redaksiyasında, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Quba” poliqrafiya müəssisəsində, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Quba rayonu“ üzrə Sığorta Müfəttişliyində işləmiş, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işsizlik müavinəti almış, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək isə Fərid kiçik müəssisəsində işləmişdir (xx.xx.2006-cı il tarixədək 25 il 03 ay 17 gün). Cavabdeh iddiaçının xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1993-xx.xx.1993-cu il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1999-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı ödənişinin olmadığı və xx.xx.1986xx.xx.1993-cü il və xx.xx.1999-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı cədvəllərinin olmadığı əsası ilə həmin dövrləri iş stajına daxil etməmiş, bununla da onun 25 il ümumi iş stajına malik olmaması qənaətinə gəlmişdir. Kollegiya şikayətin dəlillərini əsassız hesab edir. Mübahisəli dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının işlədiyi dövrdə və hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə əmək kitabçası işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilir. Mübahisələndirən xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1985-ci il və xx.xx.1986-xx.xx.1989-cu il tarixləri arasındakı dövrdə iddiaçının “Şəfəq qəzeti” mətbəəsində, xx.xx.1989-xx.xx.1993cü il, xx.xx.1993-xx.xx.1993-cu il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1999-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlərdə isə Quba poliqrafiya müəssisəsində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. Bununla bağlı, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Dövlət X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 696 nömrəli arayışından da görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixli, 46 nömrəli əmrlə “Şəfəq qəzeti” redaksiyasına çapçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdən Quba birləşmiş mətbəəsinin ştatına köçürülmüş, xx.xx.1989-cu il tarixdən “Quba” poliqrafiya müəssisəsinə işə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdən işdən azad olunmuşdur. Əmək kitabçasındakı məlumatların mötəbərliyi cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, cavabdeh iddiaçının yuxarıda qeyd edilən dövrlər (1978-ci və 1979-cu illərin yanvar ayları, 1983-cü ilin iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları, 1985-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, xx.xx.1986-xx.xx.1989cu il tarixləri arasındakı dövr) istisna olmaqla, “Şəfəq qəzeti” mətbəəsində işlədiyi xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, eləcə də, Quba poliqrafiya müəssisəsində işlədiyi xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrü iş stajına daxil etmiş, yalnız xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1993-cu il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1999xx.xx.2003-cü il tarixləri arasındakı dövrləri əmək haqqı ödənişləri və əməkhaqqı cədvəllərinin olmadığı, bu baxımdan, həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənildiyinin müəyyən edilmədiyinə əsaslanaraq staja daxil etməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının yuxarıda qeyd edilən müddəalarında xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddətinin fərdi uçot məlumatlarına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır. İnzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının əməkhaqqı cədvəllərinin olmamasına əsaslanaraq, ümumilikdə, 1978-2003-cü illər üzrə yuxarıda qeyd edilən dövrlərin iş stajına daxil edilməli olmaması ilə bağlı cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Beləliklə, iddiaçının hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçının xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı işlədiyi dövrləri, ümumilikdə, 3 il 7 ay 29 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının güzəştli iş stajını xüsusi olaraq mübahisələndirməyib, yalnız əmək haqqı ödənişləri və əməkhaqqı cədvəllərinin olmaması əsası ilə qəbul etməmişdir. Həmin dəlilllərin əsassızlığı isə yuxarıda qeyd edilən təhlillə təsdiq edilmişdir. Eyni zamanda, güzəştli iş stajına münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından göründüyü kimi o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək “Dostluq” qəzeti mətbəəsində çapçı, xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Şəfəq qəzeti” mətbəəsində çapçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək linotipçi vəzifəsində işləmiş, xx.xx.1989-cu il tarixdən “Quba” poliqrafiya müəssisəsinin Xaçmaz mətbəəsi Dostluq qəzeti redaksiyasına keçirilmiş və xx.xx.1989-cu il tarixədək həmin vəzifədə işləmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Quba poliqrafiya müəssisəsində linotipçi işləmişdir. Birinci instansiya məhkəməsi iddiaçının “Şəfəq qəzeti” mətbəəsində və Quba poliqrafiya müəssisəsində işlədiyi linotipçi vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 2270000a-14807 koduna (yığma-sətirtökən maşınların yığıcıları) əsasən güzəştli şərtlərlə pensiya təyinatına əsas verən vəzifə kimi qəbul edərək həmin vəzifədə işlədiyi dövrü güzəştli iş stajına daxil etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, mübahisələndirilən dövrlərdə iddiaçının işlədiyi müəssisələr hazırda fəaliyyət göstərmir. Eyni zamanda, işdən görünür ki, iddiaçının çapçı və linotipçi vəzifələrində işlədiyi göstərilən “Dostluq” qəzeti mətbəəsi, “Şəfəq qəzeti” mətbəəsi və “Quba” poliqrafiya müəssisəsi tərəfindən iddiaçı barəsində güzəştli arayışlar da verilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası tərəfindən analoji fəaliyyətlə məşğul olan müəssisə - “Bakı Mətbəəsi" Açıq Səhmdar Cəmiyyətinə çapçı və linotipçi vəzifələrinin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olub-olmaması, belə vəzifələrə aid edildiyi təqdirdə müvafiq vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXV. Poliqrafiya kinosurətlər istehsalı bölməsinin a) fəhlələr bəndinin 2270000a-14807 koduna (yığma-sətirtökən maşınların yığıcıları) uyğun olub-olmaması barədə sorğu verilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq “Bakı Mətbəəsi" ASC-nin 27 iyun 2024-cü il tarixli, N15 nömrəli məktubundan görünür ki, iddiaçının işlədiyi yalnız linotipçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XXV bölməsinin a) fəhlələr bəndinin 2270000a- 14807 koduna - linotipistlər, yəni yığma-sətirtökən maşınların yığıcılarına uyğundur. İddiaçının çapçı vəzifəsində işlədiyi dövr isə zərərli iş şəraiti hesab olunmur. Çünki, yalnız “Azərbaycan” nəşriyyatında (keçmiş “Kommunist”) dərin çap üsulu ilə kislotadan istifadə olunduğundan iş şəraiti zərərli hesab olunurdu. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (04 il) “Şəfəq qəzeti” mətbəəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.2003cü il tarixədək (12 il 10 ay 11 gün) Quba poliqrafiya müəssisəsində işlədiyi linotipçi vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXV. Poliqrafiya kinosurətlər istehsalı bölməsinin a) fəhlələr bəndinin 2270000a-14807 koduna (yığma-sətirtökən maşınların yığıcılarına) uyğundur. Odur ki, iddiaçının linotipçi vəzifəsində işlədiyi, ümumilikdə, 16 il 10 ay 11 günlük dövr nəzərə alınarsa, onun 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2065/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.