Məhkəmə qərarları › İş №2-1(105)-246/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-246/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-246/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “Yaşma” bağları ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)-904/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “Yaşma” bağları ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X5 İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli, 16 saylı qərarı əsasında Sumqayıt şəhəri “Yaşma” bağlar ərazisindəki “Nəqliyyatçı” Kollektiv bağçılıq yoldaşlığının üzvlüyünə qəbul olunmuş və ona 6 saylı bağçının üzvlük kitabçası verilmişdir. “Nəqliyyatçı” Kollektiv bağçılıq yoldaşlığının idarə heyətinin xx xxxxxx 2000-ci il tarixli 02 saylı protokoluna əsasən ona həmin ərazidə sahəsi 0,06 ha. olmaqla 6 saylı bağ torpaq sahəsi yerində ayrılaraq istifadəsinə verilmişdir. Buna dair ona xx xxxxxx 2000-ci il tarixli 02 saylı protokoldan çıxarış, bağ sahəsinin yerləşməsinin sxematik planı, Yoldaşlığın adlı siyahısından çıxarışın təsdiq olunmuş surətləri verilmişdir. Həmin müddətdən bağ torpaq sahəsi istifadəsində olmaqla 2003-cü ildə oranı hasara almışdır. Orada müxtəlif növ meyvə ağacları əkib becərmişdir. Ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, plan və ölçülərin verilməsi ilə əlaqədar olaraq xx xxxxxx 2020-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət etmişdir. Ərazi İdarəsi müraciətinə verdiyi xx xxxxxx 2020-ci il tarixli **********446 saylı məktubla Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İmtina məktubunda göstərilir ki, araşdırma aparılarkən torpaq sahəsinin digər şəxsə məxsus, ləğv edilmiş DT və XK tərəfindən digər vətəndaşın adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyü, torpaq sahəsinin 0,0240 ha. hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi müəyyən edilmişdir. Ona verilmiş cavab həqiqəti əks etdirmir və həmin cavabla razı deyil. Ona məxsus torpaq sahəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Eyni zamanda 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi sorğuya cavab olaraq “Nəqliyyatçı” bağçılıq yoldaşlıq birliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 02 saylı məktubdan görünür ki, “6 saylı bağ torpaq sahəsi İddiaçı, 7 saylı bağ torpaq sahəsi X4 məxsusdur”. Lakin 2 saylı Ərazi İdarəsi bunu nəzərə almamışdır. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Yaşma Bağları ərazisində yerləşən, "Nəqliyyatçı" X8 Heyətinin xx xxxxxx 2000-ci il tarixli 02 saylı protokolundan çıxarış ilə ayrılmış 06 nömrəli 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı bildirilmişdir ki, müayinə və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus, ləğv edilmiş DT və XK-i tərəfindən digər vətəndaşın adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bundan başqa, daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin 0,0240 ha hissəsinin 110.0 Kvt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının tələblərinin pozulduğu müəyyən edilmişdir. Həmin Qaydalara əsasən əsasən 110.0 Kvt-luq elektrik xətlərinin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 25.0 metr məsafədə müəyyənləşdirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə İddiaçı xx xxxxxx 2020-ci il tarixli **********46 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)-904/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı “Yaşma” bağları ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşməyən hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim İ.Quliyev) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Yaşma Bağları ərazisində yerləşən, "Nəqliyyatçı" X8 Heyətinin xx xxxxxx 2000-ci il tarixli 02 saylı protokolundan çıxarış ilə ayrılmış 06 nömrəli 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı bildirilmişdir ki, müayinə və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus, ləğv edilmiş DT və XK-i tərəfindən digər vətəndaşın adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bundan başqa, daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin 0,0240 ha hissəsinin 110.0 Kvt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının tələblərinin pozulduğu müəyyən edilmişdir. Həmin Qaydalara əsasən əsasən 110.0 Kvt-luq elektrik xətlərinin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 25.0 metr məsafədə müəyyənləşdirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə İddiaçı xx xxxxxx 2020-ci il tarixli **********46 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. İlk növbədə ərizəçinin sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü İdarə tərəfindən araşdırılır. Lakin göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün torpaq sahəsinin digər şəxsə məxsus, ləğv edilmiş DT və XK tərəfindən digər vətəndaşın adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyündən həmin torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşməyən hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı iddia ərizəsini əsaslandırarkən “Nəqliyyatçı” Bağçılıq Yoldaşlıq birliyinin məktubuna istinad edərək 6 saylı bağ torpaq sahəsinin İddiaçı, 7 saylı bağ torpaq sahəsinin isə X2 məxsus olduğunu qeyd etməsi tamamilə əsassızdır. Belə ki, İddiaçı İdarəyə müraciət edərkən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün əsas kimi təqdim etdiyi bağçının üzvlük kitabçasının verilmə tarixi xx xxxxx 2000-ci il qeyd edilmişdir. “Nəqliyyatçı” Bağçılıq Yoldaşlığının üzvlərinin adlı siyahıları isə 1988-ci ildə tərtib edilmişdir. Sual olunur: necə olur ki, 2000-ci ildə üzvlük kitabçası almış şəxsin adı 1988-ci ildə tərtib edilmiş adlı siyahıya daxil edilmişdir? Buradan da aydın olur ki, sözügedən adlı siyahının tərtibində saxtakarlığa yol verilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edib, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən “Yaşma” bağları ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə iddianı qismən təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh inzibati orqan torpaq sahəsinin başqa şəxsin adına tərtib edilmiş plan və ölçü sənədi ilə üst-üstə düşdüyünü bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin iddiaçının sözügedən torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşməyən hissəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtinası əsaslı deyildir. Belə ki, cavabdeh imtinasında qeyd etdiyi halları sübut edə bilməmişdir. Lakin məhkəmə qeyd etmişdir ki, inzibati orqanın imtinası torpaq sahəsinin 0,0240 ha hissəsinin 110.0 Kvt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşən hissəsində əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. İşdən görünür ki, hazırki iş üzrə cavabdehin imtinasının əsas dəlili torpaq sahəsinin digər şəxsə məxsus, ləğv edilmiş DT və XK-i tərəfindən digər vətəndaşın adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşməsi, bu səbəbdən həmin torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşməyən hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasının qanunvericiliyin tələblərinə zidd olması olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçinın arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda bələ şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzıbati orqanın üzərinə düşür. Lakin cavabdeh orqan imtinasının əsası kimi istinad etdiyi halı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə də məhkəmə bu dəlilin araşdırılması istiqamətində heç bir araşdırma aparmamışdır. Halbuki İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Göründüyü kimi, məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Hazırki iş üzrə isə məhkəmə xidməti vəzifəsi olmağına baxmayaraq, iddiaçının iddia etdiyi torpaq sahəsinin X1 adına qeydiyyata alınmış torpaq sahəsinin plan və ölçüsü ilə həqiqətən də üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədilə bununla bağlı aidiyyəti orqanlara sorğu versə də, sorğuya natamam cavabı araşdırmamış, mütəxəssis rəyi almadan, başqa sözlə cavabdehin imtina dəlillərini araşdırmadan cavabdehin imtinasını əsassız saymışdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (68.2.) İstinad olunan normalardan da göründüyü kimi, məhkəmə, onda yaranmış daxili inam əsasında qərar qəbul etsə də, bu inam, ehtimal, fərziyyə, güman əsasında deyil, məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlar əsasında formalaşır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki iş, yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Kollegiya həmçinin qeyd edir ki, işə yenidən baxılarkən aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İPM-in 28.1-ci maddəsində deyilir ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). (28.2) Göründüyü kimi qanunverici məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmənin xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini təsbit etmişdir. Hazırki işdən də görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçının iddia etdiyi torpaq sahəsinin hazırki iş üzrə tərəf olmayan X1 adına qeydiyyata alınmış torpaq sahəsinin plan və ölçüsü ilə üst-üstə düşməsi ilə bağlı olmuşdur. Belə olduğu təqdirdə kollegiya hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin X1 adına qeydiyyata alınmış torpaq sahəsinin plan və ölçüsü ilə üst-üstə düşməsi halı təsdiqləndiyi təqdirdə hazırki iş üzrə qəbul ediləcək məhkəmə qərarlarının X1 qanunla qorunan maraqlarına toxunması ehtimalı istisna olunmur. Odur ki, təkrar işə baxılarkən X1 hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq İnzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)-904/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “Yaşma” bağları ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar