Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-246/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, Maraqlı şəxs Ağaddin oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Progress-2016 Mənzil Tikinti Kooperativinin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(118)-423/2019 nömrəli qərardadından Maraqlı şəxs Ağaddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2-1(085)-423/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim Z. Pirverdiyev)
3. Qərardan apellyasiya və kassasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə minmiş və icra edilmişdir.
4. Hazırda, Maraqlı şəxs Ağaddin oğlu vəsatətlə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2-1(085)-423/2019 nömrəli qərarının ləğv edilərək işin mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
5. Maraqlı şəxs vəsatəti onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2-1(085)-423/2019 nömrəli qərarı əsasında iddiaçıya hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən RX seriyalı 14994222 saylı çıxarış və inventar nömrəsi 592 olan 01.03.2019-cu il tarixli **********01-05101-083002 reyestr nömrəli qeyri-yaşayış sahəsinin cizgisi əks olunmuş texniki pasport verilmişdir. Hesab edir ki, çıxarılmış qərar onun maraqlarına birbaşa toxunur və həmin mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı öncə ona satılmışdır. Belə ki, 21 sentyabr 2020-ci il tarixdə "xxxx" MTK-da olarkən həmin qeyri- yaşayış sahəsinə dair İddiaçı adına olan çıxarış və texniki pasportu gördükdə 120 kvadrat metr qeyri-yaşayış sahəsinin ona satılmış hissə ilə üst üstə düşdüyünü anlamışdır.
6. Hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-423/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli qərarı "xxxx" MTK-nin iştirakı olmadan qəbul edilmişdir və nəticədə onun bu işə cəlb edilməməyi nəticəsində mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Maraqlı şəxs cəlb edilmədən (mübahisələndirilən sahəyə dair digər müqavilələrin olması və ya digər vətəndaşlara satılması barədə məhkəmənin məlumatlı olmaması) iddiaçının tələbi təmin edilmişdir. Həmin iddia tələbinin araşdırılması iştirakı olmadan baxıldığından, 3-cü şəxs olaraq "xxxx" MTK-nin cəlb edilmədiyindən iddiaçı tərəfindən təqdim edilmiş müqavilə və maliyyə arayışının ondan sonra bağlanılması faktı gizli qalmışdır. İddiaçı ona ayrılmış cizgi üzrə deyil, maraqlı şəxsə ayrılmış hissəni öz sahəsinə aid etməklə çıxarış və texniki pasport əldə etmişdir. İddiaçı hazırda həmin mübahisəli qeyri-yaşayış sahəsini satmaq niyyətindədir.
7. Digər tərəfdən ünvan 2 ünvanda 1 mərtəbəli yaşayış binasının yerləşdiyi ünvan iddiaçının adına verilmiş çıxarışda dəyişdirilmişdir. Kooperativin ünvanı ünvan 3onu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 7”A” kimi göstərilmişdir.
8. Qeyd edir ki, iddiaçıyla mübahisəli 120 kv. m qeyri-yaşayış sahəsinə dair 13 fevral 2018-ci il tarixli müqavilə onunla 136.0 kv. m 3-cü blokdan zirzəmi hissəsindən pay haqqını tam ödədiyi 20 sentyabr 2016-cı il tarixli müqavilədən 17 ay sonra bağlanılmışdır. Həmin sahələr üst üstə düşdüyündən və həmin sahə ilkin olaraq maraqlı şəxsə satıldığından iddiaçının həmin sahə üzərində mülkiyyət hüquqları tanına bilməz və iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçının adına verdiyi Dövlət Qeydiyyatı haqqında RX seriyalı, 14994222 saylı Dövlət Reyestrindən Çıxarışı ləğv edilməlidir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2-1(118)-423/2019 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. (hakim V.Əzizova)
10. Maraqlı şəxs qeyd edilən qərardaddan apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2-1(118)-423/2019 nömrəli qərardadının ləğv edilməsi və vəsatətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Maraqlı şəxs apellyasiya şikayətini vəsatətlə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən mübahisələndirilən sahə ona və digər tərəfə satılmışdır. "xxxx" Mənzil Tikinti Kooperativində hüquqşünas vəzifəsində çalışdığı dövrdə İddiaçı ayrılmış sahənin ona ayrılmış sahə ilə üst-üstə düşmədiyi barədə məlumatlı olmuş, lakin sonradan iddiaçının məhkəmə qaydasında əldə etdiyi qeyri-yaşayış sahəsinin texniki pasportunu gördükdə həmin sahənin ona ayrılmış sahənin cox hissəsinə düşdüyünü müəyyən etmişdir. Bildiyi andan məhkəməyə vəsatətlə müraciət etmişdir. Hesab edir ki, İddiaçı iddia tələbi üzrə 3-cü şəxs olaraq "Progress-2016” MTK işə cəlb edilmədiyindən məhkəmə həmin sahəyə dair digər müqavilələrin mövcudluğu barədə düzgün araşdırma aparılmadan tələsik qərar çıxarılmışdır.
12. Qeyd edir ki, yaşayış binasının həmin zirzəmi hissəyə (əvvəllər yeraltı qaraj kimi nəzərdə tutulmuşdu) nə su xətti, nə kanalizasiya xətti, nə elektrik xətti, nə qaz xətti mövcud olmadığı, nə qapı, nə pəncərə qoyulmadığı, lift belə quraşdırılmadığı halda texniki pasportda bütün bunların mövcud olduğu qeyd edilmişdir. Həmin qeyri-yaşayış sahəsi tam tikilmədiyindən hələ giriş-cıxış müəyən edilmədiyindən payçılara təhvil verilməmişdir. Həmçinin çıxarışda qeyd edilən hüquqi ünvanda Rəsulzadə küçəsi ev 1 ”A “ əvəzinə 7 “A” göstərilmişdir. Hazırki şikayətə əlavə etdiyi real cizgilər əsasında həmin sahələrin üst üstə düşdüyü açıq-aşkar görünür: 1-ci sxemdə 3-cü blokda ona ayrılmış 136 kv metr sahə ştrixlənmişdir. "xxxx" MTK tərəfindən 2016-cı ildə verilmiş və təsdiq edilmiş cizgi onun tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir.
13. 2-ci sxemdə İddiaçı 3-cü blokda ayrılmış 120 kv metr sahə ştrixlənmişdir. "xxxx" MTK tərəfindən 2018-ci ildə verilmiş və təsdiq edilmiş ilkin cizgi iş materiallarında əlavə edilmişdir. Həmin cizgi əsasında texniki pasport tərtib edilmişdir. Hesab edir ki, məhz bu cizgi ilə ona verilmiş cizgini müqayisə etmək və əyani olaraq bununla üst üstə düşmə faktini müəyyənləşdirmək olardı.
14. 3-cü sxemdə isə hər iki sahənin cizgiləri birlikdə göstərilmişdir, üst üstə düşən sahələr isə ikiqat ştrixlənmişdir. İş materiallarında mövcud cizgilər əsasında tərəfindən əyani olaraq göstərməklə həmin sahələrin üst üstə düşdüyünü bir daha diqqətə çatdırır: Texniki pasportda qeyd edilən sahə "xxxx" MTK tərəfindən İddiaçı verilmiş ilkin cizgi əsasında aparılmışdır. Texniki pasportda göstərilən sahənin hansı blokda yerləşməsi göstərilməsə də İddiaçı ilkin verilmiş cizgiyə baxaraq onun harda yerləşməsi asanlıqla müəyyən olunur. Hesab edir ki, məhkəmə bu xüsusatlara fikir verməmişdir. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsi iddiaçının aldığı qeyri-yaşayış sahəsinin texniki pasportunda qeyd edilən sahənin cizgiləri ilə ona ayrılmış sahənin tam fərqli olması və həmin sahələrin üst üstə düşməsinin aşkar görünmədiyi qənaətinə gələrkən haqlı olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və vəsatətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişdirlər.
18. Məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. (İPM-in 62.3-cü maddəsi).
TƏTBİQ OLUNAN HÜQUQ:
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
21. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Maraqlı şəxs Ağaddin oğlunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsinin yenidən müzakirə olunması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır.
22. Birinci instansiya məhkəməsi vəsatəti təmin etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının aldığı qeyri-yaşayış sahəsinin texniki pasportunda qeyd edilən sahənin cizgiləri tam fərqlidir və həmin sahələr üst-üstə düşmür. Bu baxımdan, birinci instansiya məhkəməsi Maraqlı şəxs hüquqlarının və qanunla qorunan maraqlarının pozulmadığını hesab edərək, onun üçüncü şəxs qismində cəlb olunma barədə vəsatətini təmin etməmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
24. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarına əsasən, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və məsələ qanunvericilik qaydasında həll edilənədək, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmək hüququ nəzərdə tutulmuşdur.
25. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə uyğun həll edilməlidir.
26. Sözügedən qərarda Konstitusiya Məhkəməsi həmçinin özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir:
27. “...İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
28. Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir.
29. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. 30......Göründüyü kimi inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunan üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər.
31. Konstitusiya Məhkəməsi Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər.
32. ...Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.
33. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.”
34. Hazırkı iş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Maraqlı şəxs Ağaddin oğlu arasında bağlanmış 20 sentyabr 2016-cı il tarixli müqaviləyə əsasən, Abşeron rayon icra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 136.0 m2 olan qeyriyaşayış sahəsi (zirzəmi) hər m2 üçün 800 manat olmaqla 108800 manat ödənilməklə Maraqlı şəxs ayrılmış və maliyyə arayışına əsasən, qeyri-yaşayış sahəsinin dəyəri tam olaraq ödənilmişdir.
35. Həmçinin, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 13 fevral 2018-ci il tarixli müqaviləyə əsasən, Abşeron rayon icra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 120.0 m2 olan qeyri-yaşayış sahəsi (zirzəmi) hər m2 üçün 495 manat olmaqla 59400 manat ödənilməklə İddiaçı ayrılmış və qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir.
36. Maraqlı şəxs vəsatətində müqavilə üzrə ona ayrılmış sahənin bir hissəsinin məhkəmənin qərarına əsasən, iddiaçının adına xüsusi mükiyyət hüququ əsasında qeydə alınmış sahənin bir hissəsi ilə üst-üstə düşdüyünü bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən xüsusat ümumiyyətlə araşdırılmamışdır.
37. Belə ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya ünvanlanmış 14 fevral 2022-ci il tarixli 14/02 nömrəli arayışdan görünür ki, ünvan 5 ünvanda 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsi layihəyə uyğun olaraq şaquli olaraq E-F, F-G, G-H, H-İ, İ-J, J-K 6 qarışlardan (prolyot), üfüqi olaraq 5-6, 6-7, 7-8 olmaqla 3 qarışdan (prolyot) ibarətdir. Payçı İddiaçı ayrılmış 120 kvadrat metr qeyri-yaşayış sahəsi şaquli istiqamətdə G-H prolyotu ilə üfüqi olaraq 5-6, 6-7, 7-8 prolyotlar ilə kəsişməni, həmçinin şaquli F-G qarışın üfüqi 5-6 qarışının kəsişməsini əhatə edir. Payçı Maraqlı şəxs ayrılmış 136 kvadrat metr qeyri-yaşayış sahəsi şaquli istiqamətdə G-H prolyotu ilə üfüqi 5- 6 prolyotu ilə kəsişməni, həmçinin şaquli F-G qarışın üfüqi 5-6, 6-7, 7-8 qarışlarının kəsişməsini əhatə edir. Göründüyü kimi, faktiki olaraq həmin qeyri-yaşayış sahələri G-H prolyotu ilə üfüqi olaraq 5-6, şaquli F-G qarışın üfüqi 5-6 qarışı ilə üst üstə düşür. Üst üstə düşən sahə 50,4 kvadrat metr təşkil edir.
38. Bundan başqa arayışda qeyd edilir ki, iddiaçıya 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdaki cizginin koordinatları və 3-cü blokda yerləşmə sahəsi göstərilməmişdir. Lakin 3-cü blokun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair cizgidə olan konfiqurasiya ilə eynilik təşkil edir. "xxxx" MTK tərəfindən verilmiş cizgi əsasında iddiaçıya texniki pasport tərtib edildiyindən həmin sahələrin üst-üstə düşməsi təsdiq edilir.
39. Həmçinin, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən məhkəməyə təqdim edilən 01 aprel 2022-ci il tarixli 01/04 nömrəli arayışdan görünür ki, "xxxx" MMC-nin hüquqi varisi "xxxx" Mənzil Tikinti kooperatividir. "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasında tikinti işləri başa çatmadığından, yaşayış binası istismara qəbul edilməmiş, təhvil-təslim həyata keçirilməmişdir. Arayışda hazırda Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda 5 bloklu yaşayış binasında tikinti işlərinin davam etdirildiyi qeyd olunmuşdur.
40. Birinci instansiya məhkəməsi isə ərizəyə baxarkən Konstitusiya Məhkəməsinin qərarında şərh edilən hüquqi mövqeyə əsasən, ərizədə qeyd edilən xüsusatları ilə bağlı araşdırma aparmamışdır.
41. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş obyektiv araşdırma prinsipi tələb edir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
42. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
43. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır.
44. MPM-in 76.1-ci maddəsinə əsasn tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Kollegiya qeyd edir ki, Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməsinə dair ərizəyə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Hərtərəfli araşdırma prinsipinin pozulması isə məhkəmə qərardadının mahiyyətinə və maraqlı şəxsin hüquqlarının tanınmasına təsir edəcək səviyyədədir.
47. Odur ki, kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Maraqlı şəxs Ağaddin oğlunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb ediməsinə dair ərizəsinə yenidən baxılması üçün inzibati iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
48. Təkrar ərizəyə baxılarkən yuxarıda qeyd olunan xüsusatlar araşdırılmalı, zərurət olarsa qeyri-yaşayış sahələrinin üst-üstə düşməsi faktının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli və alınmış rəyə uyğun olaraq Maraqlı şəxs üçüncü şəxs qismində icraata cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməlidir.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər.
50. Göstərilənlərə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(118)-423/2019 nömrəli qərardadı ləğv edilsin. Maraqlı şəxs Ağaddin oğlunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 8