Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-247/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehin nümayəndəsi: X3 iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı xx xxxxxx 2001-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və ona təstiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-1332/2020 nömrəli qərarından cavabdehin nümayəndəsi M.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddianın təmin edilməsi, xx xxxxxx 2001-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təstiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: X5 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinə qarşı “xx.xx.2001-ci il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması” tələbinə dair iddia ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-661/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-612/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli Qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-661/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-618/2020 saylı, xx xxxx 2020ci il tarixli Qərarı ilə İddiaçı qanunda nəzərdə tutulan yaş həddinə çatması əsası ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli 2-1(105)-612/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-339/2020 saylı qərardadı ilə X5 əsl İddiaçı ilə əvəz edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-661/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il tarixdə Qubadlı rayonundan məcburi köçkün düşmüşdürlər və hal-hazırda ərizədə göstərilən ünvanda övladı İddiaçı ilə birlikdə yaşayırlar. İddiaçı X1 ilə xx xxxxxx 2000-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahdan İddiaçı dünyaya gəlmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və qızının iddiaçının himayəsində qalması müəyyən edilmişdir. Həmin vaxtda qızı iddiaçı ilə birlikdə yaşayır. Qızı İddiaçı məcburi koşkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi üçün AR Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət etsə də xx.xx.2019-cu il cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının Şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Lakin, iddiaçının qızının adı artıq 2005-ci ildən etibarən məcburi köçkün kimi Xızı rayon üzrə ərzaq yardımı siyahısına daxil edilmişdir. Həmçinin qızının atası ümumiyyətlə aliment ödəməklə valideynlik vəzifəsini yerinə yetirir, qızı 16 ildir ki, iddiaçının himayəsindədir və onunla birlikdə yaşayır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi M.R.Hüseynov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Bununla yanaşı, məhkəmə tərəfindən Komitənin «inzibati işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə» xx xxxxxx 2020-ci il tarixli ərizəsinə münasibət bildirilməmişdir, həmin ərizəyə baxılmadan inzibati iş üzrə xx xxxxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Müvafiq inzibati iş ərazi aidiyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməli olsa da, Sumqayıt İnzibati Məhkəməsi inzibati prosessual qanunvericiliyin tələblərini pozmaqla, iş üzrə qərar qəbul etmişdir. İddiaçı atası Fəxrəddin Məmmədov məcburi köçkün olmadığından, həmçinin yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatda olduğundan, Qaydaların 4.1.6-cı bəndinin tələbinə uyğun olaraq, iddiaçıya məcburi köçkün statusunun və onu təstiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd etdiyi əsaslandırma isə ümumiyyətlə qəbuledilməzdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-1332/2020 saylı qərarının ləğv edilməsi və İddiaçı «məcburi köçkün statusu və onu təstiq edən vəsiqənin verilməsi» barədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi M.R.Hüseynov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-661/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2.mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq məlahiyyətli məhkəməyə göndərir. Hazırkı iddia növü mübahisələndirmə haqqında iddia deyil, digər (öhdəliyin icrası haqqında) iddia növünə aid olduğundan, digər (öhdəliyin icrası haqqında) iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığından, cavabdeh Bakı şəhərində yerləşdiyinə görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, müvafiq inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməli olsa da, Sumqayıt İnzibati Məhkəməsi inzibati prosessual qanunvericiliyin tələblərini pozmaqla, iş üzrə qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmaması barədə məhkəmənin qərarı iş üzrə inzibati aidiyyət pozulduğu üçün və şikayətin dəlilləri qərarın ləğvi üçün əsas ola bilər. Şərh olunanlara əsasən və İPM-nin 87.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2-1(118)- 1332/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı xx xxxxxx 2001-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və ona təstiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən gündən on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Elman Rəhimov
Məhkəmə qərarları › İş №2-1(105)-247/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-247/2021
19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver