Məhkəmə qərarları › İş №2-1(105)-247/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-247/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-247/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyasının güzəştli şərtlərlə xx.xx.2019-cu il tarixindən, 57 yaşdan hesablanmasına və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq xx.xx.2019- cu ildən xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanıb ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2-1(118)-720/2022 nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlə pensiya təyin edilməsi barədə ərizə ilə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı 1978-ci ildə Bakı Rabitə Elektrotexnikumuna televizor texnikası və radiotele rabitəsi ixtisası üzrə daxil olmuşdur, 1982-ci ildə həmin ixtisası əyani şöbəsi üzrə təhsilini bitirmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan “Azneft” İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı «Azneft» İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1986-ci il tarixindən (xx.xx.1986-ci il Əmr № 15/K) xx.xx.1991-ci il tarixinədək dispetçer avadanlıqlarının elektrik montyoru, xx.xx.1991-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək (xx.xx.2002-ci il Əmr 15/K ) NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş stajı 16 il 4 ay 15 gün təşkil edir. Yuxarıda göstərilə vəzifə və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 12-ci bölməsinin 3-cü bəndinin b) yarımbəndində elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (KOD:2130302a-19861)uxarıda göstərilən vəzifə və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 12-ci bölməsinin 3-cü bəndinin a) yarımbəndidə nəzarət-ölçü cihazalrının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr (KOD: 2130301a-18494) güz\ştli pensiya hüququna malikdirlər.xx.xx.1994-cü ildən İstehsalat Xidmətinin Mərkəzi Bazasının (İXMB) adı dəyişdirilərək, “Azərineftavtomatika” müəssisəsi olmuşdur (əmr 77№li xx.xx.1993-cü il).xx.xx.2002-ci il tarixdən “Azərinevtavtomatika” “X4 və Avtomatika” ASC-yə çevrilmişdir (Əmr 11№li13.02.02).xx.xx.2011-ci il tarixdən “X4 və Avtomatika” ASC “X4 və Avtomatika” MMC-yə çevrilmişdir (Əmr 31№lixx.xx.2011-ci il). İş materiallarına iddiaçıya məxsus əmək kitabçasının təsdiq olunmuş surəti əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu əsas tutaraq onun pensiyasının “Güzəştli şərtlərlə” xx.xx.2019-cı il tarixindən, 57 yaşdan hesablanmasına və Qanunun 37-ci maddəsinin 7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanıb ödənilməsi qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962- ci ildə Şabran rayonu ( keçmiş Dəvəçi ) Kuybışev kəndində anadan olmuşdur. 1969-cu ildə Dəvəçi rayonunda orta məktəbin 1-ci sinifinə getmiş və 1978-ci ildə 9-cu sinifi bitirmişdir. 1978-ci ilin sentyabr ayında Bakı Rabitə Elektrotexnikumuna qəbul olunmuş və 1982-ci ildə “televiziya texnikası və radiorele rabitəsi “ ixtisası üzrə əyani şöbəni bitirmişdir.( DT - İ № 786739, xx.xx.1982-ci il tarixli diplom əlavə olunur) xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilə kimi sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1986-ci ildə “ Azneft ” İstehsalat Xidmətinin Mərkəzi Bazasında 5-ci dərəcəli elektrik mantyoru vəzifəsində işləyir. xx.xx.2002-ci ildə sonradan “ Azərineftavtomatika” müəssisəsi “ X4 və avtomatika” ASC-dən əmək müqaviləsi pozulmuş hesab edildiyi üçün işdən azad olunmuşdur. xx.xx.2002-ci ildən "xxxx" Neft Şirkəti” MMC-nin yanacaq doldurma stansiyasında elektromexanik vəzifəsinə təyin olunmuşdur. Hal-hazıra kimi həmin müəssisədə növbə rəisi vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. 57 yaşı tamam olanda “Güzəştli şərtlərlə” pensiya təyin olunması üçün sonradan yeni yaradılmış Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına da rəsmi müraciət etmişdir və müvafiq sənədləri tam topluda təqdim etmişdir. "xxxx" MMC-nin 01/21 saylı, xx.xx.2021-ci il tarixli arayışından da görünür ki,

16. 01. 1986-cı il tarixdən xx.xx.2002-ci il tarixə kimi güzəştli iş stajı 16 il 4 ay 15 gün təşkil edir. xx.xx.2006-cı ilə kimi ümumi iş stajı isə 28 il 01 ay 26 gün təşkil edir. Lakin xx.xx.2021-ci il tarixli **********6 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, işlədiyi “ Azneft ” İstehsalat Xidmətinin Mərkəzi Bazası göstərilən nəzarətölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrə, işlədiyi peşə və texnoloji prosesi aparan əsas fəhlələrə uyğun deyil. Bunun üçün iddiaçının güzəştli iş stajı yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı В.M.Həsənov Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filial tərəfindən iddiaçı В.M.Həsənova verilmiş xx.xx.2021- ci il tarixli **********6 nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrinə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 01/21 nömrəli xx.xx.2021 -ci il tarixli arayışında onun xx.xx.1991-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azneft” İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında nəzarət-ölçü cihazlarının və avtomatikanın çilingəri peşəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi İstehsalat Xidmətinin Mərkəzi Bazası yuxarıda göstərilən nəzarət- ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrə, işlədiyi peşə isə texnoloji prosesi aparan əsas fəhlələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2-1(118)-720/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşının tamam olduğu (xx.xx.2019-cu il) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və Qanunun 37.7-ci maddəsi nəzərə alınaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, «Azneft» İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1986-ci il tarixindən (xx.xx.1986-ci il Əmr № 15/K) xx.xx.1991-ci il tarixinədək dispetçer avadanlıqlarının elektrik montyoru, xx.xx.1991-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək ( xx.xx.2002- ci il Əmr 15/K ) NÖC və A çilingəri vəzifəsində işləmişdir. İddiaçı eyni müəssisədə iki vəzifəni yerinə yetirmişdir: dispetçer avadanlıqlarının elektrik montyoru və NÖC və A çilingəri. Qeyd edilmiş vəzifələr 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 12-ci bölməsinin 3-cü bəndinin b) elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları-2130302а— 19861 şifrinə və a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər- 2130301а—18494 şifrinə uyğundur. Belə ki, qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının 12 il 6 aydan çox xüsusi iş stajı yaranmış olur. dəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı üç illik müddəti ötürmədiyi üçün qeyd edilən norma iddiaçıya münasibətdə tətbiq edilmir. Onun pensiyası 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı В.M.Həsənov Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi fiiialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filial tərəfindən iddiaçı В.M.Həsənova verilmiş xx.xx.2021-ci il tarixli **********6 nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrinə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 01/21 nömrəli xx.xx.2021 -ci il tarixli arayışında onun xx.xx.1991-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azneft” İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında nəzarət-ölçü cihazlarının və avtomatikanın çilingəri peşəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi İstehsalat Xidmətinin Mərkəzi Bazası yuxarıda göstərilən nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrə, işlədiyi peşə isə texnoloji prosesi aparan əsas fəhlələrə uyğun deyil. Sonradan məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçının xx.xx.1986-xx.xx.1991-ci il tarixədək dispetçer avadanlıqlarının elektriki işlədiyi göstərilmiş, lakin iddiaçının xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə üzrə “dispetçer avadanlıqlarının elektriki” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın qeyd olunan bölməsində nəzərdə tutulmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(118)-720/2022 nömrəli qərarı iddiaçının işlədiyi peşələrin uyğunluq təşkil etməsinə dair xx.xx.2022-ci il tarixli arayış ilə əsaslandırılmışdır. Lakin həmin məktuba qoşma olaraq vəzifə təlimatları göndərilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının güzəştli iş stajı olmadığından Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-720/2022 nömrəli qərarı əsassızdır. İddiaçının apellyasiya şikayətinə dair etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti… 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq eidlmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 1 yanvar 2006-cı ilədək 25 ildən az olmayan iş stajı, həmin dövrün 12 il 6 aydan artıq müddətin elektrik montyoru və çilingər peşəsində işləməsi halına istinad edərək, güzəştli şərtlər yaşa görə pensiya hüququ verən peşədə işlədiyinə görə 57 yaşdan güzəştli şərtlər pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin şikayətinin dəlili ondan ibarət olmuşdur ki, iddiaçının işlədiyi peşə güzəştli şərtlər pensiya hüququ verən müvafiq Siyahı üzrə müəyyən edilmiş vəzifəyə uyğun olmadığından, peşələrin uyğunluğu arayışla əsaslandırılmış, həmin məktuba vəzifə təlimatı əlavə edilməmişdir, ona görə iddiaçının güzəştli şərtlə pensiya hüququ yaranmır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı xx xxxxxxxx 1962-ci il tarixdə anadan olmuş, xx.xx.2019-ci ildə 57 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İlk növbədə qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması halı işin mübahisəsiz halı olmaqla, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, iş materiallarında olan sənədlər əsasında təhsil, hərbi xidmət illəri, habelə arayışlar və əmək kitabçasında göstərilə dövrlər cəməlndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1991-ci il tarixədək “Azneft” İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında dispetçer avadanlıqlarının elektrik mantyoru, xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək NÖC və A çilingəri işləmişdir təmirçi çilingər peşəsində işləmişdir (iş stajı 16 il 4 ay 15 gün təşkil etmişdir). Cavabdeh tərəfindən həmin dövrlərin güzəştli iş stajına daxil edilməməsinin səbəbi ondan ibarətdir ki, qeyd edilən peşə müvafiq Qərarla təsdiq edilmiş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş peşəyə uyğun deyildir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 12-ci bölməsinin 3-cü bəndinin a) yarımbəndidə nəzarət-ölçü cihazalrının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr (KOD: 2130301a-18494) və b) yarımbəndində elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (KOD:2130302a-19861) güzəştli şərtlərlə pensiya hüququna malikdirlər.İş materiallarından görünür ki, iddiaçı eyni müəssisədə məhz qeyd edilən iki vəzifəni yerinə yetirmişdir. Nəticə etibarilə qeyd olunmalıdır ki, indiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq işlərdə və peşələrdə işləməsinə dair arayışda qeyd olunan hallar araşdırılmadan, habelə həmin hallar şübhə doğurduğu halda əlavə araşdırma aparmaq hüququndan istifadə etmədən, iddiaçının işlədiyi iş yeri və peşələrə müvafiq Siyahıda qeyd olunmuş peşələrlə müqayisədə hərfi uyğunluq baxımından yanaşılması əsaslı olmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisə tərəfindən müvafiq vəzifə təlimatı da məhkəməyə təqdim edilmişdir, bununla da cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi digər hal da təkzib olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, həmin vəzifə təlimatı da mahiyyət etibarilə mübahisə predmeti olan peşə və vəzifənin müvafiq Siyahı üzrə qeyd edilmiş peşə və vəzifəyə uyğunluğunu göstərir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, hazırki mübahisə üzrə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq və güzəştli iş stajı 12 il 6 aydan artıq olduğundan onun 57 yaşı tamam olduğu dövrdən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi iddiaçı tərəfindən əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilmiş üç illik müddət ötürülmədiyindən,pensiyanın ona Qanunun 37.7-ci maddəsinin nəzərə alınmaqla ödənilməsi hissəsində də düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2022-cü il tarixli, 2-1(118)-720/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar