Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-247/2025 10.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-267/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2023-cü il tarixli 2-1(118)- 267/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(118)-267/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi-hakim Hökümə Babayeva, hakimlər İsmayıl Quliyev və Gülnar Cabbarovadan ibarət tərkibdə) xx.xx.2024cü il tarixli 2-1(105)-483/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-267/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-483/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçihakim Rahib Nəbizadə, hakimlər Səyyad Kərimov və Aida Hüseyndən ibarət tərkibdə) xx.xx.2024cü il tarixli 2-1(102)-2956/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)- 483/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Qərar qətidir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1979-cu ildən Quba elektrotexnika zavodunda işə qəbul edilərək, əmək fəaliyyətinə başlamış, 1983-cü ildə hərbi xidmətini başa vurduqdan sonra RF ərazisində X6 dairəsində qalaraq, xx.xx.1983-cü il tarixdə 08 dekabr 2007-ci il tarixinədək müxtəlif müəssisələrdə işləmişdir. Daha sonra, xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi ilə mağazaya satıcı qəbul olunmuş və hər ay DSMF-nin Quba rayon şöbəsinə sosial ödənişlər etmişdir. 60 yaşına çatdığı, 25 ildən artıq ümumi iş stajı və bu müddətin 15 ilə yaxın hissəsini zərərli işlərdə çalışdığı üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız və qanunsuz olmaqla, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işin mübahisələndirilən halı iki hissədən ibarətdir: iddiaçı ümumi sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neft-qaz və qaz kondensatının hasilatı bəndində ‘‘quyuların yeraltı təmiri üzrə operatorlar’’ peşəsi nəzərdə tutulmuşdur. Həmçinin, NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın 10-cu bəndinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” nın 2-ci hissəsində “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surəti, “Yuqanskneftqaz” istehsalat birliyinin və "xxxx" MMCnin arayışında iddiaçının işlədiyi vəzifələr göstərilmiş, lakin işlədiyi müəssisə tərəfindən işin xarakteri haqqında arayış verilməsinə baxmayaraq, həmin arayışda NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya istinad edilməmişdir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdə qanunla ona əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il ümumi sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Daha sonra iddiaçı bir neçə dəfə tələbini dəqiqləşdirərək, sonuncu ərizəsində xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinin tələblərinə əsasən iddiaçının xx.xx.1992-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi dövrlər sosial sığorta stajına daxil edilmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.2007-cı il tarixədək olan dövrlər isə mübahisələndirilmişdir. "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması icrası və ləğv edilməsi qaydaları haqqında" xx.xx.1995-ci il tarixli 1057 nömrəli Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. Belə ki, iddiaçının cavabdeh orqana müraciət etdiyi xx.xx.2022ci il tarixdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında bu münasibətləri tənzimləyən müqavilə hər iki dövlət tərəfindən ratifikasiya edilmədiyindən, həmçinin, bu dövrlər ərzində iddiaçının adına məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyindən mübahisələndirilən dövrlərin onun ümumi sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı cavabdehə müqavilənin ratifikasiya olunması ilə bağlı məlumatın əldə edilməsi ilə bağlı sorğu ünvanlanmış, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin xx.xx.2022-ci il tarixdə Azəybaycan Respublikasında, xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında ratifikasiya olunduğu qeyd edilmişdir. Həmin Müqavilənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən razılığa gələn tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Əsas məqam kimi qeyd edirlər ki, sözügedən müqavilə iki dövlət tərəfindən ratifikasiya edilsə də, hər iki dövlətin səlahiyyətli orqanları tərəfindən müqavilənin icrasının təmin edilməsi məqsədilə inzibati saziş bağlanmadığı halda, məhkəmə tərəfindən mübahisəiəndirilən dövrlər ümumi iş stajına daxil edilmişdir. Həmçinin, qanunvericilikdə digər dövlətdəki əmək fəaliyyətinin yalnız müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilməsi nəzərdə tutulsa da, iddiaçının məcburi dövlət sosial sığorta haqqlarını ödəməsi ilə bağlı məhkəmə tərəfindən araşdırılma aparılmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, bununla da, maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, oxşar iddia tələbi ilə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-524/2024 nömrəli qərarını məhkəməyə təqdim etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlərini yerinə yetirərək, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin 28 yanvar 2022-ci il tarixli **********4 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı filiala təqdim etdiyi ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1997-xx.xx.2007 ci il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. xx.xx.1997-xx.xx.2007 ci il tarixləri arasındakı dövrlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan dövrdən sonraya aid olduğundan həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Bu səbəbdən, 01 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 25 ildən az (12 il 1 ay 27 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il və xx.xx.1983xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 57600.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24738.50 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 70. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün staja daxil edilməsi şərtləri Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: 1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin. Maddə 1. Anlayışlar
1. Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər: 1) “qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları; 2) “səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar: Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; ... 4) “sığortaolunan şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs; ... 7) “sığorta stajı” - sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər; ...
2. Bu Müqavilədə istifadə olunan digər anlayışlar müvafiq Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş mənanı daşıyır. Maddə 2. Tətbiq sahəsi
1. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında: yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə; ... Maddə 18. Keçid müddəalar
2. Bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qüvvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı - Azərbaycan Respublikası üçün) nəzərə alınır.
3. Bu maddənin 1-ci bəndinin müddəası nəzərə alınmaqla bu Müqavilə onun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil edilir. Maddə 20. Müqavilənin qüvvəyə minməsi
1. Bu Müqavilə ratifikasiya edilməlidir.
2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.
3. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir.
4. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. Yaranmış mübahisə ilə bağlı kollegiya nəzərə alır ki, iddiaçıya 01 iyul 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğu üçün 60 yaşına çatması işin mübahisə edilməyən halıdır. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, işdən görünür ki, iddiaçı 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Quba elektrotexnika zavodunda, xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Rusiya Federasiyasının X6 dairəsində “Yuqansknefteqaz” istehsalat birliyinin 2 saylı “Nefteyuqansk qazma işləri idarəsi”ndə, xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək İstehsalat Birliyinin “Mamontneft” Neftçıxarma İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilədək Xanti-Maktinski Muxtar dairəsinin Pıt-Yax şəhərində yerləşən "xxxx" URS MMC müəssisəsində işləmişdir. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazandığı iş stajını mübahisələndirmir. Lakin, iddiaçının Rusiya Federasiyasında işlədiyi xx.xx.1992-ci iİ tarixdən xx.xx.2007-ci il tarixədək olan 15 il 11 ay 07 günlük dövrü mübahisələndirərək şikayətinin dəlillərində qanunvericilikdə vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bu münasibətləri tənzimləyən müqavilənin hər iki dövlət tərəfindən ratifikasiya edilmədiyini, həmin dövrlər ərzində onun tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyini bildirmiş, bu səbəbdən, həmin dövrləri onun ümumi iş stajına daxil etməmiş, bununla da, ümumi iş stajının 25 ildən az olduğu qənaətinə gəlmişdir. İşə birinci dəfə apellyasiya instansiyası məhkəməsində baxılarkən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Departamentinin 25 may 2023-cü il tarixli 3-17-1/2-51026/2023 saylı məktubu ilə bildirilmişdir ki, xx.xx.1999-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli, 114-İİQ nömrəli Qanunu ilə təsdiq edilsə də, Rusiya Federasiyası tərəfindən analoji addım atılmadığı üçün o, qüvvəyə minməmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin 12-ci maddəsinin 1-ci bəndinə əsasən bu Müqavilənin tətbiqi üçün səlahiyyətli orqanlar onun tətbiqinə dair İnzibati Saziş imzalamalıdırlar. Müqavilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixdə isə Rusiya Federasiyasında ratifikasiya edilmiş olsa da, İnzibati Sazişin imzalanması bu günədək təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin 18-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır. Həmin normanın tələbi nəzərə alındıqda, iddiaçı qeyd olunan Müqavilədən irəli gələn hüququnun icrasını (RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini) Müqavilənin qüvvəyə mindiyi tarixdən tələb edə bilər. Müqavilənin 20-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin müddəalarına görə, bu Müqavilə ratifikasiya edilməlidir. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Müqavilə hər iki dövlət qanunverici orqanı tərəfindən ratifikasiya olunsa da, onun qüvvəyə minməsini şərtləndirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmiş, Müqavilə bu qərarın qəbul edildiyi tarixə qüvvəyə minməmişdir. Digər tərəfdən, Müqavilənin qeyd olunan normalarının tələbləri nəzərə alındıqda, iddiaçı ona 01 iyul 2022-ci il tarixdən əmək pensiyası təyin edilməsi üçün RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini tələb edə bilməz. Birinci dəfə işə baxmış apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyası qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Azərbaycan Respublikası tərəfindən 30 iyul 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə 18 mart 2023-cü il tarixdə ratifikasiya edildiyi müəyyən edilmişdir. Müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılmasıdır. İki dövlət arasında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılması apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə araşdırılmanın təmin edilməsi məqsədi ilə apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərməlidir. Əgər aparılmış araşdırmalar nəticəsində Müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparıldığı müəyyən edilərsə, apellyasiya instansiya məhkəməsi iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etməlidir. Məhkəmə kollegiyası işə yenidən baxarkən kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişləri yerinə yetirərək, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi Şərtlərlə təyinat üzrə filialı xx.xx.2025ci il tarixli 3-17-1/2-12975/2025 nömrəli məktubla məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilənin təsdiqi haqqında” X4 əsasən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında imzalanmış pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə təsdiqlənib, həmçinin müqavilə hər iki dövlət tərəfindən ratifikasiya olunub. Lakin müqavilənin tərəflər arasında praktik işləkliyi onun tətbiqinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Rusiya Federasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında inzibati razılaşma imzalanmayıb. Xarici İşlər Nazirliyi xx.xx.2025-ci il tarixli 3-20-25/2-4-1-10105/2025 nömrəli məktubla məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab verərək bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli 579-VİQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. Sözügedən müqaviləni Rusiya tərəfi də təsdiq etmiş və bu barədə bildirişi xx.xx.2024-cü il tarixdə Azərbaycan tərəfinə göndərmişdir. Müqavilə, onun 20-ci maddəsinə uyğun olaraq, ratifikasiya edildikdən sonra ratifikasiya haqqında sənədlərin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci qünü qüvvəyə minir. Müqavilənin hər iki dövlət tərəfindən təsdiq edilməsinə baxmayaraq, ratifikasiya fərmanlarının mübadiləsi bu qünədək həyata keçirilməmiş və buna görə də, sözügedən Müqavilə hazırda qüvvədə deyildir. Məhkəmə kollegiyası qeyd edir alır ki, iddiaçının həmin RF-da əldə etdiyi əmək stajına əsaslanmaq imkanı Müqavilənin qüvvəyə mindiyi tarixdən başlayacaqdır. İndiki halda da, iddiaçı əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin edilməsini (RF-nin ərazisində qazandığı staja istinad etməklə) tələb edə bilməz. Çünki, iddiaçının pensiya almaq hüququnun yaranması iki dövlət arasında bağlanmış Müqavilənin qüvvəyə minməsindən asılıdır. Hazırda isə Müqavilə qüvvəyə minmədiyi üçün iddiaçının iddia tələbi əsaslı deyildir və cavabdehin iddiaçıya güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina barədə qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş də qüvvəyə minmədiyindən, həmin Sazişə istinad da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Digər tərəfdən, xx.xx.2022-ci il tarixli Müqavilənin 20-ci maddəsinin 4-cü bəndinə görə, Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. Həmçinin, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarında formalaşmış məhkəmə təcrübəsini diqqətə çatdırmağı zəruri hesab edir. Belə ki, kassasiya instansiya məhkəməsinin icraatında olmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair 2-1(102)-574/2024 nömrəli analoji işdən görünür ki, həmin iş üzrə də iddiaçı 1997- 2003-cü illərdə Rusiya federasiyasında yerləşən Ayxalsk tikintiquraşdırma tresti "xxxx" Səhmdar Cəmiyyətində işləmiş, cavabdeh orqanın kassasiya şikayətinin dəlili hazırkı işdə olduğu kimi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında sosial təminat sahəsində sazişin qüvvədə minməməsi olmuşdur. Kassasiya instansiya məhkəməsi cavabdehin həmin dəlilini əsaslı hesab edərək, iddiaçının həmin dövlətdəki işlədiyi mübahisələndirilən dövrlərin iş stajına daxil edilməməsi qənaətinə gəlmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarında formalaşmış məhkəmə təcrübəsini diqqətə çatdırmağı zəruri hesab edir. Belə ki, kassasiya instansiya məhkəməsinin icraatında olmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair 2-1(102)-524/2024 nömrəli analoji işdən görünür ki, həmin iş üzrə də iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2003cü il tarixədək Rusiya Federasiyasının "xxxx" Səhmdar Şirkətinin Ayxalsk tikinti-quraşdırma trestində işləmişdir. Cavabdeh orqanın kassasiya şikayətinin dəlili hazırkı işdə olduğu kimi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında sosial təminat sahəsində sazişin qüvvədə minməməsi olmuşdur. Cavabdeh qeyd edir ki, qanunvericilikdə vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində saziş qüvvəyə minmədiyindən iddiaçının Rusiya Federasiyasının ərazisində işlədiyi illərin iş stajına daxil edilməsi mümkün deyildir. Bu səbəbdən də iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı da 25 ildən az təşkil edir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab edir. Belə ki, İstinad edilən Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır. Həmin normanın tələbi nəzərə alındıqda, iddiaçı qeyd olunan Müqavilədən irəli gələn hüququnun icrasını (RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini) Müqavilənin qüvvəyə mindiyi tarixdən tələb edə bilərdi. Müqavilənin 20-ci maddəsinin müddəalarına görə, bu Müqavilə ratifikasiya edilməlidir (1). Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir (2). Müqavilə hər iki dövlət qanunverici orqanı tərəfindən ratifikasıya olunsa da, onun qüvvəyə minməsini şərtləndirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmiş, Müqavilə bu qərarın qəbul edildiyi tarixə qüvvəyə minməmişdir. (https://www.mid.ru/ru/foreign_policy/international_contracts/international_contracts/2contract/6080 0/) Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh xx.xx.1992-ci iİdən xx.xx.2007-cı ilədək olan 15 il 11 ay 07 günlük dövrü iddiaçının ümumi iş stajına daxil etməməkdə haqlı olmuşdur. Bu dövr onun iş stajına daxil edilmədiyi halda, hərbi xidmət dövrü ilə birlikdə ümumi iş stajı 11 il 11 ay 18 gün təşkil edir, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində təsbit edilmiş 25 il ümumi iş stajı ilə bağlı şərt ödənilmədiyindən, məhkəmə kollegiya hesab edir ki, cavabdehin pensiya təyinindən imtinası qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Cavabdehin imtinası mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində araşdırma aparmadan iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-267/2023 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə 60 yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.