Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-248/2023 27.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər:torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, X15 katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu, Ağalıq kənd ərazisində yerləşən sahəsi 0.12 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə və torpağın mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)-2015/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Ərizənizə əlavə olunmuş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Şabran rayonu Ağalıq kəndində yerləşən 0.12 ha torpaq sahəsi sizə Ağbaş bələdiyyəsinin xx.xx.2011-ci İİ tarixli 15 saylı qərarı əsasında ayrılmışdır. Nəzərinizə çatdırırıq ki, həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair ərizənizə əlavə edilmiş Ağbaş bələdiyyəsinin xx.xx.2011-ci İİ tarixli 15 saylı qərarı əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini Şabran rayon şöbsində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.”Blədiyyə torpaqlarının idarə eidlməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqvailə ilə rəsmiləşdirilir. Bundan əlavə, həmin torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və X5 uçot informasia sistemində knd təsərrüfat təyinatlı torpaq shaəsidir. Qeyd olunanlara əsasən əzrinənin icrasından imtina olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı Şabran rayonu Ağalıq bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 15 saylı qərarı əsasında ayrılmış Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin kateqoriyası, X5 X7 (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olmaqla uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. İddiaçı Şabran rayonu Ağalıq bələdiyyəsinin xx.xx.2011- ci il tarixli, 15 saylı qərarı əsasında ayrılmış Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyası, X5 X7 (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olmaqla uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən, sahəsi 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X4 adına dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin həcmini artıraraq Şabran rayonu, Ağalıq kənd ərazisində yerləşən sahəsi 0.12 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli 2 otaqlı evin və torpağın mülkiyyət hüquqlarının X4 dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi rayon XDS RH-nin xx.xx.1995-ci il tarixli 02 N-li protokol-qərarına əsasən iddiaçıya fərdi mənzil tikintisi üçün hazırki Şabran rayonu, Ağalıq ərazisindən 0,12 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Şabran rayon Ağalıq bələdiyyəsi Dəvəçi rayon XDS RH-nin xx.xx.1995-ci il tarixli 02 №li protokol qərarını nəzərə alınmaqla fərdi mənzil tikintisi məqsədi ilə 0,12 hektar torpaq sahəsinin İ qrup Qarabağ Müharibəsi əlili kimi ona əvəzsiz satılması barədə xx.xx.2011-ci il tarixli 15 saylı iclas protokolqərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin xx.xx.2004-cü il tarixli 13Ü saylı əmrinə əsasən həmin torpaq sahəsində onun üçün 1 mərtəbəli 2 otaqlı ev tikilmişdir. Dəfələrlə cavabdehə müraciət edərək 1-ci qrup Qarabağ müharibəsi əlili kimi əvəzsiz ona verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, imtina edilmiş və mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, X1 rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Ərizənizə əlavə olunmuş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Şabran rayonu Ağalıq kəndində yerləşən 0.12 ha torpaq sahəsi sizə Ağbaş bələdiyyəsinin xx.xx.2011-ci İİ tarixli 15 saylı qərarı əsasında ayrılmışdır. Nəzərinizə çatdırırıq ki, həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2-1(118)-2015/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia təmin edilərək, Şabran rayonu, Ağalıq kənd ərazisində yerləşən sahəsi 0.12 ha torpaq sahəsi və üzərində tikilmiş 1 mərtəbəli 2 otaqlı yaşayış evi üzərində X4 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması (reystrdən müvafiq çıxarışın, torpağın plan və ölçüsü sənədinin, yaşayış evinin texniki pasportunun verilməsi ilə) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Əlillərin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi tərəfindən təsdiq edilmiş başa çatmış tikintinin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının 28 avqust 2004-cü il tarixli Aktı ilə Dəvəçi rayonu, Ağalıq kənd sakini, İ qrup Qarabağ müharibəsi əlili X8 üçün tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi istismara qəbul edilmişdir. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun 9cu maddəsinə əsasən “bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətininin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X2 rayonu, Ağalıq kənd ərazisində yerləşən sahəsi 0.12 ha torpaq sahəsi və üzərində tikilmiş 1 mərtəbəli 2 otaqlı yaşayış evi üzərində X4 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmədiklərini bildirdi və buna dair yazılı ərizə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; .... Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddiaçının tələbi sözügedən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən müvafiq torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuş və imtinanın əsası kimi torpaq sahəsinin xx.xx.2011-ci il tarixli bələdiyyə qərarı ilə ayrılması, qanunvericiliyin tələbinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını yalnız hərrac və ya müsabiqə keçirilmək yolu ilə əldə edilə bilməsinin mümkünlüyü, habelə torpaq shaəsinin alqı-satq aktının tarixinin xx.xx.2013-cü il olduğu halda, xx.xx.2013-cü il tarixə qeydə alınması, torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması hallarına istinad edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, müvafiq bələdiyyə orqanının xx.xx.2011-ci il tarixli qərarı ilə iddiaçının adına fərdi yaşayış evinin tikintisi məqsədilə Şabran rayonu, Ağalıq kəndi ərazisində 0,12 ha torpaq sahəsinin ayrılmış, buna dair alqı-satqı aktı tərtib edilmiş, həmin aktda torpaq sahəsinin əvəzsiz olaraq satılması qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Şabran rayonu İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikitisi məqsədilə iddiaçının adına ayrılmasının məqəsədmüvafiq hesab edilməsi barədə rəy verilmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılması və həmin torpaq shaəsinin faktiki olaraq iddiaçının istifadəsində olması halı aşkardır. Bundan əlavə qeyd edilməlidir ki, həmin torpaq sahəsinin iddiaçının adına ayrılması barədə müvafiq bələdiyyə qərarı yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının əsası qismində çıxış edir. Bu baxımından qeyd olunmalıdır ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinasının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, iddiaçının Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla, 5 ildən artıq müddətdə yaşaması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının dispoztiv şərtlərinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər, lakin istisna noram kimi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması halı qeyd edilmişdir. İndiki halda məhkəmə araşdırması zamanı iddiaçının həmin bələdiyyə ərazisində beş ildən artıq müddətə qeydiyyatda olmaqla, yaşaması halı müəyyən edilmişdir ki, bu hal özlüyündə cavabdehin imtinasının əsası kimi istinad etdiyi halı (hərrac və ya müsabiqə vasitəsilə əldə edə bilməsinə dair) təkzib edir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan imtina əsası kimi torpaq sahəsinin alqı-satqısına dair aktın tarixinin xx.xx.2011-ci il tarixli olduğu halda, həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edilən hal iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı öhdəlik qismində çıxış etməməklə, məhz müvafiq inzibati orqanın öhdəlik daşıdığı hal olmuşdur. Belə olan halda isə qeyd edilən əsasa istinad edilməsi özlüyündə qanunvericiliyin tələbinə zidd olmaqla, yanaşı, iddiaçının malik olduğu mülkiyyət hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuş olur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı cavabdehin imtinaıs və apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olduğundan və bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın torpaq sahəsi ilə bağlı hissədə imtinası və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, bu hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, məhkəmə kolegiyası iddia tələbinin sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı qeyd edir ki, iş materiallarında olan başa çatmış tikilinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 28 avqust 2004-cü il tarixli aktın əsasən iddiaçı üçün tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin istismara qəbul etmək məqəsdilə sənədlərə və obyektə texniki baxış keçirilmiş, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin tikintisinin Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Naizrliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin 22 aprel 2004-cü il tarixli 13 Ü nömrəli əmrinə əsasən aparıldığı, layihə-smeta sənədlərinin həmin İdarə tərəfindən qeyd edilən Əmr ilə təsdiq eidliyi, sifarişçi qismində Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi çıxış etdiyi, 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin əsas texniki göstəriciləri ümumi sahəsi 68 kv.m, yaşayış sahəsi 30 kv.m, otaqların sayı 2 qeyd edilmiş, obyektin tikintisinin 01 iyun 2004-ü ildə başalndığı, 03 avqust 2004-cü ildə başa çatdığının müəyyən edildiyi və həmin fərdi yaşayış evinin istismara qəbul edilməsi qərara alınmışdır. Eyni zamanda iş materiallarından görünür ki, sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisi ilə bağlı icazə sənədi də mövcud olmuşdur. Həmçinin qeyd edilməlidir ki, həmin tikili məhz Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Naizrliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin 22 aprel 2004-cü il tarixli 13 Ü nömrəli Əmri əsasında inşa edilmiş, sifarişçi qismində məhz həmin Baş İdarə çıxış etmiş, habelə həmin fərdi yaşayış evinin tikilməsində məqsəd məhz iddiaçının fərdi yaşayış evi ilə təmin edilməsindən ibarət olmuşdur. İndiki halda isə üçüncü şəxs (qeyd edilən Baş İdarənin hüquqi varisi qismində çıxış edir) məhkəməyə yazılı ərizə təqdim edərək, həmin fərdi yaşayış evinin 2004-cü il tarixdə inşa edildiyindən, həmin vaxtıı qüvvədə olan mənzil Məcəlləsinin normalarına əsasən əmlakın özəlləşdirilməsinə yol verildiyindən, İddiaçı Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində 1 mərtəbəli 2 otaqlı yaşayış evinə mülkiyyət hüquqularının qeydiyyatına alınmasına etirazının olmadığını bildirmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ, habelə həmin torpaq sahəsi üzərində inşa edilmiş tikilinin inşasına dair müvafiq icazə və istismara qəbul aktı mövcud olduğundan, indiki halda həmin fərdi yaşayış evinin tikintisinin sifarişçisi qismində çıxış edən inzibati orqan əmlakın özəlləşdirilməsinin yol verilməsi halına istinad edərək, həmin əmlaka dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına etirazı olmadığından, iddia tələbi bu hissədə də əsaslı olmaqla, cavabdehin imtinası əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi digər hal ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması halına istinad etsə də, həmin hal iş materialları əsasında təkzib olunur. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin və onun ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyası, X5 X7 (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olmaqla uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Göründüyü kimi həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı olsa da, uqodiyası fərdi yaşayış evi kimi qeyd edilmişdir. Bu hal özlüyündə cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib etməklə, iddiaçının fərdi yaşayış evinə dair yaranmış hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas qismində çıxış etməmişdir, əksi halın tətbiqi qanunvericiliyin tələbinə zidddir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə işin düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)-2015/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.