Məhkəmə qərarları › İş №2-1(105)-249/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-249/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-249/2022 13.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 0,0296 ha torpaq sahəsi üzərində Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına qeydə alınmış çıxarışın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1265/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. Corat qəsəbə XDS İcraiyyə Komitəsinin 12.09.1990-cı il tarixli qərarına əsasən Corat qəsəbəsi ərazisində yerləşən İddiaçı kooperativinin yerləşdiyi 0,3 ha torpaq sahəsi kooperativə təhkim edilmişdir. Ayrılmış 3000 kv m torpaq sahəsinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2011-ci il tarixli 2(85)-340/2011 nömrəli qərarınə əsasən, DTXK-in Sumqayıt şöbəsi tərəfindən İddiaçı kooperativinin adına 13.03.2013-cü il tarixdə AN seriyalı 435389 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

2. Qeyd edilən torpaq sahəsində yerləşən ümumi sahəsi 1411.7 m2 olan qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyetsrində qeydə alınmışdır. Qeyri yaşayış binasının texniki pasportuna əsasən, torpaq ayırma sənədi üzrə faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü 0.3 ha, əsas tikili altında 0.1464 ha, digər tikili altında 0.00218 ha, sərbəst (örtüksüz torpaq) 0.15142 ha qeyd edilmişdir. Texniki pasportun xüsusi qeydlər hissəsində 287 kv m torpaq sahəsinin zəbt edildiyi göstərilmişdir.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 0,0296 ha torpaq sahəsi Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına 05.10.2017-ci il tarixdə mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

4. Corat Bələdiyyəsinin 27 noyabr 2017-ci il tarixli 08 saylı iclas qərarına əsasən fərdi ev tikintisi üçün faktiki istifadədə olan 296.0 kv.m torpaq sahəsinin X4 mülkiyyətinə verilməsi qərara alınmış, həmin qərara əsasən, Corat Bələdiyyəsinin nümayəndəsi ilə X8 arasında bağlanmış 16 dekabr 2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən, Corat bələdiyyəsinin mülkiyyətində olan sözügedən 0,0296 ha torpaq sahəsini Səlimə Qasımovaya satılmışdır. Bundan sonra həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Səlimə Qasımovanın adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış və bu barədə 27 dekabr 2017-ci il tarixdə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.

5. Hazırda iddiaçı ünvan 2 ünvanında yerləşən 0.0296 ha torpaq sahəsi üzərində Sumqayıt Şəhər Corat Bələdiyyəsinin və X4 adına qeydə alınmış çıxarışların ləğv edilməsi ilə bağlı 06 may 2021 -ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.

6. Cavabdeh 18 may 2021-ci il tarixli, **********41 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə istinad edərək sözügedən daşınmaz əmlaka dair verilmiş çıxarışların ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmiş və əlavə olaraq qeyd etmişdir ki İddiaçı X5 məxsus qeyri-yaşayış binasının qonşuluğunda yerləşən sözügedən torpaq sahəsi üzərində əvvəlcə Corat Bələdiyyəsinin 03 may 2013-cü il tarixli 07 nömrəli qərarı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş 29 avqust 2014-cü il tarixli, 7411 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında Corat Bələdiyyəsinin mülkiyyət hüququ tanınmış, bələdiyyənin mülkiyyət hüququ tanındığı zaman torpaq sahəsinin təyinatı dəqiqləşdirilmiş, Əmlak Məsələlələri Dövlət Xidmətinin 5 saylı Ərazi Şöbəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verilmiş, elektron kadastr baza məlumatlarında dəyişiklik edilmişdir. Daha sonra Corat Bələdiyyəsinin nümayəndəsi ilə vətəndaş arasında 16 dekabr 2017-ci il tarixdə torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında torpaq sahəsi 27 dekabr 2017-ci il tarixdə X4 adına qeydiyyata alınmış və dövlət reyestrindən çıxarış verilmişdir.

a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən 0,0296 ha torpaq sahəsinin Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına qeydə alınasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05.10.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı-nın nizamnamə kapitalını 03.10.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Firmanın hasarının daxilində, dövlət mülkiyyətində olan, faktiki isə firmanın istifadəsində olan 0,03 ha torpaq sahəsi vardır. Bələdiyyə qərarı ilə həmin torpaq sahəsi Ağabala Sultanova satılmış, o da iddiaçıya satmışdır. Dəfələrlə Corat Bələdiyyəsi cavabdehə müraciət edərək mübahisəli torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh tərəfindən həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması bildirilərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Firmanın daxilində yerləşən 0,03 ha torpaq sahəsi torpaq registrində dövlət torpağı kimi qeydə alındığından, Əmlak Komitəsinin ərazi şöbəsi 2017-ci ildə həmin torpağa münasibətdə sürüşmə olduğu və düzəliş edilməsini təklif edən məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş, lakin məktuba cavab verilməmişdir. Sumqayıt 2 saylı Ərazi İdarəsində mübahisəli torpaqla bağlı qovluğda olan həmin məktubla tanış olmuşdur. Həmin məktub əsasında sahəsi 0,0296 ha olan torpağın daş-beton hasarın içərisində bağlı şəkildə firmanın istifadəsində və dövlət mülkiyyətində olmasına baxmayaraq, DƏDRX-in Sumqayıt 2 saylı Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Sumqayıt şəhər Corat Bələdiyyəsinin 27.11.2017-ci il tarixli, 08 saylı iclas qərarına əsasən firmanın faktiki istifadəsində olan, firmanın hasarının daxilində yerləşən 0,0296 ha torpaq sahəsinin həmin torpaq sahəsini ona satmış A.Sultanovun arvadı Səlimə Qasımovanın fərdi ev tikintisi üçün faktiki istifadəsində olduğu göstərilərək ona verilməsi qərara alınmışdır. 27.12.2017-ci ildə isə Sumqayıt şəhər Corat Bələdiyyəsinin sədri ilə X8 arasında 1 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin 0,0296 ha torpaq sahəsinin Corat Bələdiyyəsinin adına bələdiyyə torpağı kimi dövlət qeydiyyatına alınması və bələdiyyə sədrinin S.Qasımova ilə alqı-satqı müqaviləsi bağlaması firmanın darvazasının bağlanmasına, yolun kəsilməsinə səbəb olur və firmanın fəaliyyətini məhdudlaşdırır. Ona görə hesab edir ki, dövlət mülkiyyətində olan torpağın bələdiyyə mülkiyyəti kimi Corat Bələdiyyəsinin adına qeydə alınmış sözügedən çıxarış etibarsız hesab edilməlidir.

9. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmuda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də, iddia mümkün sayılmamalıdır.

10. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1265/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov)

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. Mübahisəli 0,03 ha torpaq sahəsi dövlət torpaq registrində dövlət mülkiyyətində olan torpaq kimi qeydiyyata alınmışdır. Əmlak Komitəsinin ərazi şöbəsinin sabiq rəisi 2017-ci ildə AR ƏMDK –nə həmin torpağa münasibətdə sürüşmə olduğunu və düzəliş edilməsini təklif edən məktubla müraciət etmiş, həmin məktub əsasında torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə torpağın hara və necə sürüşdürüldüyünü araşdırmamışdır.

13. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bələdiyyənin mülkiyyət hüququ tanınarkən ərazi şöbəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verildiyini və elektron baza məlumatlarında dəyişiklik edildiyini etiraf etmişdir. Məhkəmə həmin dəyişikliyin nədən ibarət olduğunu araşdırmamışdır.

14. Corat Bələdiyyəsi cavabdehə müraciət edərək, mübahisəli torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş edən məktubunu məhkəməyə təqdim etmiş, cavabdeh tərəfindən həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması bildirilərək hüquqların qeydiyyata alınmasından imtina edilmişdir. Məhkəmə buna qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, nə imtina məktubunda, nə də iddia ərizəsinə etirazda mübahisəli 0,0296 ha torpaq sahəsinin dövlət mülkiyyətində olduğu qeyd olunmamışdır. Bələdiyyənin mülkiyyət hüququ hüquqmüəyyənedici sənədlər, müvafiq bələdiyyə qərarı və ləğv edilmiş DTXK-in qərarı əsasında dövlət reyestrində qeydə alınmış və çıxarış verilmişdir. Bu baxımdan, verilən çıxarışın hüquqi əsasları var. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

21. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.

22. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır.

23. Kollegiya hesab edir ki, iddiaçının üçüncü şəxsin adına bələdiyyə mülkiyyəti olaraq qeydə alınmış torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla çıxarışı mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun.

24. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

25. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.

26. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.

27. İddia ərizəsindən görünür ki, iddiaçı, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 0,0296 ha torpaq sahəsinin Sumqayıt şəhər Corat Bələdiyyəsinin adına 05.10.2017-ci il tarixdə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirir.

28. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20 sentyabr 2021-ci il tarixli, **********1 nömrəli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Xidmətin tabeliyində olan "xxxx" MMC-nin arxiv sənədləri əsasında aparılan araşdırma zamanı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində aparılan Dövlət torpaq uçotuna aid yerquruluşu planında mübahisələndirilən torpaq sahəsinin yaşayış məntəqəsinin hüdudları daxilində İddiaçı şadlıq evinin istifadəsində olan torpaq sahəsi (ictimai iaşə obyekti) kimi göstərildiyi məlum olmuşdur. Qəsəbə ərazisində torpaqdan istifadə edən fiziki və hüquqi şəxlərin inventarizasiya nəticəsi üzrə yekun cədvəldə İddiaçı şadlıq evinin istifadəsində sənəd üzrə 3300 kv.m, faktiki isə 3600 kv.m torpaq sahəsinin olduğu qeyd edilmişdir. Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında 21.06.2001-ci il tarixli Protokola əsasən fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaq sahələri, o cümlədən iddiaçı tərəfindən artıq istifadə olunan 300 kv m torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmişdir.

29. Həmçinin, Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi İdarəsinin məsləhətçiləri və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 25 sentyabr 2017-ci il tarixli aktdan görünür ki, İddiaçı kooperativinə Corat qəsəbə XDS İcraiyyə Komitəsinin 12 saylı iclasının qərarı ilə 12.09.1990-cı ildə Corat qəsəbəsinin ərazisində 0,3 ha torpaq sahəsi ayrılmış, 13.03.2013-cü ildə keçmiş AR DTXK tərəfindən Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 29.06.2011-ci il tarixli 2(85)-340Ə2011 nömrəli qərarına əsasən sözügedən torpaq sahəsinin kadastr planı və ölçüsü tərtib edilmişdir. Bu sənədlərə əsasən DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən 14.01.2015-ci ildə İddiaçı kooperativinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmiş və 0,3 ha torpaq sahəsinin texniki pasportu hazırlanmışdır (bələdiyyə tərəfindən sənədləşdirilməsi nəzərdə tutulan elektron kadastr məlumat bazasında qeyd olunmuş 0,03 ha torpaq sahəsi kənarda qalmaqla). ƏMDK 5 saylı ərazi şöbəsi və DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən İddiaçı kooperativinin istifadəsində olan torpaq sahəsinin kadastr planı hazırlanarkən bələdiyyənin hazırda hüquqlarını qeydiyyata aldırmaq istədiyi 0,03 ha torpaq sahəsi də həmin kooperativin istifadəsində olan torpaqla qapalı hasar daxilində yerləşdiyindən səhvən sürüşməyə yol verilərək elektron kadastr xəritəsində iddiaçının istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir.

30. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, 296 kv m torpaq sahəsi İddiaçı-nin faktiki istifadəsində olan sahə olsa da, zəbt edilmiş sahə olmuş, Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında 21.06.2001-ci il tarixli Protokola əsasən, iddiaçı tərəfindən artıq istifadə olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmişdir.

31. Corat Bələdiyyəsinin 27 noyabr 2017-ci il tarixli 08 saylı iclas qərarına əsasən mübahisə predmeti olan 296.0 kv.m torpaq sahəsi X4 mülkiyyətinə verilmiş və buna dair Bələdiyyənin nümayəndəsi ilə X8 arasında 16 dekabr 2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsi 27 dekabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Səlimə Qasımovanın adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

32. Həmçinin, iş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 mart 2020-ci il tarixli, 2(060)-41/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdeh X9 qarşı zəbt olumuş torpaq sahəsindən çıxarılma, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,0296 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.

33. Beləliklə işin sadalanan xüsusatları ilə mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti olmaqla, iddiaçı tərəfindən faktiki olaraq zəbt edilən sahə olduğu, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin sahədən çıxarıldığı müəyyən edilir. Belə olan təqdirdə kollegiya hesab edir ki, 296 kv m torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun olduğu müəyyən olunmur.

34. Bu isə o deməkdir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd edilən xüsusatını nəzərə almadan iddia tələbinə mahiyyəti üzrə baxmışdır.

35. Beləliklə kollegiya hesab edir ki, 296 kv m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində bələdiyyə mülkiyyəti olaraq qeydə alınması iddiaçının hər hansı hüququna toxunmadığından, onun belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ da müəyyən olunmur.

36. Bununla da, iddiaçının hazırkı iddianı qaldırmaqda hər hansı subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, 0.0296 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır, sözügedən torpaq sahəsi əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxs X4 mülkiyyətində olmaqla, onun adına dövlət reyestrindən çıxarış verilmişdir.

37. İddiaçı, apellyasiya şikayətinin dəlillərində qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı qeyd edilən hal öz təqsidini tapmamışdır.

38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidır.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1265/2021 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar