Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-249/2024 08.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi və pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(118)- 3023/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən, İddiaçı ilk dəfə xx.xx.2010-cu il tarixdə TSEK-də müayinədən keçmiş və ona “Ü.İ.X proqressivləşən gərginlik stenokardiyası f.s lll-İV. Hipertoniya xəst. İİ mərh. Tez-tez vegetativ damar krizlərlə” diaqnozu ilə ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya xx.xx.2014-cü il tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli, 0232003AAX8B nömrəli göndəriş verilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona 2021-ci ilin iyun ayından ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi və dayandırılmış pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildən fasiləsiz olaraq ikinci dərəcəli əlildir. 2021-ci ilin iyun ayından etibarən əlillik dərəcəsinə uyğun olaraq təyin edilmiş pensiyanın ödənişi dayandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" nin 4.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Lakin, ona hazırki vaxtadək ikinci dərəcə əlillik müddətsiz təyin edilməmişdir. Bununla əlaqədar olaraq, 20 fevral 2023-cü il tarixdə cavabdehə müraciət edərək, ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsini xahiş etsə də, müraciətinə cavab verilməmişdir. Hesab edir ki, ona ikinci dərəcə əlillik müddətsiz təyin edilməlidir. Belə ki, qanunvericilikdə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlilliyin müddətsiz təyin edilməsi üçün “Forma 88”-in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. Belə hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının əlilliyin müddətsiz təyin edilməsi tələbinə dair işlər üzrə qərarlarında da göstərilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və ona “Ü.İ.X proqressivləşən gərginlik stenokardiyası f.s lll-İV. Hipertoniya xəst. İİ mərh. Tez-tez vegetativ damar krizlərlə” diaqnozu ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra həmin xəstənxananın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və ona eyni diaqnozla yenidən ikinci dərəcə əlillik təyin edilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Elektron təyinatla həmin xəstəxananın xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli, 0232003AAX8B nömrəli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2023-cü ilin aprel ayında, yəni təxminən 12 ay sonra imtina qərarından məhkəməyə şikayət etmiş və iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(118)-3023/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əlilliyin təyin edilməsindən imtina barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarından narazıdır və ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsini tələb edir. İddiaçı ərizəsində konkret olaraq xx.xx.2022-ci il tarixli qərarın ləğvini qeyd etməsə də mahiyyəti etibari ilə həmin qərar mübahisələndirildiyi üçün hazırki iddia mübahisələndirmə haqqında iddiadır. İddiaçı hazırki iddianın qaldırılması üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətlə yanaşı, müddətin bərpasına dair ərizə verilməsi üçün 24.4-cü maddədə göstərilmiş 1 illik müddəti də ötürmüş, xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tərəf məhkəmə iclasında mübahisələndirilən qərardan məlumatlı olmadıqlarını, həmin qərarın onlara çatdırılmadığını bildirmişdir. Bununla bağlı, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, qeyd edilən qərar xx.xx.2022-ci il tarixdə saat 16:10 da elektron sistemə daxil edilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunan normanın tələbinə əsasən, müddətin axımı inzibati aktın təqdim və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan başlayır. Belə olan halda isə iddiaçının mübahisələndirilən inzibati aktdan hansı tarixdən məlumatlı olduğunu (bu aktın ona nə vaxt təqdim olunduğu və ya bu barədə yazılı məlumatın verildiyi vaxtı) dəqiq müəyyən etmək lazımdır ki, 30 günlük müddətin ötürülüb-ötürülmədiyinə qiymət vermək mümkün olsun. Lakin, işə baxan məhkəmə qeyd olunan normanın tələbinə zidd olaraq, iddiaçının inzibati aktdan hansı tarixdən məlumatlı olduğunu dəqiq müəyyən etmədən, (hansı ki, iddiaçı hər hansı inzibati aktın qəbul edilməsindən imtinaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir), müddətin ötürülməsinə istinad edərək iddianı mümkün saymamışdır. Halbuki, iş materiallarından iddiaçının məhkəmənin qərardadında istinad etdiyi “ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicənin davam etdirilməli olması” səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtinaya dair inzibati orqanın qərarından nə vaxtdan məlumatlı olması müəyyən edilmir. Belə olan halda iddiaçı tərəfindən müddətin ötürülməsindən söhbət gedə bilməz. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək üzlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürməklə qaldırıldığından iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya 2010-cu ildən ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli, daha sonra 2014-cü ildən ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı ona 2021-ci ilin iyun ayından ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi və dayandırılmış pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının mahiyyət etibarilə cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarı ilə razılaşmadığını bildirərək hazırkı iddianın növünü mübahisələndirmə haqqında iddia kimi, cavabdehin əlilliyin təyinindən imtina cavabını isə inzibati akt kimi qiymətləndirmişdir. Halbuki, hər hansı əlverişli şəraiti yaradan halın, konkret halda desək, əlilliyin təyin edilməsinin təmin edilməməsi əlverişsiz inzibati akt sayılmır, çünki belə bir imtina hüquqi vəziyyəti dəyişmir, sadəcə və yalnız hüquqların genişlənməsinin qarşısını alır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.10 və 2.0.11-ci maddələrində əlverişli və əlverişsiz inzibati aktların anlayışları verilmişdir. Belə ki, əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt, əlverişsiz (yükləyici) inzibati akt isə maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Belə aktların fərqləndirilməsi isə birbaşa iddianın növlərinə təsir göstərir. Mübahisələndirmə haqqında iddianın predmetini, yalnız (ən azı qismən) əlverişsiz inzibati akt təşkil edə bilər. Bu baxımdan, iddiaçıya əlilliyin təyin edilməsindən imtina məktubu ona münasibətdə hər hansı əlverişsiz hüquqi vəziyyət yaratmadığından, mübahisələndirmə haqqında iddianın da predmeti ola bilməz. İddiaçının hazırki halda hüquqi marağı ona ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədədir ki, buna da məcburetmə haqqında iddia vasitəsilə nail oluna bilər. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının hazırkı tələbi ona ikinci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi barədə olmaqla, növünə görə məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi verildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İş materiallarında olan TSEK-nin xx.xx.2022-ci il tarixli, xxxxxxx0005 nömrəli müayinə aktının elektron informasiya sistemindən çıxarışından görünür ki, iddiaçıya sonuncu dəfə həmin tarixdə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina cavabı verilmişdir. Cavabdeh orqanın Tibbi Sosial Ekspertiza və X4 çıxarışdan görünür ki, xxxxxxx0005 nömrəli müayinə aktı barədə xx.xx.2022-ci il tarixdə saat 05:23-də iddiaçının mobil telefon nömrəsinə SMS bildiriş göndərilmişdir. Həmçinin, məhkəmə kollegiyası tərəfindən elektron məhkəmə informasiya sisteminin iddiaçı barəsində əlaqə məlumatlarından həmin mobil telefon nömrəsinin şəxsən iddiaçının özünə məxsus olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı ona əlilliyin təyin edilməsindən imtina haqqında xx.xx.2022-ci il tarixli müayinə aktından ən azından xx.xx.2022-ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı imtina barədə inzibati aktdan 2022-ci ilin aprel ayından məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 1 il sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslı olmasa da, iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(118)-3023/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-249/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-249/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver