Məhkəmə qərarları › İş №2-1(105)-250/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-250/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-250/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.N0NN-ci il tarixli 0N8 nömrəli əmrin ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr N0NN-ci il tarixli, N-1(118)-N898/N0NN nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Müdafiə nazirinin 01 saylı 05 yanvar N0NN-ci il tarixli əmri ilə 17N-ci motoatıcı briqadanın qərargah rəisi - briqada komandirinin müavini polkovnik-leytenant İddiaçı motoatıcı ixtisası üzrə usta məharət dərəcəsi verilmişdir.

2. Müdafiə nazirinin müavini – X5 5 fevral N0NN-ci il tarixli 49 nömrəli əmri ilə 17Nci motoatıcı briqadanın qərargah rəisi - briqada komandirinin müavini polkovnik-leytenant İddiaçı “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə nazirinin 0N8 saylı 05 mart N0NN-ci il tarixli əmri ilə Müdafiə nazirinin müavini – X5 5 fevral N0NN-ci il tarixli 49 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsi nəzərə alınaraq Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N016-cı il tarixli 0N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnamə”nin 37.N.7-ci yarımbəndi rəhbər tutularaq polkovnik-leytenant İddiaçı malik olduğu “Usta” məharət dərəcəsi iki pillə aşağı, N-ci dərəcəli məharət dərəcəsinə endirilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə nazirinin 0309 saylı 13 aprel N0NN-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin qərargah rəisi- briqada komandirinin müavini polkovnikleytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır.

5. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli, 135 saylı əmri ilə polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0309 saylı 13 aprel N0NN-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilərək 90 (doxsan) gün məzuniyyət verilməklə 09 avqust N0NN-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.

6. N nömrəli hərbi hissənin N nömrəli xx.xx.N0N0-ci il tarixli arayışdan görünür ki, polkovnik-leytenant İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifəsində Zəngilan, Qubadlı, Laçın və Xocavənd rayonlarının azad olunmasında iştriak etmişdir.

7. İş materiallarından görünür ki, İddiaçı Silahlı Qüvvələrin 10 illiyi (1991-N001)" yubiley medalı, Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Silahlı Qüvvələrin 90 illiyi (1918-N008)" yubiley medalı, “Qüsursuz xidmətə görə” N-ci dərəcəli medal, “Silahlı Qüvvələrin 95 illiyi (1918-N013)" yubiley medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” yubiley medal, “Silahlı Qüvvələri Veteranı” medalı, Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Vətən uğrunda” medalı Zəngilanın azad olunmasına görə" medalı, Qubadlının azad olunmasına görə” medalı və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

8. İddiaçı xx.xx.N0NN-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Müdafiə nazirinə, Azərbaycan Ordusunun Baş Qərargah rəisinə və X8 müraciət edərək “Usta” məharət dərəcəsinin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən həmin müraciətlər xx.xx.N0NN-ci il tarixdə göndərilmiş və xx.xx.N0N3-cü il tarixdə göndərilən ünvanda qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı xx.xx.N0NN-ci il tarixdə cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun usta məharət dərəcəsinin iki pillə aşağı salınaraq “N”-ci məharət dərəcəsinə endirilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0NN-ci tarixli 0N8 nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ehtiyyatda olan polkovnikleytenantdır. 1N avqust 1993-cü ildən 09 avqust N0NN-ci ilədək N9 il Azərbaycan ordusunda qüsursuz xidmət etmişdir. Xidmətini Azərbaycan Oordusunda leytenant hərbi rütbəsində 70N, N nömrəli ön xətt hərbi hissələrindən başlamışdır. N sentyabr N0N0-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Taktika” kafedrasında polkovnik-leytenant hərbi rütbəsində, silsilə rəisi vəzifəsində xidmət etmişdir. Məktəb rəisinin adına ərizə yazaraq könüllü müharibəyə getmiş və o, Müdafiə nazirinin əmri ilə N nömrəli briqadanın qərargah rəisi vəzifəsinə təyin edilərək Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarının düşməndən azad olunması döyüşlərində iştirak etmişdir. Döyüşlərdə fərqləndiyinə görə o, cənab Ali Baş Komandan İlham Əliyev və X1N Zakir Həsənov tərəfindən 5 fərqlənmə medalı, Vətən uğrunda medalı, Zəngilanın, Qubadlının və Laçının azad olunmasına görə fərqlənmə medalları, X1N tərəfindən isə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli fərqlənmə medal ilə təltif olunmuşdur. N013-cü ildən N0NN-ci ilin fevral ayına qədər xidmətində ümumiyyətlə heç bir cəza, tənbehi olmamış, ancaq təltifləri olmuşdur. Sonuncu dəfə Kəlbəcər rayonunda yerləşən N nömrəli briqadanın qərargah rəisi (xidməti boyu 3-cü dəfə eyni vəzifəyə) vəsifəsinə təyin olunmuşdur. Xidmətdə olarkən, uzun müddət çətin hərbi həyatı, xidmət dövründə qarşılaşdığı bəzi haqsızlıqlar, 44 günlük Vətən müharibəsində aldığı psixoloji və fiziki travmmalar, ailə vəziyyətidə olan problemlər, övladlarının böyüməsi və onların problemləri ilə məşğul ola bilməməsi, onu N6 yanvar N0NN-ci il tarixdə öz xahişi ilə Ordu sıralarından ehtiyata buraxılmağına raport yazmağa məcbur etmişdir. Bundan sonra Quru Qoşunları komandanlığı tərəfindən ona haqsız yerə müxtəlif bəhanələr gətirilərək təzyiqlərə başlanılmışdır. Azərbaycan Respublikası müdafiə nazirinin 5 yanvar N0NN-ci il tarixli 0N nömrəli əmri ilə ona “USTA” məharət dərəcəsi (bir necə ixtisas və katiqoriya üzrə imtahan verdikdən sonra) verilmişdir. O, N0NN-ci ilin yanvar ayında ordu sıralarından təxris ücün raport yazdıqdan sonra Quru Qoşunları komandanı generalleytenant Ənvər Əfəndiyev tərəfindən əsassız olaraq “USTA" məharət dərəcəsini iki pillə aşağı “N”-ci məharət dərəcəsinə endirilməsi ücün X1Nnin qarşısında vəsatət qaldırmışdır. Nazirlik tərəfindən ona verilən “USTA” məharət dərəcəsini, 05 mart N0NN-ci il tarixli 0N8 nömrəli əmri ilə iki pillə aşağı “N”-ci məharət dərəcəsinə endirilmişdir. Bununla nəinki, o hətta zabit yoldaşları da hərbi xidmətinin sonunda ona qarşı haqsızlıqların olduğunu, hüquqlarının kobud şəkildə pozulduğuunun şahidi olaraq ruh düşgünlüyü keçrirək məyus olmuşdur. Bundan sonra müdafiə nazirinə, baş qərargah rəisinə, X8 etiraz məktubu göndərərək “Usta” məharət dərəcəsinin bərpa olunmasını xahiş etmiş, lakin məktublarının icra müddətinin bitməsinə baxmayaraq heç birindən cavab gəlməmişdir.

11. Cavabdeh iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi mümkün sayıla bilməz. Məharət dərəcəsinin aşağı endirilməsi barədə xx.xx.N0NN-ci il tarixli əmri iddiaçı N0NN-ci ilin sentyabrında mübahisələndirmişdir. Bununla da, İPM-nin 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Etirazda İPM-nin müvafiq normalarına və istinad olunmaqla iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr N0NN-ci il tarixli, N-1(118)- N898/N0NN nömrəli qərarı ilə iddia təmin edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində ehityata buraxılmazdan az əvvəl onun savadlı, bacarıqlı və işgüzar zabit olması, yüksək peşə hazırlığına və təcrübəyə malik hərbi qulluqçu kimi qiymətləndirilməsinə dair xidmət etdiyi N saylı hərbi hissə komandanlğı tərəfindən xasiyyətnamə verilmişdir. Belə olan halda onun ehtiyata buraxılması barədə təqriri təqdim edən kimi məharət dərəcəsinin iki pillə aşağl salınmasına dair əmrin qanunliyi və əsaslılığı şübhə doğurur.

14. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın tam ləğv edilib işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

15.Cavabdeh apellyasiya şikayətində göstərir ki, qərar əsassız və qanunsuz olduğundan tam ləğv olunmalıdır. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi barədə münasibətinə səthi yanaşmış, elə cavabdehin etirazında olan dəlillərin iddiaçının (özü tərəfindən məhkəməyə təqdim etdiyi) sənədləri ilə təsdiq olunduğuna əhəmiyyət verməmişdir. Belə ki, etirazlarında qeyd olunmuşdur: “Məharət dərəcəsinin aşağı endirilməsi barədə 5 mart N0NN-ci il tarixli əmrini iddiaçı N0NN-ci ilin sentyabrında mübahisələndirmişdir. İş materiallarından görmək olar ki, İddiaçı ən azından N0NN-ci ilin iyunun axırı-iyulun əvvəlindən xx.xx.N0NN-ci il tarixli əmr barədə məlumatı olmuşdur. İddiaçının iddiasına əlavə olunmuş məharət dərəcəsinin iki pillə aşağı endirilməsi barədə 09 iyul N0NN-ci il tarixli ərizələri bunu sübut edir. Bununla da məhkəmə müddətin tətbiq olunması barədə cavabdehin ərizə-etirazına təhrif olunmuş formada qeyd edərək müddəti tətbiq etməkdən imtina etmişdir. Halbuki məhkəmə bunları araşdırmalı idi. Çünki İPM-nin 1N.1-ci maddəsinə əsasən “Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.” Qərarda isə formal olaraq yalnız iddiaçının sözləri əsasında qeyd olunmuşdur. İddiaçı həmin əmrdən DSMF orqanının əməkdaşının pensiya barədə məlumat verərkən xəbər tutmuşdur (burada xəbər vermə tarixi barədə, DSMF-yə göndərilmiş yazılı ərizə cavab məktubu barədə məlumat yoxdur). Elə iddiaçının özü tərəfindən məhkəmə iş materiallarına əlavə etdiyi müvafiq əmrin tarixi (mart N0NN) artıq onu sübut edir ki, İddiaçı mübahisələndirdiyi əmrdən məlumatı olub. Hansı ki, məxfi olduğundan sürəti çıxarıla bilməz, yalnız məhkəmə sorğusu əsasında inzibati iş materiallarına əlavə oluna bilərdi. Şikayətdə daha sonra göstərilir ki, məhkəmə mahiyyəti üzrə işə baxsa da yenə də iddianın əsaslı olduğu barədə hər hansı sənədə istinad etməmiş, əmrlə bağlı araşdırma aparmamış, sorğu etmədən yalnız iddiaçının sözləri əsasında qərar qəbul edərək göstərmişdir ki, “onun (iddiaçının) ehtiyata buraxılması barədə təqriri (raportu) təqdim edən kimi məharət dərəcəsinin endirilməsinin iki pillə aşağı salınmasına” dair əmrin qanuniliyi və əsaslığı şübhə doğurur. Bu cümlə çəkişmə prinsipinə və məhkəmə iş materiallarına əlavə olunmuş sənədlərə ziddir. Çünki, məhkəmənin yuxarıda qeyd etdiyi sözlərindən fərqli olaraq faktlar əksini göstərir. Belə ki, hadisənin olması ilə iddiaçı tərəfindən ehtiyata buraxılması barədə raportun (xx.xx.N0NN-ci il tarixdə) yazılması eyni vaxta təsadüf etməsi raportun verilməsi səbəbinə aydınlıq gətirmiş olur. Məhkəmə tərəfindən araşdırma aparılsaydı məlum olardı ki, iddiaçıya “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsi barədə Quru Qoşun komandanının xx.xx.N0NN-ci il tarixli 49№li əmri nəzərə alınaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnaməsinin 37.N.7-ci yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.N0NN-ci il tarixli əmri ilə İddiaçı məharət dərəcəsi iki pillə aşağı salınıb. xx.xx.N0NN-ci il tarixli ərizələrində İddiaçı istifadə etdiyi sözləri məharət dərəcəsinin endirimlə səbəbi barədə xəbəri olduğunu göstərir. Belə ki, iddiaçı ərizədə yazmışdır: “Xidmətə başlamağından N0 gün keçməmiş (N8 yanvarda) mənim günahımın olmadığı səbəbdən (ona görə ki, briqadanın ərazisi çətin relyefli texnikaların hərəkət edə bilmədiyi, qar, çovğun keçilməz ərazi şəraitindən ibarətdir və hadisədən onun məlumatı olmayıb, eyni zamanda hadisəni törədən şəxslər zabit, gizir və təcrübəli heyətdir)”. Məhkəmə yuxarıda qeyd olunmuş Əsasnamənin N-ci bəndinin mətnini qərarında göstərsə də, hazırki mübahisə predmetinə birbaşa aid olan 37-ci bəndində yazılanları əks etdirməmişdir, hətta təhrif olunmuş formada göstərərək qeyd etmişdir “37-ci bəndində məharət dərəcəsinin endirilməsi halları sadalanmışdır ki, onların heç biri iddiaçının vəziyyətinə uyğun deyildir”. Halbuki həmin Əsasnamənin 37.N.7-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Müdafiə Naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “Vəzifəsinə tam uyğun olmamaları barədə xəbərdarlıq” elan edildikdə məharət dərəcəsi iki pillə aşağı endirilir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə cavabdehə lazımi qaydada məlumat verilsə də onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər

19. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə

20. Bənd 15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etmiş zabitlər; Bənd N0. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün; Bənd 155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; Bənd 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.

21. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnamə” (Müdafiə nazirinin N6 aprel N0NN-ci i tarixli, 0N saylı Qərarı ilə edilmiş dəyişikliyə qədər olan redaksiyada) Bu Əsasnamə, hərbi qulluqçulara məharət (tibbi hərbi uçot ixtisaslı hərbi qulluqçulara – ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. Bənd 37. Müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi aşağıdakı hallarda endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər: .... 37.N. İki pillə aşağı endirilir: ... Azərbaycan Respublikasının müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” elan edildikdə.

22. İnzibati Prosessual Məcəllə Maddə 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 3N.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 3N.N. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 3N.N.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 3N.N.N. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 3N.N.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.N. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N3-cü il tarixli, N-1(105)-N50/N0N3 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir.

26. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçının “usta” məharət dərəcəsinin iki pillə aşağı salınaraq “N”-ci məharət dərəcəsinə endirilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0NN-ci il tarixli 0N8 nömrəli əmrinin ləğv edilməsi təşkil edir.

27. Kollegiya ilk növbədə cavabdehin apellyasiya şikayətinin iddianın mümkünlüyü ilə bağlı dəlillərini araşdıraraq qeyd edir ki, həmin dəlillər əsassız olmaqla işə mahiyyəti üzrə baxılmasını istisna edən hallar kimi qiymətləndirilə bilməz.

28. Belə ki, hazırkı iddia mübahisələndirmə barədə olduğundan İPM-nin 38-ci maddəsində nəzərdə tutulmuş xüsusi mümkünlük şərti olan qanunla müəyyən edilmiş müddətdə (iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində) qaldırılma tələbinə cavab verməlidir.

29. İş materiallarından göründüyü kimi mübahisələndirilən 05 mart N0NN-ci il tarixli əmrin cavabdeh tərəfindən iddiaçıya rəsmi olaraq təqdim edilməsi barədə cavabdeh hərhansı mötəbər sübut təqdim etməmişdir. Qeyd edilən halla bağlı sorğuya cavab olaraq təqdim edilmiş 09 may N0N3-cü il tarixli, 903 saylı məktubdan görünür ki, N nömrəli sabiq hərbi hissə komandirinin müavini-qərargah rəisi vəzifəsində xidmət etmiş polkovnikleytenent İddiaçı N nömrəli hərbi hissə komandirinin N fevral N0NN-ci il tarixli 49 nömrəli əmrinə əsasən (N8 yanvar N0NN-ci il tarixdə “Ket dağ” adlanan yüksəklikdə yerləşən N nömrəli hərbi hissənin mobil rentransiyasında məntəqəsinin elektrik aqreqatlarının təmiri məqsədi ilə göndərilən qrupun yolu azmaları nəticəsində donvurma səbəbilə adları qeyd edilənlər mahhxhq kiçik-çavuş X6, əsgər X3 və əsgər X7 müxtəlif dərəcəli xəsarət almaları, baş leytenant X4 vəfat etməsi faktı ilə bağlı) “Vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmiş və əmr həmin şəxsə təqdim edilmişdir. Lakin İddiaçı bilərəkdən yuxarıda qeyd edilən əmr ilə tanış olmamış və bundan başqa hər ay onun “usta” məharət dərəcəsinin aylıq məvacibindəki pul tutqusundan məlumatı olmuşdur.

30. Belə olan halda, iddiaçının xx.xx.N0NN-ci il tarixli ərizələrində, iddia ərizəsində və izahatlarında qeyd etdiyi kimi, müvafiq əmrin mövcudluğundan yalnız pensiya təyini ilə əlaqədar məlumatının olması və dərhal da “usta” məharət dərəcəsinin bərpa edilməsi barədə müdafiə nazirinə müraciət etməsi onun qanunla müəyyən edilmiş müddəti buraxmaması nəticəsinə gəlməyə əsas verir.

31. Belə ki, iddiaçının əmrlə bağlı Müdafiə nazirliyinə müraciəti, məzmun baxımından həmin əmrə yenidən baxılması və onun üçün yeni, əlverişli qərarın qəbulu ilə bağlı gözləntiləri və hüquqi marağı kontekstində qiymətləndirilməlidir. İddiaçının iş üzrə materiallara əlavə olunmuş mübahisələndirilən əmrlə bağlı Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinə ünvanlanmış müraciətləri baxımından nəzərə alınmalıdır iddiaçı onun barəsində qəbul edilmiş əmrdən məhz narazı qaldığı üçün və hüquqlarını müdafiə etmək məqsədilə “İnzibati icraat haqqında” Qanunun 71-ci maddəsi anlamında müraciət hüququndan istifadə etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 6N-ci və 59.1.5-ci maddələrinə uyğun olaraq mübahisələndirilən əmrin iddiaçıya təqdim edilməsi, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti, eləcə də bununla bağlı şəxsin şikayət verə biləcəyi orqan haqqında iddiaçıya məlumat verilməsi barədə iş materiallarında hərhansı sübut yoxdur.

32. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçının cavabdeh tərəfindən xx.xx.N0N3-cü il tarixdə qəbul edilmiş müraciətləri cavablandırılmadığından iddiaçı xx.xx.N0NN-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və beləliklə də qanunla müəyyən edilmiş müddəti üzürsüz səbəbdən ötürməmişdir. Buna görə də birinci instansiya məhkəməsi cavabdehin müvafiq dəlillərini əsassız sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur.

33. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi və yuxarıda (13-cü bənd) qeyd edilən qaydada əsaslandırdığı nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə müvafiq əsas olmadan əmrin ləğv edilməsi barədə qərar qəbul etmişdir.

34. Belə ki, işin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçının malik olduğu “Usta” məharət dərəcəsinin iki pillə aşağı, N-ci dərəcəli məharət dərəcəsinə endirilməsinə əsas qismində həmin əmrin verildiyi vaxt qüvvədə olan “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.N.7-ci yarımbəndi çıxış etmişdir. Həmin yarımbənddə Azərbaycan Respublikasının müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” elan edildikdə məharət dərəcəsi iki pillə aşağı endirilir. İş materiallarından göründüyü kimi, iddiaçıya müdafiə nazirinin müavini – X5 5 fevral N0NN-ci il tarixli 49 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. İşin apellyasiya baxışı zamanı müəyyən edilmiş hallardan, o cümlədən iddiaçının xx.xx.N0NN-ci il tarixli ərizəsinin məzmuundan, apellyasiya baxışı zamanı verilmiş suallara cavabından aydın olur ki, “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsi barədə 5 fevral N0NNci il tarixli 49 nömrəli əmr iddiaçıya məlum olmuş, iddiaçı həmin əmri mübahisələndirməmişdir.

35. Belə olan halda, iddiaçının malik olduğu “Usta” məharət dərəcəsinin iki pillə aşağı, N-ci dərəcəli məharət dərəcəsinə endirilməsi barədə cavabdehin 05 mart N0NN-ci il tarixli əmri “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin həmin əmrin verildiyi zaman qüvvədə olan 37.N.7-ci yarımbəndinə uyğun olmuşdur.

36. İddiaçının təqdim etdiyi və cavabdehin müvafiq məktubu ilə də mötəbərliyi müəyyən edilmiş Azərbaycan Respublikası müdafiə nazirinin N016-cı il N1 may tarixli 0N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin N6 aprel N0NN-ci i tarixli, 0N saylı Qərarın 1.14-cü bəndinən görünür ki, həmin Qərarla iddiaçının “usta” məharət dərəcəsinin iki pillə aşağı endirilməsinə əsas olmuş və bu barədə 05 mart N0NNci il tarixli əmrdə də istinad edilmiş “Əsasnamə”nin 37.N.7-ci yarımbəndi “Əsasnamə”dən çıxarılmışdır.

37. Müvafiq dəyişikliyin edilməsi barədə Müdafiə Nazirinin N6 aprel N0NN-ci i tarixli, 0N saylı Qərarının N-ci bəndində göstərilir ki, bu qərar qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası müdafiə naziri və onun müavinləri tərəfindən “Şiddətli töhmət” və ya “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzalarının verilməsi ilə əlaqədar məharət dərəcəsi aşağı endirilmiş hərbi qulluqçuların əvvəllər malik olduqları məharət dərəcələri həmin intizam cəzası “Azərbaycan Respublikası Silahlı XN”nə uyğun olaraq götürüldükdə bərpa edilir. Qeyd edilən qərarın 3-cü bəndinə əsasən isə qərarın N-ci bəndində göstərilən qayda bu qərar qüvvəyə mindiyi günədək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə tətbiq edilmir.

38. Kollegiya qeyd edir ki, nə qədər ki, iddiaçının “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası barədə müvafiq əmr ləğv edilməmiş, yaxud həmin intizam cəzası “Azərbaycan Respublikası Silahlı XN”nə uyğun olaraq götürülməmişdir, iddiaçının hazırkı iddiası əsaslı hesab edilə bilməz. Bununla belə, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli, 135 saylı əmri ilə faktiki olaraq 09 avqust N0NN-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarıldığından Müdafiə Nazirinin N6 aprel N0NN-ci i tarixli, 0N saylı Qərarının N-ci bəndinə uyğun olaraq əvvəllər malik olduğu məharət dərəcəsini həmin intizam cəzası “Azərbaycan Respublikası Silahlı XN”nə uyğun olaraq götürüldükdə bərpa edilməsi imkanına malikdir.

39. Kollegiya həmçinin cavabdehin apellyasiya şikayətinin qərarın ləğv edilməsi ilə yanaşı, işin işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə dəilinə münasibətdə qeyd edir ki, hazırkı inzibati işdə İPM-nin 87.7.1ci maddəsində nəzərdə tutulmuş məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallar mövcud olmadığından İPM-nin 8N-ci və 87.7-ci maddəsinin birinci cümləsinə uyğun olaraq işə mahiyyəti üzrə baxaraq qərar qəbul olunmalıdır.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğından və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr N0NN-ci il tarixli, N-1(118)-N898/N0NN nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “usta” məharət dərəcəsinin iki pillə aşağı salınaraq “N”-ci məharət dərəcəsinə endirilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0NN-ci il tarixli 0N8 nömrəli əmrinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar