Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-250/2025 29.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 31-60% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “2 nömrəli Klinik Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli çıxarışı ilə göstərilən xəstəliklərinə görə müvafiq əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13616/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin verilməsi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının mütəxəssislərinə həvalə edilmiş, mütəxəssisin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. 27 avqust 1972-ci il təvəllüdlü İddiaçı hal-hazırda psixoloji xəstəlik mövcuddurmu? 2. Əgər iddiaçıda psixoloji xəstəlik mövcuddursa həmin xəstəliyin diaqnozu nədir?. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin verilməsi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatriya Komissiyasının mütəxəssislərinə həvalə edilmiş, mütəxəssisin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. 27 avqust 1972-ci il təvəllüdlü İddiaçı hal-hazırda psixi pozuntu varmı, əgər varsa hansı pozuntudur?. İddiaçıya 1 nömrəli Respublika Psixatriya xəstəxanası tərəfindən verilmiş 134 nömrəli, xx.xx.2023-cü il tarixli Həkim psixiatr komissiyasının rəyi ilə üzvi şəxsiyyət pozuntusu, qıcolma tutulmaları ilə F07.0 diaqnozu qoyulmuşdur. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 31-60% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, 1991-1994-cü illərdə Azərbaycan Respublikası torpaqlarının bütövlüyü uğrunda gedən Birinci Qarabağ müharibəsi döyüşlərində fasiləsiz olaraq 3 il iştirak etmiş, gedən döyüşlər zamanı ağır yaralanmış, müharibə veteranıdır. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, boyun alın gicgah nahiyyəsinin, çənə, sağ əlin çoxsaylı qəlpə yaralanması ilə bağlı tez-tez təkrarlanan (ayda azı 4 dəfə) epilepsiya diaqnozu ilə əvvəlki inzibati orqan yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bunun əsasında Abşeron rayonu Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlilliklə bağlı xx.xx.2017-ci il tarixdə əlillik vəsiqəsi də verilmişdir. Ailəsilə birlikdə məcburi köçkündür, maddi durumu çox acınacaqlıdır. Ailədə 5 nəfərdirlər, sağlamlıq imkanları normal olmadığı üçün əmək müqaviləsi bağlayaraq hər hansı bir işdə çalışa bilmir. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona imtina verilmişdir. Artıq bir ildir ki, qeyd olunan inzibati orqan tərəfindən onun əlilliyi ləğv edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, əvvəllərdə olduğu kimi xəstəliyi ilə əlaqədər tez-tez qıc olmalar, baş beyin nahiyəsində ağrılar, sinir pozğunluqları, aldığı yaraların yaratdığı psixi pozğunluqlar, nevromatik sindrom hələ də davam edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli çıxarışı ilə baş beyin üzvi xəstəliyi, travma mənşəli, nəticəsində kəskin astenonevrotik sindromu müəyyən edilmişdir. Digər tərəfdən həmin diaqnoz dəqiqləşdirilərək Sumqayıt şəhər Psixatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 16/63 saylı protokolu ilə də təsdiq edilmişdir. Müvafiq əlilliyin təyin edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, boyun alın gicgah nahiyyəsinin çənə sağ əlin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022ci il tarixli göndərişi, xx.xx.2022-ci il tarixli müayinə aktı əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 -Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnozunmətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, baş beyin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin astenonevrotik sindrom Essensial [birincili] hipertenziya, arterial hieprtenziya İİ dərc; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Bu səbəbdən də onun müraciəti müsbət həll edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 31-60% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov).
Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(105)-46/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 31-60% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, G.Cabbarova və H.Babayeva). Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əyani müayinənin yalnız nəticə hissəsi ilə kifayətlənməyərək, prosedurun özünün müvafiq diaqnostik müayinə metodları əsasında aparılıb-aparıİmadığını aydınlaşdırmalı, həmin metodologiyanın şəxsin sağlamlığının real və obyektiv vəziyyətini qiymətləndirməyə uyğunluğunu müəyyənləşdirməli idi. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunaraq qəbul olunmuş qərarın məzmunu ilə müəyyən olunur ki, iddiaçı barədə müəyyən olunmuş diaqnozlarla bağlı instrumental müayinə nəticələri (MRT, KT, EEQ dalğaları) təqdim olunmamış, anamnestik olaraq klinik vəziyyəti haqqında ətraflı məlumat verilməmiş, diaqnozlar klinik olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 2146 nömrəli məktubunda qeyd olunduğu kimi, iddiaçının 1992-ci il avqust ayında yaralandığı müddətdən xx.xx.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı heç bir tibbi sənəd təqdim etməməsi “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0” diaqnozlu xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsini istisna edir. Belə olan halda, cavabdeh haqlı olaraq iddiaçının əlilliyinin səbəb-əlaqəsini ona əlilliyin təyini üçün əsas olan xəstəliyin səbəb-əlaqəsi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlmişdir.
İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2024cü il tarixli, 2-1(102)-2897/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(105)-46/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ OLUNAN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. (-)
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçının hüquqi marağı müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 31-60% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(105)-46/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2024cü il tarixli, 2-1(102)-2897/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(105)-46/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, “...İlk öncə məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə iddiaçının 1992-ci il avqust ayında yaralandığı müddətdən xx.xx.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı Mərkəzi Hərbi Həkim Komissiyasına heç bir tibbi sənəd təqdim edilmədiyinə istinad etsə də, işdə olan iddiaçıya aid müayinə və müalicə olunması barədə sənədləri nəzərə almamışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya “Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində sağ əlin barmaqlarının daraq falanqalarında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr). Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” diaqnozu Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 413 saylı qərarı əsasında təyin edilmişdir və həmin qərarın ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyildir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda göstərilən tələblərinə əsasən, inzibati orqan şəxslə bağlı yeni qərar qəbul edərkən, müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. İddiaçının xeyrinə əlverişli inzibati aktın (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 413 saylı qərarı) mövcud olmasına baxmayaraq, inzibati orqanın öz təşəbbüsü ilə araşdırma aparılaraq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilərək, inzibati icraatın lazımi qaydada aparılması, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsin-iddiaçının inzibati icraata dəvət edilməsi, onun dinlənilmə hüququnun təmin edilməsi hazırkı iş materiallarında olan sənədlərdən müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparmamışdır. .... Kollegiya qeyd edir ki, hazırkı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən əlilliyin müəyyən olunması ilə bağlı sonuncu imtina qərarının iddiaçıya nə zaman təqdim edilməsi, imtinanın əsaslı olub-olmaması araşdırılmalı, bundan asılı olaraq iddiaçıya hüquqi marağına uyğun iddia tələbi formalaşdırmaqda yardım etməli, həmin iddia tələbi üzrə mümkünlük şərtləri yoxlanılmalı, yalnız iddia mümkün sayıldığı halda iddianın əsaslılığı yoxlanılmalıdır. Bundan başqa, sonuncu göndərişdə əks olunmuş “F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu qıcolma tutulmaları” diaqnozu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin həkim psixiatr komissiyasının 134 nömrəli, xx.xx.2023-cü il tarixli və 4744 nömrəli, xx.xx.2024-cü il tarixli rəylərində də öz əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə də araşdırma aparmamışdır...” Eləcə də sözügedən qərarda təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin qarşısında aşağıdakı göstərişlər qoyulmuşdur:
1. Apellyasiya instansiyası məhkəməsi tərəfindən əlilliyin müəyyən olunması ilə bağlı sonuncu imtina qərarının iddiaçıya nə zaman təqdim edilməsi, imtinanın əsaslı olubolmaması araşdırılmalı, bundan asılı olaraq iddiaçıya hüquqi marağına uyğun iddia tələbi formalaşdırmaqda yardım etməli, həmin iddia tələbi üzrə mümkünlük şərtləri yoxlanılmalı, yalnız iddia mümkün sayıldığı halda iddianın əsaslılığı yoxlanılmalıdır.
2. Göndərişdə qeyd edilən xəstəliklərin iddiaçıda olub-olmaması, həmçinin göndərişdə öz əksini tapmış xəstəliklər iddiaçıda aşkar edildiyi halda, ekspert rəyi ilə iddiaçıda olan diaqnozların təsdiq olunub-olunmaması, həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilibedilmədiyi araşdırılmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 413 saylı qərarında öz əksini tapmış xəstəliklərin sonuncu göndərişdə və “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapıb-tapmaması da apellyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərini də nəzərə almaqla yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti 0215003AAFAT nömrəli xx.xx.2022-ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və “diaqnoz əlillik təyin etmir” səbəbilə əlilliyin təyinindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 413 nömrəli Qərar verilmişdir, həmin qərarda “Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində sağ əlin barmaqlarının daraq falanqalarında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cismlər (qəlpələr)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında və belində olan ağrılardan, baş gicəllənməsindən, yuxusuzluqdan şikayətlənmiş, sol gicgah, alt çənə, sağ əlin birinci barmağında çapıqlar izlənilmiş, nevroloji statusunda tərəfdən ocaqlı patalogiya, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Təqdim edilmiş 1 saylı Xəstəxana xx.xx.2019-cu il tarixli MRT müayinəsinin nəticəsi “L5-L1 fəqərə cisimlərinin deqenarativ və subxondral sklerotik dəyişiklikləri qeyd edilmiş. L1- L2 fəqərəarası diskin spinal kanal boyunca yuxarı doğru miqrasiyası izlənən sola meyilli arxa median yırtığı 8 mm qeyd edilmişdir. Sol lateral foramenal sinir kökçüyü sıxılmışdır” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 413 saylı qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında aldığı və xx.xx.2012-ci ildə Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza və X6 məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - Diaqnoz: “Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində sağ əlin barmaqlarının daraq falanqalarında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr)”. “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin həkim psixiatr komissiyasının 134 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə iddiaçıya üzvi şəxsiyyət pozuntusu, qıcolma tutulmaları ilə F07.0 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 2146 nömrəli məktubundan görünür ki, təqdim edilən sənədlərdən aydın olur ki, vətəndaş İddiaçı 1992-ci ilin avqust ayında yaralanmış və SQ Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən xx.xx.2012-ci il tarixdə “Qəlpə yaralanmalarından sonra alınla sağ gicgahın sərhəddində, sağ əlin İ barmağının dırnaq falanqasında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cismlər (qəlpələr)” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyası tərəfindən “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F.07.0” diaqnozu təyin edilmişdir. 1992-ci il avqust ayında yaralandığı müddətdən xx.xx.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı heç bir tibbi sənəd təqdim etməmişdir. 08/1992-ci il tarixdən xx.xx.2023-cü il tarixədək psixi vəziyyəti ilə əlaqədar ambulator və stasionar müayinə və müalicə almamış və ya müalicə alması ilə əlaqədar tibbi sənəd təqdim edilməmişdir. Bununla əlaqədar Respublika Psixiartiya xəstəxanası tərəfindən təyin edilmiş “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0” diaqnozlu xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi mümkün deyil. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Sumqayıt Psixiatriya Xəstəxanasının L00135840EUY nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 4744 nömrəli, xx.xx.2024-cü il tarixli həkim psixiatr komissiyasının rəyi ilə iddiaçıya üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0 diaqnozu qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-550/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərardadına əsasən İddiaçı ona “əlilliyin təyin edilməsi” barədə ərizəsinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 20 günlük müddət təyin edilmişdir. İddiaçı dair tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 19353/2023 nömrəli qərarından görünür ki, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında ~15 ildir qıcolma tutmalarından əziyyət çəkdiyini, tutma zamanı özündə olmadığını, tutmanın ~2-3 gündən bir baş verdiyini, medikamentoz preparatlardan ~3-4 ildir ki, gündə 1 dəfə “Fenozepam” qəbul etdiyini bildirmiş, lakin tutmanın neçə müddət davam etdiyini, psixi xəstəxanalara müraciət səbəbini və orda müalicə həkiminin kim olduğunu bilmədiyini qeyd etmişdir. Təqdim olunan bəzi tibbi sənədlərdə funksional tutmalar haqqında məlumat qeyd olunmuş, baş-beynin instrumental müayinə nəticələri (MRT, KT, EEQ dalğaları) təqdim olunmamış, anamnestik olaraq klinik vəziyyəti haqqında ətraflı məlumat verə bilməmişdir. Müayinə zamanı başın təpə hissəsində, sağ əlin 1-ci barmağının dırnaq falanqası və alt çənə üzərində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız, olmuşdur. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, qeyri-səliqəli izlənilmişdir. Ünsiyyət zamanı verilən suallara yüksək tonla cavab vermiş, qıcolma tutmaları, qəbul etdiyi dərmanlar haqqında heç bir məlumat verə bilməmişdir. Psixi sənədlərdə qeyd olunan diaqnozların üzvi əsasını təsdiqləyən heç bir instrumental müayinə nəticələri təqdim olunmamışdır. Hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Sumqayıt Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli 16/63 nömrəli Tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin asteno- nevrotik sindrom” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023- cü il tarixli 134 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023- xx.xx.2023-cü il tarixli 2868/23 nömrəli çıxarışında diaqnoz “Üzvi (kəllə-bevin travması) dissosiativ pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Diamed Klinikasının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual- orqanik əlamətləri qeyd olunur. Travmanın əlamətləri qeyd olunur. Təpə-ənsə nahiyəsində paroksizmal aktivliyi qeyd olunur. Hv-dən sonra-artır. (paroksizmal aktivlik artır). Hipoksiya qeyd olunur. Beyin aktivliyi aşağıdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beynin qabığının parokzimliyi nəzərə çarpır; saq təpə-ənsə bölgələrdə fon yazıda kəskindalğalar paroksizmlərlə nəzərə çarpır, sınaqlarda amplitud yüksəlir. Epi-aktivlik inkar olunmur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual-orqanik əlamətləri qeyd olunur. Travmanın əlamətləri qeyd olunur. Təpə-ənsə nahiyəsində paroksizmal aktivliyi qeyd olunur. Hv-dən sonra-artır. (paroksizmal aktivlik artır). Hipoksiya qeyd olunur. Beyin aktivliyi aşağıdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli Forma 88 arayışına əsasən iddiaçının əsas diaqnozu – F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə”, yanaşı xəstəliklər: B90.9 “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyər vərəmindən sonrakı böyük qalıq əlamətləri, bərk ocaqlar, fibroz və bərkimə şəklində”, Y36.2 “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qəlpə yaralanmasından sonra alınla sol gicgah sərhəddində, sağ əlin barmağının dırnaq falanqalarında, alt çənədə və çənaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr)”, İ10 “Essensial [birincili] hipertenziya, Arterial hipertenziya, İİ dərəcə” qeyd edilmişdir. Məhkəmə kollegiyası iddiaçı barəsində məhz qeyd edilən xəstəliklərin və onun müvafiq qiymətləndirmə üzrə əlamətlərinin (hər bir əlamət üzrə qiymətləndirmə aparılmaqla) mövcud olub-olmaması halının müəyyən edilməsi zəruri olduğundan, həmin halın müəyyən edilməsi üçün xüsusi bilik tələb edildiyindən, işin hərtərəfli, obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə-kompleks eksertizası təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-250/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəməkompleks ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi 1-ci sualın cavablandırılmasına münasibətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- X5 ekspertinə, 2, 3 və 4-cü sualların cavablandırılmasına münasibətdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsinin ekspertinə tapşırılmışdır. Sözügedən qərardada əsasən ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Əsas diaqnoz olan F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə” xəstəliyi aşkar edilirmi? Aşkar edilirsə, həmin diaqnozun döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında aldığı qəlpə yaralanması ilə səbəbli əlaqəsi var mı? 2) Yanaşı xəstəlik olan B90.9 “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyər vərəmindən sonrakı böyük qalıq əlamətləri, bərk ocaqlar, fibroz və bərkimə şəklində” xəstəliyi aşkar edilirmi? 3) Yanaşı xəstəlik olan Y36.2 “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qəlpə yaralanmasından sonra alınla sol gicgah sərhəddində, sağ əlin barmağının dırnaq falanqalarında, alt çənədə və çənaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr)” xəstəliyi aşkar edilirmi? 4) Yanaşı xəstəlik olan İ10 “Essensial [birincili] hipertenziya, Arterial hipertenziya, İİ dərəcə” xəstəliyi aşkar edilirmi? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli, T254/2025 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, İddiaçı istər xx.xx.2012-ci il tarixdə, istərsə də təkrari məhkəmə tibbi müayinələri zamanı sol gicgahla alının sərhəddində, sağ əlin barmağının dırnaq falanqalarında, alt çənədə və çənəaltı nahiyəyə müvafiq proyeksiyada çapıq toxumaları aşkar edildi. İlkin məhkəmə tibbi müayinəsi zamanı rentgen müayinədə həmin nahiyələrdə yad cisim (metal qəlpə) də aşkar edildi. Qeyd edilən çapıq toxumalar sağalmış qəlpə yaralarının izləri olub, hərbi əməliyyatlar zamanı partlamış mərminin qəlpələrindən əmələ gəlmişlər. E.S.X9 X3 xx.xx.2023-cü il tarixdə ağciyərlərin rentgenoskopiyasında hər iki tərəfdə ağciyərin damar şəklinin sıxılması, yan proyeksiyada zərif fibroz, bərk ocaqlar, zol zirvədə infiltrativ bərkimə müşahidə olunmuşdur. Spirometrik müayinədə isə ventilyasiya pozğunluğu qeyd olunmamışdır. İddiaçı Respublikası Klinik Xəstəxanasında 27.04-xx.xx.2013-cü il tarixlərdə “İ10 “Essensial (birincili) hipertenziya, Arterial hipertenziya, İİ dərəcə xəstəliyi” ilə müalicədə olmuşdur. Onun barəsində 2023-cü ildə Forma 88 DTSERA-ya göndərilərkən əyani müayinəsində A/T-160/100mm.c.st. olmuşdur. Odur ki, qərardaddakı 2-4 bəndlərində yanaşı xəstəliklər kimi qeyd edilən xəstəlik və xəstəliklərin əlamətlərinə hazırda da rast gəlinir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 1032 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, qıcolma tutmalarının müşahidə edilməsi, baş ağrılarından əziyyət çəkməsi, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası”da həkim psixiatr komissiyası tərəfindən müayinə edilməsi və onda “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0” diaqnozunun qeyd edilməsi) hal-hazırki psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İddiaçı F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları” aşkar olunur. Bu pozuntunun döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında aldığı qəlpə yaralanması ilə səbəbli əlaqəsi var. Göründüyü kimi iddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixində TSEK-də müayinədən keçmiş və ona beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə”, yanaşı xəstəliklər: B90.9 “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyər vərəmindən sonrakı böyük qalıq əlamətləri, bərk ocaqlar, fibroz və bərkimə şəklində”, Y36.2 “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qəlpə yaralanmasından sonra alınla sol gicgah sərhəddində, sağ əlin barmağının dırnaq falanqalarında, alt çənədə və çənaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr)”, İ10 “Essensial [birincili] hipertenziya, Arterial hipertenziya, İİ dərəcə” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 1032 ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları” aşkar olunur. Bu pozuntunun döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında aldığı qəlpə yaralanması ilə səbəbli əlaqəsi var. Eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli, T254/2025 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, qərardaddakı 2-4 bəndlərində yanaşı xəstəliklər kimi qeyd edilən xəstəlik və xəstəliklərin əlamətlərinə hazırda da rast gəlinir. Sözügedən xəstəliklər isə B90.9 “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyər vərəmindən sonrakı böyük qalıq əlamətləri, bərk ocaqlar, fibroz və bərkimə şəklində” və İ10 “Essensial [birincili] hipertenziya, Arterial hipertenziya, İİ dərəcə” diaqnozlu xəstəliklərdir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmiş, habelə həmin hal hər hansı tibbi sənədə (aparılmış müayinə nəticələrinə dair tibbi sənədlər və s.) istinad edilməklə əsaslandırmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda sözügedən xəstəliklərin mövcudluğu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyin edilməsinə əsas olması nəzərə alınanda iddiaçının tələbində haqlı olduğu müəyyən edilir. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı barəsində sonuncu – L00135840EUY nömrəli göndəriş Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edildiyindən hazırki işin hüquqi hallarına hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq qiymət verilmişdir. Meyarların tələbləri baxımından isə “əlilliyin dərəcəsi” anlayışı “orqanizmin funksiyalarının pozulması faizi” anlayışı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iddiaçının tələbi müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 31-60% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2023-cü il tarixdən təyin edilməlidir. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə bağlı müharibə əlili kimi orqanizm funksiyalarının pozulmasının 31-60% dərəcəsi ilə xx.xx.2023-cü il tarixdən 2 il müddətinə əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.