Məhkəmə qərarları › İş №2-1(105)-254/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-254/2025

10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-254/2025 10.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər X1 və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4006/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, keçmiş gəlini X2 azyaşlı övladı xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə Zəngilan şəhəri C.Cabbarlı küçəsi ev 24 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyev X4 rayonundan məcburi köçkündür. X5 iddiaçının oğlu X9 ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X8 bir uşağı var. X5 ilə X3 nikahı xx.xx.2018-ci il tarixdə pozulmuşdur. İddiaçının keçmiş gəlini X5 boşanmadan sonra Balakən rayonuna qayıtmış, lakin onun qeydiyyatı formal olaraq ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmişdir, lakin ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 4006/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “keçmiş gəlini X2 azyaşlı övladı xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə Zəngilan şəhəri C.Cabbarlı küçəsi ev 24 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zəngilan şəhəri C.Cabbarlı küçəsindəki 24 nömrəli evin üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd məhkəməyə təqdim edilməsə də, iddiaçı iddia tələbində evin ona məxsus olmasını bildirmişdir. İddiaçının göstərdiyi hallar onun subyektiv hüququnun yaranması üçün əsas hesab edilə bilməz. Bundan başqa iddiaçı üçüncü şəxs X2 azyaşlı övladı xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə hazırda Zəngilan şəhəri C.Cabbarlı küçəsi ev 24 ünvanda mövcud olmayan yaşayış sahəsindən (ev erməni işğalı zamanı məhv edilmişdir) qeydiyyatdan çıxarılmasını tələb edir. İddiaçı xx.xx.2024-cü il tarixdə şikayət verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(118)-4006/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, üçüncü şəxs onun oğlu ilə evləndiyi üçün onun razılığı ilə ona məxsus yaşayış evinə qeydiyyata düşmüşdür. Əgər yaşayış evi ona məxsus deyildirsə, üçüncü şəxs həmin yaşayış evinə necə qeydiyyata düşə bilərdi. Həmçinin iş materiallarından da göründüyü kimi Sevinc Əliyeva onun ailə üzvü kimi göstərilir, bu hal onun hüququnu pozur. Məhkəmə uzun müddət araşdırma apardıqdan sonra iddia ərizəsini mümkün saymaması barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini müdafiə etdi və izahatında bildirdi ki, X5 onun oğlu X9 ilə xx.xx.2018-ci il tarixdə boşanmışdır və Balakən rayonuna qayıtmışdır. Lakin onun qeydiyyatı formal olaraq ünvan 3 ünvandan qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmişdir, lakin ona imtina cavabı verilmişdir. Zəngilan şəhəri C.Cabbarlı küçəsi 24 nömrəli evi onun mərhum atası X7 məxsus olmuşdur, yaşayış evinə dair atasının və onun adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir, yaşayış evi erməni işğalı zamanı məhv edilmişdir. Hazırkı iddianı qaldırmaqda hüquqi marağı gələcəkdən qayıdış zamanı gəlinin ona veriləcək evdə ailə üzvü kimi göstərilməməsindən ibarətdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, Cavabdeh nümayəndəsi və üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Odur ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı Zəngilan şəhəri C.Cabbarlı küçəsi 24 nömrəli evin onun mərhum atası X7 məxsus olduğunu, yaşayış evinə dair atasının və onun adına hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmadığını, yaşayış evinin erməni işğalı zamanı məhv edildiyini bildirmişdir. Evə dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gələrkən Zəngilan şəhəri C.Cabbarlı küçəsi 24 nömrəli ev üzərində iddiaçının mülkiyyət hüququnun olmasını təsdiq edən sənədin olmamasına və həmin evin işğal zamanı məhv edildiyinə görə hazırda mövcud olmamasına istinad etmişdir. İddiaçı iddia tələbində üçüncü şəxsin hazırda mövcud olmayan ünvandan qeydiyyatdan çıxarılmasını tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X10 əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (4.2, 5.1, 5.2, 5.3-cü bəndlər) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq nəzərə alır ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ünvan 4 ünvanda yerləşən, ona məxsus olduğunu iddia etdiyi məhv olmuş fərdi yaşayış evindən üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. İddiaçı tələbinin əsası kimi mübahisəli fərdi yaşayış evinin ona məxsus olduğunu və üçüncü şəxs keçmiş gəlini X2 həmin evdə yaşamadığına istinad edir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olubolmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtlərini yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etdiyi fərdi yaşayış evinin ona məxsus olduğunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin, yəni sözügedən evin qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətində, sahidliyində və ya istifadəsində olduğunu təsdiq edən sənədin mövcudluğu iş üzrə materiallarla müəyyən edilmir. Bundan əlavə, həmçinin iş üzrə materiallardan görünür ki, həmin ev, eləcə də iddiaçının həmin ev üzərində hər hansı hüququ reyestrdə qeydiyyata alınmamışdır. Həmin yaşayış evi işğal altından azad olunmuş ərazidə yerləşməklə məhv olmuşdur və iddiaçının bildirdiyinə görə mərhum atası X7 məxsusdur (buna dair sənəd məhkəməyə təqdim olunmayıb). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sözügedən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatı onun həmin ev üzərində məhdud əşya hüququ mənasında istifadə hüququna malik olması anlamına gəlmir. Yuxarıda istinad olunan norma anlamında iddiaçının qeydiyyatı sadəcə onun müəyyən yaşayış yeri üzrə dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə kimi qiymətləndirilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etdiyi məhv olmuş fərdi yaşayış evinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Bununla bağlı oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1020/2024 nömrəli qərarı da mövcuddur. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair gəldiyi nəticəni əsaslı hesab edərək, şikayətin rədd edilməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4006/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar