Məhkəmə qərarları › İş №2-1(105)-255/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-255/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-255/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçının nümayəndələri X3 və X4, cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh tərəfindən "xxxx" MTK-nın cavabdehliyində olan sahəyə sayğacın quraşdırılması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2- 1(118)-1392/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 21.01.2021-ci il tarixli ərizə ilə Azərişıq ASC-ə müraciət edərək transformatorların qəbul olunmasını, abonentlərin sayğaclarının bir aylıq sərfiyyatının yoxlanılmasını, əsas sayğacdan həmin borcun çıxarılmasını və texniki şərtə əsasən hərəkət edilməsini xahiş etmişdir.

2. "xxxx" ASC "xxxx" MTK-ya 10.02.2021-ci il tarixli 02/06- 08/485 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, binadakı bütün mənzillər abonent qeydiyyatına alınaraq sayğac quraşdırılmışdır. Enerjitəchizatçı təşkilatla əhali abonentləri arasında X1yə görə hesablaşma sayğac göstəricilərinə uyğun təqdim edilmiş “hesab-bildiriş” əsasında aparılır. Binanın ətrafının giriş qapılarının, su nasosları və liftlər üçün quraşdırılmış sayğac göstəriciləri hər ay baş sayğac göstəricilərindən çıxıldıqdan sonra MTK-ya ödəniş üçün hesab-faktura təqdim olunur. Lakin, sərf etdikləri elektrik enerjisinin dəyərini tam həcmdə ödənilmədiyindən cari ilin yanvar ayına MTK-da 79386,23 manat borc yaranmışdır. Həmin borc ödənildikdən sonra müraciətdə qaldırılan digər məsələlərə baxıla bilər.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 18.06.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 43-cü məhəllə Sumqayıt Dövlət Universitetinin sifarişi ilə tikilmiş yüksək mərtəbəli binanın 400 kv-lıq 2 ədəd transformatorun, elektrik avadanlıqlarının təhvil alınması və həmin binada kommunal xidmətlərə görə (işıqlandırma, lift və sair kommunal işlədicilər) elektrik enerjisinin dəyərinin müəyyən olunması üçün ayrıca sayğacların quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında bağlanmış müqaviləyə əsasən Zəka MTK podratçı təşkilat kimi SDU-nun yaxınlığında yerləşən Sumqayıt şəhəri, 43-cü məhəllədə SDU-nun müəllimləri üçün yüksək mərtəbəli bina tikməli olmuşdur. Binanın tikintisinin gedişi zamanı SDU ilə X7 İdarəsi arasında gələcəkdə binaya veriləcək elektrik enerjisi və elektrik enerjisi avadanlıqlarının miqdarı və yerləşdirilməsi barədə TX11-062 nömrəli 26.01.2006-cı il tarixli Texniki şərt qəbul edilmişdir. Texniki şərt Sumqayıt Dövlət Universiteti ilə bağlanmışdır. "xxxx" MTK ilə elektrik enerjisinin təсhizatı barədə müqavilə və ya texniki şərt yoxdur. Texniki şərtdə qeyd edilir ki, binaya yaxın ərazidə ayrıca transformator binası tikilməli və orada hər biri 400 kVt gücü olan iki transformator yerləşdirilməlidir. Texniki şərtə görə xüsusi sayğac qoyulmalı olan işlədicilər üçün (işıqlandırma, lift və sair kommunal işlədicilər) ayrıca sayğac qoyulmalıdır. Texniki şərtə görə istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır. Avadanlıqlar "xxxx" MMC-ilə razılaşdırılmalı və onun spesifikasiyalarına uyğun gəlməlidir. Yeni transformator hər iki tərəfin razılığı əsasında "xxxx" MMC-nin balansına verilə bilər. Texniki şərtlərin yerinə yetirilməsi, obyektin şəbəkəyə birləşdirilməsi və müqavilə bağlanması 18.11.2008- ci il tarixədək başa çatdırılmalı idi. Lakin bu günə qədər elektrik enerjisi təchizatçısı tərəfindən elektrik qurğuları təvhil alınmamışdır. Bundan başqa texniki şərtdə göstərildiyi kimi, binanın su təchizatı, liftlərin işlədilməsi və dəhlizlərin işıqlandırılması üçün ayrıca elektrik hesabat sayğacı quraşdırlmamışdır. Bu da müəyyən çətinliklərə səbəb olur. Belə ki, binada yaşayan sakinlər və kommersiya təşkilatlarının istehlak etdikləri elektrik enerjisinin miqdarı çıxıldıqdan sonra MTK-ya hesab-faktura təyin olunur. Bu hesabfaktura ilə real sərfiyyat arasında böyük fərq yaranır. Binada 192 mənzilin yerləşməsinı baxmayaraq bəzən sərfiyyat yalnız 187 mənzil üzrə hesablanır, bəzən isə ümumiyyətlə mənzillər üzrə sərfiyyat "xxxx" kimi göstərilir. Bundan başqa ətrafda yerləşən və faəliyyət göstərən 11 qeyri-yaşayış obyekti, o cümlədən klinika və s.üzrə sərfiyyat düzgün aparılmayaraq nəzərə alınmır və guya onların sərfiyyatı çıxıldıqdan sonra yerdə qalan sərfiyyat iddiaçıdan çıxılır. Hal-hazırda elektrik enerjisinin borcuna görə məhkəmədə iddia qaldırılmışdır. Kommersiya işi hansı səpkidə həll olunmasına baxmayaraq gələcəkdə yuxarıda göstərilən kommunal xidmətlərə görə ayrıca elektrik enerjisi qoyulmalıdır. Nazirlər Kabinetinin Qərarından göründüyü kimi "xxxx" ASC paylayıcı transfarmotoru öz balansına qəbul etməli, elektrik enerjisi istehlakçılarının hər birinə istehlak olunan elektrik sərfıyyatını müəyyən etmək üçün ayrı-ayrı sayğaclar quraşdırmağa borcludur. "xxxx" ASC-nin işləri qaydasında görmədiyi səbəbdən 2015-ci ildən 2021-ci ilin iyul ayına qədər "xxxx" MTK-ya 87.598 manat əlavə vəsait hesablanmışdır. Hesablanmış əlavə vəsaitin 63.000 manatdan çoxunun silinməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi 16 noyabr 2021-ci ildə qərar çıxarmışdır. 2021-ci ilin cəmi 10 (on) ayı ərzində "xxxx"ASC "xxxx" MTK-ya mənbəyi məlum olmayan, qeyri-qanuni, əlavə 37.461 kvt sərfıyyat hesablayıb ki, bu sərfıyyat 009 qəp dəyərlə manatla ifadədə 37.461x009 qəp=3.371.49 AZN edir ki, bu məbləğ "xxxx" MTK-ya əlavə borc kimi hesablanmışdır. Məhkəməyə təqdim edilən yalnız bir variantla 2019- 2021-ci illər üzrə (son üç il) "xxxx" ASC "xxxx" MTK-ya qeyri-qanuni 117.187 kvt sərfıyyat hesablayıb ki, bu da manatla ifadədə 117.187 x0.09 qəp= 10.546.80 AZN vəsait edir. Bu haqsızlıq 2015-ci ildən hazıradək mütamadi olaraq davam edir. Nəticədə "xxxx" MTK-nın guya elektrik sərfıyyatına görə çoxlu borcu yaranıb ki, bunun da səbəbi "xxxx" MTK-nin kommunal xidmət sahəsinə sayğacın qoyulmamasıdır.

5. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh tərəfindən "xxxx" MTK-nın cavabdehiliyində olan sahəyə sayğacın quraşdırılması barədə qərar çxarılmasını məhkəmədən xahiş etmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı “Zəka" MTK qeyd edilən ünvanda yerləşən yaşayış binasının enerji təchizatının təmin edilməsi üçün 2006-cı ildə “Barmek" EŞ-nə müraciət etmiş və həmin cəmiyyət tərəfindən bununla əlaqədar TX- 11-062 nömrəli Texniki şərt verilmişdir. Qeyd edilən texniki şərtin 2-ci bəndində abonent tərəfindən quraşdırılacaq və enerjitəchizatı müəssisəsinin balansına təhlil veriləcək qurğular göstərilmişdir. Həmin bəndin 4-cü hissəsində “yaşayış binasının girişində, binanın yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisi təchizatı üçün ayrıca sayğac komplekti olan paylayıcı lövhə quraşdırılmalı və binaya bu lövhələr vasitəsilə elektrik enerjisi verilməlidir" tələbinin icrası “Zəka" MTK-nın üzərinə qoyulmuşdur. Texniki şərtin 3cü bəndinə əsasən işıqlandırma, lift və sair kommunal istifadə olunan işlədicilər üçün sayğac komplekti üçün xüsusi panellər quraşdırılmalı və həmin avadanlıqlar abonentin balansında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.9-cu maddəsinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qeyd olunan normativ hüquqi aktın tələbinə görə yalnız fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Hazırki iddiaçı isə hüquqi şəxs olduğundan onun mülkiyyətində olan binaların kommersiya xətlərinə quraşdırılacaq elektrik sayğacları da onun öz vəsaiti hesabına quraşdırılmalıdır. Bundan əlavə Qaydaların 1.6-cı bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu Qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin “Dövlət Enerjinəzarət” İdarəsinin istismara buraxılış aktına əsasən həyata keçirilir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

7. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-1392/2021 nömrəli qərarı ilə iddia təmin edilməsi, iddiaçı "xxxx" MTK-nın Sumqayıt şəhəri, 43-cü məhəllədə yerləşən yüksəkmərtəbəli yaşayış binası üçün MTK-nin cavabdehliyində olan sahə (liftlərin, pilləkənlərin, binanın giriş hissələrinin işqlandırılması və s. kommunal işlədicilər) üçün ayrıca sayğacın quraşdırılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1yə görə sərfiyyatın hesablanması ilə bağlı tərtib olunmuş hesab fakturalarda (27.01.2016-cı il, 22.08.2016-cı il, 20.07.2017-ci il, 21.02.2018-cı il tarixli) əhalinin sərfiyyatı, 18.07.2016-cı il, 31.10.2016cı il, 28.02.2017-ci il, 22.01.2018-ci il tarixli fakturalarda isə kommersiya obyektlərinin sərfiyyatı "xxxx" göstərilmişdir ki, bunun ağlabatan olmaması aşkardır və iddiaçı MTK-ya artıq sərfiyyatın hesablamasına dəlalət edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Sumqayıt Dövlət Universitetinə verilmiş texniki şərtə görə binanın giriş hissələrinin, pilləkənlərin, liftlərin işıqlandırılması üçün ayrıca sayğacların quraşdırılması nəzərdə tutulmuşdur. Lakin, buna baxmayaraq cavabeh tərəfindən hazıradək ayrıca sayğacın quraşdırılması təmin edilməmişdir. Nəticədə iddiaçıya külli miqdarda elektrik enerjisi sərfiyyatına görə borc hesablanmışdır.

9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri

10. Apellyasiya şikyətində göstərilir ki, Məhkəmə qeyd olunan qərаr qəbul еdərkən istehlakçı ilə enerji təchizatı müəssisəsi arasındakı münasibətləri tənzimləyən əsas normativ hiiquqi akt olan Аzərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik Епеrjisindən istifadə qaydaları” nın (EEiQ) 7.9-сu bəndini yalnış təfsir etmiş və nəticədə işin faktikl hаllаrına uyğun olmayan əsassız qərаr qəbul etmişdir. Веlə ki, məhkəmə belə qənaətə gəlmişdir ki, EEİQ-nın 7.9-cu bəndinin mənаsına görə kоmmunаl məпzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar араrmаq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadэ yerlərinda (dəhlizin, mətbəхin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Həmin bəndin fiziki şəxslərə aid hissəsində qanunvericilik fiziki şəxs olan istehlakçıların sауğасlагlа təchiz edilməsini, onların quraşdırılması və dəyişdirilməsini istisna etməmişdir. Qeyd olunan nоrmаtiv hüquqi aktın 7.9-cu bəndinin rəsmi mətni isə aşağıdakı kimi müəууən edilmişdir. Мəişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, о сümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-рilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf еdilən elektrik еnеrjisinə görə hesablaşmaq üçün hеsаblaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik eneгjisi sərfinə görə hesablaşmalar араrmaq məqsədilə hər bir məişэt abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə уеrlərində (dəhlizin, mətbəxin, hаmаmın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ауrıса hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təсhiz edilməsi, onların quraşdırılması və dəyişdiгilməsi еnеrji təchizatı müəssisəsinin hesabına həуаtа keçirilir. Qeyd olunan nоrmаtiv hüquqi aktın yuxarıda qeyd olunan rəsmi mətnindən göründüyü kimi qanunvericilik yalnlz fiziki şəхs olan istehlakçıların sayğaclarla təchiz еdilməsi, оnlаrın quraşdırılması və dəуişdirilməsinin enerji təchizatı müəssisəsinin öhdəliyinə aid etmişdir. Тərəflərindən iddia tələbinə dair təqdim edilmiş etiraza qeyd еdilən ünvanlаrdа уеrləşən yaşayış binalarının enerji təchizatının təmin еdilməsi üçün 2006-cı ildə hazırki ərazidə enerji təchizatı müəssisəsi kimi fəаliууət göstərmiş "Вагmеk elektrik şəbəkəsi" ММС tərəfindən verilmiş TX-l1-062 nömrəli Texniki şərt sübut kimi əlavə edilmişdir. Qeyd olunan texniki şərtin "xxxx" MMC-nin balansına təhvil veriləcək qurgular'' başlığı altındakı 2-ci maddəsinin 4-cü hissəsində "yaşayış binasının girişində, binanın yaşayış və qeyri-yaşayış sаhələrinin elektrik enerjisi təchizatı üçün ауrıса sayğackomplekti olan paylayıcı lövhə quraşdırılmalı və binaya bu lövhələr vasitəsilə elеktrik enerjisi verilməlidir" tələbinin icrası ''Zəka'' МТК-nın üzərinə qoyulmuşdur. Həmin texniki şərtin "Abonentin balansında qalan avadanlıqlar'' adlı 3-cü maddəsində isə "İşıqlandırma, lift və sаir kommunal istifadə olunan işlədicilər üçün sayğac komplektli xüsusi раnellər quraşdırılmalıdır" şərti müəyyən olunmuşdur. Göründüyü kimi, texniki şərtin 2-ci bəndinə əsаsən "xxxx" МТK-уа məxsus qeyd оlunan binaların kоmmегsiуа хətlərinə sayğacların quraşdırılması öhdəliyi istehlakçıların (MTK-nın) üzərinə qoyulmuşdur. Texniki şərtin 3-cü mаddəsinə əsasən isə "İşıqlandırma, lift va sair komunal istifadə olunan işlədicilər üçün sayğac kоmрlеktləri MTK-nın balansında saxlanılmast nəzərdə tutulmuşdur. Qeyd olunan texniki şərt МТK tərəfindən qəbul edilmiş və texniki şərtin tələbləri МТK tərəfindən bu günə qədər mübahisələndirilməmişdir. Мəhkəmə isə işin bu kimi həqiqi hallarını tam və hərtərəfli araşdırıb qiymətləndirmədən, qanunsuz оlаrаq qüvvədə olan qanunvericiliyin müddəalarını iddiaçının хеуrinə təfsir еtməklə əsassız qərar qəbul edərək cavabdeh ''Аzərişıq'' ASC-nin üzərinə əlavə öhdəlik qoymuşdur. Веlə ki, Мəhkəmə qətnamənin asaslandırıcı hissəsində istehlakçıya verilmiş texniki şərtə görə binanın giriş hissələrinin, рilləkənlərin, liftlərin işıqlandırılması üçün ayrrca sayğaclarrn quraşdırılması nəzərdə tutulduğunu qeyd etmişdir. Lakin, məhkəmə texniki şərtin hansı bəndində belə bir öhdəliyin enerji təchizatı müəssisənin üzərinə qoyulduğunu konkret qeyd еtməmişdir. Qeyd оlunanlardan əlavə enerji təchizatı müəssisəsi tərəfindən elektrik hesabat sayğacı mənsubiyyət sərhəddində quraşdırılmışdır. Bundan əlavə iddiaçının cavabdehlik daşıdığı хətt üzərində hər hansı sayğacın quraşdırılması nəzərdə tutulmamışdır.

11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Etirazda göstərilir ki, "xxxx" ASC tərəfindən bir neçə il ərzində “Zəka" МТK-уа elektrik enerjisi sərfiyyatına görə artıq hesablanmış 63.654 manat vəsait qeyri-qanuni hesablandığına görə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən silinmişdir. Cavabdeh həmin iş üzrə qərardan kassasiya şikayəti verməmişdir. “Zəka" МТK-nın tələbi binalarda yaşayan əhaliyə normal kommunal xidmət göstərilməsi məqsədi ilə vacib olan və “Zəka" МТK-nın cavabdehliyində olan sahələrdə elektrik sərfiyyatının doğru-düzgün aparılması üçün sayğacın qoyulmasıdır. Cavabdehin isitifadə olunan enerji sərfiyyatının dəqiq bilinməsi üçün bizim hesabımıza sayğac quraşdırmaqdan imtina etməsi heç bir qanuna və məntiqə uyğun gəlmir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

13. İddiaçı "xxxx" MTK-nın nümayəndələri etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

14. “Energetika haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Enerjinin, energetika materiallarının və məhsullarının səmərəli istifadəsinə tələblər

3. Hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar: paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməlidir; sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır (Sayğacın dəyəri və quraşdırılması üçün çəkilən xərclər qanunvericiliyə müvafiq şəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir il ərzində istehlak olunan enerjinin qiymətinə kompensasiyalar vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının mülkiyyətinə keçir);

15. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 11. Elektroenergetikada müqavilə münasibətləri Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

16. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 28. Dövlət energetika nəzarəti Azərbaycan Respublikasında enerji resurslarından istifadə edilməsinə, bu sahədə qanunvericilik normalarına riayət edilməsinə dövlət nəzarəti enerji resurslarından səmərəli istifadə üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur və həyata keçirilir. Enerji resurslarından səmərəli istifadə üzrə müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə ona verilən səlahiyyətlər hüdudunda müvafiq qərarlarının icrası enerji istehsal edən və enerjidən istifadə edən subyektlər üçün məcburidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi

1. Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək yaradılmışdır. 3.1. Cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. 3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: 3.2.1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağladığı müqavilələr əsasında dövlət elektroenergetika müəssisəsindən və müstəqil enerji istehsalçılarından elektrik enerjisinin satın alınması, habelə istehlakçıların kəmiyyət və keyfiyyətcə (gərginlik, tezlik və təchizatın etibarlılığı) müntəzəm qaydada elektrik enerjisi ilə təchiz edilməsi və mövcud tarif qiymətinə uyğun olaraq haqqın yığımı; 3.2.2. fəaliyyət məqsədlərinə uyğun olaraq, elektrik enerjisinin paylanması üçün lazım olan elektrik qurğularının (elektrik yarımstansiyalarının, trasformatorların, elektrik xətlərinin, qurğuların və digər avadanlıqların) quraşdırılması, idarə olunması, istismarı, təmiri, yenilənməsi və texniki xidmət göstərilməsi; 3.2.6. elektrik enerjisinin ölçülməsi və uçotu vasitələrinin istismarı, təmiri, dəyişdirilməsi, habelə ödənişsiz qaydada həmin vasitələrin diaqnostikası və sayğacların qoşulma sxemlərinin yoxlanılması;

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci tarixli 18 nömrəli Qərarl ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları” enerjitəchizatı müəssisəsi - icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs; elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs; abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; 6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerjiresurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi həyata keçirir. 7.1. ... enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. 8.25. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyaclan və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır.

19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarı Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

21. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir.

25. Hazırkı mübahisənin predmetini istehlakçı olan iddiaçı "xxxx" MTK-ya liftlərin, pilləkənlərin, binanın giriş hissələrinin işıqlandırılması və s. kommunal işlədicilərin sərf edilən elektrik enerjisinə görə hesablaşma üçün cavabdeh enerjitəchizatı müəssisəsi olan "xxxx" ASC tərəfindən iddiaçının hesabına sayğacların quraşdırılmasından cavabdehin imtinası təşkil edir.

26. Mübahisənin predmeti təbii inhisar subyekti olan enerjitəchizatı müəssisəsi "xxxx" ASC-nin publik hüquq sahəsindəki hərəkətsizliyindən irəli gəldiyindən tələb öhdəliyin icrası haqqında iddia növü kimi inzibati icraat qaydasında baxılmalı olan iddiadır.

27. Cavabdehin imtinasının ilkin dəlilləri sərf edilmiş elektrik enerjisinin dəyərinin tam həcmdə ödənilmədiyindən MTK-da 79386,23 manat borc yaranması təşkil etsə də idda ərizəsinə etirazın və apellyasiya şikayətinin əsas dəlili “Barmek" EŞ tərəfindən verilmiş TX-11-062 nömrəli Texniki şərtdə “yaşayış binasının girişində, binanın yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisi təchizatı üçün ayrıca sayğac komplekti olan paylayıcı lövhə quraşdırılmalı və binaya bu lövhələr vasitəsilə elektrik enerjisi verilməlidir" tələbinin icrasının “Zəka" MTK-nın üzərinə qoyulmasının nəzərdə tutulmasıdır.

28. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək "xxxx" MTK-nın dəfələrlə cavabdehə MTK-nın vəsaiti hesabına sayğac qoyulmasını xahiş etdiyini, sonuncu belə müraciətin 15.03.2022ci il tarixdə edildiyini, "xxxx" MTK-nın öz vəsaiti hesabına ona aid olan sahəyə sayğac quraşdırılmasına etiraz etmədiyini bildirmiş, qeyd edilən halın qərar çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir.

29. Ərizənin icraata qəbulu ilə bağlı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

30. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

31. Cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddanın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.

32. Belə ki, iddiaçının etiraza əlavə etdiyi Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyi Sumqayıt Filialının "xxxx" MTK-ya ünvanladığı 01.03.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən "xxxx" MTK ilə elektrik enerjisi sərfiyyatına görə hesablaşmalarda yaranmış anlaşılmazlıqlar və həmçinin yaşayış binasında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğaclarının quraşdırılmasına köməklik göstərilməsi barədə Energetika Nazirliyinə daxil olmuş müraciəti X2 Agentliyinin Sumqayıt filialında araşdırılır. "xxxx" MTK-ya məxsus yaşayış binası "xxxx" ASC-nin elektron məlumat bazasında **********4 abunə kodu ilə qeydiyyata alınmışdır. Toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, MTK ilə elektrik enerjisi sərfiyyatına görə aparılmış hesablaşmalar zamanı pozuntulara yol verilmiş, MTK-nın hesabına faktiki istifadə olunmamış elektrik enerjisi sərfiyyatı yazılaraq böyük miqdarda borc məbləği hesablanmışdır. O cümlədən mənzillərdə işləməyən sayğacların olması, əhali abonentlərinə tərtib edilmiş aktlar əsasında hesablanmış əlavə elektrik enerjisi sərfiyyatının MTK-nın hesabından çıxılmaması, binanın paylayıcı lövhəsindən qoşulmuş "xxxx" ASC-nin elektron məlumat bazasında **********3 abunə kodu ilə qeydiyyatda olan “Nihadoğlu” mebel mağazasının, **********9 abunə kodu ilə qeydiyyatda olan “Doktor Az” klinikasının sərfiyyatının nəzərə alınmaması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.14-cü bəndinin (Enerjitəchizatı müəssisəsinin elektrik şəbəkəsinə istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisi verildikdə, istehlakçının enerji-təchizatı müəssisəsinə verdiyi elektrik enerjisinin istehlakçının şəbəkəsinə daxil olan bütün elektrik enerjisi miqdarına olan nisbətinə mütənasib olaraq istehlakçının şəbəkəsindəki elektrik enerjisi itkisinin (texnoloji sərfiyyatın) bir hissəsi enerjitəchizatı müəssisəsinə aid edilir) tələblərinə əməl olunmaması hesabatın təhrif olunmasına səbəb olmuşdur. Bundan əlavə Qaydaların 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə, həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacları quraşdırılmalıdır. Lakin, "xxxx" MTK-ya məxsus yaşayış binasında Qaydaların bu tələbinə əməl olunmamış, ümumi məqsədlərə istifadə olunan elektrik enerjisi sərfiyyatının müəyyən edilməsi üçün elektrik sayğacları quraşdırılmamışdır. Bu da elektrik enerjisi sərfiyyatına görə hesablaşmalarda anlaşılmazlıqların yaranmasına səbəb olur və texnoloji itkilərin müəyyən edilməsində çətinliklər yaradır. Bu səbəbdən quraşdırma xərclərinin MTK tərəfindən ödənilməsi şərti ilə yaşayış binasında ümumi məqsədlərə istifadə olunan elektrik enerjisi sərfiyyatının müəyyən edilməsi üçün elektrik sayğaclarının quraşdırılması, elektrik enerjisi sərfiyyatına görə hesablaşmalara yenidən baxılaraq yol verilmiş qayda pozuntularının aradan qaldırılması üçün "xxxx" ASC-yə AERA-21-446/22 nömrəli 24.02.2022-ci il tarixli məktubla müraciət olunmuşdur.

33. Bundan əlavə iddiaçının nümayəndəsinin təqdim etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16.11.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə 09.07.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia tələbi təmin edilmiş, ilkin iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə (abonent kodu **********4) hesablanmış 63654 (altmış üç min altı yüz əlli dörd) manat məbləğində borc silinmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir.

34. Həmçinin, etiraza əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyi Sumqayıt filialına ünvanladığı 26.01.2022-ci il tarixli məktubda Sumqayıt şəhərində yerləşən və digər MMC-yə məxsus yaşayış binalarının ümumi istifadə yerləri üzrə elektrik sayğaclarının quraşdırılması sayğacların dəyəri ödənildikdən və müvafiq sənədlər təqdim edildikdən sonra mümkün olması göstərilmişdir.

35. İşin yuxarıda qeyd edilən hallarına, habelə yuxarıda istinad edilən qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi olmasa da, uzun müddətdir ki, faktiki müqavilə münasibətlərinin mövcudluğu nəzərə alınmaqla “Barmek" EŞ tərəfindən verilmiş TX-11-062 nömrəli Texniki şərtin və “Elektrik enerjisindən istifadə qaydaları”nın müvafiq bəndlərinin tələbləri cavabdeh "xxxx" ASC-ni istehlakçı olan "xxxx" MTK-nın cavabdehliyində olan sahə (liftlərin, pilləkənlərin, binanın giriş hissələrinin işıqlandırılması və s. kommunal işlədicilər) üçün "xxxx" MTK-nın vəsaiti hesabına sayğacların quraşdırılması öhdəliyini istisna etmir. Əksinə, “Energetika haqqında” Qanununun müddəaları paylayıcının istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməli olmasını, sayğacın dəyərinin və quraşdırılması üçün çəkilən xərclərin qanunvericiliyə müvafiq şəkildə ödənilməsinin mümkünlüyünü nəzərdə tutur (maddə 8). “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.9-cu bəndinin “fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir” şəklində ifadə edilməsi də fiziki şəxs olmayan istehlakçıların (hazırkı halda "xxxx" MTK-nın) sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsinin istehlakçıların hesabına enerji təchizatı müəssisəsi tərəfindən həyata keçirilməsinin mümkünlüyünü (34-cü bənddə göstərilmiş "xxxx" ASC-nin 26.01.2022-ci il tarixli məktubunda göstərildiyi kimi) nəzərdə tutur.

36. Bundan əlavə, qeyd edilən hal (quraşdırma xərclərinin "xxxx" MTK tərəfindən ödənilməsi şərti ilə yaşayış binasında ümumi məqsədlərə istifadə olunan elektrik enerjisi sərfiyyatının müəyyən edilməsi üçün elektrik sayğaclarının quraşdırılması) qanunvericiliyə əsasən enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında qanunlara, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın (Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinin) hazırkı qərarın 32-ci bəndində göstərilmiş rəsmi mövqeyindən də irəli gəlir.

37. Yuxarıda istinad edilən hallarından təhlilindən bu nəticəyə gəlinir ki, müvafiq sahələrə sayğacların qoyulması elektrik enerjisi sərfiyyatının dəqiq müəyyən edilməsinə, tərəflər arasında elektrik enerjisi sərfiyyatına görə hesablaşmalarda yaranmış anlaşılmazlıqların aradan qaldırılmasına və yeni məhkəmə mübahisələrinin qarşısının alınmasına səbəb olacaqdır.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-1392/2021 nömrəli qərarı dəyişdirilsin. İddiaçı "xxxx" MTK-nın Sumqayıt şəhəri, 43-cü məhəllədə yerləşən yaşayış binasının "xxxx" MTK-nın cavabdehliyində olan sahələr (liftlərin, pilləkənlərin, binanın giriş hissələrinin işıqlandırılması və s. kommunal işlədicilər) üçün "xxxx" MTK-nın vəsaiti hesabına sayğacların quraşdırılması öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar