Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-255/2025 06.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və X7 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil2, üçüncü şəxs X8 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “Quba rayonu Qımılqazma ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin X11 ayrılmasına dair ünvan 2rını ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(118)-122/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ailə üzvləri ilə birgə mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi üzərində hüquqlar əldə etmək niyyətindədir, ona görədə mahiyyəti etibarı ilə üçüncü şəxsə aid hüquqları mübahisələndirir və hazırki iş üzrə iddiaçının hüquqi marağı Quba rayonu Qımılqazma ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin X11 ayrılmasına dair ünvan 2rının ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “Quba rayonu, Qımılqazma kənd ərazisində 0,12 ha torpaq sahəsinin X1 dair Quba rayonu, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktının etibarsız hesab edilməsi, Quba rayonu, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarına və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktına dair qeydlərin ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində xx.xx.2022-ci il tarixində iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, Quba rayonu Qımılqazma ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin X11 ayrılmasına dair ünvan 2rını ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsində birinci icraat zamanı X9 vərəsəsi X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, JN-114A nömrəli, KOD 30317028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqavilənin əslindən göründüyü kimi Quba rayonunun Qımılqazma kənd ərazisində, onun və ailə üzvlərinin birgə mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsi ilə bitişik olan 1000 kv.m torpaq sahəsi, Quba rayonu Qımılqazma bələdiyyəsi (hazırki hüquqi statusuna görə Qəşrəş bələdiyyəsi) ilə arasında 15 sentyabr 2002-ci il tarixdə bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında biçənək məqsədi ilə onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi bu günə qədər onun istifadəsindədir. Quba rayonunun Qəçrəş bələdiyyəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanan tarixsiz və reyestr qeydiyyatsız olan iddia tələbinə yazılı etirazından görünür ki, həmin torpaq sahəsi Quba rayon Qəçrəş bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı ilə Quba rayonunun Qımılqazma kəndinin digər sakini X2. Hazırkı iddia tələbi üzrə cavabdeh Quba rayonu, Qəçrəş bələdiyyəsi, Qımılqazma bələdiyyəsinin varisidir. Maraqlı şəxs X15, mərhum X9 birinci növbəli vərəsədir. Hesab edir ki, JN-114A nömrəli, KOD 30317028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsaasında onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqavilə əsasında onun istifadəsinə verilmiş torpaq sahəsinin X3 dair Quba rayon Qəçrəş bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı qanunsuz və əsassızdır. İddiaçı qeyd edir ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqavilədən göründüyü kimi Qəçrəş bələdiyyəsinin 14 sentyabr 2002-ci il tarixli, 11 saylı qərarı ilə 1000 kv.m torpaq sahəsi biçənək məqsədilə 3 il müddətinə onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətində olan yaşayış sahəsinə bitişikdir. Mübahisəli torpaq sahəsinə görə Qəçrəş bələdiyyəsinə (əvvəlki dövrdə Qızılqazma bələdiyyəsinə) əmlak vergisinin ödənilməsinə dair 15 noyabr 2002-ci il tarixli, BFÜ seriyalı, 138755 nömrəli, 03 avqust 2003-cü il tarixli, BFÜ seriyalı 138757 nömrəli və 04 may 2016-cı il tarixli, FJB seriyalı **********652 nömrəli ödəniş qəbzlərinin notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi həmin torpaqdan istifadəyə görə Qəçrəş bələdiyyəsinə indiki dövrə qədər vergi ödəmişdir. 2005-ci ilin sentyabr ayından yeni icarə müqaviləsinin bağlanması barədə dəfələrlə Quba rayonu Qəçrəş bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə icarə ödənişinin ödənilməsinin davam etdirilməsini tövsiyə edərək onunla yeni icarə müqaviləsi bağlayacağına vəd verərək həmin torpaq sahəsinə görə vergi ödənişlərinin bələdiyyəyə ödənilməsinin vacib olduğunu bildirmişdir. Həmin danışıqlar əsasında torpağa görə vergi ödənişlərini hazırkı zaman da daxil olmaqla istifadəsində olduğu dövrdə həyata keçirmişdir. Lakin, Qəçrəş bələdiyyəsi torpağın satışının nəzərdə tutulduğunu bildirərək torpaq sahəsinin onun icarəsinə verilməsi haqqında müqavilə bağlayacağı barədə vədinə əməl etməmişdir. Cavabdeh orqan ona hərracda alqı-satqı yolu ilə həmin torpaq sahəsini satın almağı və bu məqsədlə ərizə ilə müraciət etməyi təklif etmiş, iddiaçı 12 aprel 2018-ci il tarixli ərizə ilə cvaabdehə müraciət edərək biçənək məqsədilə onun istifadəsinə verilmiş torpaq sahəsinin ona satılması barədə alqı-satqı aktı bağlanmasını xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən müraciətə cavab verilməmişdir. Hesab edir ki, cavabdehlə onun arasında bağlanmış icarə müqaviləsinə əsasən 15 sentyabr 2002-ci il tarixdən 15 sentyabr 2005-ci il tarixə qədər olan dövr ərzində biçənək məqsədilə onun istifadəsinə verilmiş torpaq sahəsi digər şəxsə satıla bilməzdi. Bundan başqa, 15 avqust 2004-cü il tarixli, alqı-satqı aktının surətinə və həmin müqavilə ilə əlaqəli 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarının surətinə əsasən X16 həmin torpaq sahəsini almaq məqsədilə 10 avqust 2004-cü il tarixdə ərizə ilə müraciət etmiş, lakin ona torpaq sahəsinin satılması barədə qərar 8 gün əvvəl, 02 avqust 2004-cü il tarixində qəbul edilmişdir. Hesab edir ki, 15 avqust 2004-cü il tarixli alqı-satqı aktı və 02 avqust 2004-cü il tarixli, 07 saylı qərar ağlabatan mühakimə əsasında müəyyənləşdirilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Mehrəli oğlu ilə o vaxt mövcud olan Qımılqazma bələdiyyəsi arasında 15 sentyabr 2002-ci il tarixdə bələdiyyənin mülkiyyətində olan 1000 m2 biçənək torpaq sahəsi 3 il müddətinə qeyd olunan məqsəd üçün icarəyə verilmişdir. Üç illik müddət bitdikdən sonra icarədarla hər-hansı bir müqavilə bağlanmamış və bələdiyyə onun qarşısında heç bir öhdəlik götürməmişdir. Həmçinin torpaq sahəsi biçənək məqsədilə icarəyə verilsə də, İddiaçı həmin torpaq sahəsindən müqaviləyə zidd olaraq turizm məqsədləri üçün istifadə etmişdir. Həmin icarə müqaviləsi iddiaçıya mülkiyyət hüququ tanınması üçün əsas ola bilməz və qanunvericilikdə belə bir hal mövcud deyildir. Eyni zamanda həmin müqavilə DT və XK-da qeydiyyata alınmamış, icarəyə verilən torpaq sahəsinin xəritəsi təsdiq edilməmiş, həmin vaxtı icarəçiyə təxmini icarəyə verilən ərazi göstərilmiş, əslində isə icarəyə verilən ərazinin xəritəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfindən təsdiq edilməli idi. Göründüyü kimi, həmin vaxtı belə, həmin icarə müqaviləsinin heç bir hüququ əsası olmamışdır. 2005-ci ildən 2016-cı ilə kimi iddiaçı tərəfindən bələdiyyənin hesabına heç bir ödəniş də edilməmişdir. Bundan əlavə İddiaçı Mehrəli oğluna və ailə üzvlərinin mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi verilmiş və iddia olunan torpaq sahəsi isə həmin torpaq sahəsinin qonşuluğunda yerləşir. İddiaçı icarə müqaviləsinin müddəti bitdikdən sora həmin torpaq sahəsini zəbt edərək kafe kimi istifadə edir. Bu qanunsuz hərəkətlərinə görə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin iddiaçı həmin torpaq sahəsindən çıxmaq istəmir. Həmçinin, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı ilə X13 qanunla müəyyən edilmiş qaydada 0,12 ha torpaq sahəsi satılmışdır. Əvvəllər mövcud olmuş DT və XK-nın Quba rayon şöbəsi tərəfindən təqdim edilmiş xəritələrdən müəyyən edilir ki, hazırda iddianın predmeti olan torpaq sahəsi ilə həmin torpaq sahəsi üst-üstə düşmür və qonşu torpaq sahələridir. Yəni iddiaçıya həmin vaxt icarəyə verilən ərazi ilə X12 bələdiyyə qərarı ilə satılmış ərazi fərqli ərazilərdir. İddiaçının iddia etdiyi ərazi həm qanun üzrə, həm də faktiki olaraq mərhum X10 vərəsələrinin istifadəsindədir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddia müddətini ötürərək 18 il bundan qabaq bağlanmış müqavilənin etibarsızlığını irəli sürür. Üçüncü şəxs məhkəməyı iddia tələbinə dair etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı atasına məxsus alqı-satqı qərarını, aktını etibarsız hesab edilməsini, onunla Quba rayonu Qımıl-Qazma bələdiyyəsinin 15 sentyabr 2002-ci il tarixli icarə müqaviləsi bağlanmasına görə əsaslandırır. Quba rayonu Qımıl-Qazma bələdiyyəsi ilə İddiaçı Mehrəli oğlu arasında bağlanılmış torpaq icarəsi müqaviləsi bağlandığı andan etibarsızdır. Ona görə ki, torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanından qeydiyyatdan keçməmiş, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmamışdır. Həmin vaxt qüvvədə olmuş Torpaq İcarəsi haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Təkcə bu əsas elə iddiaçının iddia tələbinin mümkün sayılmaması üçün kifayət edir. Hazırda qüvvədə olan “Torpaq icarəsi” haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına almır. 21 aprel 2006-cı il tarixə kimi qüvvədə olmuş Torpaq İcarəsi haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Torpağa icarə hüququ həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Dövlət və bələdiyyə torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir. İddiaçının iddia etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə icarəyə verilmiş torpaq sahəsi göstərilməmişdir. Torpaq sahəsinin ölçü və planı qeyd edilməmişdir. Belə olan halda iddiaçının mübahisəli torpaq sahəsinə iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddiaçının mübahisəli torpaq sahəsinin ona icarəyə verilməsinə dair heç sübutu yoxdur. İddiaçıya hansı ərazinin icarəyə verilməsi ilə bağlı heç bir xəritə yoxdur. İddiaçı atası X14 Quba rayonu Qımıl-Qazma bələdiyyəsinin ərazisindən 0,10 ha torpaq sahəsinin satılmasına əsas olmuş 02 avqust 2004-cü il tarixli qərarı və aktı etibarsızlığını edir. Hazırkı iddia ilə bağlı nəinki daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti, hətta ümumi iddia müddəti ötmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İddiaçı iddia ərizəsinə 15 sentyabr 2002-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən icarəyə verilmiş torpaq sahəsinin onun istifadəsində olduğunu qeyd etmişdir. Lakin həmin torpaq sahəsinin harada yerləşməsi və həmin torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənədə əsasən istifadə etməsi, istifadə etdiyi torpaq sahəsini vərəsəlik hüququ ilə ona məxsus torpaq sahəsilə hansı bağlılığının olmasını qeyd etməmişdir. İddiaçı guya icarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsinə görə vergiləri ödəməsini qeyd etsə də, vergi ödənişləri barədə qəbzlərdə bu ödənişlərin hansı torpaq sahəsinə aid olması müəyyən olunmur. Ödənişlər isə 2004-cü ildən sonra 2016-ci ilə aid olmaqla ödənişlər arasında 12 il müddət ötmüşdür. İddiaçı torpaq sahəsinin ona icarəyə verilməsi barədə bələdiyyəyə təklif etdiyini, bələdiyyənin ona hərrac vasitəsilə torpaq sahəsinin almasını təklif etdiyini desə də, bu barədə mötəbər sübutu iddiaya əlavə etməmişdir. İddiaçı hələ bundan əvvəl 2019-cu ildə eyni tələblə inzibati məhkəməyə müraciət etdiyini etiraf edir və bu zaman bələdiyyənin məhkəməyə ünvanlanmış 05 dekabr 2018-ci il tarixli 49 nömrəli məktubuna istinad edərək Qəçrəş bələdiyyəsinin torpaq sahəsinin ona satmağa etiraz etmədiyini bildirir. Halbuki iddiaçı bələdiyyənin məktubunu təhrif edir. Bələdiyyə məhkəməyə ünvanladığı həmin məktubda ümumiyyətlə iddiaçının iddiası ilə bağlı məsələlərə baxılması üçün 2019-cu ildə Quba rayon ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsi ilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinantlarının müəyyənləşdiriləcəyi, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra sərəncama qanuna müvafiq olaraq cavab verilməsi mümkün olacağı bildirilmişdir. İddiaçının iddiasının əksinə olaraq iddiaçı ilə bələdiyyə arasında torpaq icarəsi müqaviləsi qanuna müvafiq olaraq bağlanmamış, torpaq icarəsi müqaviləsi müvafiq qaydada dövlət qeydiyyatına alınmamış, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verilmiş torpaq sahəsinin planı və ölçüsü əlavə edilməmiş, torpaq icarəsi müqaviləsinin müddəti bitmişdir. Bundan əlavə iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi Quba rayonu Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli 07 nömrəli qərarı ilə atası X5 qərar alınmış, bu barədə 15 avqust 2004- cü il tarixli torpaqların alqı-satqısına dair akt tərtib tərtib edilmiş, bələdiyyənin hesabına pul ödənilmiş, torpaq sahəsinin satılmasına dair DT-XK-nin Quba rayon şöbəsinin müdiri rəy vermiş, satılmış torpaq sahəsinin yerquruluşu planından 1:10000 və 1:2000 xəritə çıxarışlar verilmiş, həmin xəritələr Quba rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş, bu barədə Quba rayon İcra hakimiyyəti tərəfindən müvafıq rəy verilmiş, atasına satılmış torpaq sahəsinin həyətyanı torpaq sahəsi olması barədə DT və XKnin Quba rayon şöbəsinin müdiri tərəfindən arayış verilmiş, həmin alqı-satqı müqaviləsinin qüvvədə olması barədə Quba rayonu Qəçrəş bələdiyyəsi tərəfindən arayış verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)- 568/2022 nömrəli qərardadı ilə mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(118)-330/2022 nömrəli qərardadı ilə həmin qərardadın ləğv edilməsi və işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır (hakimlər: H.Babayeva sədrlik edən və məruzəçi, F.Məmmədov və Z.Məmmədov). Təkrar məhkəmə baxışını həyata keçirən Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(118)-122/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, mütəxəssis rəyindən görünür ki, Quba rayonu Qımılqazma (Qəçrəş) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə X6 torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hazırki iddianı qaldırmaq üçün iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı mübahisələndirilən qərar barəsində ən azı 2019-cu ildə cavabdeh bələdiyyənin iddia ərizəsinə etirazından xəbərdar olmuşdur. İddiaçı həmin məktuba istinad edərək qeyd edir ki, bələdiyyə sədri mübahisəli torpaq sahəsinin bələdiyyənin xx.xx.2004cü il tarixli, 07 saylı qərarı ilə X4 bildirmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün inzibati işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarının, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarının mənasından göründüyü kimi, müddət, subyektiv hüququn pozulduğu obyektiv anla əlaqəlidir. Lakin mübahisəli qərar barəsində 2019-cu ildə xəbər tutmaq qərarın (obyektin) hüququn pozulduğu obyektiv an deyildir. Həmin qərar ona təqdim edilməyib, onu əldə etməmişdir. Mövcud olmayan aktı mübahisələndirə bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinin mənasına görə mübahisəli qərar barəsində əldə edilmiş şifahi xəbər sübutlar məcmusuna daxil deyildir və belə xəbərdən sübut kimi istifadə edərək məhkəməyə müraciət edə bilməzdi. b) Üçüncü şəxsin vəkili apellyasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, üçüncü şəxs X8 atası X12 Quba rayonu Qımıl-Qazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli qərarı ilə 0,12 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi satılan vaxtdan üçüncü şəxsin atasının istifadəsində olmuşdur. Üçüncü şəxsin atası yəni X16 18 oktyabr 2021-ci ildə vəfat etdikdən sonra, iddiaçı həmin torpaq sahəsinə iddia etməyə başlamışdır. Əsassız iddialar verməyə başlamışdır. Artıq 4 ildir ki, üçüncü şəxs məhkəmələrin yolundadır, torpaq sahəsinə mülkiyyət hüququnu həyata keçirə bilmir. Hazırda digər şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsinə etiraz edir. Ona görə ki, iddiaçı və ailə üzvlərinə Torpağın Mülkiyyətə verilməsinə dair JN- 114A KOD 30317028 saylı şəhatnamə əsasında 0,08 ha torpaq sahəsi verilmişdir. İddiaçı və ailə üzvləri bundan başqa əlavə olaraq 0,10 ha-dan çox ərazini qanunsuz tutaraq zəbt etmişlər. Bu azmış kimi, üçüncü şəxsə aid torpaq sahəsinə göz dikmiş və əsassız iddialar verirlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslar mövcud deyil. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı ailə üzvləri ilə birgə mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi üzərində hüquqlar əldə etmək niyyətindədir, ona görə də mahiyyəti etibarı ilə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqaviləni əsas hesab edərək, üçüncü şəxsə aid hüquqları mübahisələndirir və hazırki iş üzrə iddiaçının hüquqi marağı Quba rayonu Qımılqazma ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin X11 ayrılmasına dair ünvan 2rının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlanaraq “ünvan 2rını ləğv edilməsi” barədə qərar qəbul edilməsi xahiş olunmuş, Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Lakin qəbul edilmiş məhkəmə aktlarında iddia tələbi “Quba rayonu, Qımılqazma kənd ərazisində 0,12 ha torpaq sahəsinin X1 dair Quba rayonu, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktının etibarsız hesab edilməsi, Quba rayonu, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarına və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktına dair qeydlərin ləğv edilməsi” olaraq qeyd olunmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Kollegiya iddiaçının hüquqi marağını və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsini nəzərə alaraq hesab edir ki, hazırda “Quba rayonu Qımılqazma ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin X11 ayrılmasına dair ünvan 2rının ləğv edilməsi” ilə bağlı iddia tələbinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər, əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia iki mərhələdə yoxlanılır. Birinci mərhələdə iddianın mümkünlüyü, iddia mümkün sayıldığı təqdirdə isə, növbəti mərhələdə iddianın əsaslılığı yoxlanılır. Nəzərə alınmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. İstənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkündür. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını yoxlamalıdırlar (2.3). İş materiallarında olan İddiaçı ilə Qımılqazma bələdiyyəsi arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqavilədən görünür ki, Qımılqazma bələdiyyəsinin 14 sentyabr 2002-ci il tarixli, 11 saylı qərarına əsasən 1000 kv.m torpaq sahəsi biçənək məqsədilə 3 il müddətinə iddiaçının icarəsinə verilmişdir. İşdə olan sənədlərdən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinə ayrılmış 0,08 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən JN-114A nömrəli, KOD 30317028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib olunmuşdur. Həmçinin, torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İşdə olan Quba rayonu Qəçrəş bələdiyyəsinin 25 avqust 2021-ci il tarixli, 60 nömrəli arayışına əsasən Qımılqazma bələdiyyəsi 2010-cu il tarixindən Qəçrəş bələdiyyəsi ilə birləşdirilərək Qəçrəş bələdiyyəsi kimi fəaliyyət göstərir. Qaldırılmış iddianın mahiyyətindən görünür ki, iddiaçı Quba rayonu Qımılqazma ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin X11 ayrılmasına dair ünvan 2rını ləğv edilməsini tələb edir. İş materiallarına əlavə olunmuş ünvan 2rından görünür ki, 0,12 ha torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi X5 qərara alınmışdır. Qımılqazma bələdiyyəsinin nümayəndəsi ilə X16 arasında 15 avqust 2004-cü il tarixli “Torpaqların alqı-satqısına dair” Akt imzalanmış, sonuncu tərəfindən bununla bağlı bələdiyyənin hesabına 500.000 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 09 avqust 2004-cü il tarixdə təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayonu Qəçrəş bələdiyyəsinin 29 iyul 2021-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, 10 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X9 adına 02 avqust 2004-cü il tarixində Qımılqazma bələdiyyəsi tərəfindən 0.12 ha torpaq sahəsinin verilməsi barədə 07 saylı qərarı qüvvədədir və çıxarışın verilməsinə etiraz edilmir. Sumqayıt İnzibati Məhkəməsində birinci icraat zamanı məhkəmə iddianı mümkün saymayaraq gəldiyini nəticəni torpaq sahələrinin ayrı-ayrı torpaq sahəsi olması ilə əlaqədar iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(118)-330/2022 nömrəli qərardadı ilə həmin qərardadın ləğv edilməsi və işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahələrinin fərqli ərazilərdə olması ilə bağlı mütəxəssis rəyi alınmamışdır. Təkrar məhkəmə baxışını həyata keçirən birinci instansiya məhkəməsi mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən təqdim olunan 3-21-3-34/2-15838/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə ayrılmış 0,08 ha torpaq sahəsinin koordinatları ilə Quba rayonu Qımılqazma (Qəçrəş) bələdiyyəsinin xx.xx.2004cü il tarixli 07 saylı qərarı ilə X6 torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mütəxəssis rəyinin alınması üçün müraciət edərkən mütəxəssis qarşısında zəruri sualları tam qoymamış, nəticə etibarilə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqavilə əsasında iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları ilə mübahisəli bələdiyyə qərarı ilə X6 torpaq sahəsinin koordinatlarının üst-üstə düşübdüşməməsi aydınlaşdırılmalı olduğu halda, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə ayrılmış 0,08 ha torpaq sahəsinin koordinatları ilə Quba rayonu Qımılqazma (Qəçrəş) bələdiyyəsinin xx.xx.2004cü il tarixli 07 saylı qərarı ilə X6 torpaq sahəsinin koordinatlarının üst-üstə düşübdüşməməsi məsələsinə aydınlıq gətirilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqavilə əsasında iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatlarını müəyyən edən hər hansı bir sənəd mövcud deyil. Bu isə həmin torpaq sahəsinin yerinin mütəxəsisis tərəfindən müəyyən edilməsini istisna edir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin sənəd etibarlı sənəd hesab edilsə belə müqavilənin müddəti bitmişdir. Buna baxmayaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin aldığı mütəxəssis rəyində həmin ərazidəki vəziyyət aydınlaşdırılmış, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnu olmasına əsas olacaq hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqavilə əsasında ona hansı torpaq sahəsinin ayrılmasına istinad edərək, üçüncü şəxs üçün əlverişli inzibati aktın ləğvini tələb edir. Hazırda iddiaçı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqavilə əsasında ona hansı torpaq sahəsinin ayrıldığını sübut etməmiş və ya həmin torpaq sahəsinin yerini təsdiqləyən hər hansı sənəd təqdim etməmişdir. İddiaçı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqaviləyə istinad etməklə ona torpaq sahəsinin ayrıldığını iddia etsə də, həmin torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçı tərəfindən zəruri müraciətlərin edildiyi və sonrakı hərəkətlərin davam etdirildiyi müəyyən olunmamışdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Məhkəmə kollegiyası hesab edir ki, baxılan mübahisəyə münasibətdə iddiaçının üçüncü şəxsin atasına ayrılmış torpaq sahəsi ilə bağlı inzibati aktı mübahisələndirə bilməsi üçün subyektiv hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. İş materiallarının 27-ci səhifəsində olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, iddiaçının ailə üzvləri ilə birlikdə şəhadətnamə ilə mülkiyyətində olan torpaq sahəsindən və üçüncü şəxsə ayrılmış torpaq sahəsindən başqa faktiki istifadəsində böyük ölçüdə torpaq sahəsi vardır. Lakin bu torpaq sahələri ilə bağlı subyektiv hüququnu ancaq müddəti bitmiş, arxiv məlumatları olmayan, torpaq sahəsinin yerini müəyyən edən sənədləri olmayan, dövlət reyestrində qeydə alınmayan icarə müqaviləsinə əsasən irəli sürür. Məhkəmə kollegiyası üçüncü şəxsin iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmaması ilə bağlı dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı subyektiv hüququnun müəyyən olunması üçün zəruri sənədləri və sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, kollegiya işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, qaldırılan iddia “iddia qaldırmaq səlahiyyəti” ilə bağlı xüsusi mümkünlük şərtinə cavab vermir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olsaydı belə, hazırki iş üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki, iddiaçı mübahisələndirilən qərar barəsində ən azı 2019-cu ildə cavabdeh bələdiyyənin iddia ərizəsinə etirazından sonra xəbərdar olmuşdur. İddiaçı həmin məktuba istinad edərək qeyd edir ki, bələdiyyə sədri mübahisəli torpaq sahəsinin bələdiyyənin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə X4 bildirmişdir. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 32, 58 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(118)-122/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5
Məhkəmə qərarları › İş №2-1(105)-255/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-255/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver