Məhkəmə qərarları › İş №2-1(105)-257/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-257/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-257/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Səyyad Ağaəli oğlu Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 12 sentyabr 2019-cu il tarixli “Vergilərin Hesablanması” barədə **********105900 saylı qərarın qanunsuz və əsassız hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş 12 sentyabr 2019-cu il tarixli “Vergilərin Hesablanması” barədə **********105900 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-197/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh tərəfindən qəbul edilmiş 12 sentyabr 2019-cu il tarixli “Vergilərin Hesablanması” barədə **********105900 saylı qərarın qanunsuz və əsassız hesab edilməsi və həmin qərarın qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən MMC-yə 22.08.2019-cu il tarixli **********046700 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub daxil olmuşdur. Məktubla **********7883 saylı X2 kənarlaşma aşkar olunduğu qeyd edilib. MMC müəyyən edilmiş 5 gün müddəti ötürmədən 26.08.2019-cu il tarixində tələb edilən sənədləri 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etmişdir. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq 12 sentyabr 2019-cu il tarixli “Vergilərin hesablanması barədə” **********105900 saylı Qərar qəbul edilmişdir və may 2019-cu il üçün 24472,97 manat məbləğində Əlavə dəyər vergisi hesablanmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən MMC-dən tələb edilən bütün lazımi sənədləri vaxtında təqdim etmələrinə baxmayaraq, vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Həmçinin Vergi Məcəlləsinə əsasən, malların idxal vaxtı gömrük ödənişlərinin ödənilməsi vaxtıdır. Gömrük ödənişi 07 may 2019-cu il tarixdə ödənilməsinə baxmayaraq, vergi orqanı tərəfindən nəzərə alınmamış və qanunsuz qərar qəbul edilmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. Cavabdeh heç bir hüquqi əsas olmadan qanunsuz qərar qəbul etmişdir və bu qərarın qəbul edilməsi üçün qanuni əsasların olması, qərarın qəbul edilməsinin vacibliyi cavabdeh tərəfindən sübut edilə bilməyəcəkdir. İddianın qanuni və əsaslı olması iddia ərizəsinə əlavə edilən və iş materiallarında mövcud olan mötəbər sübutlarla (sənədlərlə), yəni (YGB, bank ödənişi, İNVOİCE, cavab məktubunun təsdiq edilmiş surətləri) tam və qəti təsdiq olunur. Belə ki, **********7883 saylı X4 06 may 2019-cu il tarixdə müvafiq gömrük orqanına bəyan edilmiş və həmin gömrük orqanı tərəfindən 30.07.2019-cu il tarixdə buraxılmışdır. Həmin Bəyannaməyə İNVOİCE sənədi və 35032.27 (Otuz beş min otuz iki manat 27 qəpik) AZN məbləğində pulun ödənilməsinə dair 07 may 2019-cu il tarixli “Ödəniş Tapşırığı 03” adlı maliyyə sənədi əlavə edilmişdir. Qeyd edilən sənədlər mötəbər sübutlar olmaqla cavabdeh tərəfindən **********7883 saylı X2 kənarlaşma olmasının müəyyən edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı Dövlət Vergi Komitəsindən daxil olmuş məlumatlara əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi **********7883 nömrəli yük gömrük bəyənnaməsinin nömrəsində kənarlaşma aşkar edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 04.07.2019-cu il tarixində **********798500 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, iddiaçıya ünvanlanmış 04.07.2019-cu il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” 12.09.2019-cu il tarixli **********105900 Qərara əsasən 24472.97 manat əlavə vergi məbləği hesablanmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-197/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-197/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: **********7883 saylı X4 06 may 2019-cu il tarixdə müvafiq gömrük orqanına bəyan edilmiş və həmin gömrük orqanı tərəfindən 30.07.2019cu il tarixdə buraxılmışdır. Həmin Bəyannaməyə İNVOİCE sənədi və 35032.27 (Otuz beş min otuz iki manat 27 qəpik) AZN məbləğində pulun ödənilməsinə dair 07 may 2019-cu il tarixli “Ödəniş Tapşırığı 03” adlı maliyyə sənədi əlavə edilmişdir. Qeyd edilən sənədlər mötəbər sübutlar olmaqla cavabdeh tərəfindən **********7883 saylı X2 kənarlaşma olmasının müəyyən edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir. Cavabdeh tərəfindən **********7883 nömrəli X4nin mövcud olmadığı qeyd edilsə də həmin Bəyannamənin mövcud olduğu məhkəməyə təqdim edilən həmin Bəyannamənin özü, ona əlavə edilmiş sənədlər və sair sənədlər ilə tam təkzib olunur. Müəssisə qeyd edilən ödəniş tapşırığına əsasən **********7883 nömrəli X2 qeyd edilən məbləği ödəmişdir. Qeyd edilən Ödəniş Tapşırığı İddiaçı MMC-nin həmin bəyannamə üzrə 24472.97 manat əlavə dəyər vergisi borcunun olması və gömrük ödənişlərinin ödənilməsinin müəyyən edilməməsi barədə dəlilinin qanunsuz və əsassız olduğunu təsdiq edir. Məhkəmənin “İddiaçı məhkəməyə ödəniş tapşırığı təqdim etsə də bu ödənişin hara edildiyinin qeyri-müəyyən olması barədə” dəlili tamailə qanunsuz və əsassızdır. Belə ki, həmin Ödəniş Tapşırığında “Ödənişin təyinatı və əsas” qrafasının qarşısında “Gömrük xərclərinin ödənişi”, “Köçürülən məbləğ: 35032.27 (Otuz beş min otuz iki manat 27 qəpik) ” “YGB № **********7883” qeyd edilmişdir. Qeyd edilən sənədlər mötəbər sübutlar olmaqla cavabdeh tərəfindən **********7883 nömrəli X2 kənarlaşma olmasının müəyyən edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir. ƏDV aylıq hesablanan vergi olduğu üçün digər ayda göstərilə bilməz, digər ayda göstərildiyi halda vergi yoxlaması zamanı mütləq şəkildə sanksiya tətbiq olunacaq. Digər ayda göstərilən məbləğin nəzərə alınması vergi orqanından asılı olacaq və bu hal vergi ödəyicısınin səhvi kimi qiymətləndiriləcək. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-197/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən 12 sentyabr 2019-cu il tarixli “Vergilərin hesablanması barədə” **********105900 saylı Qərar qəbul edilmişdir və may 2019-cu il üçün 24472,97 manat məbləğində Əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iddiaçı qeyd edir ki, Vergi Məcəlləsinə əsasən idxal vaxtı gömrük ödənişlərinin ödənilməsi vaxtıdır. Əlavə edilən ödəniş sənədlərindən də görünür ki, 07 may 2019-cu il tarixdə gömrük ödənişləri ödənilmişdir. Məhkəməyə Dövlət Gömrük Komitəsindən daxil olmuş məktubda isə qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən İddiaçı MMC-nin adına **********7883 sorğu nömrəli gömrük bəyannmasi 06.05.2019-cu il tarixdə qeydiyyata alınmış, 30.07.2019-cu il tarixində buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən qeyd edilən halların araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə İddiaçı MMC-nin (VÖEN **********) adına 06.05.2019-cu il tarixdə qeydiyyata alınmış, 30.07.2019-cu il tarixdə buraxılmış **********7883 nömrəli gömrük bəyannaməsi üzrə yüklərin ölkəyə hansı tarixdə idxal edilməsi, gömrük ödənişinin hansı sənəd üzrə, hansı tarixdə, məbləğdə və hara göndərilməsi barədə məlumatların məhkəməyə təqdim olunması barədə sorğu məktubu göndərilmişdir. Sorğuya əsasən məhkəməyə daxil olmuş cavab məktubundan görünür ki, 05.05.2019-cu il tarixində Çin Xalq Respublikasından "xxxx" MMC-nin ünvanına 01.09.2019-cu il tarixli, 066 saylı invoys üzrə daxil olmuş yük, 06.05.2019-cu il tarixli **********7883 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək, həmin İnvoys əsasında 35829.11 AZN gömrük ödənişləri hesablanmış və İddiaçı MMC tərəfindən 29.07.2019-cu il tarixində dövlət büdcəsinə köçürülmüşdür. X5 vasitəsilə daxil olunmuş onlayn ödənişlərdən görünür ki, gömrük bəyannaməsi ilə ödənilməli olan 35829.11 manat 07.05.2019-29.07.2019-cu il intervalında iddiaçı tərəfindən ödənilmişdir. Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir. Vergi Məcəlləsinin 170-ci maddəsinə əsasən gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Gömrük orqanının məktubundan göründüyü kimi, gömrük ödənişləri 29.07.2019cu il tarixində İddiaçı MMC tərəfindən dövlət büdcəsinə köçürülmüşdür. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunanlara əsasən 04.07.2019-cu il tarixində **********798500 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İnzibati orqan yuxarıda qeyd edilənlərə əsaslanaraq 04.07.2019-cu il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” 12.09.2019-cu il tarixli **********105900 Qərara əsasən 24472.97 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələblərinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-197/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar