Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-258/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)-958/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişidirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 10000 manat kompensasiya ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 (bir) hektar torpaq sahəsini-notariat qaydada təsdiq olunmuş, AN-İ № 0817979, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, əvəzi ödənilməklə əldə etmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Odur ki, həmin torpaq sahəsi əvvəlki mülkiyyətçidən satın alınmaqla əldə edilən zaman qanunvericiliyə zidd hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, vətəndaşların mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması ilə əldə edirlər. Bundan sonra, həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları, yəni kənd üsulu ilə quşların (əsasən qırqovul, kəklik, turac və s. bu kimi quşların) yetişdirilməsi və emalı üçün müvafiq ərazilərin hazırlanması, eləcə də lazımi obyektlərin tikintisinə görə TFM SMART PROJECT MMC tərəfindən işçi layihəsi sifariş olunmuşdur. Həmin işçi layihəsi və maddi hüquq normasında nəzərdə tutulmuş digər sənədlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq Cavabdehnə xx.xx.2020-ci il tarixdə təqdim olunmuşdur. Cavabdeh 996 №-li, xx.xx.2020ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mülkiyyətinizdə olan 1 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etməyinizi tövsiyə edirik. TFM SMART PROJECT MMC tərəfindən hazırlanmış işçi layihəsində kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün hündürlüyü 5 metrə qədər, sahəsi 100 kvadratmetrə qədər bir mərtəbəli obyektlərin inşa olunacağı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Odur ki, qüvvədə olan maddi hüquq normasının tələbinə görə, bu cür obyektlərin inşa olunması üçün icazə tələb olunmadığından, həmin işçi layihəsinə uyğun olaraq tikinti işlərinə başlanılmışdır. Lakin cavabdehin bəzi vəzifəli şəxsləri müxtəlif vaxtlarda onun mülkiyyətində olan əraziyə daxil olaraq, heç bir rəsmi sənəd təqdim etmədən, bilə-bilə qanunsuz hərəkətlərə yol verərək, heç bir hüquqi əsas olmadan ərazidə aparılan tikinti işlərinin dayandırılmasını tələb etmişlər. Eyni zamanda, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu üçün həmin ərazidə ümumiyyətlə hər hansı bir obyektin tikintisinin aparılmasının qadağan olunduğunu qeyd edərək, inşa olunmuş yarımçıq tikintinin sökülməsinə cəhdlər etmişlər. Tərəfindən cavabdehin vəzifəli şəxslərinə bildirilmişdir ki, ümumiyyətlə kənd təsərrüfatının mənası bitki və heyvan mənşəli məhsulların istehsal olunmasını, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsini, bu məhsulların uyğun şərtlərdə mühafizəsini, işlənib qiymətləndirilməsini və satışa çıxarılmasını, həmçinin iqtisadi dəyəri olan hər cür bitki, heyvan mənşəli məhsulun baxım, bəsləmə, yetişdirmə, qoruma və mexanikləşdirmə fəaliyyətlərini əhatə edir. Bundan başqa, həmin şəxslərin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinin tələbinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadə edilməsini nəzərdə tutduğundan və həmin Məcəllənin 58-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyətində olan torpaq sahəsində maddi hüquq normasının tələbinə müvafiq qaydada tikinti işləri aparmaq onun qanunla qorunan hüququ olduğu üçün onun hüquqlarına qarşı etdiyi hazırkı hərəkətləri əsassız və qanunsuzdur. Onunla cavabdehin vəzifəli şəxsləri arasında yaranmış sonuncu mübahisədən sonra, cavabdeh xx.xx.2021-ci il tarixdə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda naməlum şəxsin özbaşına tikinti işlərinin aparılması barədə şikayətlə Abşeron rayon Polis idarəsinə müraciət etmişdir. Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi X4 tərəfindən qəbul edilmiş “Cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarda göstərilmişdir ki, toplanmış material üzrə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilsin və tərəflərə həmin xüsusatla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Göründüyü kimi, cavabdeh tərəfindən onun torpaq sahəsi üzərindəki mülkiyyət hüququna qarşı edilən bilə-bilə qanunsuz hərəkətlərini ört-basdır etmək üçün istənilən vasitələrə əl atır və bu cür qanunsuz hərəkətlərini davam etməkdə israrlıdır. Cavabdeh tərəfindən torpaq sahəsi üzərindəki onun mülkiyyət hüququna əsassız olaraq müdaxilələr edildiyinə görə və həmin torpaq sahəsi üzərindəki hüquqlarına edilən müdaxilələrin qarşısının alınması üçün məcbur qalıb məhkəməyə müraciət edir. Göründüyü kimi, mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 (bir) hektar torpaq sahəsində, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün normativ hüquqi aktların tələbinə uyğun müvafiq sənədləşmə işləri aparıldıqdan sonra tikinti işlərinə başlanılmışdır. Lakin, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan onun torpaq sahəsi üzərində olan hüquqlarına qarşı qanunsuz hərəkətlərə yol verilmiş və bunun nəticəsində onun əmlak hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Cavabdehin ona qarşı bilə-bilə delikt törətdiyi tam sübut olunduğu üçün hesab edir ki, ona vurulmuş ziyana görə onun tərəfindən kompensasiya ödənilməlidir. Bundan başqa, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində iddiaçı guya onun tərəfindən mülkiyyətində olan ünvan 3i ərazisində yerləşən 1 ha torpaq sahəsindı sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin həyata keçirildiyini bildirmişdir. Həmin tikintiyə cavabdeh tərəfindən qanunsuz müdaxilələr olunduğunu qeyd edir. İddiaçıya məxsus əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə qanunsuz əsaslı tikinti işləri həyata keçirilir. Ərazidə torpaq sahəsinin təyinatına zidd beton özül işləri aparılmış, mişar daşı ilə hörgü işləri həyata keçirilmişdir. Tərəflərindən qanunsuz tikinti işlərinin aparıldığı müəyyən ediləndən dərhal sonra qanunvericiliyin tələbləri çərçivəsində tikinti sifarişçisi xəbərdar olunmuş və qanunsuz tikintinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuşdur. Fövqəladə Hallar Nazirliyi tərəfindən də öz növbəsində qanunsuz tikintinin dayandırılması barədə müvafiq qərar qəbul olunmuşdur. Hazırda həmin qərarda iddiaçı tərəfindən mübahisələndirilir və inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları həyata keçirilən tikinti işləri zamanı tikinti norma və qaydalarına riayət olunmadığını aşkar etdikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Rayon İcra Hakimiyyəti öz vəzifə səlahiyyətlərinə uyğun hərəkət edərək iddiaçı tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. İddiaçı tərəfindən RİH-nin vəzifə səlahiyyətləri çərçivəsində hərəkət etməsinə onun tərəfindən aparılan qanunsuz tikinti işlərinə müdaxilə edilməsi kimi qiymət verilməsi yolverilməzdir. İddia tələbində guya cavabdehin qanunsuz müdaxiləsi ilə iddiaçıya maddi ziyan dəyməsinin qeyd olunması əslində iddiaçının qanunsuz hərəkətlərinin pərdələnməsinə hesablanmışdır və tələbdə həmin ziyanı təsdiq edəcək hər hansı fakta istinad edilməmişdir. İddiaçının qanunsuz işlərinin qarşısının alınmasında RİH tərəfindən aparılan qanuni prosesi ləngitmək, tikinti işlərinin aparılmasına müdaxilələrin qarşısının alınması üçün müvəqqəti xarakterli müdafiə tədbiri barədə məhkəmədən qərardad əldə etmək niyyəti ilə maddi ziyan tələbini qoymuş, lakin əsaslandıra bilməmişdir. İddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində beton özül və beton dayaqlarla mişar daşlarından da istifadə olunmaqla əsaslı tikinti işləri həyata keçirilir ki, bunun da iddia tələbində qeyd olunduğu kimi müvəqqəti tikili və ya qurğu kimi göstərilməsi doğru deyildir. İddiaçı Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə də iddia tələbində istinad edərək mülkiyyətdə olan torpaq sahəsində hündürlüyü 5 metr sahəsi 100 kvm oolan bir mərtəbəli yardımçı tikililərə görə icazə tələb olunmadığını bildirir. Əslində burada da iddiaçı məhkəməni çaşdırmağa və bununla da diqqəti başqa yönə çevirməyə çalışır. Əslində həmin ərazidə bir neçə min kv.m-lik əsaslı tikinti işləri həyata keçirilir. İddia tələbi tamamilə qanunsuz və əsassızdır.
5. Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)-958/2021 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva)
6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən torpaq sahəsinin təyinatını nəzərə almamış nəticədə qərar Azərbaycan Respubliksının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Belə torpaq sahələrinin başqa məqsədlər üçün istifadə edilməsi onların kateqoriyasının uyğun kateqoriyaya keçirilməsindən sonra mümkündür. Lakin iddiaçıya məxsus torpaq sahəsi əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, burada yalnız əkin işləri həyata keçirilə bilər və torpaq sahəsinin üst münbit qatının beton örtüklə bağlanıb tikinti altına verilməsi qanunsuzdur. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiklərinə əsaslanaraq müvafiq araşdırma (yerli baxış keçirməklə) aparmadan guya iddiaçı tərəfindən həmin torpaq sahəsində hündürlüyü 5 metrə kimi, sahəsi 100 kv.m olan bir mərtəbəli yardımçı tikililərin quraşdırıldığını əsas gətirərək burada müvafiq icra hakimiyyəti orqanlarından icazə tələb olunmadığını və məlumatlandırma icraatı çərçivəsində müraciət tələb olunduğu qənaətinə gəlmişdir ki, bu da öz növbəsində əsassızdr. Ona görə ki, iddiaçı heç də həmin torpaq sahəsində sahəsi 100 kv.m-lik, hündürlüyü 5 metrə kimi qurğu quraşdırmır, hündürlüyü 7-8 metr, sahəsi 5000-6000 kv.m-lik istehsalat sahəsi inşa edir. Bunu təqdim edilən fotoşəkillər də sübut edir. Ən azından məhkəmə qərəzsiz araşdırma aparmaq niyyətində olsaydı yerli baxış keçirməklə və ya təqdim edilən foto şəkillərlə bunu araşdıra bilərdi. Məhkəmə iddiaçının ərizəsində qeyd olunanları qərara köçürməklə iddiaçı tərəfindən onun mülkiyyətində olan ünvan 3i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün həyata keçirilən tikinti işlərinə cavabdeh Abşeron RİH tərəfindən qanunsuz müdaxilələr olduğunu qərarın əsaslandırma hissəsində qeyd edir, lakin bu müdaxilələrin nədən ibarət olduğunu və hansı halda qanunsuz olduğuna hüquqi qiymət vermir. İddiaçıya məxsus əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə qanunsuz (müvafiq icra hakimiyyəti orqanlarından razılıqlar alınmadan) əsaslı tikinti işləri həyata keçirildiyi üçün “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci bəndinə əsasən tərəflərindən həmin qanunsuz tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilmişdir. Belə ki, yuxarıda qeyd olunan Əsasnamənin 3.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları həyata keçirilən tikinti işləri zamanı tikinti norma və qaydalarına riayət olunmadığını aşkar etdikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Rayon İcra Hakimiyyəti öz vəzifə səlahiyyətlərinə uyğun hərəkət edərək iddiaçı tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. İddia tələbində guya cavabdehin qanunsuz müdaxiləsi ilə iddiaçıya maddi ziyan dəyməsinin qeyd olunması əslində iddiaçının qanunsuz hərəkətlərinin pərdələnməsinə hesablanmışdır və tələbdə həmin “ziyanı” təsdiq edəcək hər hansı fakta istinad edilməmişdir. İddiaçı qanunsuz işlərinin qarşısının alınmasında RİH tərəfindən aparılan qanuni prosesi ləngitmək, tikinti işlərinin aparılmasına müdaxilələrin qarşısının alınması üçün müvəqqəti xarakterli müdafiə tədbiri barədə məhkəmədən qərardad əldə etmək niyyəti ilə maddi ziyan tələbini qoymuş, lakin əsaslandıra bilməmişdir. Məhkəmə də öz növbəsində qərarda ziyan hissəsinə toxunmamışdır. Ümumiyyətlə qərar yalnız iddiaçının mülahizələri əsasında qəbul olunmuş və heç bir araşdırma aparılmamış, qanunvericiliyin tələblərinə məhəl qoyulmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı, iddia ərizəsi ilə birlikdə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 1.0 hektar torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına maneələrin törədilməsi və tikintinin dayandırılmasının cavabdehə və onun vəzifəli şəxslərinə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin MXMT(118)-17/2021 nömrəli, 6 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 (bir) hektar torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına maneələrin törədilməsi və tikintinin dayandırılması cavabdehə və onun vəzifəli şəxslərinə qadağan edilmişdir. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 6 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyul 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 6 aprel 2021-d il tarixli qərardadı ləğv edilmiş, iddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının MXMT(105)-11/2021 saylı 6 iyul 2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı ərizəsi təmin olunmuş, məhkəmə mübahisəsi başa çatanadək Abşeron rayonu, Fatmayı kəndində yerləşən 1.0 hektar torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına maneələrin törədilməsi və tikintinin dayandırılması Cavabdehnə və onun vəzifəli şəxslərinə qadağan edilmişdir. Həmin qərarın 36-40-cı bəndlərində göstərilmişdir ki, mübahisə iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılan tikinti işlərinə cavabdehin müdaxiləsi ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci bəndinə görə yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində vəzifəsi tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməkdən ibarətdir. Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına gorə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikintinin dayandırılması, sökülməsi barədə qərar qəbul edə bilər. İddiaçıya məxsus 1 ha torpaq sahəsində tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən 21 aprel 2021-ci il tarixli qərar qəbul edilmişdir, iddiaçının Ali Məhkəməyə göndərdiyi Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarından görünür ki, iddiaçının tələbi təmin edilərək Tikintidə X2 Agentliyinin iddiaçı barəsində qəbul etdiyi 21 aprel 2021-ci il tarixil qərarı ləğv olunmuşdur. Həmin Qərarın 41ci bəndində isə qeyd olunur ki, Bəhs olunan hüquq normalarına görə tikinti işlərinin dayandırılması barədə cavabdehin müdaxiləsi qanuni olmamışdır. Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən aparılan tikinti işlərinə, Cavabdeh tərəfindən müdaxilə edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçun məcburidir. Digər məhkəmə işi üzrə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə və üçüncü şəxs Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixil 0232 nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-1107/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli 0232 nömrəli qərarı ləğv olunmuşdur. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 6 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. 3-cü şəxs Cavabdeh həmin qərardan apellyasiya şikayəti verməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-614/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)- 1107/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-614/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı qüvvəsini almış və aşağıdakı faktlar və hüquq münasibətləri müəyyən olunmuşdur. İddiaçı ilk öncə tikintisi aparılacaq tikililarə dair işçi layihəsi hazırlamış və tələb olunan sənədlərlə Cavabdehnə müraciət etmişdir. Hazırki iş üzrə üçüncü şəxs Cavabdeh cavab olaraq bildirmişdir ki, iddiaçının mülkiyyətində olan 1 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasma aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçıya torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı həmin sənədlərlə yenidən Cavabdehnə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. Bundan sonra iddiaçı müvafiq tikinti işlərinə başlamışdır. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi, torpaq sahəsinin plan və ölçüsünü, eləcə də qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti iiə məşğul olmaq üçün xüsusi razılıq almış MMC tərəfindən tərtib olunmuş tikiləcək qeyri-yaşayış obyektinin (sənaye tipli olmayan, kənd üsulu ilə quş yetişdirən) işçi layihəsini Cavabdehnə təqdim edərək mülkiyyətində olan torpaq sahəsində qeyri yaşayış obyektini tikmək niyyətində olduğunu bildirərək üçüncü şəxs olan inzibati orqanı (yəni Cavabdeh) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırmışdır. Üçüncü şəxs (Cavabdeh) normativ hüquqi aktlara istinad etmədən və onların pozulan tələblərini nəinki dəqiq, ümumiyyətlə göstərmədən təqdim olunmuş layihəyə irad bildirmişdir. Belə ki, üçüncü şəxs iradını torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılmasının qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaması ilə əlaqələndirilmişdir. Halbuki, Torpaq Məcəlləsinin 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Həmin Məcəllənin 14-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, vətəndaşların mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması iiə əldə edirlər. İstinad olunan normalardan da göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaqlar məqsədli istifadə, yəni kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün istifadə olunur və bu zaman kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Beləliklə də, kollegiya belə nəticəyə gəlir ki, qanunvericiliklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd təsərrüfatı məhsul larinin istehsalı və emalı üçün obyektlərin tikintisi nəzərdə tutulduğundan, inzibati orqan icra hakimiyyətinin aparılmış tikinti işlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaması dəlili əsassız olmuşdur. Hətta həmin tikili müəyyən olunan parametrləri keçmiş olsa belə, bu yenə də qeyd olunan irad üçün əsas vermir. Bu halda, məlumatlandırma icraatı tətbiq olunur. İddiaçı da göstərilən tələblərə əməl etdiyindən, yəni lazımi sənədləri icra hakimiyyətinə təqdim edərək onu məlumatlandırdığından, İddiaçı tərəfindən inşa olmuş tikili tikintisinə icazə verilməmiş tikinti obyekti kimi qiymətləndirilə bilməz və hazırkı icraat çərçivəsində bunu istisna edəcək hal müəyyən olunmadığından iddiaçının müraciəti məlumatlandırma icraatı qaydasında qəbul edilmiş sayılmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının 24 may 2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X5 izahatında apellyasiya şikayətini müdafiə etdiyini və təmin olunmasını xahiş etmişdir.
10. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri
79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.
Maddə 80. Məlumatlandırma icraatı
80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
Maddə 92. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması
92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə; 92.4.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda.
12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 58. Torpaq sahəsində tikintinin həyata keçirilməsi
1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
2. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
16. Belə ki, iş materiallarına əlavə edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 1 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.
17. İşdə olan Abşeron rayon Pİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 25 mart 2021-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsində naməlum şəxsin özbaşına tikinti işləri aparması barədə şikayəti üzrə İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
18. İşə əlavə edilmiş Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 996 saylı məktubunda qeyd olunmuşdur ki, daşınmaz əmlakın Dövlət reyestrindən **********19 reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan Fatmayı kəndi ərazisində yerləşən 1,0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etməsi tövsiyyə olunur.
19. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-614/2021 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 0232 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 5000 manat kompensasiyanın ödənilməsini, sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli 0232 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin həmin qərarı tikinti işlərinin dayandırılması barədə olmuşdur.
20. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-1107/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-614/2021 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-1107/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Cavabdehin iddia ərizəsinə etirazının və apellyasiya şikayətinin eyni dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə yardımçı tikililəri, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektləri, quyuları, yeraltı su və çirkab su anbarlarını (rezervuarların), hovuzları, hasarları, enerji və işıqlandırma dirəklərini, antena qüllələrini, su çənləri qüllələrini, və s. aiddir və qanunvericilikdə həmin tikililərin ölçüləri ilə bağlı göstəricilər-parametrlər (hündürlüyü, sahəsi, həcmi və dərinliyi) müəyyən edilmişdir. Sadalanan obyektlərlə bağlı yalnız yardımçı tikililər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlər, quyular, yeraltı su və çirkab su anbarları (rezervuarların), hovuzlara münasibətdə nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.
23. Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərindən yalnız yuxarıda sadalanan obyektlərin parametrlərinin hədlərini keçməsinə icazə verilərək, belə olduğu təqdirdə həmin tikililərə dair məlumatlandırma icraatının şamil olunduğu bildirilmişdir. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisi üçün icazənin alınması tələb olunmur.
24. Məlumatlandırma icraatı zamanı tikinti işlərini aparmaq niyyətində olan şəxs (sifarişçi) tikintiyə başlamazdan əvvəl tikinti barədə yerli icra hakimiyyətinə məlumat verir və tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini yerli icra hakimiyyətinə təqdim edir. Yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
25. İşdən görünür ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi, torpaq sahəsinin plan və ölçüsünü, eləcə də qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq almış MMC tərəfindən tərtib olunmuş tikiləcək qeyri-yaşayış obyektinin (sənaye tipli olmayan, kənd üsulu ilə quş yetişdirən) işçi layihəsini Cavabdehnə təqdim edərək mülkiyyətində olan torpaq sahəsində qeyri yaşayış obyektini tikmək niyyətində olduğunu bildirərək cavabdeh orqanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırmışdır.
26. Cavabdeh isə torpaq sahəsində tikinti işlərinin aparılmasına etiraz edərək, bildirmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyil.
27. Məhkəmə kollegiyası göstərilən hal ilə bağlı qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar məqsədli istifadə, yəni kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün istifadə olunur və bu zaman kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
28. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, torpaq sahəsində müvəqqəti tipli tikililər-çadır tipli konstruksiyalar quraşdırılmışdır.
29. Qanunvericiliklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün obyektlərin tikintisi nəzərdə tutulduğundan, apellyasiya şikayətinin aparılmış tikinti işlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaması barədə dəlili əsassız olmuşdur.
30. İddia tələbində guya cavabdehin qanunsuz müdaxiləsi ilə iddiaçıya maddi ziyan dəyməsi və həmin ziyanı təsdiq edən hər hansı faktın olmaması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 10000 manat kompensasiya ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etsə də, sonradan iddia tələbini dəqiqləşdirərək “İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, iddia tələbinin maddi ziyan hissəsində araşdırılmasına əsas qalmamışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)-958/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.