Məhkəmə qərarları › İş №2-1(105)-258/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-258/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-258/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X6 ibarət tərkibdə, X24 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi (vəkili) Vəkil1, Üçüncü şəxs X10 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın qismən ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2-1(118)-65/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli, 01 nömrəli iclas qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə bələdiyyənin ümumi istifadəyə daxil olmayan örüş sahəsindən 0,65 ha torpaq sahəsi İddiaçı Nüsrət oğlunun uzunmüddətli icarəsinə verilmiş, daha sonra həmin torpaq sahəsinə dair onunla bələdiyyə arasında 26 yanvar 2007-ci il tarixli, 01 nömrəli icarə müqaviləsi bağlanmış və müqavilə üzrə icarə müddəti 40 il müəyyən edilmişdir. Şabran Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(031)-316 nömrəli qətnaməsi ilə X10 mülkiyyət hüqununun və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, Şabran rayon X23 Kompleksinə və onun yerləşdiyi 4,90 ha torpaq sahəsinə 13 avqust 2005-ci ildə vəfat etmiş X4 mülkiyyət hüququ müəyyən edilməklə və həmin miras qalmış daşınmaz əmlakın X14 tərəfindən qəbul edilmə faktı müəyyən edilmiş, sözügedən 4,90 ha torpaq sahəsinə dair T.M.İbrahimovanın adına plan və ölçüsü sənədinin verilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinə, mülkiyyət hüququna dair dövlət reyestrdən çıxarışın verilməsinin isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bundan sonra Şabran Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(031)-316 nömrəli qətnaməsi əsasında Şabran rayonu, Gəndob kəndində yerləşən Əmlak Kompleksi kimi müəssisə və onun yerləşdiyi 4,8315 ha torpaq sahəsi üzərində X10 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli, **********41-12301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra iddiaçı X14 cavabdeh Şabran rayonu, Gəndov bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bələdiyyənin 25 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarının etibarsız hesab edilməsini xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-13/2021 nömrəli qərarı ilə iddia mümkün sayılmamış, qərardaddan apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, X10 mirasın əmlakın qəbul edilməsi faktını müəyyən edən Şabran Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(031)-316 nömrəli qətnaməsi ləğv olunduğundan hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Bundan sonra X10 oğlu X12 iddiaçı qismində cavabdeh Gəndov bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəndov bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi barədə verilmiş JN-01-8, KOD 30404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qismən, yəni Gəndob X25 Komissiyasının 06 noyabr 2001ci il tarixli qərarı ilə mərhum atası X1, istifadəsinə verilmiş 4,9 ha torpaq sahəsi hissəsində ləğv edilməsi və bələdiyyənin 25 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmənin 09 mart 2023-cü il tarixli, 2-1(118)-291/2023 nömrəli qərarı ilə iddia rədd edilmiş, qərar qanuni qüvvəsini almışdır. Daha sonra İddiaçı apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 2(105)-603/2018 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(031)-316 nömrəli qətnaməsi ləğv edilmiş, X10 mülkiyyət hüququnun və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmənin qərardadından şikayət verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Bundan sonra İddiaçı 27 iyul 2021-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək X10 adına RX seriyalı, ******* nömrəli, **********41-12301 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Həmin orqan 02 avqust 2021-ci il tarixli, **********83 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas оlan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Şabran rayonu, Gəndob kəndində yerləşən X10 adına hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X10 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi və Gəndab bələdiyyəsi ilə onun arasında bağlanmış 26 yanvar 2007-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən istifadəsində olan 0,65 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Türfə İbrahimovanın iddia etdiyi torpaq sahəsinin 0,65 ha hissəsi Gəndob bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 26 yanvar 2007-ci il tarixli, 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən bu gün də iddiaçının istifadəsindədir. Əslində, İbrahimovanın iddia etdiyi 4,90 ha torpaq sahəsinin tam hissəsi Gəndob bələdiyyəsinin mülkiyətidir. Bununla bağlı keçirilən məhkəmə iclaslarında maraqlı şəxs olduğu halda dəvət edilməsə də, 2017-ci il tarixdə Şabran Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, X10 mülkiyyət hüququ və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı qanuni qüvvəsini aldıqdan sonra uzunmüddətli icarəsinə verilmiş 0,65 ha torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, bu günə kimi nə X10 adına verilmiş çıxarış ləğv edilməmiş, nə də iddiaçının adına 0,65 ha torpaq sahəsinə çıxarış verilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərardadının icra edilməməsindən sonra X3 bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 26 yanvar 2007-ci il tarixli, 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsi barədə iddia qaldırmış, Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı hesab edir ki, X10 adına verilmiş çıxarış ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Şabran Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(031)-316 nömrəli qətnaməsinə əsasən X10 adına Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən 4,8315 ha torpaq sahəsinə və əmlak kompleksi kimi müəssisəyə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İddiaçı Nüsrət oğlunun apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasıya Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 2(105)-603/2018 saylı qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 2(031)-316 nömrəli qətnaməsi ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-603/2018 saylı qərardadı 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat üçün göndərilmiş və həmin qərardadda Şabran Rayon Məhkəməsinin 2(031)-316 nömrəli qətnaməsinin hüquqi nəticələri olan dövlət reyestrindən çıxarışın ləğvi öz əksini tapmamışdır. İşə baxan məhkəmə tərəfindən X14 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı məhkəməyə tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək X10 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın – 0,65 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi və Gəndab bələdiyyəsi ilə onun arasında bağlanmış 26 yanvar 2007-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən istifadəsində olan 0,65 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X14 iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Şabran rayonu (Keçmiş Dəvəçi rayonu) Gəndab X25 Komissiyasının 06 noyabr 2001-ci il tarixli qərarı ilə cins maldarlıq kompleksinə daxil olan tikililər və onların yerləşdiyi 1,5 ha torpaq sahəsi, ümumilikdə, kompleksdaxili və tikililərin altında olan 4,9 ha torpaq sahəsi həyat yoldaşı X1 və istifadəsinə verilmişdir. X8 xx.xx.2005-ildə rəhmətə getdiyindən onun adına Qəndab cins maldarlıq kompleksinin ərazisi və qalan tikililəri barədə çıxarış ala bilməmişdir. O, 2011-ci ildə Şabran Rayon Məhkəməsinə müraciət edərək əmlak kompleksinə və onun yerləşdiyi 4,90 ha torpaq sahəsinə 2005-ci ildə mərhum həyat yoldaşı N.İbrahimovun mülkiyyət hüququnun müəyyən edilməsi və həmin miras əmlakın X14 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini istəmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-316/2011 nömrəli, 13 iyun 2011-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Daha sonra İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək sözügedən miras əmlak hesab edilmiş 4,90 ha torpaq sahəsinin 0,65 ha hissəsinin Gəndov bələdiyyəsi ilə arasında bağlanmış 26 yanvar 2007-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən onun istifadəsində olduğunu qeyd etmişdir. Onun şikayəti əsasında Şabran Rayon Məhkəməsinin 2(031)-316/2011 nömrəli qətnaməsi ləğv edilmişdir. Qeyd edir ki, Qəndab kənd YAİK-nın 06 noyabr 2001-ci il tarixli qərarı ilə kompleksin ümumi 4,90 ha torpaq sahəsi mərhum həyat yoldaşının adına sənədləşdirilmişdir. Kompleksin ərazisində başqa torpaq sahəsi olmamışdır ki, həmin sahə bələdiyyə tərəfindən icarəyə verilsin. Həyat yoldaşı 2005-ci ildə öldüyündən bir müddət maliyyə imkanları cəhətdən qanuni əsaslarla sahibliklərində olan kompleksin ərazisindən istifadə edə bilməmişlər. İddiaçı mülkiyyətində olan torpaq sahəsi kompleksin yanında yerləşir, onun kompleksin ərazisində yerləşən torpaq sahəsinin bir hissəsindən istifadə etdiyindən bir müddət sonra məlumatları olmuşdur. Həmin ərazidən müvəqqəti olaraq istifadə edə bilmədiklərindən onun torpaq səhəsindən istifadəsinə mane olmamışdılar ki, əraziyə göz-qulaq olsun. Həmin torpaq sahəsi barəsində Gəndov bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 26 yanvar 2007-ci il tarixli, 01 nömrəli icarə müqaviləsindən Şabran Rayon Məhkəməsinin 2(031)-316/2011 nömrəli, 13 iyun 2011-ci il tarixli qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən məlumatları olmuşdur. Qeyd edir ki, onun tərəfindən miras əmlakın qəbul edilməsi faktını müəyyən edən Şabran Rayon Məhkəməsinin sözügedən qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 2(105)- 603/2018 saylı qərardadı ilə ləğv edilərək iddia tələbinə dair ərizə baxılmamış saxlanılsa da, Gəndov bələdiyyəsi yaradılmamışdan əvvəl kompleks daxili və tikililərin altında olan 4,9 ha torpaq sahəsinin mərhum həyat yoldaşı X2 və istifadəsinə verilməsinə dair Qəndab kənd YAİK-nın 01 noyabr 2001-ci il tarixli, 06 nömrəli və 06 noyabr 2001-ci il tarixli, 07 nömrəli qərarları hazırda qüvvədədir. Qəndab cins maldarlıq kompleksi və kompleksin yerləşdiyi torpaq sahəsi İddiaçı kompleksin torpaq sahəsindən zəbt etdiyi 0,65 ha hissəsindən başqa qalan hissəsi üçüncü şəxsin ailəsinin sahibliyində və istifadəsindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2-1(118)-65/2023 nömrəli qərardadı ilə iddia tələbi Gəndab bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 26 yanvar 2007-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən istifadəsində olan 0,65 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2-1(118)-65/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, Şabran rayonu Gəndab kənd sakini X10 adına verilmiş RX seriyalı, ******* saylı çıxarış hissəvi - 0,65 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilmişdir (hakim İsmayıl Quliyev) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(031)-316 saylı qətnaməsi ləğv edilmiş, yəni hüquqi qüvvəsi qalmamışdır. Bu halda, üçüncü şəxsin adına tərtib edilmiş çıxarış da mübahisəli hissədə əsaslı ola bilməzdi. Bundan əlavə, məhkəmənin icraatında iddiaçı X7 cavabdeh Gəndov bələdiyyəsinə qarşı “Gəndov bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi barədə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-01-8, kod 30404018 saylı dövlət aktının qismən, yəni Gəndob X25 Komissiyasının 06 noyabr 2001-ci il tarixli qərarı ilə mərhum atası X1, istifadəsinə verilmiş 4,9 ha torpaq sahəsi hissəsində ləğv edilməsi və bələdiyyənin 25 yanvar 2007-ci il tarixli, 01 saylı qərarının etibarsız hesab edilməsi” nə dair inzibati iş olmuş, məhkəmənin 2-1(118)-291/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmiş, qərar qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə məhkəmə hesab edir ki, məhkəmənin həmin qərarı preyudisial əhəmiyyət daşıyır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Cabadeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X14 həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, məhkəmə qərarı əsasında 0,65 ha hissədə ləğv edilmiş X11 adına verilmiş RX seriyalı, 6211 saylı çıxarışda göstərilən daşınmaz əmlak xx.xx.2021-ci il tarixli, DKM/024F16A00779921 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Siyəzən filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin, ipotekanın ləğv olunub-olunmamasına məhkəmə qərarında münasibət bildirilməmişdir. Dövlət reyestrindən çıxarış ləğv edilərkən həmin əmlakın yüklülüyü öz hüquqi qüvvəsini itirir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Bununla da gələcəkdə məhkəmə qərarının icrasında çətinlikər olacaqdır. Məhkəmə mübahisəni həll edərkən hər şeydən əvvəl daşınmaz əmlakın cavabdehin mülkiyyətində olub-olmamasını, özgəninkiləşdirilməsini, həbsdə, yüklü olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmalıdır. Üçüncü şəxs apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını pozmuş və onun gəldiyi nəticə ilə əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Gəndab kənd X25 Komissiyasının tərtib etdiyi 2001-ci il tarixli akta əsasən kompleks daxili və tikililərin altında 4,90 ha torpaq sahəsinin olduğu göstərilmiş və həmin ərazi mərhum həyat yoldaşı X1 və istifadəsinə verilmişdir. Həmin akt hazırkı iş üzrə iddiaçının imzası ilə təsdiq edilmişdir. Qeyd edir ki, həmin daşınmaz əmlaka dair reyestrdən çıxarış verilməsinin hüquqi əsasları mövcuddur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni mzəmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı X12 cavabdeh Gəndov bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bələdiyyənin 25 yanvar 2007-ci il tarixli, 01 saylı qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(118)-291/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmiş, qərar qanuni qüvvəsini almışdır. Həmin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-01-8, kod 30404018 saylı dövlət aktına əsasən cizgidə göstərilən sərhəd daxilində 1486,06 ha torpaq sahəsi Dəvəçi AİK-nin 19 noyabr 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Gəndob bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Gəndob bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə bələdiyyə mülkiyyətinə aid 0,65 ha torpaq sahəsi 40 il müddətinə hazırkı iş üzrə iddiaçının icarəsinə verilmişdir. Qeyd olunanlar hazırkı iddia tələbinin əsaslı olduğu göstərir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-258/2024 nömrəli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X10 nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisələndirdiyi 0,65 ha torpaq sahəsi 20 ildir ki, onun faktiki istifadəsindədir, sahədən əkin yeri olaraq istifadə edir. İddiaçı şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, üçüncü şəxs X10 adına reyestrdən RX seriyalı, ******* nömrəli çıxarışın verildiyi daşınmaz əmlak üzərində həbs olmadığından "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 0,65 ha torpaq sahəsinə dair məhkəmə mübahisələrindən məlumatları olmamışdır. Üçüncü şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Bu səbəbdən, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki işin hallarından görünür ki, iddiaçının tələbi üçüncü şəxs X10 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********41-12301 reyestr nömrəli qeydiyyatın Şabran rayonu, Gəndob kəndində yerləşən 0,65 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi qeydiyyatın aparılmasına əsas olan Şabran Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(031)-316 nömrəli qətnaməsinin ləğv edildiyi, habelə üçüncü şəxs tərəfindən 0,65 ha torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair bələdiyyə qərarının etibarsızlığı tələbinə dair iddiasının qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edildiyi kimi hallara əsaslanaraq iddianın təmin edilməsi qəanətinə gəlmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin bu hissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İşdən görünür ki, Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarı ilə bələdiyyənin ümumi istifadəyə daxil olmayan örüş sahəsindən 0,65 ha torpaq sahəsi hazırkı iş üzrə iddiaçının uzunmüddətli (40 il müddətinə) icarəsinə verilmiş, daha sonra həmin torpaq sahəsinə dair onunla bələdiyyə arasında 26 yanvar 2007-ci il tarixli, 01 nömrəli icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi həmin tarixdən hal-hazıradək iddiaçının istifadəsindədir. Daha sonra Şabran Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(031)-316 nömrəli qətnaməsi ilə Şabran rayon X23 Kompleksinə və onun yerləşdiyi 4,90 ha torpaq sahəsinə üçüncü şəxs X10 mərhum əri X4 mülkiyyət hüququ müəyyən edilməklə və həmin miras əmlakın T.M.İbrahimova tərəfindən qəbul edilmə faktı müəyyən edilmiş, bundan sonra həmin məhkəmə qətnaməsi əsasında sözügedən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 4,8315 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə üçüncü şəxs X10 adına dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin qeydiyyatı bələdiyyə qərarı ilə onun icarəsinə verilmiş 0,65 ha torpaq sahəsinə dair hissədə mübahisələndirir. Kollegiya qeyd edir ki, iddiaçının istifadəsində olan 0,65 ha torpaq sahəsinin bütövlükdə mübahisəli qeydiyyatın aparıldığı 4,8315 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi və sözügedən 0,65 ha torpaq sahəsinin 2007-ci ildən hazırkı vaxtadək iddiaçının istifadəsində olması işin mübahisə edilməyən halıdır. Belə ki, üçüncü şəxs X14 iddia ərizəsinə etiraz və şikayətinin dəlillərində göstərmişdir ki, ərinin öldüyü 2005-ci ildən sonra maliyyə imkanları cəhətdən sahibliklərində olan qeyriyaşayış sahəsi (əmlak kompleksi) və onun ərazisindəki 4,90 ha torpaq sahəsindən istifadə edə bilməmişlər, həmin torpaq sahəsinin bir hissəsindən qonşuluqda yerləşən torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı istifadəsinə icazə vermişlər. Daha sonra həmin torpaq sahəsinə dair onunla bələdiyyə arasında icarə müqaviləsi bağlandığından xəbər tutmuşlar. Həmin torpaq sahələrinin üst-üstə düşməsi tərəflər arasında olmuş mülki mübahisə zamanı alınmış ekspert rəyi ilə də müəyyən edilmişdir. Belə ki, işdən görünür ki, İddiaçı cavabdeh X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyə qərarı ilə onun icarəsinə verilmiş 0,65 ha torpaq sahəsinə dair cavabdehin adına verilmiş sənədlərin həmin hissədə ləğv edilməsini xahiş etmiş, Türfə İbrahimova isə İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq torpaq sahəsinin cavabdehin icarəsinə verilməsinə dair Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarı və 26 yanvar 2007-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin icraatında olmuş həmin 2(031)-2331/2016 nömrəli iş üzrə müvafiq torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinə dair Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 29 dekabr 2016-cı il tarixli, 29320 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarı ilə İddiaçı icarəsinə verilmiş 0,65 ha torpaq sahəsi X10 adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın verildiyi 4,8315 ha torpaq sahəsinə aid olmaqla, həmin sahələr üst-üstə düşür. Həmçinin, işin yuxarıda sadalanan hallarından müəyyən edilir ki, həm X14, həm də onun oğlu X12 ayrı-ayrı vaxtlarda cavabdeh Şabran rayonu, Gəndov bələdiyyəsinə qarşı müvafiq iddialarla inzibati məhkəməyə müraciət edərək 0,65 ha torpaq sahəsinin icarəsinə verilməsinə dair İddiaçı Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarını mübahisələndirmişlər. Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 2- 1(118)-13/2021 nömrəli qərardadı ilə Türfə İbrahimovanın iddiası onun mirasın əmlaka mülkiyyət hüququnu müəyyən edən Şabran Rayon Məhkəməsinin 2(031)-316 nömrəli qətnaməsi ləğv olunduğundan subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır. Habelə, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mübahisəli torpaq sahəsi yerləşən ərazinin orto-foto xəritəsindən çıxarışdan da müəyyən edilir ki, bələdiyyə qərarı ilə iddiaçının icarəsinə verilmiş 0,65 ha torpaq sahəsi üçüncü şəxs Türfə İbrahimovanın xüsusi mülkiyyətində olan 4,8315 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, həm mülki işdə alınmış ekspert rəyi ilə, həm də məhkəmə araşdırması zamanı bələdiyyə qərarı ilə iddiaçının istifadəsinə verilmiş 0,65 ha torpaq sahəsinin koordinatlarının hazırda üçüncü şəxsin adına hazırda mübahisələndirilən qeydiyyatın aparıldığı 4,8315 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir və bu işin mübahisə edilməyən halıdır. İşdən görünür ki, hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 31 yanvar 2018-ci il tarixli, 2(105)-603/2018 nömrəli qərardadı ilə üçüncü şəxsin adına mübahisəli qeydiyyatın aparılmasına əsas olmuş Şabran Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(031)-316 nömrəli qətnaməsi ləğv edilmiş, X10 mülkiyyət hüququnun və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, qeydiyyatın aparıldığı daşınmaz əmlak barəsində mübahisə mövcud olduğundan prosessual hüquq normalarının tələbinə əsasən işə xüsusi icraat qaydasında baxıla bilməz. Göründüyü kimi üçüncü şəxsin adına qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədin özü - Şabran Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(031)-316 nömrəli qətnaməsi ləğv edilmişdir. Kollegiya bu hesab edir ki, bu halın mövcudluğu özü-özlüyündə reyestrdə aparılmış qeydiyyatın ləğvi üçün əsas təşkil edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsində istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarları hüquqmüəyyənedici sənəd qismində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı mübahisəyə münasibətdə üçüncü şəxsin mübahisəli torpaq sahəsi üzərində hüququ da cavabdeh tərəfindən məhz məhkəmə qərarı əsasında dövlət qeydiyyatına alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı həmin məhkəmə qərarı - hüquqmüəyyənedici sənəd qüvvədə və etibarlı olduğu müddət ərzində həqiqi və etibarlıdır. Göründüyü kimi, üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənəd artıq hüquqi qüvvəsini itirmişdir, yəni qeydiyyatın hüquqi əsası aradan qalxdığından həmin sənəd əsasında aparılmış qeydiyyat və qeydiyyata dair çıxarış da ləğv olunmalıdır. Belə hallarda hüquqmüəyyənedici sənədin hüquqi qüvvəsini itirdiyini təsdiq edən müvafiq sənədin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın və müvafiq çıxarışın ləğvi üçün yetərli əsas kimi qəbul olunmalıdır. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda qeyd edilən 8.0.4-cü maddəsində göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları eyni zamanda daşınmaz əmlak üzərində hüquqlara xitam verilməsinin də dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Belə olan halda, hazırkı iş üzrə üçüncü şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanındığı Şabran Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(031)-316 nömrəli qətnaməsini ləğv edən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 2(105)-603/2018 nömrəli qərardadı onun həmin daşınmaz əmlak üzərində hüququnun xitamı əsası kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin adına dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın iddiaçıya məxsus 0,65 ha torpaq sahəsinə dair hissədə ləğv etməklə, düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: Apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2-1(118)-65/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar