Məhkəmə qərarları › İş №2-1(105)-259/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-259/2020

04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-259/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Zaur İkram oğlunun sədrliyi və məruzəsi ilə, Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə; Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X8 X4 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Müsür qızının cavabdeh Dövlət X6 Şuşa rayon şöbəsinə qarşı “1981-1986cı illər mərhum ərinin Şuşa rayon prokuroru vəzifəsində işləməsini nəzərə alaraq ona ailə başçısının itirməyə görə xx xxx 2010-cu il tarixdən pensiya hesablanan zaman, əmək haqqının ikiqat həcmdə olmaqla vəzifə maaşı 2250 manat(1125 x 2 = 2250), 30% qulluq stajına görə əlavə 675 manat (2250 x 30 % = 675), 1-ci dərəcəli hüquqşünas rütbəsinə görə əlavə 127 manat, ildə 4 dəfə ödənilməli olan mükafata görə əlavə 750 manat (2250 x 4:12 =750) cəmi 3802 manat orta aylıq əmək» haqqının 80%-nin 3041,60 manat 80%-i miqdarında 2433,28 manat məbləğlə, xx xxxxxx 2014-cü tarixdən isə vəzifə maaşı 2600 manat (1300x2=2600), 30%-i qulluq stajına görə əlavə-780 manat (2600x30%=780), 1-ci dərəcəli hüquqşünas rütbəsinə görə əlavə 127 manat ildə 4 dəfə ödənilməli olan mükafata görə əlavə 866,66 manat (2600 x 4:12 = 866,66) olmaqla, cəmi 4373,66 manat orta aylıq əmək haqqının 80%-nin 80-i (4373,66 x 80 % = 3498,93 x 80% = 2799,14) - 2799,14 manat məbləğlə yenidən hesablanaraq xx xxx 2010-cu il tarixdən bu günədək alınmayan məbləğin də ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməsinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 1358/2014 saylı xx.xx.2014-cü il tarixli qərarından cavabdeh DSMF-nin Şuşa rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Müsür qızı cavabdeh Dövlət X6 Şuşa rayon şöbəsinə qarşı “1981-1986-cı illər mərhum ərinin Şuşa rayon prokuroru vəzifəsində işləməsini nəzərə alaraq ona ailə başçısının itirməyə görə xx xxx 2010-cu il tarixdən pensiya hesablanan zaman, əmək haqqının ikiqat həcmdə olmaqla vəzifə maaşı 2250 manat(1125 x 2 = 2250), 30% qulluq stajına görə əlavə 675 manat (2250 x 30 % = 675), 1-ci dərəcəli hüquqşünas rütbəsinə görə əlavə 127 manat, ildə 4 dəfə ödənilməli olan mükafata görə əlavə 750 manat (2250 x 4:12 =750) cəmi 3802 manat orta aylıq əmək» haqqının 80%-nin 3041,60 manat 80%-i miqdarında 2433,28 manat məbləğlə, xx xxxxxx 2014-cü tarixdən isə vəzifə maaşı 2600 manat (1300x2=2600), 30%-i qulluq stajına görə əlavə-780 manat (2600x30%=780), 1-ci dərəcəli hüquqşünas rütbəsinə görə əlavə 127 manat ildə 4 dəfə ödənilməli olan mükafata görə əlavə 866,66 manat (2600 x 4:12 = 866,66) olmaqla, cəmi 4373,66 manat orta aylıq əmək haqqının 80%-nin 80-i (4373,66 x 80 % = 3498,93 x 80% = 2799,14) - 2799,14 manat məbləğlə yenidən hesablanaraq xx xxx 2010-cu il tarixdən bu günədək alınmayan məbləğin də ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2-1(85)- 1358/2014 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim Z.Pirverdiyev) Qərardan narazı qalan cavabdeh xx xxxx 2020-ci il tarixdə həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə iddiaçının iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət X6 Şuşa şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsi ilə əvəz edilmişdir. (hakim F.Zeynallı). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi, apellyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olma məsələsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti xx.xx.2014-cü il tarixli müşayiətedici məktubla “Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Şuşa rayon şöbəsi” tərəfindən xx.xx.2014-cü il tarixdə şəxsən qəbul edilmişdir. Yuxarıda sadalanan inzibati prosessual normaların tələbinə əsasən, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. (iş materiallarının 32-ci vərəqi) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdehin mübahisələndirdiyi qərarın nəticə hissəsində şikayət vermənin qaydası (veriləcək şikayətin Sumqayıt-İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə ilə verilməsi), müddəti (şikayətin 30 gün müddətində verilməsi), şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı (yurisdiksiya qaydalarına uyğun olaraq şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmalı olması və həmin məhkəmənin ünvan 4 ünvanda yerləşməsi) dəqiq və konkret qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt-İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Halbuki, onun həmin qərardan şikayət verməsinin son müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin iş materiallarından göründüyü kimi, hazırki iş üzrə cavabdeh tərəfindən məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası xidməti vəzifəsindən istifadə etməklə apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün xx xxxxx 2020-ci il tarixə məhkəmə iclasının təyin edilməsi barədə cavabdeh - DSMF-nin Şuşa rayon şöbəsinə göndərilmiş xx xxxx 2020-ci il tarixli məhkəmə bildirişində hüquqi yardım göstərərək, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü qeyd etmiş və ötürülmüş prosessual müddətin bərpasına dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 xx xxxxxx 2014cü il tarixli məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən xx xxxxxx 2014-cü il tarixli qərardan apellyasiya şikayəti onun verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülməklə verildiyindən, məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq bu müddətin bərpası ilə bağlı hər hansı ərizə məhkəməyə təqdim olunmadığından, başqa sözlə, ötürülmüş müddətin üzrlü səbəblərdən buraxılması xahiş edilmədiyindən, verilmiş apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə 1-ci instansiya məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət cavabdeh tərəfindən ötürüldüyündən və bu müddətin bərpası ilə bağlı ərizə təqdim edilmədiyindən cavabdehin apellyasiya şikayəti mümkün sayılmamalı və bununla da аpellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Kollegiya bir məqama da diqqət yetirməyi vacib sayır ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh hazırki iş üzrə yeni açılmış halların müəyyən olunduğunu iddia edir və bu səbəbdən də qərar ləğv olunaraq işə yenidən baxılmasını xahiş edir. Cavabdehin bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, İPM-in 100-cü maddəsində deyilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Göründüyü kimi, inzibati prosessual qanunvericiliyin tələbinə görə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutlar aşkar edildikdə bu zaman apellyasiya şikayəti deyil, yeni açılmış hallarla bağlı ərizə verilməlidir. Həm də bu ərizə daha yuxarı instansiya məhkəməsinə deyil, həmin məhkəmə qərarını qəbul etmiş məhkəməyə verilir. Bu, onunla bağlıdır ki, apellyasiya şikayətinin verilməsində məqsəd işə baxmış aşağı instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün riayət edilib-edilməməsini aşkara çıxarmaqdan ibarətdir. Əgər yuxarı instansiya məhkəməsi şikayət həddində işə baxaraq maddi və prosessual hüquq normalarının pozulması halını aşkara çıxararsa, o, tam hüquqlu məhkəmə kimi məhkəmə qərarını ləğv edib yeni qərar qəbul etmək səlahiyyətinə malik olur. Yeni açılmış hallarla bağlı ərizəyə münasibətdə isə qanunverici ona görə həmin məhkəməyə ərizə verilməsini tələb edir ki, yaranmış vəziyyət müstəsna hal olduğu üçün işə baxılarkən məhkəməyə və tərəflərə məlum olmayan halların sonradan aşkara çıxması məhkəmə səhvi kimi qiymətləndirilməməlidir və qanunverici həmin məhkəməyə səlahiyyət verir ki, zərurət olduqda yeni halla əlaqədar qəbul etdiyi qərarı özü ləğv etsin. Belə olduğu təqdirdə cavabdehə izah olunmalıdır ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə qərarı qəbul etmiş məhkəməyə müraciət etməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2-1(85)- 1358/2014 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsitərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: ünvan 6 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 7 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Elman Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar