Məhkəmə qərarları › İş №2-1(105)-259/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-259/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-259/2022 03.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Siyəzən rayon Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Siyəzən rayon Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2-1(118)-950/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı ünvan 1 ünvanına dair Siyəzən rayon notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşamış, atası, anası, 2 bacısı və o həmin ünvanda qeydiyyatda olmuşlar, orada yaşamışlar. Hal-hazırda o və bacısı X4 həmin ünvanda qeydiyyatdadırlar. İddiaçı 3-cü qrup əlildir, hərbi xidmətdə MAXE olmuş, kiçik çavuşdur. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Anası 24.11.2014-cü ildə vəfat edib. Hal-hazırda həmin mənzildə qeydiyyatda o və bacısıdır. Bu yaxınlarda xəbər tutmuşdur ki, dayısının həyat yoldaşı X1 tikilən yeni 5 mərtəbəli binada 3 otaqlı mənzil alıb. İddiaçı özü xəstəliyi ilə əlaqədar Bakıda qalır, tez-tez müalicə və müayinələri olur. 3 hərbiçi yoldaşı ilə bir evdə qalırlar. Dayısının həyat yoldaşı ona bildirir ki, sənin bu mənzildə heç bir hüququn yoxdur. Bildirir ki, mənzil əvvəllər Siyəzənneft NQÇ-nin MTŞ-nin balansında olub. 2000-ci ilin əvvəllərindən Siyəzən Rayon İcra Hakimiyyətinin balansına verilib. Lakin, onun doğulduğu vaxtdan yaşadığı bu mənzildən istifadə hüquqları mövcuddur. Onların mənzili alan şirkətlə dayısının həyat yoldaşı arasındakı müqavilədə mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxs kimi onun da razılığı, notariusda bağlanmış müqavilədə imzası olmalı idi. Müqavilə qanunsuz bağlandığından etibarsız hesab edilməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2-1(118)-950/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia tələbinin predmetinin dövlət notariusları tərəfindən həyata keçirilən xidmət növlərinə aid olmayan, yəni notariusun üzərinə əqdləri və etibarnamələrin etibarsız hesab edilməsi öhdəliyinin qoyulması ilə bağlı iddiaçının iddia tələbinə inzibati icraat qaydasında deyil, mülki mühakimə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri İddiaçı şikayətində göstırir ki, onun doğulduğu vaxtdan yaşadığı mənzildən istifadə hüquqları mövcuddur. Mənzili alan "xxxx" Tikinti Şirkəti ilə dayısının həyat yoldaşı arasındakı müqavilədə mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxs kimi onun da razılığı, notariusda bağlanmış müqavilədə imzası olmalı idi. Notariat hərəkətlərinin aparılması haqqında təlimatın 49-cu maddəsində göstərilir ki, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Göründyü kimi, müqavilənin bağlanması zamanı notariat orqanı öz vəzifələrini lazımi qaydada icra etməmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsindən göründüyü kimi, hazırki mübahisənin mahiyyəti notariusda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədədir. İddiaçı müqavilənin bağlanması zamanı notariat orqanının öz vəzifələrini lazımi qaydada icra etməməsi səbəbindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşdən görünür ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Siyəzən rayon dövlət notariat ofisini göstərsə də, onun irəli sürdüyü tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir. Belə ki, hazırkı mübahisə cavabdehin ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yaranmamış, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmir. Birinci instansiya məhkəməsi öz qərardadında “Notariat haqqında” qanunun müvafiq maddələrinə istinad etməklə qeyd edilən münasibətlərə dair ətraflı hüquqi mövqe bildirmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Ali Məhkəmənin Plenumunun 24.12.2021-ci il tarixli 12 saylı qərarı ilə olan redaksiyada) qeyd edilir ki, “aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda və iddiaçıya cavabdehin olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etmə hüququnun olmasını bildirməkdə düzgün nəticəyə gəlmişdir. Beləliklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün əsaslar mövcud olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2-1(118)-950/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 6 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar