Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-259/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X16 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Novxanı kəndində yerləşən 864 nömrəli bağ evinin yerləşdiyi 500 kv.m torpaq sahəsinin mərhum X17 mülkiyyətində olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2-1(118)-2432/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X3 Abşeron rayon XDS İcrayyə Komitəsinin 150-5 saylı qərarına əsasən Novxanı kəndi ərazisində 500 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Məhəmmədiyyə Hacıyev həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirdikdən sonra fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarını qeydə aldıraraq qeydiyyat vəsiqəsi əldə etmiş və 02 aprel 1998-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 rayonunda yerləşən Novxanı bağ sahəsində olan 1 otaqdan ibarət 864 nömrəli bağ sahəsini qonşusu X7.
3. Fərdi yaşayış evinə dair Məhəmmədiyyə Hacıyevin adına verilmiş 11943 saylı qeydiyyat vəsiqəsində yalnız 33,5 kv.m ibarət olan bağ evi qeydə alınmışdır. Lakin bağ evinə verilmiş texniki pasportda qeyd olunan fərdi yaşayış evi 69 kv.m torpaq sahəsinin üzərində inşa edilməsi, həmin fərdi yaşayış evinin həyatyanı sahəsinin isə 558 kv.m təşkil etməsi qeyd olunmuşdur.
4. X22 qonşuluqda olan 0.0952 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydə aldırmış, lakin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi bağ evi və onun həyatyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydə aldırmadan xx.xx.2018-ci ildə vəfat etmişdir.
5. X17 mülkiyyətində olan 0.0952 ha torpaq sahəsi ilə notarial qaydada əldə etdiyi bağ evinin 500 kv.m həyətyanı torpaq sahələri birləşdirilmişdir.
6. Hazırkı iddia tələbi üzrə iddiaçı mərhum Faiq İbadovun arvadı olmuş və mərhumdan miras qalmış əmlakın vərəsəlik qaydasında qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etmişdir.
7. Daha sonra, İddiaçı mərhum əri tərəfindən əldə etdiyi 500 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina etmişdir.
8. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqinin olduğu, təqdim edilmiş qərarın arxiv baza məlumatlarında aşkarlanmadığı, həmçinin torpaq sahəsinin sözügedən qərar əsasında X22 tərəfindən əldə edilməsinə dair hər hansı bir keçid sənədinin müəyyən edilməməsi aşkar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı qəsəbəsi, 864 nömrəli bağ sahəsinin konfiqurasiyası ilə əlaqədar aparılmalı olan işlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 aprel 1998-ci il tarixdə həyat yoldaşı X22 X2 Abşeron rayonunun 864 nömrəli bağ sahəsində yerləşən bağ evi almışdır. Bu müqavilə Abşeron rayonu 2 saylı Dövlət notariat kontoru tərəfindən təsdiqlənmişdir. Həmin dövrdən əri və o qeyd edilən bağ evindən istifadə etməyə başlamış və həyat yoldaşı 864 №-li bağ sahəsini özəlləşdirmişdir. xx.xx.2018-ci il tarixdə əri Faiq İbadov vəfat etmişdir. Onun ölümündən sonra vərəsəliklə bağlı sənədləşdirilmə aparılarkən məlum olmuşdur ki, hələ sağ ikən o, 14 may 2011-ci il tarixdə sözügedən bağ sahəsinin özəlləşdirilməsi ilə məşğul olması üçün X13 etibarnamə vermiş, lakin sonuncu tərəfindən bu edilməmiş və 864 №-li bağ sahəsi bu günədək özəlləşdirilməmişdir. Bu haqda məlumat aldıqdan sonra qeyd edilən bağ sahəsinin özəlləşdirilməsi məqsədilə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin 07 yanvar 2022-ci il tarixli **********82 nömrəli məktubla tələbi təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayonu, Novxanı kəndində yerləşən 884 nömrəli bağ evinin yerləşdiyi 500 m2 torpaq sahəsinin üzərində mərhum X17 adına mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evinin torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu, təqdim edilmiş qərarın arxiv baza məlumatlarında aşkarlanmadığı, həmçinin torpaq sahəsinin sözügedən qərar əsasında X22 tərəfindən əldə edilməsinə dair hər hansı bir keçid sənədinin olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2-1(118)-2432/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayonu Novxanı kəndində yerləşən 864 nömrəli bağ evinin yerləşdiyi 500 m2 torpaq sahəsinin üzərində mərhum X17 adına mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov)
14. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 1-ci arqument ilə bağlı məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin konfiqurasiyasının torpaqların birləşdirilməsi nəticəsində dəyişdirilməsi mümkün olan bir haldır. Nəzərə alınmalıdır ki, 864 saylı bağ evinin həyatyanı torpaq sahəsinin koordinatları mövcud olmadığına görə "xxxx" MMC məhkəmənin sorğusuna cavab olaraq 558 kv.m torpaq sahəsinin mülkiyyətçisi barədə məlumat verilməsini mümkün olmamışdır. Belə olduğu tədqirdə 864 saylı bağ evinin 558 kv.m həyatyanı torpaq sahəsinin yerləşdiyi yerin konfiqurasiyasının hansı formada olması haqqında məlumatın cavabdeh təşkilat tərəfindən əldə etməsi məlum olmur. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, cavabdeh təşkilatın konfiqurasiya ilə bağlı gətirdiyi dəlil əsassızdır.
15. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumenti də məhkəmə əsassız sayaraq qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, mübahisə predmeti olan 500 kv.m torpaq sahəsi Faiq İbadova deyil, həmin torpaq sahəsinin ilkin sahibi olan X3 Abşeron rayon XDS İcrayyə Komitəsinin 150-5 saylı qərarı əsasında ayrılmışdır. Sonradan həmin torpaq sahəsinin üzərində 1 otaqlı fərdi yaşayış evi inşa edilərək üzərində mülkiyyət hüququ qeydə alınmış və 02 aprel 1998-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Faiq İbadova satılmışdır. Belə olduğu tədqirdə cavabdeh təşkilat tərəfindən torpaq sahəsinin Faiq İbadovun deyil Məhəmmədiyyə Hacıyevin adına ayrılmasının hüquqi əsaları müəyyən edilməli idi. İnzibati orqan inzibati icraat çərçivəsində qeyd olunan qərarın həqiqiliyini müəyyən etmək əvəzinə sənədin arxiv kötüyünün olmamasına istinad etməklə kifayətlənmişdir. Hesab olunur ki, inzibati orqan tərəfindən həmin sənədin qeyri-həqiqiliyi müəyyən edilmədiyi tədqirdə mötəbərlik prinsipi əsasında sənəd həqiqi hesab edilməlidir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X14 iddia ərizəsinə etiraz ilə eyni məzmunlu izahat vermişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, apellyasiya şikayətinin təmin edilməməsini və Abşeron rayonu, Novxanı kəndində yerləşən 864 nömrəli bağ evinin yerləşdiyi 500 kv.m torpaq sahəsinin mərhum X17 mülkiyyətində olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
23. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
24. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 25.Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
26. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
27. Maddə 21. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. 21.2. Daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir.
28. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı:
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; ...1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; ...2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
31. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
32. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
34. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
35. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
37. Əvvala, məhkəmə kollegiyası iddia ərizəsinə dəqiqləşmə barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikas İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
38. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
39. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
40. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
41. İşin hallarından görünür ki, X3 Abşeron rayon XDS İcrayyə Komitəsinin 150-5 saylı qərarına əsasən Novxanı kəndi ərazisində 500 kv.m torpaq sahəsi ayrılmışdır. Məhəmmədiyyə Hacıyev həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirdikdən sonra fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarını qeydə aldıraraq qeydiyyat vəsiqəsi əldə etmiş və 02 aprel 1998-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 rayonunda yerləşən Novxanı bağ sahəsində olan 1 otaqdan ibarət 864 nömrəli bağ sahəsini X7. Fərdi yaşayış evinə dair Məhəmmədiyyə Hacıyevin adına verilmiş 11943 saylı qeydiyyat vəsiqəsində yalnız 33,5 kv.m ibarət olan bağ evi qeydə alınmışdır. Lakin bağ evinə verilmiş texniki pasportda qeyd olunan fərdi yaşayış evi 69 kv.m torpaq sahəsinin üzərində inşa edilməsi, həmin fərdi yaşayış evinin həyətyanı sahəsinin isə 558 kv.m təşkil etməsi qeyd olunmuşdur. X22 qonşuluqda olan 0.0952 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydə aldırmış, lakin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi bağ evi və onun həyatyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydə aldırmadan xx.xx.2018-ci ildə vəfat etmişdir. X22 mülkiyyətində olan 0.0952 ha torpaq sahəsi ilə notarial qaydada əldə etdiyi bağ evinin 500 kv.m həyatyanı torpaq sahələrini birləşdirmişdir.
42. Cavabdehin iddiaçının hüququnu qeydə almaqdan imtina əsası və apellyasiya şikayətinin eyni dəlili – bağ evinin torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən ver arasında konfiqurasiya fərqi olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, X17 üzərində mülkiyyət hüququnun qeydə alındığı 0.0952 ha torpaq sahəsi ilə alqısatqı müqaviləsi əsasında əldə etdiyi bağ evi və onun həyətyanı torpaq sahəsi birləşdirilmişdir. Torpaq sahələri birləşdiriliyindən konfiqurasiya fərqinin olması mümkün haldır.
43. Cavabdehin iddiaçının hüququnu qeydə almaqdan imtina əsası və apellyasiya şikayətinin digər dəlili - təqdim edilmiş qərarın arxiv baza məlumatlarında aşkarlanmaması və torpaq sahəsinin sözügedən qərar əsasında X22 tərəfindən əldə edilməsinə dair hər hansı bir keçid sənədinin müəyyən edilməməsi ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının sorğusu əsasında Abşeron Rayon Dövlət Arxivindən əldə edilmiş arxiv arayışından müəyyən olunur ki, Abşeron rayon XDS İcraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli 150/6 №-li qərarı ilə Abşeron rayonu bağçılıq-yoldaşlıq birlikləri yaradılmış və birliyə daxil olan hər bir üzvə, o cümlədən, X8 torpaq sahəsi verilmişdir.
44. Məhkəmənin sorğusu əsasında Azərbaycan Republikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş 02 aprel 1998-ci il tarixdə 3M- 1-133 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, Novxanı bağ sahəsində yerləşən 864 nömrəli bağ evi üzərində Abşeron rayon XDS İcraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli 150/6 №-li qərarı əsasında X6 mülkiyyət hüququ qeydə alınmış və buna dair qeydiyyat vəsiqəsi verilmişdir. 02 aprel 1998-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X9 mülkiyyətində olan Novxanı bağ sahəsində yerləşən 864 nömrəli bağ evini X7.
45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər.
46. Yuxarıda sadalanan qanunvericilik aktları normalarından göründüyü kimi mübahisəli torpaq sahəsi üzərində X17 mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsaslar mövcud olmuşdur.
47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
48. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan qanunvericilik aktları normalarını nəzərə alaraq hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığından, cavabdehin imtinası qanuni hesab edilə bilməz və cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır.
49. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlsə də, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verildiyindən və həmin ərizə icraata qəbul edildiyindən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Abşeron rayonu, Novxanı kəndində yerləşən 864 nömrəli bağ evinin yerləşdiyi 500 kv.m torpaq sahəsinin mərhum X17 mülkiyyətində olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdir.
50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2-1(118)-2432/2022 nömrəli qərarı dəyişdirilsin. Abşeron rayonu, Novxanı kəndində yerləşən 864 nömrəli bağ evinin yerləşdiyi 500 kv.m torpaq sahəsinin mərhum X17 mülkiyyətində olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.