Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-26/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)- 1927/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletə əsasən iddiaçı 03 may 1979-cu il tarixdən 04 may 1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sumqayıt Kimya Zavodunda, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək sovxozda, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azneftkimyaquraşdırma” trestində, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək X3 “Balkanabat” yod zavodunda, xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək “Tələbat-Ə” firmasında, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" ASC-də, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-də, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. İddiaçı 04 aprel 2022-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 22 aprel 2022-ci il tarixli, **********6 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan ИТ-İ nömrəli ******* nömrəli əmək kitabçasında xx.xx.1996xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Tələbat-Ə” firmasında çilingər vəzifəsində və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də quraşdırıcı işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün qeyd edilən dövrlərin iş stajına daxil edilməsi mümkün olmamışdır. Bu baxımdan, 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az (19 gün (xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Belə olan halda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, xx.xx.1985-xx.xx.1986-cı illərdə Türkmənkimya” Dövlət Konserni “Balkanabat Yod zavodu” nda beşinci kateqoriyalı çilingər vəzifəsində, xx.xx.1986xx.xx.1996-cı illərdə beşinci kateqoriyalı texniki avadanlıqların təmiri üzrə növbətçi mexanik vəzifəsində işləmişdir. Həmin müəssisə tərəfindən bununla bağlı 01/665 saylı, xx.xx.2019-cu il tarixli arayış verilmişdir. Çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahının 8-ci bölməsinin, 1-ci yarımbölməsində qeyd olunmuş kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellerin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın (nəzarət-ölçü cihazları və ventilyaslyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin maxniki (kodu: 1080A010) vəzifəsidir. xx.xx.2005-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixlərdə isə 1 nömrəli siyahının 7-ci bölməsinin, 10A yarımbölməsində qeyd olunmuş ərinmiş metalda elektrolitik üsulu ilə metalların alınması sahəsində vannaların təmirində quraşdırıcı (kodu: 1071200a-14568) vəzifəsində işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01 saylı arayış da bunu təsdiq edir. 2 nömrəli siyahı üzrə onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququ vardır. Əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən artıq, güzəştli iş stajı ilə 10 ildən artıqdır. "xxxx" ASC-nin, "xxxx" MMC-nin, “Balkanabat” Yod zavodunun güzəştli arayışlarına əsasən onun 1 nömrəli siyahı üzrə edilmiş 12,5 ildən artıq güzəştli iş stajına malikdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-1927/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019cu il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim: L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1996xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Təlabat-Ə” firmasında çilingər vəzifəsində və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödəməməsinin vətəndaşın ziyanına şərh edilməsi yolverilməzdir və bu hal vətəndaşın məsuliyyətinə səbəb ola bilməz. Güzəştli iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının “Turkmenkimya” Dövlət Konserni “Balkanabat” yod zavodunda işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısının Vİİİ bölməsində qeyd edilən 1080A00—17541A şifri ilə göstərilən peşəyə (tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) uyğun gəlir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 17 il 1 ay 18 gün (xx.xx.1978xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1996-cı il, xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 19 gün (xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir. İddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək (7 il 1 ay 27 gün) “Tələbat-Ə” firmasında çilingər vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək (2 il 16 gün) "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləməsi faktı aparılan araşdırma nəticəsində öz təsdiqini tapmadığından sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Həmin müəssisələrin rəsmi qeydiyyata alınmaması o deməkdir ki, qeydiyyata alınmazdan əvvəl məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat təqdim etməmiş, Dövlət Sosial Müdafiə Fondu ilə hesablaşma aparılmamışdır. Həmçinin, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1996-cı il tarixləri ərzində X3 “Balkanabat” yod zavodunda işlədiyi peşə birinci instansiya məhkəməsinin əsaslandırma hissəsində qeyd edilən 1 nömrəli Siyahının Vİİİ bölməsində qeyd edilən 1080A00—17541A şifri ilə göstərilən peşəyə (tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) uyğun gəlmir. Bu səbəbdən, həmin dövrlərin güzəştli iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunla tələb olunan 20 il ümumi, 10 güzəştli iş stajı olmadığından ona 52 yaşından pensiya təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş (Azərbaycan Respublikasının 1996-cı il 21 may, 78 nömrəli Qanunu ilə təsdiq edilmişdir): Maddə 1. Sazişin 6 və 7-ci maddələrində nəzərdə tutulan hallardan başqa, Tərəflərin vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları Tərəflərin vəsaiti hesabına və qanunvericiliyinə əsasən səlahiyyətli idarələri Tərəfindən həyata keçirilir. Maddə 3. Pensiya hüququnun, o cümlədən güzəştli şərtlərlə və xidmət illərinə görə pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və ya Türkmənistanın ərazisində qazanılmış iş stajı, həmçinin keçmiş SSRİ tərkibinə daxil olan digər dövlətlərin ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış iş stajı da nəzərə alınır.
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı
İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə olmuşdur. Apellyasiya instansiyasında icraat zamanı isə iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (3 il 4 ay 3 gün (xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr) olduğunu bildirərək müraciətin icrasından imtina etmişdir. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğu üçün 60 yaşına çatması və 25 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən ilkin imtinada iddiaçının həm ümumi, həm də güzəştli iş stajını mübahisələndirsə də, iddiaçının xx.xx.2022-ci il tarixdən pensiya təyin edilməsi ilə bağlı müraciətinə verdiyi sonuncu imtina məktubunda iddiaçının yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Bununla belə, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2011ci il tarixədək (xx.xx.2009-xx.xx.2011-ci il tarixlərində ödənişsiz məzuniyyətdə olmuşdur), xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işləmiş (ödənişsiz məzuniyyətdə olduğu dövr istisna olmaqla 33 il 07 ay 24 gün), 03 may 1979-cu il tarixdən 04 may 1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. (02 il). Cavabdeh ilkin dəlillərində iddiaçının xx.xx.1996-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Tələbat-Ə” firmasında, eləcə də, xx.xx.2003-xx.xx.2005-ci il tarixlərində "xxxx" MMC-də işlədiyi faktının aparılan araşdırma ilə təsdiq edilmədiyini, həmçinin, müəssisələrin hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmadığını, bununla da onlar tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənildiyinin müəyyən edilmədiyini bildirərək həminn dövrləri ümumi iş stajına daxil etməmişdir. “Tələbat-Ə” firmasında və "xxxx" MMC-dəki iş fəaliyyəti dövrünə münasibətdə kollegiya bildirir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək “Tələbat-Ə” firmasında, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyi göstərilmişdir. Həmin müəssisələrin fəaliyyəti, dövlət qeydiyyatına alınıb-alınmaması ilə bağlı müvafiq məlumatların əldə edilməsi üçün məhkəmə kollegiyası tərəfindən aidiyyəti orqanlara sorğular verilsə də, cavablardan müvafiq məlumat əldə edilməsi mümkün olmamışdır. Lakin, kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Mübahisələndirən dövrlər ərzində də iddiaçının “Tələbat-Ə” firmasında və "xxxx" MMC-də işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, qeyd olunan maddənin tələbləri baxımından əmək kitabçası, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər olunmalı və həmin kitabçada nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Digər tərəfdən, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə "xxxx" MMCnin fəaliyyəti ilə bağlı müvafiq sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, "xxxx" MMC xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsində qeydiyyata alınmış (VÖEN 2********), xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatı ləğv edilmiş və həmin qurum kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Eləcə də, həmin müəssisə tərəfindən iddiaçı barəsində verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək orada işləmiş, 2004-cü ilin iyul ayında, 2005-ci ilin iyul-dekabr ayları ərzində ödənişsiz məzuniyyətdə olmuş, qalan dövr ərzində ona əmək haqqı ödənilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh iddiaçının "xxxx" MMC-də işlədiyi 01 il 05 ay 16 günlük dövr, eləcə də “Tələbat-Ə” firmasında işlədiyi 7 il 1 ay 27 günlük dövrü ümumi iş stajına daxil etməyərkən haqlı olmamışdır. Odur ki, qeyd olunan dövrlər iddiaçının ümumi iş stajına daxil edilməlidir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.2005xx.xx.2009-cu il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə, 03 il 04 ay 03 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" ASC-də quraşdırıcı vəzifəsində işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının 10-cu bölməsinin 10a yarımbölməsinin (ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması) 1071200a-14568 koduna uyğun vannaların təmirində quraşdırıcılar peşəsində, xx.xx.2007-ci ildən xx.xx.2009-cu il tarixədək isə NK-nın 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 7-ci bölməsinin 10a yarımbölməsində (ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması) göstərilən vannaların təmirində quraşdırıcılar peşəsində işləmiş, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçının işlədiyi quraşdırıcı peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının Vİİ. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin 1071200a—14568 kodu ilə vannaların təmirində quraşdırıcılar, eləcə də Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının eyni adlı 7-ci bölməsinin 7.10-cu yarımbölməsində (ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması) vannaların təmirində quraşdırıcılar peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Cavabdeh güzəştli stajla bağlı iddiaçının xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1996-cı il tarixləri ərzində X3 “Balkanabat” yod zavodunda çilingər və qazanxana rəisi vəzifələrində işlədiyi dövrü mübahisələndirərək şikayətinin dəlillərində həmin vəzifələrin birinci instansiya məhkəməsinin qərarında istinad etdiyi 1 nömrəli Siyahının Vİİİ bölməsində qeyd edilən 1080A00—17541A şifri ilə göstərilən peşəyə uyğun gəlmədiyini bildirmişdir. Mübahisələndirilən həmin dövrlə bağlı qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasından və X3 “Balkanabat” yod zavodu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli güzəştli arayışdan görünür ki, o, xx.xx.1985-xx.xx.1986-cı il tarixlərində həmin zavodda çilingər, xx.xx.1986-xx.xx.1996-cı il tarixlərində isə qazanxana rəisi vəzifələrində işləmişdir (10 il 02 ay 11 gün). İddiaçının işlədiyi sözügedən peşələrin güzəştli şərtlərlə pensiya hüququn verən peşələr olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası ərazisində analoji fəaliyyətlə məşğul olan "xxxx" MMC-yə sorğu ilə müraciət edilmiş, həmin müəssisə kollegiyanın sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubu ilə müəssisədə yod istehsalı sahəsində çalışan işçilərin əmək şəraitinin ağır olduğunu, çilingər və qazanxana rəisi vəzifələrinin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının Vİİİ. Kimya istehsalı bölməsinin 1080A010 koduna əsasən güzəştli şərtlər pensiya hüququ verən vəzifələr olduğunu bildirmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının yod istehsalatında işlədiyi çilingər və qazanxana rəisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00—17541 kodlu “A” yarımbəndinin 1080A010 şifrində göstərilən peşələrə - A. Tam iş günü aşağıda sadalanan (yod, onun birləşmələri) istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri uyğun gəlir. Qeyd edilməlidir ki, pensiya təminatı sahəsində Azərbaycan Respublikası Türkmənistan Respublikası ilə ikitərəfli sazişlər imzalamış və bu saziş AR tərəfindən ratifikasiya edilmişdir. Vətəndaşların AR-nın saziş bağladığı dövlətlərlə qazandığı sığorta stajı həmin sazişlərdə nəzərə tutulan qaydada hesablanır. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən 03 il 04 ay 03 günlük dövrlə birlikdə 12,5 ildən artıq (13 il 06 ay 14 gün) güzəştli iş stajına malik olduğu müəyyən edilir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilməli, iddiaçıya xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-1927/2022 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.