Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-260/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, X, İddiaçı, vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, e-2-N(NN8)-2990/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən xx xxxxxx N974-cü il təvəllüdlü İddiaçı 2 iyul N992-ci il tarixdə N №-li hərbi hissəyə, N yanvar N993-cü il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, N dekabr N994-cü il tarixdə “uzun müddət müalicədə olması” səbəbi ilə hərbi hissənin sırasından çıxarılmışdır.
2. N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli, 363 nömrəli əmrindən çıxarışa əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirinin 278 nömrəli fərmanına əsasən N nömrəli h/h-dən uzun müddət müalicədə olduqlarına görə sıravi İddiaçı Həzərətqulu oğlunun h/h-nin ş/h siyahısından çıxarılması, bütün növ təminatların dayandırılması, hərbi biletinin X6 etmə məntəqəsinə göndərilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25 aprel 20N6-cı il tarixli, 379 nömrəli qərarına əsasən Dəvəçi RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun 9 oktyabr 2006-cı il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 22 fevral N993-cü il tarixdə aldığı və 22 fevral N993-cü il tarixdən NN mart N993-cü il tarixə kimi 25N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Başın təpə nahiyyəsinin qəlpə yaralanması və sol sağrının dəlibkeçən güllə yaralanması” (Azərbaycan Respublikası SHXÇDX-nin Siyəzən rayon bölməsinin 3 mart 20N6-cı il tarixli 52 nömrəli göndərişi, 3 mart 20N6-cı il tarixli 75 nömrəli arayışı, 25N nömrəli hərbi hissədən verilmiş NN mart N993-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İnformasiya və Statistika İdarəsinin N5 mart 20N7-ci il tarixli, N37 nömrəli “Ambulator, stasionar xəstənin tibb kartasından çıxarış”dan görünür ki, İddiaçı 3N yanvar 20N7-ci il tarixdə stasionar üzrə daxil olmuş, 9 mart 20N7-ci il tarixdə çıxmışdır.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 yanvar 20N9-cu il tarixli, **********5 nömrəli məktubuna əsasən, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 03N7003AACCZ saylı göndərişi əsasında N7 oktyabr 20N7ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. İddiaçı N3 mart 20N8-ci il tarixdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 28 noyabr 20N6-cı il tarixli 9/4 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş müraciətləri üzrə əlilliyin təkrar qiymətləndirilməsi barədə Təlimat”-ın 2.2. bəndinə müvafiq olaraq Xidmətdə əyani müayinə edilmişdir. Müayinə zamanı xəstənin hazırkı vəziyyətinin müayinələrlə dəqiqləşdirilmədiyinə və yekun qərar verilməsi üçün xəstəliyin ağırlıq dərəcəsini təsdiq edən tibbi sənədlər təqdim edilmədiyinə görə ətraflı klinik, laboratorinstrumental müayinəyə ehtiyac zərurəti yaranmışdır. Buna görə İddiaçı əlavə ixtisaslaşmış müalicə və müayinə qərarı verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 03N7003AACJ3 saylı göndərişi əsasında 6 iyun 20N8-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə imtina qərarı verilmişdir. İddiaçı səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş rəsmiləşdirildiyi halda, Nazirlər Kabinetinin NN noyabr 20N6-cı il tarixli 446 nömrəli qərarına uyğun olaraq əlillik vəziyyəti qiymətləndirilib, müvafiq qərar veriləcəkdir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 2 fevral 2022-ci il tarixli, 4/2-607 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N iyul N992-ci il tarixli N05 nömrəli əmrilə (əsas: §-N, səh-4N, sıra-3; qeyd: əmrdə atasının adı “Həsənqulu” yazılmışdır) İddiaçı Həsənqulu oğlu tədris batalyonunun tərkibinə daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli N02 nömrəli əmrilə (əsas: §-2, səh-6, sıra-6) İddiaçı tədris batalyonunun tərkibindən çıxarılaraq N5 avqust N992-ci il tarixdən alayın ehtiyat batalyonunun tərkibinə daxil edilmişdir. Uzun müddət müalicədə olduğuna görə sıravi Quliyev X4 Nazirinin 278 nömrəli fərmanına əsasən N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli 363 nömrəli əmrilə (əsas: §-NN, səh-3N, sıra-68; qeyd: əmrdə atasının adı “Həzərətqulu” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi bileti X6 etmə məntəqəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar-fevral N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin N5 dekabr 2023-cü il tarixli, 2/2-N2353 nömrəli məktubundan görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 5 dekabr 2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 22 sentyabr 2023-cü il tarixli, N337 nömrəli arayışına və 25N nömrəli hospitalın müalicədə olması barədə xəstəlik epikrizinə əsasən NN mart N993-cü il tarixdən (müalicədən) sonra xidmət yerinə qayıtması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.
8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 22 fevral 2024-cü il tarixli, 605 nömrəli və 3N may 2024-cü il tarixli, N626 nömrəli məktublarından görünür ki, N () nömrəli hərbi hissə komandirinin N iyul N992-ci il tarixli N05 nömrəli əmrində (əsas: §N, sıra-3, səh.-4N; qeyd: əmrdə atasının adı “Həsənqulu” yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) həqiqi hərbi xidmətə çağırılmış İddiaçı Həsənqulu oğlunun N iyul N992-ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilməsi barədə məlumat vardır. N () nömrəli hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli N02 nömrəli əmrilə (əsas: sıra-6, səh.- N2; qeyd: əmrdə hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) İddiaçı N5 avqust N992-ci il tarixdən alayın ehtiyat batalyonuna verildiyi üçün tədris batalyonunun siyahısından çıxarılmışdır. Uzun müddət müalicədə olduğu üçün sıravi İddiaçı Həzərətqulu oğlu Azərbaycan Respublikası Müdafiə Nazirinin 5 sentyabr N994-cü il tarixli 278 nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli 363 nömrəli əmrilə (əsas: §NN, sıra-68, səh.-3N; qeyd: əmrdə atasının adı “Həzərətqulu” yazılmış, vəzifəsi qeyd olunmamışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, hərbi bileti X6 etmə Məntəqəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il və yanvar-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır.
9. Ağdam Hərbi Prokurorluğunun 3N may 2024-cü il tarixli, 3-3-N70/2- 0N93N5/2024 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin N0 iyun 2024-cü il tarixli, 3-N7-4/2-N6034/2024 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin 03N7003AACLX nömrəli göndərişi və müraciəti əsasında 3 oktyabr 2022-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 20N5-ci il tarixli 4N3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti qoşma şəklində göndərilmişdir.
11. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 2 oktyabr 2024-cü il tarixli, 2803 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N993-cü il, yanvar-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. 25N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və “Yaralıların və xəstələrin qeydiyyatı” kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda Ehtiyat batalyonunun döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilməmişdir. Qoşma ilə N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli, 363 nömrəli əmri (§2) göndərilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N992-ci il tarixdə Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2 iyul N992-ci il tarixdən N yanvar N993-cü il tarixə qədər N saylı hərbi hissədə, N yanvar N993-cü il tarixdən etibarən N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Ağdam rayonunun Şelli kəndində 22 fevral N993-cü il tarixdə yaralanmışdır. 22 fevral N993-cü il tarixdə döyüş zamanı aldığı yaralara görə müayinə və müalicə məqsədi ilə 25N saylı hərbi hospitala yerləşdirilmişdir. Bİr müddət həmin hospitalda müalicə almışdır. Sonra həmin hospitaldan evə buraxdılar. Lakin sol sarğı nahiyyəsindən aldığı güllə yarasına görə normal gəzə bilmədiyi üçün uzun müddət yardımçı əl ağacından istifadə edirdi. Həmçinin yaralanandan sonra aldığı travmaya görə psixi sağlamlığı da pozulmuş və bu günədək müalicə alır. Göründüyü kimi, hərbi xidmətdə olsa da və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək Ağdam rayonun Şelli kəndində 22 fevral N993-cü il tarixdə yaralansa da, müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Bu məqsədlə cavabdehə müraciət edilərək, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən imtina verilmişdir.
14. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, Mərkəzi Arxivin 22 sentyabr 2023-cü il tarixli arayışına və 25N nömrəli hospitalın müalicədə olması barədə xəstəlik epikrizinə əsasən iddiaçının NN mart N993-cü il tarixdən sonra xidmət yerinə qayıtması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat mövcud deyildir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, e-2-N(NN8)- 2990/2024 nömrəli qərarı ilə İddiaçı “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. (K.Həbibova).
16. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 22 fevral N993-cü il tarixdə yaralanmış, 22 fevral N993-cü il tarixdən NN mart N993-cü il tarixə kimi 25N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuşdur. Yaralanması Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış müəyyən edilmişdir. Uzun müddət müalicə aldığı üçün N dekabr N994-cü il tarixli əmr ilə iddiaçı hərbi hissədən çıxarılmış, bütün növ təminatları dayandırılmışdır.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır.
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişlər ki, iddiaçının müharibə zonasında olması və döyüşdə yaralanması işin mübahisəsiz halıdır. Müalicədə olması barədə 25N nömrəli hospitalın xəstəlik sənədlərinə əsasən hesab edirlər ki, iddiaçının döyüş zonasında yaralanması işin mübahisəsiz halıdır. Müdafiə Nazirliyinin müvafiq sənədlərində də qeyd edilmişdir ki, uzun müddət müalicə aldığına görə hərbi hissə sıralarından çıxarılmışdır. Həmin sənəd tərxis kimi nəzərə alınmalıdır. İddiaçı müalicə alğıdı dövrdə bir neçə dəfə Siyəzən rayon Hərbi Komissarlığına müraciət etmişdir. Ona bildirilmişdir ki, müalicəni davam etdirsin. Daha sonra N994-cü ildə ona bildirilmişdir ki, hərbi biletini təhvil ala bilər. N993-cü ildə tibb müəssisəsindən çıxmış, ağır xəstə olduğuna, səhhəti imkan vermədiyinə görə hərbi hissəyə qayıda bilməmişdir. Ona əlillik verilməmişdir, lakin əlilliyi təsdiq edən kifayət qədər sənədlər vardır. Əlilliyin verilməsindən imtina edilməsi barədə TSEK-in qərarını məhkəmədə mübahisələndirməmişlər. Döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısı onlarda yoxdur. Lakin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər hərbi hissəsnin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğunu təsdiq etmişlər. N saylı hərbi hissə Ağdam rayonunda yerləşir. İddiaçı Ağdam rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Həmçinin, iddiaçının cinayət məsuliyyətinə cəlb edilmədiyi məlum olmuşdur.
21. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmişdir) Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N4. Sübut etmə vəzifəsi N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
26. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
29. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir.
30. Birinci instansiya məhkəməsi iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 22 fevral N993-cü il tarixdə yaralanması, 22 fevral N993-cü il tarixdən NN mart N993-cü il tarixə kimi 25N nömrəli hərbi hissədə müayinə və müalicə olunması, yaralanmasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması müəyyən edildiyi, uzun müddət müalicə aldığı üçün N dekabr N994-cü il tarixli əmr ilə hərbi hissədən çıxarılması, bütün növ təminatların dayandırılması əsası ilə iddianı təmin etmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
33. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir.
34. Cavabdehin imtinasının və məhkəməyə təqdim edilmiş etirazın dəlili ondan ibarətdir ki, Mərkəzi Arxivin 22 sentyabr 2023-cü il tarixli arayışına və 25N nömrəli hospitalın müalicədə olması barədə xəstəlik epikrizinə əsasən iddiaçının NN mart N993-cü il tarixdən sonra xidmət yerinə qayıtması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat mövcud deyildir.
35. İş materiallarına əlavə edilmiş arxiv arayışlardan müəyyən edilir ki, N () nömrəli hərbi hissə komandirinin N iyul N992-ci il tarixli N05 nömrəli əmrində həqiqi hərbi xidmətə çağırılmış iddiaçınınN iyul N992-ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilməsi barədə məlumat vardır. N () nömrəli hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli N02 nömrəli əmrilə N5 avqust N992-ci il tarixdən alayın ehtiyat batalyonuna verildiyi üçün tədris batalyonunun siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il və yanvar-noyabr N994cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Döyüş zonasında hərbi xidmət keçərkən 22 fevral N993-cü il tarixdə aldığı və 22 fevral N993-cü il tarixdən NN mart N993-cü il tarixə kimi 25N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Başın təpə nahiyyəsinin qəlpə yaralanması və sol sağrının dəlib-keçən güllə yaralanması”, “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Uzun müddət müalicədə olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin 5 sentyabr N994-cü il tarixli 278 nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli 363 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, hərbi bileti X6 etmə Məntəqəsinə göndərilmişdir.
36. Bundan əlavə, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş ŞahidN ifadəsində bildirmişdir ki, iddiaçı ilə əsgər yoldaşı olmuş, birlikdə N nömrəli hərbi hissədə N99N-ci N992-ci illərdə qulluq etmiş, birlikdə də 22 fevral N992-ci ildə müharibədə yaralanmışdırlar. Onun ikinci qrup əlilliyi vardır. O, hospitala gələndən sonra hərbi hissəyə qayıtmamışdır.
37. Digər Şahid2 ifadə verərək bildirmişdir ki, N992-ci ildə Ağdam yerli özünü müdafiə alayı, N N hərbi hissənin tərkibində təlim tədris taboru yaradılmışdır. İddiaçı ora gəmiş yeni əsgərlərdən olduğu üçün, N,5 ay təlim keçmişdir. N5 avqusta qədər təlim keçmiş, hərbi anddan sonra alayın tərkibindəki döyüş bölgəsində olan taborlara bölüşdürülmüşdürlər. İddiaçı N N hərbi hissənin 4-cü taboruna bölüşdürülmüş, Nadirov Əlşadın komandirliyi ilə Kötəl adlanan batalyona verilmişdir. İddiaçının olduğu post Ağdamın Şelli kəndində yerləşirmişdir. N nömrəli briqada formalaşmışdı. N993-cü ilin 22 fevralında ermənilərin hücumu olanda, Şabrandan bir çox nəfər yaralanmışdı ki, iddiaçı da onlardan biri idi. İddiaçının əvvəlcə Ağdam hospitalına daha sonra Ələtə gətirmişdilər. İddiaçı yaralanana qədər də bir çox döyüş əməliyyatlarında iştirak etmiş, N992-ci ildə Xocavənd istiqamətində ermənilər hücum edən zaman iddiaçı ermənilərlə döyüşmüşdür. Müalicədən sonra hərbiçilərin çoxuna məzuniyyət verilmişdir. Məzuniyyətlər yaralanmanın dərəcəsindən asılı idi. İddiaçı ağır xəsarət aldığı üçün uzun müddət müalicə almalı olmuşdur.
38. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, e-2-N(NN8)- 2990/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.