Məhkəmə qərarları › İş №2-1(105)-261/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-261/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-261/2025 22.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər:ödəmə mənbəyindən vergi və mənfəət vergisi üzrə əlavə vergi məbləğinin hesablanması barədə qərarların ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********065900 nömrəli Qərardan görünür ki, vergi orqanı İddiaçı MMC-yə 2021-ci ilin Mənfəət vergisi üzrə 384924,16 manat əlavə vergi məbləği hesablamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********807400 nömrəli Qərardan görünür ki, vergi orqanı İddiaçı MMC-yə 2022-ci ilin Mənfəət vergisi üzrə 77.924.23 manat əlavə vergi məbləği hesablamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********821600 nömrəli Qərardan görünür ki, vergi orqanı İddiaçı MMC-yə 2022-ci ilin ödəmə mənbəyində tutulan vergi üzrə 212.189,39 manat əlavə vergi məbləği hesablamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********820900 nömrəli Qərardan görünür ki, vergi orqanı İddiaçı MMC-yə 2022-ci ilin ödəmə mənbəyində tutulan vergi üzrə 682,50 manat əlavə vergi məbləği hesablamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********822300 nömrəli Qərardan görünür ki, vergi orqanı İddiaçı MMC-yə 2022-ci ilin ödəmə mənbəyində tutulan vergi üzrə 105.325,58 manat əlavə vergi məbləği hesablamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********134300 nömrəli Qərardan görünür ki, vergi orqanı İddiaçı MMC-yə 2021-ci ilin Mənfəət vergisi üzrə 2.682,60 manat əlavə vergi məbləği hesablamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli **********06590C nömrəli, xx.xx.2022-ci il tarixli **********63200 nömrəli, xx.xx.2023-cü il tarixli **********668400 nömrəli və xx.xx.2022-ci il tarixli **********562400 nömrəli qərarlarla İddiaçı MMC-yə əlavə olaraq hesablanmış vergilərin əsaslı olması təsdiq olunmur. Yəni, vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlar üzrə kənarlaşma müəyyən olunmadı. İş materiallarında yoxlamanın əhahə etdiyi dövrlər üzrə vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə xərc sənədləri öz əksini tapmışdır. Həmin sənədlər qanunvericiliklə qoyulan tələblərə, o cümlədən, ciddi hesabat sənədlərinin forması və rekvizitləri baxımından tam cavab verir. Eyni zamanda qeyd edilir həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğin ayrılıqda nə qədər olması, bu sənədlərin ayrı-ayrı fiziki şəxslər tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmununun ayrılıqda nədən ibarət olması təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Bu öz səbəbdən iddiaçının gəlirin əldə edilməsi ilə bağlı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metodunun tələblərinə uyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023cü il tarixli, **********8007400 nömrəli qərarı ilə İddiaçı barəsində hesablanmış 2022-ci ilin mənfəət vergisinin məbləğinin vergi qanunvericiliyinin və müvafiq normativ hüquqi aktların tələblərinə uyğunluğunu və İddiaçı 2022-ci il üzrə mənfəət vergisinin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Hazırkı rəyin tədqiqat hissəsində göstərilənlər və təqdim edilmiş iş materialları nəzərə alınmaqla müəssisənin 2021-ci ilin sonuna mal qalığı 1925305,0 manat məbləğində müəyyən olunur. Həmçinin tədqiqi hissədə göstərildiyi kimi, sənədlər tam şəkildə təqdim edilmədiyindən müəssisənin yanvar 2021-dekabr 2021 tarixi aralığında cəmi nə qədər mal almasını, idxal etməsini və 2021-ci il üzrə xərcinin nə qədər olmasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda qeyd edilir ki, mənfəətin əldə edilməsi ilə bağlı müəssisənin növü, adı, rekvizitləri olan bir qism xərc sənədləri (elektron alış aktları, kassa məxaric orderi və s.) təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Tədqiqi hissədə göstərildiyi kimi, iş materiallarında sənədlər (satışa dair ödəniş sənədləri və s.) tam şəkildə öz əksini tapmadığından müəssisənin 2022-ci il sonuna nə qədər mal qalığının olmasını müəyyən etmək mümkün olmadı. Həmçinin tədqiqi hissədə göstərilənlər, iş materiallarında olan alış aktları və idxal sənədləri nəzərə alınmaqla müəssisə tərəfindən yanvar 2022-dekabr 2022 tarixi aralığında cəmi 4023715,5 manat məbləğində mal alınması və 26113,52 manat məbləğində malların idxal edilməsi müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, mənfəətin əldə edilməsi ilə bağlı müəssisənin növü, adı, rekvizitləri olan xərc sənədləri (elektron alış aktları və s.) təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, hazırkı sual rəyin 3-9-cu suallarında cavablandırılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, təqdim edilmiş sənədlər araşdırılarkən vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********134300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla İddiaçı MMC-yə 2021-ci ilin mənfəət vergisi üzrə 429061,11 manat, xx.xx.2023-cü il tarixli **********807400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən 2022-ci ilin mənfəət vergisi üzrə üzrə İddiaçı MMC-yə 77924,23 manat məbləğində mənfəət vergisi hesablandığı aşkar edildi. Audit yoxlamasına təqdim edilmiş sənədlər əsasında müəyyən edildi ki, vergi ödəyicisi şərəfindən 2021-ci il üzrə alınmış metal tullantılarının ümumi dəyəri 15274276,86 manat, o cümlədən elektron alış aktları əsasında 14972307,50 manat olmuşdur. Elektron alış aktları əsasında əldə edilmiş metal tullantılarının 1925305,00 manat (129 ədəd alış aktı) dəyərində olan hissəsi 2021-ci ildə sənədləşdirilməsinə baxmayaraq, 2022-ci ilin yanvar ayında vergi orqanının elektron məlumat razasma işlənilmişdir. Bu hal vergi ödəyicisi ilə vergi orqanının hesablamaları arasında müəyyən uyğunsuzluğun yaranmasına səbəb olmuşdur. Qeyd edilən 1925305,0 manat (129 ədəd alış aktı) dəyərində əldə dilmiş metal tullantılarının alışı barədə sənədləşdirilmiş mallar (ehtiyatlar) vergi orqanının və vergi ödəyicisinin tərtib və təqdim etdikləri bəyannamələrdə öz əksini tapmışdır (mənfəət vergisi bəyannaməsinə 1 saylı əlavə, sətir kodu 1.3.4 Sair ehtiyatlar). Ciddi uçot blankları ilə 2021-ci ilin dekabr ayında əldə edilmiş və 2022-ci ilin yanvar ayında vergi orqanının elektron bazasına işlənilmiş 1925305,0 manat (129 ədəd alış aktı) dəyərində metal tullantıları hər iki tərəfin mənfəət vergisi bəyannaməsində 2021-ci ilin sonuna yəni 31 dekabr 2021-ci il tarixə mal (ehtiyat) qalığı və 2022-ci ilin əvvəlinə yəni 01 yanvar 2022-ci il tarixə mal (ehtiyat) qalığı kimi əks olunduğundan 1925305,0 manat həcmində malların hansı ildə alınıb-alınmaması hazırki yoxlama üzrə mənfəət vergisinin hesablanması nöqteyi-nəzərdən heç bir mahiyyət kəsb etmir. Belə ki, həmin mallar vergi ödəyicisi tərəfindən əldə edildiyi ilin (2021) hesabatına daxil edilmiş, lakin həmin ilin mənfəətindən çıxılan xərclər kimi nəzərə alınmamış, məhz növbəti ilə mal qalığı kimi keçirilməklə onların dəyəri növbəti ilin mənfəətində xərcə daxil edilmişdi. Vergi orqanı isə həmin malların dəyərini onlara dair məlumatın elektron sistemə daxil edildiyi dövrə, yəni 2022-ci ilə aid etmiş və həmin ilin mənfəətində onları xərc olaraq nəzərə almışdı. Beləliklə, həm vergi ödəyicisi, həm də vergi orqanı həmin xərcləri məhz 2022-ci ilin mənfəətinə daxil etmişdi. Audit materiallarına əlavə edilmiş **********1961, **********0733, **********0729, **********1054, **********1056, **********1053 nömrəli gömrük bəyannamələri ilə vergi ödəyicisi tərəfindən 2021-ci ildə ixrac edilmiş (xaricə satılmış) 798598,80 manat dəyərində hazır məhsulun dəyəri Cəmiyyət tərəfindən 2021-ci ilin gəlirlərinə daxil edilərək vergiyə cəlb edilmişdir (2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlirlər hissəsində öz əksini tapmışdır). Qeyd edilən həmin gömrük bəyannamələri vergi orqanının idxal-ixrac əməliyyatları sisteminə 02-09 yanvar 2022-cil tarixləri aralığında inteqrasiya olunmuşdur (Dövlət Gmrük Komitəsi ilə Dövlət vergi Xidməti arasında məlumat mübadiləsinə əsasən.) Nəticədə, qeyd edilən malların ixracı vergi orqanı tərəfindən yenidən Cəmiyyətin 2022-ci ilin hesabat dövrünə daxil edilmişdir ki, bu hal da vergi ödəyicisi ilə vergi orqanının hesablamaları arasında uyğunsuzluğun yaranmasına səbəb olmuşdu. AR Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli, 100/143 sərəncamı ilə təsdiq edilmiş" Gömrük bəyannamələrinin doldurulması Qaydasına" əsasən YGB-nin 20-ci qrafasında malların çatdrılma şərtləri qeyd edilir. Həmin Qaydaya əsasən YGB-nin 54-cü qrafasında bəyannamənin tarixi qeyd edilir. Qeyd edilən GB-nin çatdırılma şərtləri EXW (ex works), yəni əmtəənin birbaşa müəssədən (anbardan, Sumqayıt şəhəri) yüklənməsi şərti qeyd edilmişdi. Həmin şərtə əsasən əmtəənin çatdırılması, onun yüklənməsi və sığorta ilə bağlı bütün məsrəflər alıcının üzərinə düşür. AR Mülki Məcəlləsinin 570.1.2-ci maddəsinə əsasən əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Bu baxımdan bəhs edilən gömrük bəyannamələri üzrə ixrac edilmiş mallar Cəmiyyət tərəfindən özünün anbarında alıcının təyin etdiyi daşıyıcıya təqdim etdiyi andan satılmış hesab edilir. Bu səbəbdən hesablama metoduna uyğun olaraq həmin gəlirlər müəssisənin 2021-ci il üzrə gəlirlərinə aid edilmişdi. Audit yoxlaması zamanı, həmin dövrdə qüvvədə olan qanunvericilik aktları ilə cəmiyyət tərəfindən təqdim edilmiş 2021 və 2022-ci illər üzrə mənfəət vergisi bəyannamələrində göstərilməli olan, lakin göstərilməyən müəyyən xərclər audit yoxlamasında aşkar edildiyindən, bu xərclər ilə vergi ödəyicinin bəyannamələr üzrə təqdim etdiyi xərclər arasında fərqin yaranması müəyyən edildi. Nəticədə yoxlama zamanı müəyyən edildi ki, 2021-2022-ci illər üzrə həm İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələri üzrə mənfəət vergisinin məbləği, həm də 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********065900 nömrəli və xx.xx.2023-cü il tarixli **********8007400 nömrəli qərarları ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində hesablanmış mənfəət vergisinin məbləği vergi qanunvericiliyinin və müvafiq normativ hüquqi aktların tələblərinə uyğun deyil. Beləliklə, audit yoxlamasına təqdim edilmiş sənədlərə əsasən müəyyən edildi ki, İddiaçı 2021ci il üzrə mənfəəti 11582,15 manat olmuşdur ki, həmin mənfəət üzrə də 20 faizlik vergi dərəcəsi tətbiq edildikdə müəssisənin həmin il üzrə ödəməli olduğu mənfəət vergisinin məbləği 2316.43 manat təşkil edir. Həmçinin, 2022-ci il üzrə isə cəmiyyətin mənfəət vergisi öhdəliyi yaranmamış, həmin ili cəmiyyət -29718,4 manat zərərlə başa vurmuşdur. Audit yoxlaması nəticəsində təqdim edilmiş sənədlərlə, həmçinin vergi orqam tərəfindən kameral vergi yoxlaması zamanı tərtib edilmiş mənfəət vergisi bəyannaməsində cəmiyyətin 2021- ci ilin sonuna mal qalığı 1925305,00 manat, 2022-ci ilin sonuna təqdim edilmiş sənədlərlə öz əksini tapmaqla mal qalığı 489711,0 manat təşkil etdiyi müəyyən edildi. Audit yoxlaması nəticəsində Cəmiyyət 01 yanvar 2021-ci il tarixdən 31 dekabr 2021 tarixədək olan dövr aralığında cəmi 15373704,68 manat dəyərində mal almışdır və 127625,00 manat dəyərində mal idxal etmişdir. 01 yanvar 2022-ci il tarixdən 31 dekabr 2022 tarixədək olan dövr aralığında isə cəmi - 13930,62 manat mal almışdır və 26113,52 manat dəyərində mal idxal etmişdir. Müəssisənin 2021-ci il üzrə xərc sənədləri ilə öz təsdiqini tapmış xərcləri 14555155,41 manat və 2022-ci il üzrə xərc sənədləri ilə öz təsdiqini tapmış xərcləri 5627154,82 manat oluşdur. Vergi ödəyicisinin 2021-2022-ci illər üzrə xərclərinin tanınması mövcud Azərbaycan Respublikası Vergi Məcəlləsinə və müvafiq normativ hüquqi aktlara uyğun olaraq istehsala çəkilmiş xərclərdir. Həmçinin, Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatasının Azərekspertiza Birliyinin xx.xx.2023 tarixli 04 nömrəli mütəxəssis rəyinə əsasən 2021-2022-ci xammal-material olaraq əldə edilmiş malların alış qiyməti və itki normaları göstərilməklə məhsulların istehsal həcmi mütəxəssis tərəfindən də təsdiqi müəyyən edilmişdir. Vergi ödəyicisinin alınmış mallara əsasən ödədiyi və xərcə aid etdiyi xammal-material qiymətləri mütəxəssis tərəfindən müəyyən edilmiş qiymətlər daxilində olduğu üçün xammal material xərci alış aktlarında qeyd edilən faktiki qiymət kimi nəzərə alınmışdır. Bundan əlavə mütəxəssis rəyinə əsasən xammal-material kimi əldə edilmiş metal tullantılarından itki normaları və digər hallar nəzərə alınmaqla əldə edilə bilən məhsulun miqdarı ilə vergi ödəyicisinin təqdim etdiyi məhsulların miqdarı ilə uyğunluq təşkil etmişdi. Bu da öz növbəsində vergi ödəyicisi tərəfindən elektron və kağız alış aktları əsasında əldə edilmiş və vergi bəyannaməsində göstərilmiş xammal materialına dair xərcin uyğunluğunu təsdiq edir. Bəhs edilən xərclər yoxlamaya təqdim edilmiş elektron qaimə-faktura, elektron alış aktları, kağız daşıyıcıda olan alış aktları, gömrük bəyannamələri, vergi bəyannamələri, kassa mədaxil və məxaric oderləri, idxal-ixrac məlumatları, itki normaları barədə ekspert rəyi və digər mühasibatlıq sənədləri ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********065900 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********134300 nömrəli (2021-ci ilin Mənfəət vergisi ), xx.xx.2023-cü il tarixli, **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi ), **********821600 nömrəli (1-ci rüb 2022 ÖMV ), **********820900 nömrəli (3-cü rüb 2022 ÖMV ) və **********822300 nömrəli ( 4-cü rüb 2022 ÖMV ) qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qərarına əsasən kameral qaydada 2021-ci ilin mənfəət vergisi üzrə müəssisəyə qanunsuz əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd edilən hüquqi əsaslara əsasən xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qərar qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Müəssisənin əsas fəaliyyəti əhalidən (fiziki şəxslərdən ) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması ( tullantıların utilizasiyası ) prosesi təşkil edir. Belə ki, ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları (mis qazanlar, samavarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri, məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri, latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları ) Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1-ci maddələrinə uyğun olaraq elektron alış aktı və kağız daşıyıcıda malların qəbul aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş ( saflaşdırılmış ) və xaricə ( satılmış ) ixrac edilmişdir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.2ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda ( “Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş" Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydalarının” 1.2-ci bəndinə əsasən elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Bəhs edilən qanunvericilik aktlarının tələbinə uyğun olaraq əhalidən yığılan məişət metal tullantı və qırıntıları tərəfimizdən həm elektron alış aktları, həm də kağız daşıyıcıda malların alış aktları ilə rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları və kağız daşıyıcıda malların alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq tərəflərindən yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən həmin aktlar hər hansı səbəb göstərilmədən nəzərə alınmamış və nəticədə xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qanunsuz qərar qəbul edilmiş və müəssisəyə əsassız əlavə vergi məbləği hesablanmışdır. Cavabdehə təqdim edilmiş izahat və alış aktları nəzərə alınmadığından 2021-ci ilin mənfəət vergisi üzrə 1908520.82 manat xərclər həmin ilin mənfəət vergisindən çıxılmamışdır. Bu səbəbdən müəssisəyə kameral qaydada qanunsuz vergi məbləği hesablanmışdır. Bu baxımdan hazırki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-yə 2021-ci ilin mənfəət bəyannaməsi üzrə üzrə 384924,16 manat analoji qaydada vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən hesablama metodu ilə təqdim etdilən bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri”, “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11 -ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” 221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229- cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (********.44 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (********.79 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (155700.83 manat) məbləği (+) bəyannamənin aid olduğunn müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1 -ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (********.62 manat) bəyannamənin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1925305.00 manat) çıxılması nəticəsində yaranan (********.62 manat) məbləğin müqayisəsi nəticəsində 1908520.82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2022-ci il tarixdə **********689000 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqialəşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı ərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi üzrə 384924,16 manat vegi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, iddiaçı tərəfindən 2022-ci ilin yanvar-mart ayları ərzində 4243787,5 manat, oktyabr-sentyabr ayları ərzində 13650 manat, oktyabr-dekabr ayları ərzində 2106511,5 manat dəyərində alış aktları ilə mallar alınmasına baxmayaraq müvafiq dövrlər üzrə ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin 1-ci rübü üzrə kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il il tarixdə **********769200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 212189.38 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********668400 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. 2022-ci ilin 3cü rübü üzrə kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə **********033400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin səb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş “məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 682.5 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il arixli **********632000 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. 2022-ci ilin 4-cü rübü üzrə kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə **********196500 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin ələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 105325.58 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********562400 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi mi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” - zərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim məsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında qanun” Azərbaycan Respublikasının qanunun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən asağıdakı mallar nağd qaydada satın alına bilər: kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; əlvan və qara metal qırıntılarının qəbulu; utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; xam dərinin tədarükü. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********134300 nömrəli (2021-ci ilin Mənfəət vergisi ), xx.xx.2023-cü il tarixli, **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi ), **********821600 nömrəli, (1-ci rüb 2022 ÖMV ), **********820900 nömrəli, (3-cü rüb 2022 ÖMV ) və **********822300 nömrəli ( 4-cü rüb 2022 ÖMV ) qərarların ləğv edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarın qəbulu zamanı maddi hüquq normalarının tələbi pozulmuş və normalar düzgün tətbiq edilməmişdir. İş materialına əlavə edilmiş vergi orqanının xx.xx.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubunun 2- ci, 3-cü, 4-cü və 5-ci sətirlərində göstərilmişdir ki, vergi qanunvericiliyinə əsasən metalların, qiymətli metal məmulatlarının təqdim edilməsindən əldə olunan gəlirlər fiziki şəxsin gəlir vergisinə cəlb edilir.Qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur.Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs vergi orqanında qeydiyyata alınmaq (VÖEN əldə etmək) üçün ərizəni, sahibkarlıq fəaliyyətini başladığı günədək yaşadığı yer üzrə vergi orqanına verməlidir.Bununla yanaşı mis və qurğuşun tullantılarının ayrı-ayrı şəxslərdən toplayaraq istehsalat müəssisəsinə təqdim edilməsindən əldə olunan gəlirdən vergi ödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi, ƏDV və ya sadələşdirilmiş) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir. Malların alışını təsdiq edən ciddi hesabat blankı hesab edilən sənədlər olmadıqda, lakin həmin malların alışını özündə əks etdirən digər ilkin uçot sənədləri mövcud olduqda malların dəyəri uçot sənədləri əsasında gəlirdən çıxılan xərclərə aid edilə bilər. xx.xx.2017ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubdan göründüyü kimi, qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsinə görə fiziki şəxslər gəlir vergisindən azaddırlar. Həmçinin həmin məktubdan göründüyü kimi, mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqısatqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur. Lakin qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında və vəsatətə cavab olaraq təqdim edilmiş əlavə sənədlərdə qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən fiziki şəxslərlə (yəni sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər) bağlı sənədlər mövcud deyildir. Belə ki, təqdim edilmiş sənədlərdən (e-alış aktları, kassa-məxaric orderi, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi və VÖEN-ə və ya ada görə vergi ödəyicisinin axtarılması ilə bağlı çıxarışlar və s.) göründüyü kimi, İddiaçı MMC tərəfindən ealış aktlarına əsasən alınmış metal və metal qırıntıları digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə etməyən və VÖEN-i olmayan ayrı-yrı fiziki şəxslər tərəfindən satılmışdır. Qeyd olunan mövqe Azərbaycan Respublikası Auditorlar Palatası "xxxx" MMC tərəfindən verilmiş rəyində də öz əksini tapmış və cavabdeh tərəfindən tərtib edilmiş sözügedən qərarlar vergi qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməməsi bildirilmişdir.Belə ki, auditor rəyindən görünür ki, Vergi ödəyicisinin 2021- 2022-ci illər üzrə xərclərinin tanınması mövcud Azərbaycan Respublikası Vergi Məcəlləsinə və müvafiq normativ hüquqi aktlara uyğun olaraq istehsala çəkilmiş xərclərdir. Həmçinin, Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatasının Azərekspertiza Birliyinin xx.xx.2023 tarixli 04 nömrəli mütəxəssis rəyinə əsasən 2021-2022-ci xammal-material olaraq əldə edilmiş malların alış qiyməti və itki normaları göstərilməklə məhsulların istehsal həcmi mütəxəssis tərəfindən də təsdiqi müəyyən edilmişdir.Vergi ödəyicisinin alınmış mallara əsasən ödədiyi və xərcə aid etdiyi xammal-material qiymətləri mütəxəssis tərəfindən müəyyən edilmiş qiymətlər daxilində olduğu üçün xammal material xərci alış aktlarında qeyd edilən faktiki qiymət kimi nəzərə alınmışdır. Bundan əlavə mütəxəssis rəyinə əsasən xammal-material kimi əldə edilmiş metal tullantılarından itki normaları və digər hallar nəzərə alınmaqla əldə edilə bilən məhsulun miqdarı ilə vergi ödəyicisinin təqdim etdiyi məhsulların miqdarı ilə uyğunluq təşkil etmişdi. Bu da öz növbəsində vergi ödəyicisi tərəfindən elektron və kağız alış aktları əsasında əldə edilmiş və vergi bəyannaməsində göstərilmiş xammal materialına dair xərcin uyğunluğunu təsdiq edir. Bəhs edilən xərclər yoxlamaya təqdim edilmiş elektron qaiməfaktura, elektron alış aktları, kağız daşıyıcıda olan alış aktları, gömrük bəyannamələri, vergi bəyannamələri, kassa mədaxil və məxaric orderləri, idxal- ixrac məlumatları, itki normaları barədə ekspert rəyi və digər mühasibatlıq sənədləri ilə öz təsdiqini tapmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia tələbinə qarşı etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətirində göstərilmiş cəmi 5665743.00 manat gəlir məbləği hesabat dövrü ərzində ixrac edilmiş ( 6026357.34 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (350308.80 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 6376666.14 manat məbləğdən 710923.14 manat az əks etdirilmişdir. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə **********138300 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2022-ci ilin mənfəət vergisi üzrə 77924,23 manat vergi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********807400 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində nəzərdə tutulmuş azadolma hallarını düzgün şərh etməmiş, həmin normanı əsassız olaraq məhdudlaşdırıcı şərh etmişdir. Həmin maddi hüquq normasının məhkəmə tərəfindən məhdudlaşdırıcı şərhi nəticədə vergi ödəyicisinin vergidən yayınmasına şərait yaratmışdır. Belə ki, həmin maddi hüquq normasının dispozisiyasında ifadə olunan qiymətli daşlar və metallar ifadəsi, metalların da qiymətli olması tələbini istisna edir. Həmin normada ifadə olunan metallar ifadəsinin metalların bütün növlərinə aid edilməsini təsdiq etmək üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik. Öncəliklə bildiririk ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” AR Qanununun 1.1.1 -ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümjədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum) hesab olunur. Sözügedən sahəvi normativ hüquqi aktın mətnində ifadə olunan bütün “metal" ifadələri mütləq şəkildə “qiymətli" ifadəsi ilə birgə əks olunmuşdur ki, bu da həmin metal növünün digər metal növlərindən fərqləndirmək məqsədi daşıyır. Lakin Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində “qiymətli daşlar" ifadəsi öncə əks olunmuş, daha sonra isə metallar ifadəsi müəyyən olunmuşdur ki, bu da birmənalı şəkildə “qiymətli" ifadəsinin yalnız daşlara aid edildiyini, həmin normada metalların isə bütün növlərinin nəzərdə tutulduğu müəyyən olunur. Əks təqdirdə, yəni həmin maddi hüquq normasında qiymətli metallar nəzərdə tutulmuş olsaydı, mütləq şəkildə sözügedən sahəvi qanuna əsasən “metallar” ifadəsindən öncə “qiymətli” ifadəsi əks olunacaqdır. Bu baxımdan həmin normada qiymətli ifadəsi ancaq daşlara aiddir, həmin normada metalların isə bütün növləri nəzərdə tutulmuşdur. Yəni, metalların bütün növləri üzrə satış; gəlir vergisindən azad deyildir. Həmçinin, azərbaycan dilinin qrammatikası baxımından da qiymətli ifadəsi metal ifadəsinə aid olmadığı üçün məhkəmə məhdudlaşdırım şərhi yolverilməzdir. Belə ki, qiymətli daşlar ifadəsi birinci növ təyini söz birləşməsi olmaqla, qiymətli sözü yalnız daşlar İfadəsini təyin və izah edir. Lakin metallar ifadəsi təyini söz birləşməsi olmadığı üçün, yəni metallar ifadəsinin konkret və müstəqil təyini mövcud olmadığı üçün “qiymətli” ifadəsinin “metallar” sözünə aid edilməsi yolverilməzdir. Həmçinin, məhkəmə qərarında "xxxx" MMC-nin 1/10 /2024 nömrəli rəyinə istinad edərək 2021 və 2021-ci il üzrə hesablanmış mənfəət vergisini ləğv etmişdir. Bununla bağlı İddiaçı (VÖEN:**********) vəsatətinə əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 9/2555 nömrəli ekspert rəyi verilmişdir. Qeyd olunan ekspert rəyində ekspert ancaq Vergi Məcəlləsinin ÖMV vergisinin hesablanması ilə bağlı maddələrini qeyd etmiş, cavabdeh vergi orqanının ÖMV vergisinin düzgün hesablanmamasını qeyd etməklə kifayətlənmiş, mənfəət vergisi və ÖMV ilə bağlı suallar qoyulmuş, lakin ekspert həmin sənədləri tədqiq etmək əvəzinə qanunvericiliyin tədqiqi ilə məşğul olaraq həmin anlayışın qanunvericilikdə təsbit edilmədiyi nəticəsinə gəlmiş və bununla da istinad edilən qanunun tələbini pozaraq tədqiqat obyektindən kənara çıxmışdır. Həmçinin, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2-1(118)-279/2024 nömrəli qərardadına əsasən əlavə ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 9/1168 nömrəli ekspert rəyinə əsasən 2021-ci il və 2022-ci il üzrə mənfəət vergisinin məbləğinin vergi qanunvericiliyinin və müvafiq normativ hüquqi aktların tələblərinə uyğunluğu və hansı məbləğdə olmasını iş materiallarında olan sənədlər (satışa dair ödəniş sənədləri, gəlirin əldə edilməsi ilə bağlı digər xərclər tam şəkildə öz əksini tapmadığından müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 279/2024 nömrəli qərardadına əsasən üzrə məcburi audit yoxlaması təyin edilmişdir. "xxxx" MMCnin 1/10 /2024 nömrəli rəyinə əsasən 2021-ci il üzrə mənfəət vergisi 2316,43 manat, 2022-ci il üzrə isə 2022-ci il üzrə isə 0,0 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 1/10 /2024 nömrəli rəyində gəlinən nəticəni aşağıda göstərilən səbəblərdən tamamilə əsassız və qanunvericiliyə zidd hesab edir. Belə ki, iddiaçının özü təqdim etdiyi 2021-ci il üzrə bəyannaməyə əsasən 2021-ci üzrə mənfəət vergisi üzrə 37965,78 manat göstərilmişdir. 2021-ci il üzrə vergi orqanı tərəfindən müəyyən edilən gəlir (vergi orqanı tərəfindən: 14671039,08) vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində ƏDV bəyannamələrində təqdim olunan gəlirlərin ümumi cəminə əsasən müəyyən edilmişdir. Audit rəyində qeyd olunan xərclərlər bağlı bildiririk ki, 2021-ci il üzrə elektrik enerjisi üzrə (audit rəyində qeyd edilən: 99427,82) vergi ödəyicisi tərəfindən bəyannamənin 221.7-ci sətrində hər hansı xərc bəyan edilməyib. Yanacaq üzrə (audit rəyində qeyd edilən: 99427,82) vergi ödəyicisi tərəfindən bəyannamənin 221.9-cu sətrində hər hansı xərc bəyan edilməyib. Digər xərclər üzrə (audit rəyində qeyd edilən: 99427,82) vergi Ödəyicisi tərəfindən bəyannamənin 232-ci sətrində 81100,2 manat bəyan edilmişdir. Bundan əlavə xammal material üzrə xərclərin sənədlə təsdiqini tapmayan hissəsi vergi orqanı tərəfindən azaldılmışdır. Belə ki, hesablama metodu ilə təqdim edilən bəyannamənin “Xammal və materiallar” (221.3-cü) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cemi məbləği ilə ( ********.20 manat), vergi ödəyicisi tərəfindən cari il ərzində əldə edilmiş e-qaiməfakturaların və alış aktlarının məbləği (********.79 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 126987.83 manat) məbləği cəmi məbləğindən ( ********.62 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1925305.00 manat) çıxılması nəticəsində yaranan (********.62 manat) məbləğin müqayisəsi nəticəsində 1842198.58 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmçinin, 2022-ci il üzrə vergi orqanı tərəfindən müəyyən edilən gəlir ixrac edilmiş (6026357.34 manat) və təqdim edilmiş elektron qaiməfaktura əsasında satılmış malların (işlər, xidmətlər) (350308.80 manat) cəmi 6376666.14 manat məbləğ əsasında müəyyən edilmişdir. 2022-ci il üzrə xərclərlə bağlı vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamənin xərc maddələrində yalnız malın dəyəri üzrə ******* manat xərc bəyan edilmişdir ki, bu xərclər də sənədlə təsdiqini tapdığından vergi orqanı tərəfindən nəzərə alınmışdır. Beləliklə, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2555 nömrəli və "xxxx" MMC-nin 1/10/2024 nömrəli rəyinin əsassız və qanunvericiliyin tələblərinə tərtib olunmuşdur. Yuxarıdan qeyd olunanlardan göründüyü kimi əlvan və qara metal qırıntılarının qəbulu zamanı malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. Məhkəmə işin faktiki hallarına dair yuxarıda qeyd olunan mühüm məlumatları araşdırmadan və aidiyyəti olan qanunvericilik aktlarının və normalarının tələblərini düzgün tətbiq etmədən qərar qəbul etdirmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: ...... Maddə 102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir;... “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydası 1.2. Elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir. 2.1. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. 3.1. Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. 3.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 3.3. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu qanun qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. Maddə 1. Bu qanunda istifadə olunan əsas anlayışlar. 1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılar: 1.1.1. qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum); 1.1.2. qiymətli daşlar - işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər; 1.1.3. qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin-dən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları;.... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş mənfəət vergisi və ödəmə mənbəyindən vergi üzrə əlavə vergi məbləğinin hesablanmasına dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Qərarları mübahisələndirir. Cavabdeh inzibati orqan 2021 və 2022-ci il üzrə ödəmə mənbəyində vergi üzrə kənarlaşma halının müəyyən edilməsinə dair hesablamanı belə əsaslandırır ki, vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında 2106511,5 manat dəyərində malın alınmasına baxmayaraq, 2022-ci ilin 4-cü rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim etməmiş, bu əsasla həmin dövr üzrə 105325,57 manat kənarlaşma müəyyən edilmiş,2022-ci ilin 3cü rübü üzrə eyni əsasla 13650 manat dəyərində malın alınması ilə əlaqədar olaraq 682,5 manat, 2021-ci ilin 1-ci rübü üzrə eyni əsasla 4243787,5 manat malların alınması ilə əlaqədar olaraq 212189,37 manat ödəmə mənbəyində vergi üzrə kənarlaşma aşkar edilmişdir. Həmçinin, cavabdeh vergi orqanı 2021 və 2022-ci il üzrə mənfəət vergisi üzrə kənarlaşma halının müəyyən edilməsinə dair hesablamanı belə əsaslandırır ki, hesablama metodu ilə təqdim edilmiş bəyannamədə əks olunmuş 14021526,62 manat gəlirdən mal-material qalığı ******* manat çıxılması nəticəsində yaranan 12096221,62 manat məbləğin müqayisəsi nəticəsində 13413 manat məbləğində sənədlərlə təsdiq edilməyən xərclər müəyyən edildiyindən 2021-ci il üzrə 2682,60 manat kənarlaşma, 2022-ci il mənfəət vergisi üzrə 2177033,69 manat fərq müəyyən edildiyindən, 77924,23 manat kənarlaşma müəyyən edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı ödəmə mənbəyində vergi və mənfəət vergisi məbləğinin bəyannamədə əks olunduğunu, gəlir və xərclərə aid sənədlərin vergi orqanına təqdim edildiyini, 2021-ci il üzrə ******* manat mala dair alış aktının dekabr ayında tərtib edildiyini, elektron formada yanvar ayı üzrə tərtib edilmə kimi sistemə əlavə edildiyini, həmin malların 2021-ci il üzrə tərtib edilmiş sənədlərdə əks olunduğunu, hər hansı kənarlaşma yaranmadığını bildirir. Cavabdeh vergi orqanı isə ******* manat dəyərində olan mala dair alış aktlarının elektron sistemə 2022-ci ilin yanvar ayında daxil edildiyindən, vergi uçot məlumatlarında uyğunsuzluq yaranması, vergi ödəyicisi tərəfindən isə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci il üzrə isə xərcləri təsdiq edən sənədlər təqdim edilmədiyindən, kənarlaşma aşkar edərək, əlavə vergi məbləğini hesablamışdır. Kollegiya ilk növbədə ödəmə mənbəyində vergi üzrə əlavə vergi məbləğinin hesablanmasına aid hissədə onu qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verərək, gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, həmin hissədə tərəflər arasında mübahisə məhz Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin tətbiqi ilə bağlı yaranmışdır. Həmin normanın məzmununa əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir gəlir vergisindən azaddır. Cavabdeh həmin normanın məzmununda əks olunmuş “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sözünün yalnız “daşlar”a aid edildiyini, “metallar”a aid edilmədiyini qeyd edərək, iddiaçının aldığı qiymətli olmayan metallara görə vergi ödəməli olduğu qənaətinə gəlmişdir. İddiaçı isə əksinə “qiymətli” ifadəsinin həm daşlara, həm də metallara aid edilməsi halına istinad edərək, onun barəsində vergi məbləğinin əsassız olaraq hesbalandığını qeyd edir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda həmin hissədə tərəflər arasında yaranmış mübahisəli məsələnin həlli ilə bağlı artıq formalaşdırılmış vahid məhkəmə təcrübəsi mövcud olmaqla, qeyd olunan normanın tətbiqi ilə bağlı təsiri dairəsi ifadə olunmuşdur. Qeyd edilən hallara əsasən müəyyən edilmişdir ki, qiymətli metal qismində hansı məmulatların çıxış etməsi halı məhz bu barədə mövcud olan yuxarıda istinad edilən müvafiq qanunla tənzimlənir. Həmin normanın tələbindən də görünür ki, əlvan və qara metallar, habelə onların tullantı və qırıntıları qiymətli metal anlayışının məzmununa daxil deyildir. Qiymətli olmayan metallar və onların tullantı (qırıntıları) Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin təsiri dairəsinə düşür. Bu səbəbdən də həmin məmulatların təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ödəmə mənbəyindən vergiyə cəlb edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının məzmununda vergi orqanının xx.xx.2017-ci il tarixli xidməti məktubunda qiymətli metal olmayan metalların və onların tullantılarının təqdim edilməsinin fiziki şəxslərin gəlir vergisindən azad olunduğunun qeyd edilməsi əks olunmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində 2021 və 2022-ci il üzrə ödəmə mənbəyində vergi üzrə əlavə vergi məbləğini hesablamaqda haqlı olmamışdır. Bundan əlavə, kollegiya mənfəət vergisi üzrə əlavə vergi məbləğinin hesablanmasına aid işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda cavabdeh vergi orqanı mənfəət vergisi üzrə 2021-ci il və 2022-ci il üzrə kənarlaşma halının müəyyən edildiyini və bu halın xərcləri təsdiq edən sənədlərin təqdim edilməməsi əsası ilə əsaslandırsa da, həmin hal iş materialları əsasında təkzib edilmişdir. Belə ki, iddiaçı vergi ödəyicisi 2021 və 2022-ci ilə aid dövrlər üzrə malların alış aktları, idxal sənədləri və digər hesabat uçot sənədlərini təqdim etmiş, habelə məhkəmə araşdırması zamanı həmin sənədlərin tədqiqatının nəticəsinə dair audit rəyi əldə edilmişdir. Həmin audit rəyinin məzmunundan görünür ki,iddiaçının 2021-ci il üzrə ödəməli olduğu mənfəət vergisi 2316,43 manat olmuş, 2022-ci il üzrə mənfəət vergi öhdəliyi yaranmamış, 2021-ci il üzrə mal qalığı ******* manat, 2022-ci il üzrə 489711 manat olmuş, yanvar 2021-dekabr 2021-ci il üzrə 15373704,68 manat mal almış, 127625 manat mal idxal etmiş, 01 yanvar 2022- dekabr 2022-ci il üzrə ******* manat mal almış və 26113,52 manat idxal etmişdir, 2021-ci il üzrə xərc sənədləri ilə öz təsdiqini tapmış xərcləri 14555155,41 manat, 2022-ci il üzrə 5627154,82 manat olmuşdur. Göründüyü kimi iddiaçının 2021 və 2022-ci il üzrə gəlir və xərclərini təsdiq edən sənədlər mövcud olmuş, həmin sənədlər əsasında gəlir və xərcin məbləği aşkar şəkildə müəyyən edilmiş, uyğunsuzluq olması halı aşkar edilməmişdir. Həmçinin, kollegiya iş üzrə tədqiq edilmiş ekspert rəyi ilə bağlı onu qeyd edir ki, ekspert rəyi üzrə gəlir və xərclərə aid hissədə məlumatlar tam təqdim edilmədiyindən, həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq, ekspert məhkəmə araşdırması zamanı izahat verərək, öz izahatında uçot sənədlərinin tam təqdim edilmədiyindən, həmin halların aydınlaşdırılmasının mümkün olmadığını, hansı sənədlərin təqdim edilməsi, hansı sənədlərin təqdim edilməməsi halına aydınlıq gətirə bilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda işin mübahisəli hallarının-gəlir və xərc sənədlərinin tədqiq edilməsi ilə bağlı audit rəyi tərtib edildiyindən, həmin halların müəyyən edilməsi üçün audit rəyi əsas götürülməlidir. Göründüyü kimi cavabdeh inzibati orqan vergi ödəyicisi iddiaçının 2021 və 2022-ci il üzrə xərclərini təsdiq edən sənədlərin olmaması halına istinad edəərk, həmin dövr üzrə əlavə mənfəət vergisi hesablamaqda haqlı olmamış, apardığı hesablamanın əsaslarına dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmiş, nəticə etibarilə istinad etdiyi hal iş materialları əsasında təkzib olunmuşdur. Başqa sözlə desək, vergi ödəyicisi iddiaçının alış aktları, idxal sənədləri və s. mövcud olduğu halda, cavabdeh inzibati orqan əsassız olaraq həmin sənədləri xərc sənədləri kimi qəbul etməmiş,nəticə etibarilə əsassız olaraq əlavə vergi məbləğini hesablamışdır. Eyni zamanda kollegiya onu qeyd edir ki, mallara dair alış aktlarının 2021-ci ilin dekabr ayında tərtib edilərək, elektron sistemə yanvar ayında işlənilməsi halı uyğunsuzluğun yaranmasına səbəb olsa da, cavabdeh vergi orqan həmin məlumata əsasən vergi ödəyicisinin təqdim etdiyi uçot məlumatlarının düzgünlüyünü yoxlamaq imkanına malik olduğu halda, bu hala əhəmiyyət verməmiş, vergi ödəyicisi üçün zəruri olan bütün halları ətraflı araşdırmamışdır. Halbuki, vergi qanunvericiliyinin tələbinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar, bu hal cavabdeh vergi orqanının öhdəliyi-vəzifəsi kimi imperativ norma şəklində müəyyən edilmişdir. Nəticə etibarilə cavabdeh vergi qanunvericiliyinin qeyd edilən tələbinə də zidd davranmışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh iddiaçı barəsində mənfəət vergisi üzrə kənarlaşma müəyyən etməklə, əlavə vergi məbləğini hesablamaqda, haqlı olmamış, həmin hissədə də cavabdehin hərəkətləri qanunazidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarların vergi qanunvericiliyi və işin halları baxımından düzgün qiymətləndirilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, nəticə etibarilə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar