Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-262/2025 20.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun vəkili X3, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli qərarın ləğv edilərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(118)-5434/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “2-ci qrup əlillik pensiyasının xx.xx.2024-cü il tarixindən növbəti 5 il müddətinə qədər, yəni 01.7.2029-cu il tarixə qədər bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqan tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli qərarın ləğv edilərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uşaqlıqdan Qarışıq asma, Bronxial Asma, İnfeksion allergik formada tez-tez nəzarət olunmayan, kəskinləşmələrlə, davamlı tənəffüz pozğunluğu. Hormondan Asılı vəziyyətdə olmuşdur. Ağ ciyərlərin emfızeması Tənginəfəslik (töyşümə), Xroniki respirator çatmamazlıq. Uşaqlıqdan qeyd olunan xəstəlikdən əziyyət çəkir. Mütəmadi olaraq həmin xəstəliklərlə əlaqədər davamlı müalicəsini alır və həmin xəstəxanada daimi qeydiyyatdadır. Xəstəxana tərəfindən lazımi dərmanlarla təmin olunur və müalicəsini davam etdirir. Hal-hazırda bu günə kimi mütəmadi olaraq müalicələrini davam etdirir. Bununla bağlı bir neçə dəfə xəstəxanada müalicə almışdır. Və bu gün iş qabiliyyətini itirmiş, işləyə bilmir. İş qabiliyyətini itirdiyinə görə işdən azad edilərək, əlillik dərəcəsi təyin olunmuşdur. Lakin heç bir əsəs olmadan qərəzli mövqeydən çıxış edərək bir ay əllilik təyin olunur. Pensiyanı alır, növbəti ayda pensiya dəyandırılır. Bu hal bir neçə vaxtdır, davam edir. İddiaçının himayəsində anadangəlmə psixi xəstə usaq var. Bronxial asma, ağır gedişli tez tez residiv verən formalı xəstədir. Halhazırda dövlət xəstəxanalarında qeydiyyatdadır. İddiaçının xəstəliyi ilə bağlı keçmiş həyat yoldaşı ilə arasında mübahisə olduğuna görə şər-böhtan xarakterli və yalan uydurma məlumatlarla Əmək və Əhalinin Sosial Müdafə Nazirliyinə müraciət edir və iddiaçının ciddi xəstəliyi olmağına baxmayaraq onun xəstə olmadığı barədə yalandan şikayətlər yazır və bir növ onun əlilliyinin dayandırılmasına səbəb olur. Təəssüf edir ki, həkimlərdə xəstəliyə deyil, onun uydurma və böhtan xarakterli məlumatlarına reaksiya verərək iddiaçının əlilliyini dayandırırlar. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Qəbələ rayon sakini xx.xx.1985-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin 0531003AAKZ4 nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2021-ci il tarixində təkrar qiymətləndirmə nəticəsində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Rəsmiləşdirilmiş göndərişdə qeyd edilmiş diaqnoz: Qarışıq astma, Bronxial astma, infeksion allerqik forma, tez-tez nəzarət olunmayan, kəskinləşmələrlə, davamlı tənəffüs pozğunluğu. Hormondan asılı vəziyyət. Ağ ciyərlərin emfızeması. Disfoniya, Xroniki respirator çatmamazlıq İİ dərəcə. Asteno-nevrotik sindrom. Dəqiqləşdirilməmiş dissosiativ (konversion) pozğunluqlar, Nevrotik pozğunluq. Ezofaqitlə birgə müşahidə olunan qastroezofaqeal refluks. Xroniki dəmir defisitli anemiya. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Z-8414/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı tənginəfəslikdən, bəlğəmli öskürəkdən, uyuşmalardan, aşağı ətrafda ağrılardan, əsəbilikdən, ümumi zəiflikdən şikayətləri olduğunu bildirmiş, xəstəliyinə aid bəzi müayinə və müalicə sənədlərini təqdim etmişdir. Təqdim olunan sənədlər arasında Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2023xx.xx.2023-cü il tarixli, xx.xx.2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli xəstəlik tarixindən çıxarışda diaqnoz “Bronxial astma, infeksion allergik forma, ağır gedişli, kəskinləşməsi. Tənəffüs çatmazlığı, İİ mərhələ. Qabarıq asteno-nevrotik sindrom. Xroniki dəmir defisitli anemiya” kimi qeyd edilmiş, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Xidməti Mərdəkan Reabilitasiya Pansionatının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2221 nömrəli stasionar reabilitasiya kartasından çıxarışda diaqnoz “Bronxial astma, infeksion-allergik forma, tez- tez, nəzarət olunmayan, kəskinləşmələrlə-davamlı tənəffüs pozğunluğu, hormondan asılı vəziyyət. Ağciyərlərin emfizeması. Tənəffüs çatışmazlığı, İİ dərəcə. Ezofagitlə birlikdə reflüks. Dəmir defisitli anemiya” kimi qeyd olunmuşdur. Obyektiv müayinə zamanı, həkim ekspert müayinəsinin nəticəsinə əsasən, auskultasiya zamanı sərtləşmiş tənəffüs eşidilmiş və spirometriya müayinəsinə göndərilmişdir. DTSERA-da xx.xx.2024-cü il tarixində aparılmış spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 23 aprel 2024-cü il tarixli qərarından görünür ki, Qəbələ rayon sakini xx.xx.1985-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin 0531003AAKZ4 nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2021-ci il tarixində təkrar qiymətləndirmə nəticəsində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Rəsmiləşdirilmiş göndərişdə qeyd edilmiş diaqnoz: Qarışıq astma, Bronxial astma, infeksion allerqik forma, tez-tez nəzarət olunmayan, kəskinləşmələrlə, davamlı tənəffüs pozğunluğu. Hormondan asılı vəziyyət. Ağ ciyərlərin emfızeması. Disfoniya, Xroniki respirator çatmamazlıq İİ dərəcə. Asteno-nevrotik sindrom. Dəqiqləşdirilməmiş dissosiativ (konversion) pozğunluqlar, Nevrotik pozğunluq. Ezofaqitlə birgə müşahidə olunan qastroezofaqeal refluks. Xroniki dəmir defisitli anemiya. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Z-8414/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı tənginəfəslikdən, bəlğəmli öskürəkdən, uyuşmalardan, aşağı ətrafda ağrılardan, əsəbilikdən, ümumi zəiflikdən şikayətləri olduğunu bildirmiş, xəstəliyinə aid bəzi müayinə və müalicə sənədlərini təqdim etmişdir. Təqdim olunan sənədlər arasında Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2023-xx.xx.2023-cü il tarixli, xx.xx.2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli xəstəlik tarixindən çıxarışda diaqnoz “Bronxial astma, infeksion allergik forma, ağır gedişli, kəskinləşməsi. Tənəffüs çatmazlığı, İİ mərhələ. Qabarıq asteno-nevrotik sindrom. Xroniki dəmir defisitli anemiya” kimi qeyd edilmiş, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Xidməti Mərdəkan Reabilitasiya Pansionatının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2221 nömrəli stasionar reabilitasiya kartasından çıxarışda diaqnoz “Bronxial astma, infeksionallergik forma, tez- tez, nəzarət olunmayan, kəskinləşmələrlə-davamlı tənəffüs pozğunluğu, hormondan asılı vəziyyət. Ağciyərlərin emfizeması. Tənəffüs çatışmazlığı, İİ dərəcə. Ezofagitlə birlikdə reflüks. Dəmir defisitli anemiya” kimi qeyd olunmuşdur. Obyektiv müayinə zamanı, həkim ekspert müayinəsinin nəticəsinə əsasən, auskultasiya zamanı sərtləşmiş tənəffüs eşidilmiş və spirometriya müayinəsinə göndərilmişdir. DTSERA-da xx.xx.2024-cü il tarixində aparılmış spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən verilmiş T 707/2024 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı 06.09-xx.xx.2023-cü il tarixlərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Mərdəkan reabilitasiya kartasından çıxarışda diaqnoz “Bronxeal astma infeksion allergik forma, tez-tez nəzarət olunmayan, kəskinləşmələrlə davamlı tənəffüs çatışmazlığı, İİ mərhələ, hormondan asılı vəziyyət. Ağciyərlərin emfizeması. Tənəffüs çatışmazlığı, İİ dərəcə. Ezofagitlə birlikdə reflüks. Dəmir defisitli anemiya” diaqnozu ilə müalicədə olmuşdur. Odur ki, o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Xroniki xəstəliklər tam reablitasiya olunmurlar, yalnız müalicədən sonra müvəqqəti remissiya fazasına keçirlər. Yuxarıda qeyd edilən diaqnoz 2021-2026-cı illər aralığında ona İİ qrup əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozla eynilik təşkil edir. Belə xəstələr sahə poliklinikasında dispanser qeydiyyata götürülür, yazılmış aerozol dərman preparatından mütəmadi istifadə edirlər, xəstəlik tam kəskinləşdikdə isə stasionar müalicəyə cəlb olunurlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(118)-5434/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci maddəsində tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2.4-ci bəndinə əsasən ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri(J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91- J95.8) göstərişləri olan hallarda ikinci qrup əlillik təyin edilir. Göründüyü kimi, iddiaçıya müşahidə olunan diaqnoz qeyd olunan əsasnamədə ikinci qrup əlillik təyin edilməsinin əsasları kimi göstərilmişir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci maddəsində ikinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Eyni zamanda iddiaçıya xx.xx.2021-ci il tarixindən 5 il müddətinə təyin edilmiş əlillik dərəcəsinin müddəti tamam olmadan, iddiaçının cavabdeh orqan tərəfindən yenidən müayinəyə dəvət edilməsinin səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz və imtina məktubu ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi inzibati işi lazımi qaydada araşdırmayaraq səhv nəticəyə gəlmişdir. Eyni zamanda hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ekspertiza təyin etməmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına, nəticədə əsassız və qanunsuz qərar qəbul edilməsinə gətirib çıxartmışdır. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirilir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci i tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertlərini səlahiyyətlərinə aiddir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli qərarın ləğv edilərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 23 aprel 2024-cü il tarixli qərarı ilə iddiaçının tam reabilitasiya olunması qərara alınmışdır. Belə ki, sözügedən qərardan görünür ki, Qəbələ rayon sakini xx.xx.1985-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin 0531003AAKZ4 nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2021-ci il tarixində təkrar qiymətləndirmə nəticəsində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Rəsmiləşdirilmiş göndərişdə qeyd edilmiş diaqnoz: Qarışıq astma, Bronxial astma, infeksion allerqik forma, tez-tez nəzarət olunmayan, kəskinləşmələrlə, davamlı tənəffüs pozğunluğu. Hormondan asılı vəziyyət. Ağ ciyərlərin emfızeması. Disfoniya, Xroniki respirator çatmamazlıq İİ dərəcə. Asteno-nevrotik sindrom. Dəqiqləşdirilməmiş dissosiativ (konversion) pozğunluqlar, Nevrotik pozğunluq. Ezofaqitlə birgə müşahidə olunan qastroezofaqeal refluks. Xroniki dəmir defisitli anemiya. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Z-8414/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı tənginəfəslikdən, bəlğəmli öskürəkdən, uyuşmalardan, aşağı ətrafda ağrılardan, əsəbilikdən, ümumi zəiflikdən şikayətləri olduğunu bildirmiş, xəstəliyinə aid bəzi müayinə və müalicə sənədlərini təqdim etmişdir. Təqdim olunan sənədlər arasında Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2023-xx.xx.2023-cü il tarixli, xx.xx.2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli xəstəlik tarixindən çıxarışda diaqnoz “Bronxial astma, infeksion allergik forma, ağır gedişli, kəskinləşməsi. Tənəffüs çatmazlığı, İİ mərhələ. Qabarıq asteno-nevrotik sindrom. Xroniki dəmir defisitli anemiya” kimi qeyd edilmiş, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Xidməti Mərdəkan Reabilitasiya Pansionatının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2221 nömrəli stasionar reabilitasiya kartasından çıxarışda diaqnoz “Bronxial astma, infeksionallergik forma, tez- tez, nəzarət olunmayan, kəskinləşmələrlə-davamlı tənəffüs pozğunluğu, hormondan asılı vəziyyət. Ağciyərlərin emfizeması. Tənəffüs çatışmazlığı, İİ dərəcə. Ezofagitlə birlikdə reflüks. Dəmir defisitli anemiya” kimi qeyd olunmuşdur. Obyektiv müayinə zamanı, həkim ekspert müayinəsinin nəticəsinə əsasən, auskultasiya zamanı sərtləşmiş tənəffüs eşidilmiş və spirometriya müayinəsinə göndərilmişdir. DTSERA-da xx.xx.2024-cü il tarixində aparılmış spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. İş materiallarına əlavə olunmuş göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – J45.8 “Qarışıq astma, Bronxial astma, infeksion allergik forma, tez-tez nəzarət olunmayan, kəskinləşmələrlə, davamlı tənəffüs pozğunluğu. Hormondan asılı vəziyyət.”, ağırlaşmaları: J43 “Emfizema, Ağ ciyərlərin emfizeması“, R06.0 “Təngnəfəslik (töyşümə)”, R49.0 “Disfoniya”, J96.1 “Xroniki respirator çatmamazlıq, T Ç (tənəffüs çatmamazlığı) İİ dər.”, yanaşı xəstəliklər: G90.8 “Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Asteno-nevrotik sindrom“, F44.9 “Dəqiqləşdirilmiş dissosiativ (konversion) pozğunluqlar, Nevrotik pozğunluq”, K21.0 “Ezofagitlə birgə müşahidə olunan qastroezofaqeal reflüks”, D50 “Dəmir defisitli anemiya, Xroniki dəmir defisitli anemiya” olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən zəruri araşdırılma aparılaraq İddiaçı halhazırda mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən verilmiş T 707/2024 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı 06.09-xx.xx.2023-cü il tarixlərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Mərdəkan reabilitasiya kartasından çıxarışda diaqnoz “Bronxeal astma infeksion allergik forma, tez-tez nəzarət olunmayan, kəskinləşmələrlə davamlı tənəffüs çatışmazlığı, İİ mərhələ, hormondan asılı vəziyyət. Ağciyərlərin emfizeması. Tənəffüs çatışmazlığı, İİ dərəcə. Ezofagitlə birlikdə reflüks. Dəmir defisitli anemiya” diaqnozu ilə müalicədə olmuşdur. Odur ki, o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Xroniki xəstəliklər tam reabilitasiya olunmurlar, yalnız müalicədən sonra müvəqqəti remissiya fazasına keçirlər. Yuxarıda qeyd edilən diaqnoz 2021-2026-cı illər aralığında ona İİ qrup əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozla eynilik təşkil edir. Belə xəstələr sahə poliklinikasında dispanser qeydiyyata götürülür, yazılmış aerozol dərman preparatından mütəmadi istifadə edirlər, xəstəlik tam kəskinləşdikdə isə stasionar müalicəyə cəlb olunurlar. Göründüyü kimi iddiaçıda əlilliyə əsas olmuş xəstəliklərin hazırda da davam etməsi ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya təyin olunmuş əlilliyi ləğv etmək qərarına gəlmişdir. Əlavə olaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçıya yuxarıda qeyd olunan diaqnozlar əsas götürülməklə 2021-ci ildə əlilliyin təyin edilməsi ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan iddiaçıda sözügedən xəstəliklərin olduğunu qəbul etmiş və inzibati praktikasına uyğun davranaraq ona həmin diaqnozla əlillik təyin etmişdir. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2021-ci il tarixdə ikinci dərəcəli əlillik təyin etsə də, daha sonra iddiaçının sağlamlıq vəziyyətində hər hansı irəliləyiş olmamasına baxmayaraq təyin edilmiş əlilliyin ləğv olunması və iddiaçının tam reabilitasiya olunması qərarına gəlmişdir Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2021-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci dərəcə əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan göndərişə əsasən əsas diaqnoz J45.8 “Qarışıq astma, Bronxial astma, infeksion allergik forma, teztez nəzarət olunmayan, kəskinləşmələrlə, davamlı tənəffüs pozğunluğu. Hormondan asılı vəziyyət.” və ağırlaşması R49.0 “Disfoniya” diaqnozlu xəstəlikləri göndərişin verildiyi zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədilə iddiaçının əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul edilməmiş və ekspertiza təyin edilməmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına, nəticədə əsassız və qanunsuz qərar qəbul edilməsinə gətirib çıxartmışdır. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və zəruri araşdırılma həyata keçirilmişdir. Beləliklə də, cavabdeh inzibati orqanın ekspertiza ilə bağlı dəlili əsassız olmaqla apellyasiya şikayətinin formal xarakter daşıdığını təsdiqləyir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(118)-5434/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.