Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-263/2021 16.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçıların vəkili və nümayəndəsi X5 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2- 1(118)-105/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək Şamaxı rayonu Qızmeydan kəndində yerləşən 0,48 və 0,34 ha (ümumilikdə 0.82 ha) həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi 06 mart 2019-cu il tarixli məktubla imtina cavabı verərək bildirmişdir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli qərarına əsasən ləğv olunmuş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən İddiaçı1 adına tərtib olunmuş JN-158A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.48 ha göstərilsə də, Ərazi idarəsinin elektron baza məlumatlarında 0.38 ha qeyd olunmuşdur. İddiaçı2 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11.11.1998-ci il tarixli qərarı ilə həyətyanı məqsədilə 0.24 ha torpaq sahəsi verilmiş və ləğv olunmuş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən ona JN-367A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Şamaxı rayonu Qızmeydan Bələdiyyəsi tərəfindən 04.03.2005-ci ildə 07 saylı qərar ilə İddiaçı2 əlavə 0.10 ha torpaq sahəsi satılmışdır. Şəhadətnamədə ümumi sahə 0.34 ha qeyd edilsə də, Ərazi idarəsinin elektron baza məlumatlarında həmin sahə 0.24 ha kimi qeyd edilmişdir. Hər iki torpaq sahəsi bir çəpər daxilində yerləşir. Çəpər daxilində yerləşən ümumi torpaq sahəsinin ölçüsü 0.768 ha təşkil edir. Faktiki istifadə olunan çəpər daxilində yerləşən torpaq sahəsinin 0.023 ha hissəsi Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən qonşu pay torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edilən imtina cavabı ilə razılaşmayan iddiaçılar məhkəmədə iddia qaldıraraq, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11.11.1998-ci il tarixli qərarı ilə DTXK-nın Şamaxı rayonu şöbəsi tərəfindən verilmiş JN- 158A (kod ********) nömrəli Şəhadətnamə əsasında İddiaçı1 0.48 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Şəhadətnamədə İddiaçı1 məxsus olan torpaq sahəsi 0.48 ha göstərilsə də, Ərazi İdarəsinin elektron bazasında torpaq sahəsi səhvən əksik olaraq 0.38 ha olaraq qeydə alınmışdır. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11.11.1998-ci il tarixli qərarı ilə DTXK-nın Şamaxı rayonu şöbəsi tərəfindən verilmiş JN-367A (kod ********) nömrəli Şəhadətnamə əsasında İddiaçı2 0.24 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Daha sonra 04.03.2005-ci il tarixdə 07 saylı qərari ilə Şamaxı rayonu, Qızmeydan Bələdiyyəsi tərəfindən İddiaçı2 0.10 ha torpaq sahəsi satılmışdır. Şəhadətnamədə ümumi olaraq Namazovaya məxsus olan torpaq sahəsi 0.34 ha göstərilsə də, Ərazi İdarəsinin elektron bazasında torpaq sahəsi səhvən əksik olaraq 0.24 ha olaraq qeydə alınmışdır. Ərazi İdarəsi iddiaçıların mülkiyyətlərini təsdiq edən sənədləri və həmin sənədlərdə göstərilən torpaq sahələrinin həcmini də nəzərə almamışdır. Hüquqlarını müdafiə etdiyi İddiaçı1 2001-ci il tarixində Şamaxı rayon Astraxanova kəndi (indiki Qızmeydan kəndi) ərazisindən ümumi sahəsi 0,48 hektardan ibarət torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır. Adı gedən ərazidəki tikilinin 34.3 kv\m yan sahəsi, ümumilikdə isə 57.6 kv\m olmaqla Şamaxı rayon Dövlət Texniki inventarlaşdırma va Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən 14 sentyabr 2001-ci il tarixində İddiaçı1 mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 27 dekabr 2005-ci il tarixinda isə Şamaxı r-n Aqrar islahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı əsasında torpağın mülkiyyəti verilməsinə dair şəhadətnamə (JN-158A/ KOD ********) tərtib edilmişdir. Eləcə də, digər iddiaçı, İddiaçı2 isə 15 iyul 1992-ci il tarixdə Şamaxı rayon Qızmeydan kəndi ərazisindən yaşayış sahəli ümumi sahəsi 0.24 hektardan ibarət torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Əlavə olaraq 0,10 ha torpaq sahəsi də Qızmeydan bələdiyyəsinin 14.03.2005-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı2 mülkiyyətinə verilmşdir. Daha sonra adı gedən ərazidəki tikilinin 22.4 kv\m yaşayış sahəsindən ibarət iki otaqdan va 22.4 kv\m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi Şamaxı rayon Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən İddiaçı2 mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 2005-ci il tarixində isə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı və Qızmeydan bələdiyyəsinin 14.03.2005-ci il tarixli 07 saylı qərarı əsasında ümumilikdə 0.34 hektar təşkil etməklə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN-158A/ KOD ********) tərtib edilmişdir. Ümumiyyətlə Ərazi İdarəsinin hər iki iddiaçıya (mülkiyyətçiyə) münasibətdə bunu iddiaçıların günahı imiş kimi təqdim etməsi anlaşılan deyil. Əgər torpaq sahəsi yanlış qeydə alınıbsa bu iddiaçıların deyil, cavabdehin və bu işlə əlaqədar qurumların bilavasitə işə laqeyd yanaşmasının nəticəsidir. 06 mart 2019-cu il tarixli, **********22 saylı DƏDRX 14 saylı Şamaxı Ərazi İdarəsinin məktubunda qeyd edilənlər həqiqəti əks etdirmir. Sumqayıt İnzibati Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2-1(118)-105/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən müvafiq olaraq 0.48 ha və 0.34 ha həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim İ.Quliyev) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(118)-105/2020 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim olunmuş məhkəmə qərarlarını əsas gətirərək belə bir nəticəyə gəlmişdir ki, sözügedən torpaq sahələrinə dair mülki məhkəmə mübahisələri olmuşdur. Mülki prossesləri zamanı məhkəmə qərarlarında sözügedən torpaq sahələrinin üst-üstə düşməsinə münasibət bildirilmiş və iddiaçıların başqa şəxslərə üst-üstə düşən torpaq sahələrinin həmin şəxsə deyil (X2 ailəsinə), məhz onlara məxsus olması müəyyən olunmuşdur. Lakin, məhkəmə qərarlarında mübahisənin həlli məqsədilə kadastr baza məlumatlarında (xəritə materiallarında) hər hansı bir dəyişikliyin edilməsi üçün ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Baza materiallarında hər hansı bir dəyişiklik aparılmadığına görə, torpaq sahələrinin üzərində iddiaçıların mülkiyyət hüquqlarınının dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bundan əlavə, X4 və onun ailə üzvləri həmin torpaq sahəsində maraqlı olmaqlarına baxmayaraq, birinci instansiya məhkəməsi onları üçüncü şəxs qismində məhkəmə prossesinə cəlb etməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 28.1. maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında önları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən isə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onların üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq üçüncü şəxsin icraata cəlb edilməsi məsələsi həll edilməmiş və müvafiq olaraq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçıların faktiki istifadəsində olan çəpər daxilində yerləşən torpaq sahəsinin 0.023 ha hissəsi Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən X3 məxsus olan qonşu pay torpaq sahəsi ilə üst-üstə düşür. Hazırki iş üzrə isə məhkəmə xidməti vəzifəsi olmağına baxmayaraq, iddiaçıların faktiki istifadələrində olan və mülkiyyət hüququ əsasında qeydə alınmasını tələb etdikləri torpaq sahəsinin 0.023 ha hissəsinin koordinatlarının qonşu pay torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədilə səlahiyyətli dövlət orqanından mütəxəssis rəyi almamış, həmçinin M.Əhmədovanın üçüncü şəxs qismində cəb edilməsi məsələsini həll etməmişdir. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına istinad edərək, qeyd edilən araşdırmanın aparılmasını zəruri hesab etməmiş , məhkəmə qərarlarıilə üst-üstə düşən torpaq sahələrinin iddiaçılara məxsus olmasının müəyyən edildiyini qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, işdən görünür ki, X2 cavabdehlər Şamaxı rayonu Qızmeydan bələdiyyəsinə, İddiaçı2, İddiaçı1 və digərlərinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktlarının etibarsız sayılması, dövlət aktında göstərilən Şamaxı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə cizgidə göstərilən sərhəd daxilində torpaq sahəsinin yerində ölçülüb onun istifadəsinə verilməsinə” dair iddiası Şamaxı rayon Məhkəməsinin 12 mart 2010-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək, iddiaçı X4 və onun ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 02 iyul 2003-cü il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı istehsalı üçün verilmiş 14,56 ha torpaq sahəsinin mülkiyyət hüququna dair JN 0266 nömrəli, 41003018 kodlu Dövlət Aktına uyğun cizgilərdə göstərilən sərhədlər daxilində torpaq sahəsinin naturada ölçülərək iddiaçı X3 təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icra edilmiş və Şamaxı rayon Məhkəməsinin 03 may 2010-cu il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan başqa iddiaçı X4 cavabdehlər İddiaçı1, İddiaçı2 və digərlərinə qarşı cavabdehlərə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsinə dair Şamaxı rayon Məhkəməsində iddia qaldırmış və həmin Məhkəmənin 28 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 17 may 2016-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Şamaxı rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qətnaməsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qismən ləğv edilməsinə aid hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə icra edilmiş və Şamaxı rayon Məhkəməsinin 03 may 2010-cu il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Sadalanan və hazırda qüvvədə olan məhkəmə qərarlarından görünür ki, mülki iş üzrə 14 saylı Şamaxı LTİ tərəfindən verilmiş 08/03 saylı, 17.08.2015-ci il tarixli mütəxəssis rəyinə əsasən X3 və ailə üzvlərinə məxsus JN-0266 saylı, 41003018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının cizgiləri yerində müəyyən edilməklə cavabdehlər İddiaçı2 məxsus JN-367H saylı, 41003005 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, İddiaçı1 məxsus JN-158A saylı, 41003005 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin cizgiləri ilə üst-üstə düşdüyü, X3 məxsus 6,35 ha torpaq sahəsinin 0,10 ha hissəsi İddiaçı1 və İddiaçı2 məxsus həyətyanı torpaq sahələri ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Şəhadətnamələrin ləğv edilməsinə dair hissədə iddianı rədd edən apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər İddiaçı1, Namazova Tünzalə Kamal qızına Şamaxı rayonu Aqrar İslahat Komissiyasının qərarları və Namazova Tünzalə Kamal qızına isə həm də Şamaxı rayonu Qızmeydan bələdiyyəsinin qərarı əsasında torpaq sahələri verilmiş, həmin qərarlar hazırda da qüvvədədir və iddiaçı tərəfindən bu günədək mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının qərarları və Şamaxı rayonu Qızmeydan bələdiyyəsinin qərarı qüvvədə olduğu və məhkəmə qaydasında mübahisələndirilmədiyi halda, birinci instansiya məhkəməsi cavabdehlərin adına verilmiş şəhadətnamələri qismən ləğv etməkdə haqlı olmamışdır. Eyni zamanda qərarda qeyd edilmişdir ki, iddiaçı X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 14,56 ha torpaq sahəsi Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 02 iyul 2003-cü il tarixli, 03 saylı qərarı ilə, yəni cavabdehlərə torpaq sahəsi verildikdən 4 il 6 ay sonra verilmişdir. Bu hal da özlüyündə üst-üstə düşən torpaq sahələrinin iddiaçıya məxsus olduğunu istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, X4 ilə hazırkı iş üzrə iddiaçılar arasında yuxarıda sadalanan məhkəmə mübahisələri zamanı üst-üstə düşən torpaq sahələrinin iddiaçılara məxsus olması qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmiş olsa da, kadastr baza məlumatlarında hər hansı dəyişiklik edilməmiş, üst-üstə düşən torpaq sahəsi ilə bağlı X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mübahisələndirməmişdir. Belə olan təqdirdə birinci instansiya məhkəməsi mülki mübahisə üzrə məhkəmə qərarına istinad etməklə cavabdehin imtinasının əsasını təşkil edən dəlilləri tam araşdırmamaqda, üst-üstə düşən torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi almamaqda, eyni zamanda X4 və onun ailə üzvlərini 3-cü şəxs qismində işə cəlb etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(118)-105/2020 saylı qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2ibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-263/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-263/2021
16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver