Məhkəmə qərarları › İş №2-1(105)-263/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-263/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-263/2022 03.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə qarşı arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərində qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(118)-1960/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25.06.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu 15.04.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasına, qəbul edilmiş Qərarın araşdırılmasının nəticəsi olaraq 25.06.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu 15.04.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərində qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08.12.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən şikayətin imzalanmaması müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş və iddiaçı tərəfindən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Odur ki, məhkəmə kollegiyası verilmiş şikayətin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İnzibati Prossesual Məcəllənin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İPM-in 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İPM-nin 86-cı maddəsinin tələblərinə görə apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanması və barəsində şikayət verilən məhkəmə qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Lakin, iddaçının adından təqdim olunmuş apellyasiya şikayətindən görünür ki, şikayət imzalanmamış, habelə şikayət verilən qərardadın tarixi 08.12.2021-ci il olsa da, şikayətdə 13.12.2021-ci il tarixli qərarın ləğv edilməsi xahiş edilmişdir. İPM-nin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Apellyasiya şikayətində yol verilmiş yuxarıda qeyd edilən formal xətaların aradan qaldırılması ilə bağlı iddiaçıya birinci instansiya məhkəməsi tərəfindən 28.01.2022-ci il tarixli məktubla, eləcə də məhkəmə kollegiyası tərəfindən 07.02.2022-ci il tarixli bildirişlə yardımlar edilsə də nöqsanlar aradan qaldırılmamışdır. İddiaçının dinlənilmək hüququnun təmin edilməsi məqsədi ilə o məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmışdır. İPM-in 87.3-cü maddəsinin tələbinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən (imzalanmadığından) mümkün sayılmamalı və şikayətinin qəbulundan imtina edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14.07.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı hazırkı iddia ilə eyni məzmunlu iddiasına artıq bir dəfə baxılaraq müvafiq qərardad qəbul edilmiş (Sumqayıt İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli 2-1(118)-1112/2020 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 07.04.2021-ci il tarixli qərardadları) həmin qərardadlar qanuni qüvvəyə minməsinə baxmayaraq iddiaçı yenidən eyni tələblə məhkəməyə müraciət etmiş, lakin ümumiyyətlə məhkəmə iclaslarında da iştirak etməmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Mülki Prosessual Məcəllənin “iş vaxtının itirilməsinə görə cərimə” adlanan 120-ci maddəsinin tələblərinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş tərəfdən iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(118)-1960/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın. Apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar