Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-263/2025 10.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-N(NN8)-4862/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2024-cü il tarixli 2-N(NN8)- 4862/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı verilmiş “müharibə veteranı adı və vəsiqəsi”nin bərpa edilməsi (yenidən verilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-N(NN8)-4862/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona verilmiş müharibə veteranı adı və vəsiqəsinin bərpa edilməsi (yenidən verilməsi) vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 may N9N-ci il tarixdə Qubadlı rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. N4 iyul N9N-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. 0N oktyabr N92-ci il tarixdən N nömrəli hərbi hissənin siyahısına daxil edilməklə xidmətini davam etdirmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N93-cü il tarixli N35 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlara daxil edilərək xidməti vəzifələrini icra etmişdir. Hərbi xidmət dövrü N-ci Qarabağ müharibəsinə təsadüf etdiyindən 6 ilə yaxın hərbi xidmətdə olmuşdur və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında (Qubadlı, Ağdam, Füzuli və Zəngilan rayonları uğrunda gedən döyüşlərdə) iştirak etmişdir. Müdafiə Nazirinin 24 iyun N96-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılmışdır (təxris olmuşdur). N nömrəli hərbi hissə komandirinin 0N avqust N96-cı il tarixli 207 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qubadlı RHK-na göndərilmişdir. Hərbi əməliyyatlarda iştirak etdiyi üçün iddiaçıya müharibə veteranı adı verilmiş və 20N-cu ilə kimi Müharibə veteranları üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə hüququ olmuş və müharibə veteranı olduğu üçün müavinət almışdır. Həmin ildə (20N-cu il) müharibə veteranı statusu ona heç bir məlumat verilmədən, məlum olmayan səbəbdən ləğv edilmiş və müavinətin verilməsi dayandırılmışdır. Xidmət yerini özbaşına tərk etdiyi təqdirdə barəsində cinayət işi başlanılmalı və təqsiri sübuta yetirildiyi təqdirdə barəsində ittiham hökmü qəbul edilməli idi. Azərbaycan Respublikası Hərbi prokurorluğundan verilən 23 noyabr 2023-сü il tarixli məktubdan da görünür ki, 05 may N93-cü il tarixdən 0N avqust N96-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etməyi ilə bağlı barəsində cinayət işi və ya təqsirləndirici material aşkar edilməmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası və şərtlərinə uyğun olduğu üçün ona “Müharibə veteranı” statusu verilmişdir. Əks təqdirdə bu status ümumiyyətlə verilməzdi. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək göstərmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N5 avqust 2024-cü il tarixli 2382 nömrəli arxiv arayışına əsasən iddiaçı dəfələrlə xidmət yerini özbaşına tərk etdiyinə görə ştatdan kənar edilməklə ilkin istintaq materialları toplanaraq hüquq mühafizə orqanlarına göndərilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli 396 nömrəli Fərmanının N.3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci bənlərinə, prosessual hüquqi əsası kimi İPM-in N4.3, 38, 47.2, 48.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47, 77, N54-cü maddələrinə istinad edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehin apellyasiya şikayəti etirazın məzmununa uyğun olaraq əsaslandırılmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab etmiş və Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)- 4862/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Vəkil sonuncu məhkəmə iclasına gəlməmiş, elektron ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh orqanın verdiyi sorğulara cavabları nəzərə alaraq işə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarında olan sənədləri, apellyasiya instansiyasi məhkəməsində əldə edilmiş sübutları və apellyasiya şikayətinin dəlillərini araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddianın mümkünlüyü məsələsinə düzgün hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş arxiv arayışlarından müəyyən edilir ki, İddiaçı N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli N35 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla daxil edilərək əsgəri xidməti vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin N dekabr N93-cü il tarixli 282 №-li əmrilə 4-cü taborun əsgəri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 iyun N96-cı il tarixli N4N nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunmuş N №-li hərbi hissə komandirinin 0N avqust N96-cı il tarixli 207 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qubadlı RHK-a göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsi xx.xx.2025-ci il tarixli 3-43-39/2-N36/2025 nömrəli məktubla məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab verərək bildirilmişdir ki, İddiaçı xx.xx.2000-ci il tarixdə 038995 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Müharibə veteranı vəsiqəsinin verilməsi barədə protokol məhkəməyə təqdim edilmişdir(adlı siyahıya əlavə edilib). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın sədri polkovnik Elşad Əbilov xx.xx.2025-ci il tarixli 3-25- N4/2-N302/2025 nömrəli məktubla məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmiş və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsi tərəfindən veteranlıq statusu verildiyi üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən onun statusu ləğv edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialı xx.xx.2025-ci il tarixli 3- N7-N/2-47720/2025 nömrəli məktubla məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna əsasən İddiaçı müavinət işi məhkəməyə göndərilmişdir. Təqdim olunan sənədlərdən müəyyən edilir ki, sonuncu dəfə Sosial müavinətin dəyişdirilməsi haqqında şöbənin xx.xx.20N-cu il tarixli sərəncamı ilə müharibə veteranı İddiaçı xx.xx.20N-cu il tarixdən ömürlük 80 (səksən) manat sosial müavinət verilməsi barədə sərəncam verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı müavinət işinə dair sənədlərin tərkibində müavinətin dayandırılmasına əsas olan sənəd aşkar edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, ona müharibə veteranı adı və vəsiqəsi (veteranlıq statusu) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsi tərəfindən verildiyi və cavabdeh Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən onun müharibə veteranı statusu ləğv edilmədiyi üçün hazırkı iddia tələbi əsasında iddiaçının qüvvədə olan (ləğv edilməmiş) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 038995 nömrəli müharibə veteranı vəsiqəsinin və adının bərpasına dair iddiaya baxıla bilməz. İddiaçı Sosial müavinətin dəyişdirilməsi haqqında şöbənin xx.xx.20N-cu il tarixli sərəncamı ilə müharibə veteranı kimi İddiaçı xx.xx.20N-cu il tarixdən ömürlük təyin edilmiş 80 (səksən) manat sosial müavinət verilməsinin bərpa edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına müraciət etməli, mövcud müraciətinə əsasən ona təyin edilmiş sosial müavinət verilməsinin bərpa edilməsindən imtina edildiyi halda həmin inzibati orqana qarşı məhkəmədə iddia qaldırmalıdır. Çünki, həmin inzibati orqan məhkəməyə verdiyi xx.xx.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçının müavinət işinə dair sənədlərin tərkibində müavinətin dayandırılmasına əsas olan sənəd aşkar edilməmişdir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli 3-25-N4/2-N302/2025 nömrəli məktubundan göründüyü kimi İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmiş və veteranlıq statusu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsi tərəfindən verildiyi üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən onun statusu ləğv edilmədiyindən iddiaçıya yardım etmək mümkün olmamışdır. İPM-in 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-N(NN8)-4862/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona verilmiş “müharibə veteranı adı və vəsiqəsi”nin bərpa edilməsi (yenidən verilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən N0 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-263/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-263/2025
10.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver