Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-264/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vegi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(118)-4839/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 3 saylı Ərazi Vergilər İdarəsinin 28 dekabr 2020-ci il tarixli, **********143132 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə İddiaçı barəsində 2019-cu il üzrə 783275,88 manat mənfəət vergisi, həmin məbləğin 50 faizi məbləğində 391637,94 manat maliyyə sanksiyası və 2020-ci il üzrə Vergi Məcəlləsinin 57.1-ci və 16.2-ci maddələrinə əsasən 200 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı 28 avqust 2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 28 dekabr 2020-ci il tarixli, **********143132 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçının qanuni təmsilçisi və direktoru olmuş X6 15 fevral 2020-ci il tarixdə ölmüşdür. Həmin tarixdən sonra müəssisənin qanuni təmsilçisi olmamışdır. 28 dekabr 2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı barəsində qərar qəbul edilmiş, həmin tarixdə qanuni təmsilçisi və direktor müəssisədə olmadığından bu barədə hər hansı tədbir həyata keçirilməmişdir. Daha sonra X9 müəssisənin yeni təmsilçisi olaraq Vəkil ilə müqavilə imzalamış və vergi orqanına, məhkəməyə müraciətlər edilmişdir. Həmin müraciətlərə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixlə hazırda mübahisələndirilən qərar və digər sənədlər onlara təqdim edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia müddəti ötürülməmiş və hazırkı iddia mümkün iddiadır. Cavabdeh orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində müddətin ötürülməməsi səbəbi olaraq onun qanuni təmsilçisi və direktoru olmuş X2 15 fevral 2020-ci il tarixdə öldüyünü, həmin tarixdən sonra müəssisənin qanuni təmsilçisinin olmadığını, bu baxımdan hər hansı tədbir həyata keçirilmədiyini, daha sonra X9 müəssisənin yeni təmsilçisi olaraq Vəkil ilə müqavilə imzaladığı və vergi orqanına, məhkəməyə müraciətlər edildiyi, bunların yalnız onun direktor təyin edilməsindən sonrs mümkün olduğu qeyd edilmişdir. Hesab edir ki, qeyd edilənlər əsassızdır. Belə ki, mübahisələndirilən 28 dekabr 2020-ci il tarixli, **********143132 nömrəli qərar və həmin tarixli tələbnamə vergi ödəyicisinin elektron kabinetinə xx.xx.2020-ci il tarixdə, saat 09:10:38-də göndərilmişdir. Yəni, həmin qərar vergi ödəyicisinə 29 dekabr 2021-ci il tarixdə lazımi qaydada çatdırılmış, belə olan halda qərardan şikayət verilmənin son müddəti 06 yanvar 2022-ci il tarixi olmuşdur. İddiaçı həmin qərarı qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülməklə, mübahisələndirmişdir. Bundan əlavə, X2 15 fevral 2020-ci il tarixdə ölümündən sonra müxtəlif vaxtlarda – 17 fevral, 20 fevral, 01 aprel 2020-ci il tarixlərində həmin müəssisədən vergi orqanına müxtəlif müraciətlər daxil olmuşdur. Bundan başqa, müəssisə tərəfindən xx.xx.2020-ci il tarixdə **********965400 nömrəli məktuba cavab olaraq xərc sənədlərini vergi orqanına göndərmişdir. Qeyd olunanlar müəssisənin qanuni təmsilçisi və direktoru olmuş X2 ölümündən sonra müəssisəyə faktiki olaraq kiminsə rəhbərlik etməsini sübut edir. Bununla əlaqədar bildirir ki, müəssisə barəsində istintaqı aparılan cinayət işi üzrə onun faktiki rəhbəri X11 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə, hazırda iş üzrə istintaq davam etdirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(118)-4839/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: L.Mirzəyeva). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı onun qanuni təmsilçisi X2 15 fevral 2020-ci il tarixdə öldüyünü, bu səbəbdən də qərarı mübahisələndirə bilmədiklərini bildirmişdir. Lakin işdən görünür ki, müəssisənin təsisçisi Yavtushenko İryna, qanuni təmsilçisi isə X6 olmuşdur. Belə olan halda, mübahisə predmeti olan qərar təsisçi Yavtushenko İryna və ya etibarnamə əsasında onu təmsil edən nümayəndəsi vasitəsilə mübahisələndirilə bilərdi. Bundan əlavə, mərhum X4 ünvanlanmış bütün məktublar təhvil alınmış və oradan müvafiq əməliyyatlar yerinə yetirilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən qərardan onun qəbul edildiyi vaxtdan xəbəri olmuş, lakin qərarı məhkəmədə xx.xx.2023-cü il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün hesab edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması qənaətinə gələrkən işin faktiki hallarını düzgün araşdırmamışdır. Belə ki, müəssisənin keçmiş qanuni təmsilçisi X6 15 fevral 2020-ci il tarixdə ölmüşdür, hazırkı təmsilçi isə X7r. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən təqdim edilmiş reyestrdən çıxarışda qanuni təmsilçinin X9 olması göstərilmişdir. Digər tərəfdən, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-14467/2023 nömrəli analoji iş üzrə müəssisənin nümayəndəsinin ölümü nəzərə alınaraq iddiaçı tərəfindən təqdim edilmiş müddətin bərpası barədə ərizə qəbul edilərək iddia icraata qəbul edilmişdir. Hesab edir ki, tərəflərindən iddiaçı müddəti ötürülməmişdir, həmçinin, işə baxan məhkəmə vahid məhkəmə təcrübəsini tətbiq etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırda iddiaçı cavabdeh vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş 28 dekabr 2020-ci il tarixli, **********143132 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı mübahisələndirir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İş materiallarında görünür ki, mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar 28 dekabr 2020-ci il tarixdə qəbul edilmiş və vergi orqanı tərəfindən 29 dekabr 2020-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddədə qeyd edilir ki, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd olunan maddənin tələblərinə əsasən, mübahisələndirilən inzibati akt vergi ödəyicisinə elektron üsulla xx.xx.2020-ci il tarixdə göndərildiyindən həmin akt xx.xx.2021ci il tarixdən təqdim olunmuş sayılır. Göründüyü kimi iddiaçı mübahisələndirilən qərardan 2021-ci ilin yanvar ayından məlumatlı olsa da, məhkəməyə iddia ərizəsi ilə 2 il 7 ay sonra sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İddiaçı buraxılmış iddia müddətinin bərpasına dair ərizə və apellyasiya şikayətinin dəlillərində müəssisənin qanuni təmsilçisi və direktoru olmuş X2 15 fevral 2020-ci il tarixdə öldüyünü, həmin tarixdən sonra isə müəssisəyə heç kəsin rəhbərlik etmədiyini, bu baxımdan, mübahisələndirilən 28 dekabr 2020-ci il tarixli qərardan məlumatlı olmadıqlarını, yalnız X5 müəssisənin yeni qanuni təmsilçisi olduğu 2023-cü ilin avqust ayından qərardan xəbərdar olduqlarını və bundan sonra iddia müddətini ötürmədən hazırkı iddia ilə məhkəməyə müraciət etdiklərini bildirmişdir. Kollegiya iddiaçının dəlillərini əsassız sayır. Belə ki, işdən görünür ki, "xxxx" MMC tərəfindən vergi borcunun dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə 12 fevral 2020 və 26 oktyabr 2021-ci il tarixdə, İddiaçı MMC tərəfindən vergi borcunun dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə isə 04 mart 2021-ci il tarixdə cinayət işi başlanmış, 26 avqust 2022-ci il tarixdə həmin cinayət işləri bir icraatda birləşdirilərək ********* nömrə altında ibtidai istintaq davam etdirilmişdir. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş X9, yəni İddiaçı MMC-nin hazırkı direktoru ifadəsində qeyd etmişdir ki, 01 avqust 2023-cü il tarixdən etibarən İddiaçı MMC və "xxxx" MMC-lərin rəsmi olaraq direktorudur. Lakin, onun nə İddiaçı MMC-nin, nə də "xxxx" MMC-nin fəaliyyətindən hər hansı məlumatı yoxdur. Belə ki, onun hər iki MMC-də direktor olması bibisi oğlu X8 göstərişi ilə olmuşdur. "xxxx" MMC və İddiaçı MMC-nin rəsmi olaraq direktoru qardaşı X6 olmuş, Bayram Bayramovun da adı qeyd olunan MMC-lərdə direktor olması yalnız formal xarakterli olmuş, onun direktor olduğu vaxtlarda da MMClərin fəaliyyətinə X8 özü şəxsən rəhbərlik etmişdir. Çünki, qardaşı Bayram Bayramov sağlığında özü taxsi sürücüsü olmuş, qardaşı rəhmətə gedəndən sonra bildirmişdir ki, həmin MMC-lərin rəsmi olaraq direktoru Bayram Bayramov olmuşdur. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, qanuni təmsilçi B.H.Bayramovun ölümündən sonra iddiaçı müəssisənin adından xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə cavabdeh vergi orqanına müxtəlif məzmunlu məktublarla (müvafiq məlumat əldə edilməsi, müəssisənin fəaliyyətinə dair xərc sənədlərinin təqdim edilməsi, vergi bəyannaməsinin təqdim edilmə müddətinin uzadılması və s.) müraciətlər edilmişdir. Həmçinin, vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli, **********58000 nömrəli məktubla “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərar, yoxlamaların vahid məlumat reyestrindən çıxarış və vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə iddiaçıya təqdim edilmiş, sözügedən xx.xx.2020-ci il tarixli, **********58000 nömrəli məktub iddiaçı müəssisə tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 15:39:50-də oxunmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı müəssisəsinin əvvəlki direktoru X6 15 fevral 2020-ci il tarixdə ölməsinə baxmayaraq, müəssisə fəaliyyətini dayandırmamış, onun adından vergi orqanı ilə mütəmadi qarşılıqlı yazışmalar aparılmış, yəni, müəssisə faktiki cəhətdən fəaliyyətdə olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfin B.H.Bayramovun ölümündən sonra müəssisəyə heç kim rəhbərlik etmədiyindən vergi orqanının qərarından məlumatlı olmadıqları ilə bağlı dəlilləri tam əsassızdır. Digər tərəfdən İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçmişdir, yuxarıda qeyd edilən normada nəzərdə tutulan hallar isə hazırkı işdə mövcud deyildir. Odur ki, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(118)-4839/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-264/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-264/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver