Məhkəmə qərarları › İş №2-1(105)-265/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-265/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-265/2022 04.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin üzərinə iddiaçının 30 oktyabr 2020-ci il tarixdən dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair Sumqayıt İnzibat Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2-1(118)-1596/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəyə və apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Sumqayıt İnzibat Məhkəməsinin 25.11.2021-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək ona 30.10.2020-ci il tarixdən dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verərək apellyasiya şikayəti vermə müddətinin bərpa edilərək şikayətin mümkün sayılmasını və qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qərarı 08.12.2021-ci il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 24 dekabr 2021-ci il tarixli **********1 nömrəli qərarına əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Azərbaycan Respublikasının məhkəmələrində baxılan işlərdə tərəf kimi çıxış etdiyi məhkəmə mübahisələrində təmsil etmək (birinci instansiyada, apellyasiya və kassasiya instansiyalarında təmsil etmək, etiraz, vəsatət və şikayətlərin verilməsi) səlahiyyətləri Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Sözügedən Qərarın 11-ci bəndinə əsasən, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın məhkəmə işləri ilə bağlı sənədləri Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına təhvil verilməsi tapşırılmışdır. Həmin Qərarın icrası məqsədilə müvafiq sənədlərin mərhələli şəkildə təhvil-təsliminə başlanılmışdır. Bu zaman İddiaçı iddia tələbinə dair məhkəmə sənədləri, eləcə də Sumqayıt İnzibati Məhkəməsinin 25.11.2021-ci il tarixli qərarının da təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin, Dövlət Sosial Müdafiə Fondunun qeyd olunan qərarının icrasının təmin edilməsi sahəsində Mərkəzi Filialın iş yükünün artması nəticəsində Sumqayıt İnzibati Məhkəməsinin sözügedən qərarından apellyasiya şikayəti verilməsi müddəti üzürlü səbəbdən ötürülmüşdür. Ərizədə İnzibati-Prosessual Məcəllənin 24.2-ci maddəsinə istinad edilərək Sumqayıt İnzibati Məhkəməsinin 25.11.2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və apellyasiya şikayətinin qəbul edilərək apellyasiya şikayəti üzrə icraatın mümkün sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilərək apelyasiya şikayətinin mümkün sayılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, ərizənin dəlillərini müzakirə edib hesab edir ki, müddətin bərpası barədə ərizə təmin edilməyərək apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İPM-nin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Hazırkı iş üzrə məhkəmə qərarının cavabdehə 08.12.2021-ci il tarixdə təqdim olunması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 08.01.2022-ci il tarixdə bitmişdir, şikayət isə 28.01.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi cavabdeh qanunda şikayət vermək üçün nəzərdə tutulan 30 günlük şikayət vermə müddətini 20 gün ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin tərəfindən ötürüldüyünü müddətin bərpasına dair ərizəsində etiraf etmiş və müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olduğunu qeyd etmişdir. Cavabdeh ərizədə qərarı 08.12.2021-ci il tarixdə aldıqlarına baxmayaraq, yuxarı təşkilat olan Dövlət Sosial Müdafiə Fondunun 24.12.2021-ci il tarixli qərarı, habelə həmin qərarın icrasının təmin edilməsi sahəsində Mərkəzi Filialın iş yükünün artması ilə əsaslandıraraq apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürüldüyünü bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, surəti təqdim edilmiş Dövlət Sosial Müdafiə Fondunun 24.12.2021-ci il tarixli **********1 nömrəli qərarının məzmunundan ərizədə əsaslandırıldığı kimi, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını məhkəmə mübahisələrində təmsil etmək səlahiyyətlərinin Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına həvalə edilməsini müəyyən etmək mümkün olmasa belə, həmin hal hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddərin üzürlü hesab edilməsinə əsas ola bilməz. Əvvəla, cavabdehin iş üzrə məhkəmə qərarını aldığı 08.12.2021-ci il tarixdən istinad edilən 24.12.2021-ci il tarixli qərarın qəbul edilməsinədək apellyasiya şikayətinin tərtib edilərək məhkəməyə göndərilməsi üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Bu zaman həm də o hal nəzərə alınmalıdır ki, ərizədə üzürlü hal kimi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını məhkəmə mübahisələrində təmsil etmək səlahiyyətlərinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına həvalə edilməsinə istinad edilsə də, hazırkı iş üzrə şikayət və müddətin bərpasına dair vəsatət özü də iş üzrə cavabdeh qismində çıxış edən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmişdir. Digər tərəfdən ərizədə istinad edilən 24.12.2021-ci il tarixli qərarın 11-ci bəndində qərarın icrasından irəli gələn təhvil-təslim məsələlərinin həll edilməsi göstərilsə də, bu hal cavabdehin və onun yuxarı təşkilatının müvafiq sahədə işin təşkili ilə bağlı funksiyalarının həyata keçirilməsi ilə bağlı olmaqla onların öz iradəsindən asılı olan haldır. Nəhayət, müddətin bərpasına dair ərizədə Mərkəzi Filialın iş yükünün artması ilə bağlı dəlillər irəli sürülməsinə baxmayaraq cavabdeh həmin halların mövcudluğuna dəlalət edən, iş yükünün həqiqətən artdığı və ya bunun apellyasiya şikayətini vaxtında verməyə mane olacaq dərəcədə artıdığına dair hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Hüquqi şəxslərə münasibətdə isə üzürlü səbəb kimi göstərilən hallar daha ciddi əsaslara söykənməli və mötəbər sübutlarla təsdiq olunmalıdır. Yuxarıda təsvir edilənlərdən göründüyü kimi, hazırkı iş üzrə cavabdeh hüquqi şəxs olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının müddətin bərpası barədə ərizədə istinad etdiyi üzürlü səbəb kimi göstərilən hallar ciddi əsaslara söykənməmir və mötəbər sübutlarla təsdiq olunmur. Beləliklə də, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrsüz səbəbdən ötürüldüyü müəyyən olunur. Bu səbəbdən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, hazırkı apellyasiya şikayəti mümkün sayılmamalıdır İnzibati-Prosessual Məcəllənin 87-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır (maddə 87.2, 87.3 və 87.4). NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Sumqayıt İnzibat Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2-1(118)-1596/2021 saylı qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməsin. Apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar