Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-265/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Məmmədov Zaur İkram oğlu, X1 və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2013-cü il təvəllüdlü X20 və xx.xx.2014cü il təvəllüdlü X8 iddiaçının himayəsinə verilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(118)- 5630/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X2 Ülviyyə Hakim qızı ilə 2011-ci ilin oktyabr ayından faktiki nikah münasibətlərinə girməklə ailə qurmuş və 2016-cı ilə kimi yaşamışlar. Onların birgə faktiki nikahdan 2 övladları-xx.xx.2013-cü il təvəllüdlü nəvəsi X18 və xx.xx.2014-cü il təvəllüdlü nəvəsi X16 anadan olmuşlar. Sonradan onların xasiyyətləri tutmamış və birgə yaşamaqlarının davamı mümkün olmamışdır. Belə ki, uşaqların anası X13 2016-cü ildən evdən çıxıb getmiş və uşaqlara baxmamışdır. X12 da 2019-cu ildən yaşadığı evi tərk edib getmiş və hər ikisinin olduqları yer də məlum deyildir. Faktiki olaraq 2016-cı ildən xx.xx.2013-cü il təvəllüdlü nəvəsi X18 və xx.xx.2014-cü il təvəllüdlü nəvəsi X16 iddiaçının himayəsində olduğu üçün üzərində qəyyum təyin edilməlidir. X5 bu barədə etibarnamə də vermişdir. Qeyd olunan faktlar Sumqayıt şəhər məhkəməsinin qanuni qüvvədə olan 26 fevral 2019-cu il tarixli, iş N-2(060)-752/2019 saylı qətnaməsi, Azərbaycan Respublikası ƏN-nin 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 05 oktyabr 2022-ci il tarixli, 05/09İS/028884-22 saylı arayışı ilə də tam təsdiq olunmuşdur. Həmçinin həmin faktı Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 19 saylı MKS-nin arayışı və aşağıdakı şahidləri də təsdiq edir: X9, Şəxsiyyət vəsiqəsinin seriyası, (FİN) Seriya və №: AZE 19163165, FİN- 8YTUL0V, Ünvan: Sumqayıt şəhəri, 18ci mikrorayon, ev 29, mənzil 74., Mobil telefon- *** *** ** **. 2. X10,Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və (FİN) Seriya və №: AZE 15029624, FİN3DXDY2U, Ünvan: Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 73., Mobil telefon*** *** ** **. 3. X14, Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və (FİN) Seriya və №: AZE 16770184, FİN- 4RESGUV, Ünvan: Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 30., Mobil tel.: *** *** ** **. Hal-hazırda nəvələri iddiaçının himayəsindədirlər. Dövlət orqanları onların aztəminatlı ailəsi kimi hüquqlarına məhəl qoymadan özlərinin məlum münasibətləri ilə iddiaçının konstitusion hüquqlarını pozaraq kömək etmirlər. Sumqayıt şəhərində məskunlaşmağına baxmayaraq indiyə kimi Sumqayıt şəhərindəki inzibati polis idarə binasından hal-hazırda yaşadığı evə qeydiyyatda olmağına baxmayaraq, nəvələrinə şəxsiyyət vəsiqəsi ala bilmir. Səbəb də o olmuşdur ki, nəvələri rəsmi qaydada iddiaçının himayəsinə verilməmişdir. Ona görə də, ona təcili nəvələri xx.xx.2013-cü il təvəllüdlü X18 və xx.xx.2014-cü il təvəllüdlü X7 üzərində qəyyum təyin edilməyinə dair müvafiq sərəncam verilməsi üçün Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh 02 may 2023-cü il tarixli məktubla ərizəni rədd edərək bildirmişdir ki, narazı qaldığı halda məhkəməyə müraciət edə bilər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, imtina əsassızdır. Çünki iddiaçının nəvələrinin doğum haqqında şəhadətnaməsi var və doğum faktı təsdiqdir və şəxsiyyət vəsiqələri almalıdırlar. Lakin cavabdehin təqsiri üzündən, yəni uşaqların onun qəyyumluğuna verilməməsi üzündən onlara şəxsiyyət vəsiqəsi də ala bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(118)-5630/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Qəyyumluq və Himayəçilik Komissiyalarının inzibati orqan kimi müəyyən edilməmələri və qəyyum və himayəçi təyinatı ilə bağlı mübahsələrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasının formalaşmış məhkəmə təcrübəsi mövcuddur. İnzibati məhkəmələrinin fəaliyyətə başladığı dövrlərdə məhkəmə aidiyyətində müəyyən qeyri-müəyyənliklər olsa da, sonradan bu kateqoriya işlərlə bağlı məhkəmə təcrübəsi formalaşmışdır. Təsadüfi deyildir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 02 may 2023-cü il tarixli məktubunda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.3-cü maddəsinə istinad edilərək iddiaçıya izah edilmişdir ki, ümumi iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri İddiaçı şikayətində göstırir ki, ümumi iddia icraatı qaydasında məhkəməyə müraciət edərək nəvələrin himayəsinə verilməsi barədə qətnamə qət edilməsini xahiş etsə də, məhkəmə iddianı mümkünsüz sayaraq inzibati məhkəməyə müraciət olunmasını bildirmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçını və vəkilini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsindən göründüyü kimi, hazırki mübahisənin mahiyyəti iddiaçının nəvələrinin onun himayəsinə verilməsi barədədir. İşdən görünür ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Abşeron Rayon İcra Hakimiyyətini göstərsə də, mübahisə irəli sürülən xüsusi hüquqa-mülki, ailə hüquq münasibətlərinə aiddir. Azərbaycan Rəspublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə “inzibati orqanların Təsnifatı” təsdiq edilmişdir ki, həmin təsnifatda Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası inzibati orqan kimi müəyyən olunmamışlar. Eyni zamanda yaranmış mübahisə ailə münasibətlərindən irəli gələn publik olmayan hüquq münasibətlərinə aiddir. Kollegiya qeyd edir ki, Qəyyumluq və Himayəçilik Komissiyalarının inzibati orqan kimi müəyyən edilməmələri və qəyyum və himayəçi təyinatı ilə bağlı mübahsələrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasının formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, bu qəbildən olan mübahisələrin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki, Ailə Məcəllələri ilə tənzimlənir. Ailə Məcəlləsi və Mülki Məcəllə isə ümumi hüququn deyil, xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 136-cı maddəsinə əsasən qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsipləri və qaydaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dəqiq siyahısı müəyyən edilmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3392/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “2016-cı il tarixindən nəvələri-xx.xx.2013-cü il təvəllüdlü X20 və xx.xx.2014-cü il təvəllüdlü X8 iddiaçının himayəsində olmaları və yanında yaşamalarını nəzərə alaraq nəvələri üzərində qəyyum təyin edilməyinə dair müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulmasına” dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli iclas protokolundan görünür ki, hazırkı iş üzrə iddianın mümkün sayılmamasına səbəb olan yuxarıda qeyd edilən hallar məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə edilmiş, iddiaçı ümumi məhkəmədə iddia qaldırmasına baxmayaraq ərizəsinə baxılmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında isə iddiaçının vəkili ümumi məhkəmənin qərardadının mübahisələndirilmədiyini bildirmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçıya izah edilsin ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, nəvələrinin onun himayəsinə verilməsi tələbi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(118)-5630/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-265/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-265/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver