Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-266/2025 20.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2, Üçüncü şəxs X31 və digər üçüncü şəxs X25 nümayəndəsi X26 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı5 cavabdeh Abşeron Rayon Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron Rayon X12 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(118)-395/2024 nömrəli qərarından üçüncü şəxslər X31, X40 və X46 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı5 Abşeron Rayon Xırdalan Bələdiyyəsinə müraciət edərək Abşeron rayonu X12 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişlər. Cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsi iddiaçıların müraciətindən imtina etmiş və imtinanın əsası olaraq, Abşeron rayonunun Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncam ləğv edilmədiyini, Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) xx.xx.2012-ci il tarixli, 2(85)1033/2012 nömrəli qərarı ilə Abşeron rayonunun Xırdalan Bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamla Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsi satılarkən müvcud qanunvericiliyə riayət olunmuş, aidiyyəti qurumlardan rəylər alınmış və alqı-satqı prosesi tam qanunauyğun həyata keçirildiyini qeyd etmişdir. Bununla razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı5 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu X12 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar məhkəməyə ərizə təqdim edərək, “Abşeron rayonu X12 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən binada yaşayırlar. Yaşadıqları binanın qarşısında yerləşən parkda cavabdeh qeyri-qanuni tikinti işləri aparır. Həmin park binada yaşayan qocaların uşaqların istirahəti üçün nəzərdə tutulmuşdur. Lakin cavabdeh xəbərdarlıqlara əhəmiyyət vermədən orada tikinti işləri aparır. Mənzillərdən istifadə etməyə maneçiliklər yaradılır. Quliyeva İlhamə Tofiq qızı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının uzun müddət istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 250 kv.metr torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 29 iyun 2012-ci il tarixli, 2(85)-1033/3012-in saylı qərarı ilə iddia təmin edilmişdir. İlhamə Quliyeva Məhkəmənin qərarı əsasında Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən 45 nömrəli, 01 avqust 2012- cil tarixli sərəncamla Abşeron rayonu, Xırdalan şəhəri 30-cu məhəlləə yerləşən 156 kvadrat sahəsi olan torpaq sahəsi satılmış daha sonra isə həmin sənədlər əsasında göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququ İlhamə Quliyevanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daha sonra isə iddiaçılar və digər qonşular Sumqayıt İnzibati- İqtisad Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini və işə iştirakları ilə baxılmasını xahiş etmişdirlər. Ərizələri Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilmiş, məhkəmənin 29 iyun 2012-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçılar işə üçüncü şəxslər kimi işə cəlb edilmişdir. Daha sonra isə məhkəmənin 13 noyabr 2019-cu il tarixli qərardadı ilə X40 üçüncü şəxs kimi cəlb edilmişdir. Onun cəlb edilməsinin səbəbi isə İlhamə Quliyevanın torpaq sahəsinin bir hissəsini Elkin Məmmədova satması olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2-1(085)-1553/2019 saylı qərarı ilə İlhamə Quliyevanın iddiası rədd edilmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. İlhamə Quliyeva Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin hazırda ləğv edilmiş 29 iyun 2012-ci il tarixli qərarı əsasında mülkiyyət hüququnu qeydə aldırdığı 0.0156 ha torpaq sahəsini X7, sonuncu çıxarış (reyestr nömrəsi: **********60) əsasında 0.0156 ha sahəsi olan torpaq sahəsini X10, X25 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********60 nömrəsi ilə qeydə alınmış, sonuncu isə həmin torpaq sahəsini X3. Cavabdeh Abşeron Rayon Xırdalan Bələdiyyəsi iddiaya yazılı etiraz verərək qeyd etmişdir ki, İddiaçı1 və digərləri iddia ərizəsində yaşadıqları, yəni ünvan 1 ünvanının qarşısında yerləşən parkda cavabdeh tərəfindən qeyri-qanuni tikinti işlərinin aparıldığını, həmin parkın binada yaşayan yaşlıların, uşaqların istirahəti üçün nəzərdə tutulduğunu, lakin cavabdeh tərəfin onların xəbərdarlıqlarına baxmayaraq orada tikinti işlərini apardığını qeyd etmişlər. Bildirmişlər ki, Quliyeva İlhamə Tofiq qızı cavabdeh Abşeron rayonunun Xırdalan Bələdiyyəsinə qarşı vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının uzun müddət istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30-cu məhəllədə yerləşən 250 kv.m torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını Sumqayıt İnzibati Məhkəməsindən (Sumqayıt İnzibatiİqtisadi Məhkəməsi) xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibatiİqtisadi Məhkəməsi) xx.xx.2012-ci il tarixli, 2(85)-1033/2012 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmənin qərarına əsasən Abşeron rayonunun Xırdalan Bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamla Quliyeva İlhamə Tofiq qızma 0,0156 ha torpaq sahəsi satılmış, həmin sənədlər əsasında çıxarış alınmışdır. Daha sonra onlar Sumqayıt İnzibati Məhkəməsinə (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) müraciət edərk həmin qərarın ləğv edilməsini və işə onların iştirakilə baxılmasını xahiş etmişlər. Onların ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilmiş, Məhkəmənin xx.xx.2012-ci İl tarixli qərarı ləğv edilmiş və üçüncü şəxs kimi işə cəlb olunmuşlar. Daha sonra Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə X40 üçüncü şəxs kimi işə cəlb edilmişdir. X21 məhkəmə işinə cəlb edilməsinə səbəb, sözügedən torpaq sahəsinin bir hissəsinin Quliyeva İlhamə Tofiq qızı tərəfindən ona satılması olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) xx.xx.2019-cu il tarixli, 1(085)-1553/2019 nömrəli qərarı ilə Quliyeva İlhamə Tofiq qızının iddiası rədd edilmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Quliyeva İlhamə Tofiq qızı Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) hazırda ləğv edilmiş xx.xx.2012-ci il tarixli qərarı əsasında mülkiyyət hüququnu qeydə aldırdığı 0,0156 ha torpaq sahəsini X8, sonuncu çıxarış (reyestr nömrəsi: **********60) əasında həmin torpaq sahəsini X10 və mülkiyyət hüququ sonuncunun adına **********60 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış, daha sonra həmin torpaq sahəsinin X1 bildirmişlər. Ona görə də Abşeron rayonunun Xırdalan Bələdiyyəsinin qərarını qanunsuz hesab edirlər. Bildirirlər ki, ümumiyyətlə Abşeron rayonunun Xırdalan Bələdiyyəsi cavabdeh olaraq xüsusi mülkiyyətdə olan torpaq sahəsində heç bir tikinti işi aparmır. O cümlədən iddiaçılar İddiaçı1 və digərlərinin iddiası tamamilə əsassızdır. Ona görə ki, iddiaçı Quliyeva llhamə Tofiq qızı cavabdeh Abşeron rayonunun Xırdalan Bələdiyyəsinə qarşı vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçının uzun müddət istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30-cu məhəllədə yerləşən 250 kv.m torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını Sumqayıt İnzibati Məhkəməsindən (Sumqayıt İnzibatiİqtisadi Məhkəməsi) xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibatiİqtisadi Məhkəməsi) xx.xx.2012-ci il tarixli, 2(85)- 1033/2012 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Daha sonra İddiaçı1 və digərlərinin vəsatəti əsasında Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2(85)-1553/2019 nömrəli qərardadı ilə İddiaçı1 və digərlərinin vəsatəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati- İqtisadi Məhkəməsi) xx.xx.2012-ci il tarixli, 2(85)-1033/2012 nömrəli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Lakin Abşeron rayonunun Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncam ləğv edilməmişdir. Onu da qeyd edirlər ki, Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) xx.xx.2012-ci il tarixli, 2(85)-1033/2012 nömrəli qərarı ilə Abşeron rayonunun Xırdalan Bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamla Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsi satılarkən müvcud qanunvericiliyə riayət olunmuş, aidiyyəti qurumlardan rəylər alınmış və alqı-satqı prosesi tam qanunauyğu həyata keçirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-395/2024 saylı Qərardadı ilə X40, X46 (adi cəlbetmə) və Quliyeva İlhamə Tofiq qızı zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-395/2024 saylı Qərardadı ilə X31 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs Quliyeva İlhamə Tofiq qızının iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, zəruri cəlbetmə qaydasında prosesin iştirakçısına çevrilmiş üçüncü şəxslər mövqelərinin adi cəlb etmə qaydasında cəlb edilmiş üçüncü şəxslərə nisbətən daha güclü olması ilə fərqlənirlər. Adi cəlbetmə qaydasında cəlb edilmiş şəxslər ancaq qaldırılmış iddia çərçivəsində özlərinin lehinə və ya əleyhinə ərizə və vəsatətlərini irəli sürə bildikləri halda, zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslərə əsas iştrakçıların irəli sürdükləri iddiadan tamamilə fərqlənən tələblərlə çıxış edə bilərlər. Bununla bağlı qeyd etmək lazımdır ki, zəruri cəlbetmə adi cəlbetmədən fərqli olaraq üçüncü şəxslərin prosesin əsas iştirakçılarının mövqeyi ilə müqayisədə eyni həcimli mövqedə dayandıqlarını təsbit edir. Həmin iddia ərizəsi ilə tanış olarkən iddianın qanunsuz, əsassız və mümkünsüz olduğunu müəyyən etmişdir. Belə ki, mübahisəli 156 kv.metr torpaq sahəsi 30 il ərzində mərhum atasının istifadəsində olmuş və təqdim etdiyi ərizə əsasında Xırdalan Bələdiyyəsinin 01 avqust 2012-ci il tarixli iclasının 08 saylı Qərarı əsasında fərdi yaşayış evi tikintisi məqsədi ilə satılmışdır. Həmin 156 kv.metr torpaq sahəsinin alqı-satqısına dair Xırdalan Bələdiyyəsi ilə aralarında AKT bağlanmış, tərəfindən Bələdiyyənin bank hesabına 546 manat vəsait ödənilmiş və həmin AKT Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsində xx.xx.2015-ci il tarixdə "68/15" nömrə ilə qeydiyyata alınmışdır(torpaq sahəsinin istifadədə olmasını subut edən foto şəkil, Bələdiyyə qərarının və alqı-satqı aktının surətləri əlavə edilir). Bundan sonra, həmin 156 kv.metr torpaq sahəsinin sənədlərini təqdim edib "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququnu təsdiq edən Seriya RX , ******* nömrəli Çıxarış almışdır(çıxarışın surəti əlavə edilir). Sonda isə, 05.10.201 8-ci il tarixdə mülkiyyətində olan 156 kv.metr torpaq sahəsini notariat kontoru vasitəsi ilə alqı-satqı müqaviləsinə əsasən X4. Xırdalan Bələdiyyəsi ilə aralarında olan məhkəmə mübahisəsi 250 kv.metr torpaq sahəsi barədə olmuş və həmin qərarın icra olunması barədə icra sənədi heç-bir zaman verilməmiş, buna görə də həmin işə baxan birinci instansiya məhkəməsi 2019-cu il tarixdə qərarının icra olunmadığını görmüş və buna görə də, qərarı ləğv edib iddianı da rədd etmişdir. Digər tərəfdən, bu iş üzrə iddiaçılar həmin ərazini ümumən zəbt etmək istəyirlər. Onların hamısının həmin ərazidə obyektləri və torpaqları vardır. Məsələn İddiaçı5 həmin ərazidə torpaq sahəsini zəbt edib və satıb, orada inşa olunan qeyri-qanuni xeyir-şər evinə bugün də şərikdir. İddiaçılar qeyriyaşayış sahəsini (xeyr- şər evinin) gündəlik icarəyə verib pullarını bölürlər. Mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə stol-stul düzərək şər mərasimi təşkil edirlər. Digər İddiaçı4 tofıq oğlu mərhum anasının yas mərasimini şəxsən həmin ərazidə təşkil etmişdir. Digər tərəfdən, İddiaçı4 həmin yaşayış binasının mühafizə zolağında 80 kv.metrlik balkon tikib evinə qatıb, iki maşınlıq qaraj tikdirib və maşın yuma adı altında qeyri-yaşayış binası inşa etdirmişdir. Ona qarşı haqsızlıqların başında İddiaçı4 dayanıb. Ona məxsus torpaq sahəsini qonşu Ədilə xanımın mərhum ərinə 13 il bundan qabaq satmışdır. Hələ atasının sağlığında Bağı ilə atasının mübahisəsinə Abşeron polisində baxılmış və bu mübahisəni dayandırmağı barədə Bağı xəbərdarlıq almışdır (Abşeron rayon Polisinin məktubunun surəti əlavə edilir), lakin bugünədək çirkin əməllərindən əl çəkməmişdir. Həmçinin də, İddiaçı4, İddiaçı5 və digərləri(cəmi 6 nəfər) eyni iddia tələbi ilə Abşeron məhkəməsinə müraciət etmişlər və Abşeron rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(012)- 3933/2021 saylı qərardadı ilə, iddiaçılar İddiaçı4, X9, X11, X15, X2 və İddiaçı5 cavabdehlər Abşeron Rayonu Xırdalan Bələdiyyəsinə, Quliyeva İlhamə Tofiq qızına və X27 qarşı “Torpaq sahəsinə dair Qərarın, Alqı-satqı müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi geri qaytarılmışdır. Bu qərardaddan apellyasiya şikayəti vermişlər, lakin apellyasiya şikayəti təmin edilməmişdir. Onu da qeyd edir ki, iddiaçıların mübahisəli torpaq sahəsinə dair heç-bir subyektiv hüquqları yoxdur. Çünki, həmin 156 kv.metr torpaq sahəsi yaşadıqları 11 nömrəli binanın mühafizə zolağından xeyli kənardadır. Həmçinin də, Xırdalan Bələdiyyəsi ilə aralarında olan sözügedən qərar ərizə əsasında ayrılmış və qanuni olmuşdur. Məhkəmə qərarına (2012-ci il tarixli) əsasən ayrılması nəzərdə tutulan 250 kv.metr torpaq sahəsi bu günədək ayrılmamış və iddiaçılar tərəfindən zəbt olunmuş, oturacaqlar qoyulmuş və mərasim evinə yığışanlar orda istirahət edirlər. Həmin 250 kv.metr torpaq sahəsi heç vaxt adına sənədləşməmişdir. Əlavə olunmuş fotoşəkillərdən də görünür ki, mülkiyyətində olmuş 156 kv.metr torpaq sahəsində dəmir qaraj olmuş, torpaq sahəsinin kənarları yüngül konstruksiya ilə bağlanmış və uzun illər (40 il) istifadəsində olmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən hal-hazırkı iddia tələbi mümkünsüz hesab edilməlidir. Çünki, iddiaçıların iddia tələbi əsassızdır, onların heç birinin mübahisə predmeti üzrə subyektiv hüquqları yoxdur, digər tərəfdən iddia müddəti tədbiq olunmalıdır. Yəni, mübahisə predmeti üzrə iddiaçıların subyektiv hüquqlarının olmamaları və iddia müddəti ötürüldüyü üçün iddia tələbi mümkün hesab edilməməlidir. Üçüncü şəxs X25 iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçıların mübahisəli torpaq sahəsinə dair heç-bir subyektiv hüquqları yoxdur. Çünki, həmin 156 kv.metr torpaq sahəsi yaşadıqları 11 nömrəli binanın mühafizə zolağından xeyli kənardadır. Həmçinin də, cavabdeh Xırdalan Bələdiyyəsi ilə 3-cü şəxs Quliyeva İlhamənin arasında olan məhkəmə mübahisəsi 250 kv.metr torpaq sahəsi barədə olmuş və həmin qərarın icra olunması barədə icra sənədi heç-bir zaman verilməmiş və qərar icra olunmamışdır. Buna görə də həmin işə baxan birinci instansiya məhkəməsi 2019-cu il tarixdə qərarının icra olunmadığını görmüş və buna görə də, 2012-ci il tarixli qərarı ləğv edərək iddianı da rədd etmişdir. Bu iş üzrə iddiaçılar mübahisəli Xırdalan Bələdiyyəsinin qərarı barədə 2019-cu il tarixdən məlumatlı olmuşlar və 4 ildən sonra mübahisələndirmişlər. Bununla da iddiaçılar iddia müddətini ötürmüşlər. Hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən hal-hazırkı iddia tələbi mümkünsüz hesab edilməlidir. Çünki, iddiaçıların iddia tələbi əsassızdır, onların heç birinin mübahisə predmeti üzrə subyektiv hüquqları yoxdur, digər tərəfdən iddia müddəti tədbiq olunmalıdır. Yəni, mübahisə predmeti üzrə iddiaçıların subyektiv hüquqlarının olmamaları və iddia müddəti ötürüldüyü üçün iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə hər iki hal barədə araşdırma aparmalı və iddia tələbinin mümkünsüz hesab olunması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 68.4-cü maddəsində qeyd olunmuşdur ki, Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Üçüncü şəxs X21 iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı4, İddiaçı5 və digərləri (cəmi 6 nəfər) oxşar iddia tələbi ilə Abşeron məhkəməsinə müraciət etmişlər və Abşeron rayon Məhkəməsinin (hakim Cəmilə xanım Səfiyeva) 16 iyun 2021-ci il tarixli 2(012)3933/2021 saylı qərardadı ilə, iddiaçılar İddiaçı4, X9, X11, X15, X2 və İddiaçı5 cavabdehlər Abşeron Rayonu Xırdalan Bələdiyyəsinə, Quliyeva İlhamə Tofiq qızına və X27 qarşı "Torpaq sahəsinə dair Qərarın, Alqı-satqı müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi geri qaytarılmışdır. Bu qərardaddan apellyasiya şikayəti vermişlər, lakin apellyasiya şikayəti təmin edilməmişdir. Üçüncü şəxs X31 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Xırdalan Bələdiyyəsinə və 3-cü şəxslər Quliyeva İlhamə Tofiq qızına, X27 və X32 qarşı “qərarin ləğv edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işin məhkəmə iclası 01 avqust 2024-cü il tarixə saat 11:30-a təyin edilmişdir. Nəzərinizə çatdırıram ki, iş materiallarında olan başqa məhkəmə tərəfindən keçirilmiş 5754 saylı, 03 iyun 2019-cu il tarixli ekspert rəyində qeyd olunan 0.0298 ha torpaq sahəsinin mənim mülkiyyətimdə olan 0.0156 ha torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, həmin 0.0298 ha torpaq sahəsi boşdur və iddiaçılar tərəfindən istifadə olunur. Sadəcə olaraq mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda yerləşən mərasim evinin sahibi bir qrup şəxs başına toplayaraq onun mülkiyyətinə göz dikib, əlindən almaq istəyirlər. Həmin şəxslərin çoxunun həmin ərazidə torpaqları olmuş, bəziləri satmış, bəziləri isə hələ də istifadə edirlər(məsələn: Guya ki, ərazi parkdır, halbuki, ərazinin bir tərəfi qanunsuz tikilmiş fərdi yaşayış evidir, ərazisi də 0.03 ha torpaq sahəsidir. Digər tərəfi iddiaçılara məxsus qanunsuz tikilmiş mərasim evidir, ərazisi də 0.04 ha torpaq sahəsidir. Ortasının bir kənarında onun mülkiyyətində olan 0.0156 ha qanuni torpaq sahəsidir. Onun sahəsinin üç tərəfi isə boşdur, bu boş ərazidə təxminən 0.035 ha torpaq sahəsindən ibarətdir. Yəni ekspert rəyində göstərilən həmin 0.0298 ha torpaq sahəsi boşdur və iddiaçılar tərəfindən hal-hazırda istifadə olunur. Həmin 0.0298 ha torpaq sahəsində bisetkalar quraşdırılıb yas mərasiminə toplaşanlar isti günlərdə orda oturullar. Heç bir bağdan söhbət gedə bilməz, bu halları müəyyən etmək üçün iş araşdırılmalı və iş üzrə ekspertiza keçirilməlidir. Həmin ərazidə heç bir dövlət orqanı hər hansısa bağ salınması barədə məktub verməmişdir. İş materiallarında olan yeganə məktub yerli icra hakimiyəli tərəfindən 2018-ci il tarixli məktubdur ki, sakinlərə verilmiş, həmin məktubda söhbət 11-ci binanın mühafizə zolağından gedir və ölçüsünə dair heç bir göstərişdə yoxdur. Həmin məktub tərəfindən mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(118)-395/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu X12 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarı ləğv edilmişdir. (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1553/2019 saylı Qərarı preyudisial əhəmiyyət daşıyır. Həmçinin qeyd edir ki, mübahisələndirilən inzibati akt məhkəmə qərarı əsasında qəbul edildiyi üçün qəbul edildiyi dövrdə qanuni hesab edilir. Lakin həmin məhkəmə qərarı ləğv edildiyi və məhkəmə qərarları ilə hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi üçün əsasların qanuni olmadığı müəyyən edildiyinə görə, hazırkı iş üzrə iddiaçıların müraciəti zamanı cavabdeh inzibati orqan İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 68.2.3-ci maddəsini əsas götürərək Abşeron rayonu X12 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarını ləğv etməli idi. Qərardan narazı qalan üçüncü şəxslər X31, X40 və X46 apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri Üçüncü şəxslər X31, X40 və X46 apellyasiya şikayətlərini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişlər ki, məhkəmə qərarı əsassız qəbul edildiyi üçün ləğv edilməlidir. İddiaçıların mübahisəli torpaq sahəsinə dair heç-bir subyektiv hüquqları yoxdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X31 və digər üçüncü şəxs X25 nümayəndəsi X48 apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək şikayətlərin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayətlərinə etiraz edərək şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehə, İddiaçı5 və üçüncü şəxslər X27 və Quliyeva İlhamə Tofiq qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdehin nümayəndəsi, İddiaçı5 və üçüncü şəxslər X40 və Quliyeva İlhamə Tofiq qızı məhkəmə iclasında iştirak etməmişlər, gəlməmələrin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsi, İddiaçı5 və üçüncü şəxslər X40 və Quliyeva İlhamə Tofiq qızının iştirakları olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayətləri isə qismən təmin edilməlidir. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı5 cavabdeh Abşeron Rayon X12 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarının ləğv edilməsini tələb edirlər. Birinci instansiya məhkəməsi qərarında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1553/2019 saylı qərarının preyudisial əhəmiyyət daşıdığını, mübahisələndirilən inzibati akt məhkəmə qərarı əsasında qəbul edildiyi üçün qəbul edildiyi dövrdə qanuni hesab edildiyini, lakin mübahisələndirilən inzibati aktın qəbul edilməsinə əsas olmuş həmin məhkəmə qərarı artıq ləğv edildiyi və məhkəmə qərarları ilə hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi üçün əsasların qanuni olmadığı müəyyən edildiyinə görə, hazırkı iş üzrə iddiaçıların müraciəti zamanı cavabdeh inzibati orqan tərəfindəfn İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 68.2.3-ci maddəsini əsas götürərək Abşeron rayonu X12 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarı ləğv edilməli olunduğunu qeyd edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmənin hüquqi mövqeyi düzgün olsa da, onun əsaslandığı hallar iddiaya mahiyyəti üzrə baxılaraq onun rədd edilməsinə deyil, iddianın mümkün sayılmamasına əsas verir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1033/2012 saylı 29 iyun 2012-cü il tarixli Qərarına əsasən, Quliyeva İlhamə Tofiq qızının uzun müddət istifadəsində olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 16 yanvar 2012-ci il tarixli, 054 saylı Sərəncamına əsasən fərdi yaşayış evi tikintisinə icazə verilmiş və Abşeron rayon, Xırdalan şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 250 kv.m torpaq sahəsinin Quliyeva İlhamə Tofiq qızına satılması öhdəliyi Abşeron Rayon Xırdalan Bələdiyyəsinin üzərinə qoyulmuşdur. İş materillarında olan Abşeron rayon Xırdalan bələdiyyə Başçısının 02 avqust 2012-ci il tarixli 45 saylı Sərəncamından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2012-cil tarixli, 2(85)-1033/2012 saylı qətnaməsinin icra olunması məqsədilə bələdiyyənin 01 avqust 2012-ci il tarixli iclasının 08 saylı Qərarına əsasən Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən, üzərində fərdi yaşayış evi tikiləcək 156 kv.m torpaq sahəsinin Quliyeva İlhamə Tofiq qızına satılmasına dair protokoldan çıxarış verilmişdir. Həmin protokol qərar ilə Quliyeva İlhamə Tofiq qızına 156 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Daha sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1553/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)- 1033/2012 saylı 29 iyun 2012-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, Quliyeva İlhamə Tofiq qızının cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının uzun müddət istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 250 kv.metr torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair inzibati iş üzrə X29, X5, İddiaçı1, Əşrəfov Xanımzər israfil qızı, X16, X41, İddiaçı2, X6, İsmayılova Ulduz Məşədi qızı, X18, X33, X34, X42, X49, X43, X22, X23, İddiaçı4, X50, X30, X35, X36, X53, X17, X54, X19 və X24 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1553/2019 saylı qərarı ilə iddiaçı Quliyeva İlhamə Tofiq qızının cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 250 kv.metr torpaq sahəsinin iddiaçıya satılmasına” dair iddia tələbi təmin edilməmişdir. İddiaçılar hazırda Abşeron rayonu X12 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarının ləğv edilməsini istəyir. Cavabdeh orqan imtinanın əsası olaraq, Abşeron rayonunun Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncam ləğv edilmədiyini, Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) xx.xx.2012-ci il tarixli, 2(85)1033/2012 nömrəli qərarı ilə Abşeron rayonunun Xırdalan Bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamla Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsi satılarkən müvcud qanunvericiliyə riayət olunduğunu, aidiyyəti qurumlardan rəylər alındığını və alqı-satqı prosesinin tam qanunauyğun həyata keçirildiyini qeyd etmişdir. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən qərar (Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 02 avqust 2012-ci il tarixli qərarı) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1553/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1033/2012 saylı 29 iyun 2012-cü il tarixli qərarı əsasında qəbul edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2012-cil tarixli, 2(85)1033/2012 saylı qərarının icra olunması məqsədilə bələdiyyənin 01 avqust 2012-ci il tarixli iclasının 08 saylı Qərarına əsasən Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən, üzərində fərdi yaşayış evi tikiləcək 156 kv.m torpaq sahəsinin Quliyeva İlhamə Tofiq qızına satılmasına dair protokoldan çıxarış verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, daha sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1553/2019 saylı qərarı ilə iddiaçı Quliyeva İlhamə Tofiq qızının cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 250 kv.metr torpaq sahəsinin iddiaçıya satılmasına dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1553/2019 saylı qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 71. İnzibati aktın icrasının dönüşü haqqında məhkəmə qərardadı 71.1. İnzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. 71.2. Məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. 71.3. İnzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 236-1. İcrada dönüş 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Hazırki iş üzrə məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1553/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1033/2012 saylı 29 iyun 2012-cü il tarixli qərarı ləğv edildiyindən (hansı ki mübaisələndirilən bələdiyyə qərarının verilməsi həmin qərar əsasında qəbul edilmişdir), həmçinin daha sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1553/2019 saylı qərarı əsasında iddia təmin edilmədiyindən Abşeron Rayon X12 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarı da öz əhəmiyyətini itirir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1033/2012 saylı 29 iyun 2012-cü il tarixli qərarı ləğv edilərkən, həmçinin Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 02 avqust 2012-ci il tarixli qərarını ləğv etməklə inzibati aktın icrasının dönüşü haqqında qərardad qəbul edilməli idi. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayətləri isə qismən təmin edilməlidir. Həmçinin iddiaçılara izah olunur ki, inzibati aktın icrasının dönüşü haqqında ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(118)-395/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
Məhkəmə qərarları › İş №2-1(105)-266/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-266/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver