Məhkəmə qərarları › İş №2-1(105)-267/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-267/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-267/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2-1(118)-259/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə (buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə) Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2-1(118)-259/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarı xx.xx.2020-ci il tarixdə iddiaçıya təqdim edilməsinə baxmayaraq, iddiaçı həmin qərardan xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş 30 gün müddət ərzində verilmədiyindən, şikayətin mümkünlük məsələsinə baxılması qərara alınmışdır. Həmçinin, iddiaçı ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2-1(118)-259/2020 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarının surəti ona rəsmi qaydada göndərilməmiş, onun qərardan məlumatı olmamışdır. Keçən müddət ərzində iddiaçı dəfələrlə cavabdeh orqana müraciətlər edib, imtina cavabı aldıqdan sonra yenidən məhkəməyə müraciət etmək qərarına gəlmiş və 2020-ci ildə məhkəməyə verdiyi hazırkı iddia tələbinin nəticəsi ilə maraqlanmışdır. Məhkəmə qərarını 2024-cü ilin noyabr ayında almış, bundan sonra qərardan apellyasiya şikayəti vermişdir. Qərarı aldıqdan sonra cavabdehə etdiyi növbəti müraciəti cavabını gözləmiş, cavab məktubu xx.xx.2024-cü il tarixdə poçta verilməsinə baxmayaraq ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Bundan sonra bayram günləri olmuş, ilk iş günündən sonra qərardan apellyasiya şikayəti vermək üçün vəkilə müraciət etmişdir. Vəkil qərarla tanış olduqdan sonra xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə qərarını gec aldığı, poçt tərəfindən ona məktubun gec çatdırıldığı, bundan sonra bayram günləri olduğu və hüquqi savadı olmadığı nəzərə alınaraq, şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı müddətin bərpasına dair ərizə ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması

1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Mülki Prosessual Məcəllə: Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ...

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, prosessual müddətin bərpasına əsaslar olmadığından ərizə rədd edilməli, şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, mübahisələndirilən qərar iddiaçıya xx.xx.2020-ci il tarixdə verilmiş, onun tərəfindən imza edilməklə qəbul edilmişdir. Bundan 4 ildən artıq müddət keçdikdən sonra iddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmə qərarını almadığını və qərarın ona təqdim edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmə qərarı təkrarən iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və onun tərəfindən imza edilməklə qəbul edilmişdir. Hətta məhkəmə qərarının iddiaçıya 2020-ci ildə təqdim edilmədiyi, ilk dəfə onun tərəfindən xx.xx.2024-cü il tarixdə alındığı qəbul edilsə belə, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra, yəni xx.xx.2025ci il tarixdə verilmişdir. İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır, bununla da şikayətin verilməsi müddəti 20 gün ötürülmüşdür. İddiaçı müddətin ötürülməsi səbəbini cavabdeh orqana etdiyi müraciətin cavabını gözlədiyini, cavab məktubunu aldıqdan sonra bayram günləri olduğu, hüquqi savadı olmadığı və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan hallar buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizə rədd edilməli, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Prosessual müddətin bərpa edilməsinə dair ərizə rədd edilsin. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar