Məhkəmə qərarları › İş №2-1(105)-268/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-268/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-268/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-55/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsinə dair ərizə barədə iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2-1(085)- 55/2019 saylı qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh tərəfindən 09.09.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində İddiaçı xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********19) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin göstərilmiş koordinatları ilə satıcılar- Xanım Əliyeva, Mehman Əliyev və X10 Torpaq və Xəritəçəkmə Komitəsinin JN-2932 (KOD-********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və 30.08.2014-cü il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi əsasında İddiaçı satmış olduqları torpaq sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılaraq, İddiaçı torpaq sahəsinin planı və ölçüsünə dair yeni sənədin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-55/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, 09.09.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində İddiaçı xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********19) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin göstərilmiş koordinatları ilə satıcılar- Xanım Əliyeva, Mehman Əliyev və X10 Torpaq və Xəritəçəkmə Komitəsinin JN-2932 (KOD-********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və 30.08.2014-cü il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi əsasında İddiaçı satmış olduqları torpaq sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılaraq, İddiaçıa torpaq sahəsinin planı və ölçüsünə dair yeni sənədin təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 noyabr 2019cu il tarixli, 2-1(105)-751/2019 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2-1(085)-55/2019 saylı qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2-1(102)- 750/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-751/2019 saylı iş üzrə 25 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2-1(085)- 55/2019 saylı qərarı 14 sentyabr 2020-ci il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Qərar rabitə orqanı vasitəsilə 24 sentyabr 2020-ci il tarixdə cavabdehə çatdırılmasına baxmayaraq, onun icrası barədə hər hansı məlumat və yaxud sübut məhkəməyə daxil olmamışdır. 11 fevral 2021-ci il tarixdə ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-55/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qərarına izah verilməsinə dair ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə məhkəmə qərarının icrasında yaranmış problemlə bağlı olmuşdur. Məhkəmənin 8-1(118)-2/2021 saylı, 04 mart 2021-ci il tarixli qərardadı ilə izahla bağlı ərizə təmin edilməmişdir, qərardadda qeyd edilmişdir ki, məhkəmə qərarı aydın şəkildə ifadə edilmişdir, qərarla bağlı hər hansı bir izaha ehtiyac yoxdur. İddiaçıya məxsus 0,097774 ha torpaq sahəsinin onun istifadəsində olmaması, iddiaçının göstərdiyi torpaq sahəsinin naturada Bilgəh-Sumqayıt avtomobil yolunun altına düşməsi məhkəmə qərarın icrasına hər-hansı maneə törətmir. Bu səbəbdən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-55/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qərarına izah verilməsi üçün heç bir əsas yoxdur. Daha sonra, məhkəmə tərəfindən 26 aprel 2021-ci il tarixdə cavabdeh təkrar xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində mövqeyini belə izah etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2-1(085)-55/2019 saylı qərarı ilə 09.09.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində İddiaçı xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********19) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin göstərilmiş koordinatları ilə satıcılar- Xanım Əliyeva, Mehman Əliyev və X10 Torpaq və Xəritəçəkmə Komitəsinin JN 2932, 30800086 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı və 30.08.2014-cü il tarixli, AN- İ № ******* saylı alğı-satqı müqaviləsi əsasında İddiaçı satmış olduqları torpaq sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılaraq İddiaçı torpaq sahəsinin planı və ölçüsünə dair yeni sənədin təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Tərəflərindən aparılan araşdırma nəticəsində İddiaçı həmin **********19 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.097774 ha torpaq sahəsinin sonuncunun istifadəsində olmadığı, iddiaçının göstərdiyi torpaq sahəsinin isə tam olaraq naturada Bilgəh-Sumqayıt avtomobil yolunun altına düşdüyü müəyyən olunmuşdur. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən X7 verilmiş JN-2932 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 0.257774 ha torpaq sahəsi notarial qaydada alğı-satqı olunaraq 0.16 ha hissəsi X1, 05.03.2007-ci il tarixdə **********18 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sonradan **********18 reyestr nömrəli 0.16 ha torpaq sahəsinin plan-ölçüsünə əsasən yerində (naturada) 0.1289 ha hissəsi Bilgəh-Sumqayıt yolu ilə üst-üstə düşdüyü üçün həmin hissə çıxılaraq, yerdəqalan 0.0311 ha hissəsinə 04.12.2014-cü il tarixdə torpaq sahəsinin plan-ölçüsü və çıxarışı verilmişdir. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən X7 verilmiş JN-2932 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 0.257774 ha torpaq sahəsi notarial qaydada alğı-satqı olunduqdan sonra yerdəqalan 0.097774 ha hissəsi 05.03.2007-ci il tarixdə **********19 reyestr nömrəsi ilə X6 adına qeydiyyata alınmışdır. X2 mülkiyyətində olan 0.097774 ha torpaq sahəsi notarial qaydada alğı-satqı olunaraq İddiaçı satılmışdır. 30.08.2014-cü il tarixdə müraciətlə əlaqədar olaraq **********19 reyestr nömrəli 0.097774 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan 09.09.2014-cü il tarixli, **********19 reyestr nömrəli, 0.097774 ha torpaq sahəsinin planölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən 0.097774 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyqun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanmışdır. Hal-hazırda həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində lazımı işlər aparılır. Odur ki, uçot işləri tam başa çatdıqdan sonra hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadədə olan torpağın məkan göstəriciləri arasında uyğunsuzluqların aradan qaldırılacaq və Sumqayıt İnzibati Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2-1(085)-55/2019 saylı qərarının icrası təmin ediləcəkdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2-1(085)-55/2019 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi Sumqayıt İnzibati Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2-1(085)-55/2019 saylı qərarının icrasını təmin etmədiyi üçün 500 manat məbləğində cərimə olunmuşdur. (hakim İsmayıl Quliyev) Qərardaddan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi məktubla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsi 04.09.2019-cu il tarixli, 2-1(085)-55/2019 saylı qərarının icrasının təmini üçün Sumqayıt İnzibati Məhkəməsinə izah barədə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 09.02.2021-ci il tarixində ərizə verilmiş, lakin Sumqayıt İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 8-1(118)-2/2021 saylı qərardadı ilə izahla bağlı ərizə təmin edilməmişdir. Ali Məhkəmənin 24.11.2005-ci il tarixli, 4 saylı Plenum qərarına əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2-1(085)-55/2019 saylı qərarının nəticəvi hissəsində İddiaçı torpaq sahəsinin planı və ölçüsünə dair yeni sənədin təqdim edilməsi öhdəliyinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması müəyyən edilmişdir. Belə ki, yeni plan ölçü sənədi qeyd edilən zaman vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinə dair və yaxud sənəd üzrə torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi qeyd olunmamışdır. İş üzrə təyin edilmiş ekspertizanın obyekti sənəd üzrə koordinatları qeyd edilmiş torpaq sahəsi olmuş və ekspertin qarşısına qoyulmuş suallar yalnız torpaq sahəsinin sənəd üzrə yerləşməsi barədə olmuşdur. Belə ki, ekspert rəyinə əsasən torpaq sahəsinin 0,01 ha hissəsi naturada Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi zamanı aparılmış qazıntı işləri nəticəsində yolun kənarında yaranmış yamaca düşərək istifadəyə tam yararsız hala düşmüşdür. Yerdə qalan 0,0877 ha isə aparılmış qazıntı işləri zamanı yaranmış hündür təpənin üzərinə düşməsi qeyd olunmuşdur. Ekspert rəyində mübahisə predmeti olan torpaq sahəsinin faktiki yerləşməsi barədə məlumat qeyd olunmamışdır. Belə olan halda, sözügedən torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. İşdən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-55/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qərarı ilə 09.09.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində İddiaçı xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********19) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin göstərilmiş koordinatları ilə satıcılar-Xanım Əliyeva, Mehman Əliyev və X10 Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” (JN-2932, kod ********) və 30.08.2014-cü il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi əsasında İddiaçı satmış olduqları torpaq sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılaraq, İddiaçıa torpaq sahəsinin planı və ölçüsünə dair yeni sənədin təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra 14 sentyabr 2020-ci il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilsə də, onun icrası barədə hər hansı məlumat məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəfindən cavabdeh təkrar xəbərdarlıq edilmiş, məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanmışdır. Hal-hazırda həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində lazımı işlər aparılır. Odur ki, uçot işləri tam başa çatdıqdan sonra hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadədə olan torpağın məkan göstəriciləri arasında uyğunsuzluqların aradan qaldırılacaq və Sumqayıt İnzibati Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2-1(085)-55/2019 saylı qərarının icrası təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, məhkəmə qərarı əsasında cavabdeh inzibati orqan mövcud uyğunsuzluqları aradan qaldıraraq, iddiaçıya yeni sənəd təqdim etməlidir. İddiaçının faktiki istifadəsində torpaq sahəsinin olmaması onun təqsiri üzündən yox, həmin ərazidən dövlət əhəmiyyətli magistral yolun keçməsi ilə bağlı olmuşdur, iddiaçının da məhkəmə prosesində mövqeyi ondan ibarət olmuşdur ki, ya onun faktiki istifadə etməsi üçün torpaq sahəsinə dair sənədi versinlər və yaxud torpaq sahəsi yolun mühafizə zolağına düşürsə ona uyğun sənədi versinlər ki, müvafiq kompensasiya tələb edə bilsin. Qeyd edilən Fərmanla cavabdeh inzibati orqana 2020-ci ilə qədər müvafiq işləri tamamlamaq həvalə edilsə də, müvafiq Fərmanı vaxtında icra etməməklə vətəndaşların hüquqlarının pozulması məhkəmə qərarının icra olunmamasına əsas olaraq göstərilə bilməz. Müəyyən səbəblərdən qeyd edilən Fərmanın icrasını respublika üzrə başa çatdırmaq mümkün olmasa belə, məhkəmə qərarının icrası ilə bağlı məhkəmə qərarının əhatə etdiyi lokal ərazidə sürətli işlər aparmaq olar. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarı 14.09.2020-ci ildə icraya yönəldilmiş, lakin cavabdeh inzibati orqan qərarı bu günədək icra etməmişdir. Qərarın icraya yönəldilməsindən kifayət qədər zaman keçmişdir və bu müddət ərzində qərarın icrası ilə bağlı müəyyən tədbirlərin görülməməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburi olduğundan və məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələndiyindən, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) Sumqayıt İnzibati Məhkəməsinin 04.09.2019-cu il tarixli 2-1(085)-55/2019 saylı qərarının icrasını təmin etmədiyi üçün cərimə olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2-1(085)-55/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar