Məhkəmə qərarları › İş №2-1(105)-268/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-268/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-268/2023 06.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, X24 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarına əsasən Vladimirovka kəndində 0,20 ha torpaq sahəsinə dair X1 adına Azərbaycan Respublikası DT və XK-nın Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-062F Kod 30311018 saylı şəhadətnamənin və onun əsasında X1 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-1978/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarına əsasən Vladimirovka kəndində 0,20 ha torpaq sahəsinə dair X1 adına Azərbaycan Respublikası DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 062F Kod 30311018 saylı Şəhadətnamənin və onun əsasında X1 adına verilmiş RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu “Gülüstan” sovxozunun 05 avqust 1996-cı il tarixli 33 saylı əmri ilə Quba rayonu, Vladimirovka kəndi ərazisindən fərdi yaşayış evi tikintisi üçün İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Gülüstan sovxozunun 05 avqust 1996-cı il tarixli 33 N-li əmri ilə Vladimirovka İƏV-nin ərazisində daimi yaşayıb ərizə ilə müraciət etmiş 444 nəfər vətəndaşa 0,06 ha (Mirzəməmməd kəndində 0,08 ha) hesabı ilə həyətyanı torpaq sahələri verilməsi üçün kəndyanı örüş yerlərindən 31,7 ha asudə torpaq fondunun ayrılması barədə Vladimirovka İƏV-nin 1170 N-li xx.xx.1996-cı il tarixli vəsatəti və sovxozun torpaq komissiyasının sədri P.Abdullayevin təqdimat siyahısı nəzərə alınıb Vladimirovka kəndi üzrə 12.60 ha torpaq fondu ayrılmışdır. Qeyd olunan torpaqayırma sənədlərini təqdim etməklə torpaq sahəsinə hüququnun daşınmaz əmlakın Dövlət Reyestrində Qeydiyyata aldırmaq üçün müraciət etdikdə torpaq sahəsinin ayrılması barədə 01 noyabr 2017-ci il tarixli 1911-1912 saylı Arxiv Çıxarışında adının səhvən Sərvinaz kimi qeyd olunduğu aşkarlanmışdır. Quba Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2 (027)-1528/2018 saylı qətnaməsi ilə hüquq müəyyənedici sənədin məxsus olması faktının müəyyən edilməsi barədə ərizə təmin olunub 05 avqust 1996-cı il tarixli 33 saylı əmrə dair 01 noyabr 2017-ci il tarixli, 1911-1912 saylı Arxiv çıxarışlarının İddiaçı deyil, İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Bundan sonra 0,06 ha torpaq sahəsinə dair hüquqlarımın daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasından DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtinası səbəbindən 2019-cu ilin mart ayında müvafiq iddia ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmə baxışı Covid-19-la bağlı karantin məhdudiyyətləri səbəbindən uzanmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)- 17/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDKR- nin 5 saylı Ərazi İdarəsinə qarşı «Quba rayonu Gülüstan sovxozunun xx.xx.1996-cı il tarixli 33 saylı əmrinə dair xx.xx.2017-ci il tarixli 1911-1912 saylı Arxiv Çıxarışlarına əsasən Vladimirovka kəndi ərazisindən İddiaçı ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə» dair iddiası təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsində işə baxılan zaman sübutların təmini barədə vəsatəti əsasında DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdrəsindən mübahisəli torpaq sahəsinin üst-üstə düşdüyü qeyd olunan digər mülkiyyətçilər hazırkı iş üzrə cavabdeh X1 adına RX seriyalı ******* saylı Çıxarışın verilməsinə (alqı-satqının rəsmiləşməsi və yeni mülkiyyətçilər-digər cavabdehlər Aqil Osmanov və Cəmil Quliyevin hüquqlarının yaranmasına əsas olmuş) dair ilkin hüquqmüəyyənedici sənədlər tələb olunmuşdur. Qeyd olunan sənədlərin DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb olunması məhkəmə tərəfindən təmin olunmuş və bu zaman X19 və X9 hər birinə 0,06 ha torpaq sahəsinin satılmasına əsas olmuş satıcı X1 adına Vladimirovka kəndində 0,20 ha torpaq sahəsinə dair hüquqların qeydiyyatının Quba rayon AİK-nın 09 fevral 1998-ci il tarixli 03 saylı qərarı əsasında verildiyi göstərilən JN- 062F Kod 30311018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən aparıldığı müəyyən olunmuşdur. X21 filialının 05 aprel 2021-ci il tarixli 319 saylı X22 rayon AİK-nın 09 fevral 1998-ci il tarixli 03 saylı qərarında X3 0,20 ha torpaq sahəsi verilməsi haqqında məlumatın aşkar edilmədiyi göstərilmişdir. Göründüyü kimi “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamənin verilməsinə əsas kimi göstərilmiş Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə X3 Vladimirovka kəndində 0,20 ha torpaq sahəsi ayrılmamış və mülkiyyətinə verilməmişdir. Digər tərəfdən Vladimirovka kəndində həyətyanı torpaq sahələri “Gülüstan” sovxozu tərəfindən bir massivdə hər bir vətəndaşa 0,06 ha olmaql 1996-cı ildə ayrılmışdır. Adlı siyahıda X1 adı ümumiyyətlə yoxdur və məhz bu səbəbdən də onun və digər cavabdehlər Aqil Osmanova və Cəmil Quliyevə satdığı 0,06 ha torpaq sahələrinin “Gülüstan” sovxozunun xx.xx.1996-cı il tarixli 33 N-li əmri ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməsi absurd olmaqla, qeyri mümkündür. Hazırkı iddia tələbinin irəli sürülməsi mübahisələndirdiyi sənədlərin onun qanuni hüquqmüəyyənedici sənədlər əsasında sahibi olduğu torpaq sahəsinə və orada inşasına başladığı yarımçıq qalmış fərdi yaşayış evinə hüquqlarına, qanunla qorunan mənafeyinə toxunmasıdır. Belə ki, Quba Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(027)- 219/2019 saylı qətnaməsi ilə hazırkı iddiası üzrə cavabdehlər X19 və X9 ona qarşı iddia tələbi qismən təmin olunub, cavabdeh İddiaçı X15 məxsus Daşınmaz əmlakın Dövlət reyetsrindən ********** qeydiyyat nömrəli, 06,04.2017-ci il qeydiyyat tarixli Seriya RX ******* saylı Çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,055 ha hissəsindən və X11 məxsus daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Seriya RX N ******* saylı Çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsindən çıxarılması, X15 məxsus daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Seriya RX N ******* saylı Çıxarışa əsasən Quba rayonu Vladimirovka kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən tikilmiş 10.6 m x 9.5 m ölçülərlə yarımtikili cavabdeh İddiaçı vəsaiti hesabına sökülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı hesab edir ki, Quba rayon AİK-nın 09 fevral 1998-ci il tarixli 03 saylı qərarında X1 adına Vladimirovka kəndində 0,20 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə məlumat olmadığından, onun adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-062F Kod 30311018 saylı Şəhadətnamənin və onun əsasında X1 adına verilmiş RX seriyalı ******* saylı Çıxarış ləğv edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən X4 adına olan RX seriyalı ******* seriyalı çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. X4 adına olan RX seriyalı ******* seriyalı çıxarışda göstərilən 0.20 ha torpaq sahəsini notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında digər şəxslərin adına özgəninkiləşdirmişdir. Bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ cavabdeh X12 tərəfindən itirilmişdir. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X8, X20 və X16 zəruri cəlbetmə qaydasında, X26 Xidmət Mərkəzində Notariat Ofisi isə adi cəlbetmə qaydasında hazırkı iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-1978/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamənin və onun əsasında X1 adına verilmiş **********47 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eləcə də qərardan narazı qalan üçüncü şəxs A.Cəfərov apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında göstərilən X4 adına olan RX seriyalı ******* seriyalı çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Qeyd edilmişdir ki, X4 adına olan RX seriyalı ******* seriyalı çıxarışda göstərilən 0,20 ha torpaq sahəsini notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında digər şəxslərin adına özgəninkiləşdirmişdir. Üçüncü şəxs A.Cəfərov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə mübahisənin predmeti olan torpaq sahəsi ona Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 03 saylı qərarı ilə verilmişdir və həmin qərar əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-062F KOD303110018 saylı şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamə əsasında da müvafiq çıxarış verilmişdir. Məhkəmənin qərarı ilə ona məxsus 0,20 ha torpaq sahəsinə dair verilən şəhadətnamənin və hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın, iddiaçının koordinatları məlum olmayan 0,06 ha torpaq sahəsinə dair iddia tələbi ilə yalnız torpaq ayırma siyahısında adının olmasına əsasən ləğv edilməsi ilə onun mülkiyyət hüququ pozulmuşdur. Ona məxsus 0,20 ha torpaq sahəsi, islahat zamanı ailələrinə düşən torpaq payı normasından çıxılmışdır. Ona görə də ona və ailə üzvlərinə 0,80 ha özəl torpaq payı verilmişdir. Həmçinin iddiaçının bildirdiyi torpaqayırma sənədində onun ailə üzvlərinə 0,06 ha torpaq sahəsi ayrılması da qeyd olunmuşdur. Bunlar işə baxılarkən araşdırılmamışdır. İşə baxılarkən iş üçün əhəmiyyətli olan hallar tam aydınlaşdırılmamışdır. İddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları məlum olmadığı və müəyyənləşdirilmədiyi halda, onun iddiası əsasında ona məxsus torpaq sahəsinin mülkiyyət hüququna dair sənədləri ləğv edilmişdir. Hazırki iş üzrə qətnamə qəbul edilərkən iddiaçının iddia etdiyi 0,06 ha torpaq sahəsinin, onun mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin ərazisində yerləşməsi sübut edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə ... sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi nəzərdə tutulmuşdur (siyahının 2.5-ci bəndi). Lakin, kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində ona torpaq sahəsinin Quba rayonu, “Gülüstan” sovxozunun 05 avqust 1996-cı il tarixli 33 saylı əmri ilə ayrıldığına istinad etsə də, qeyd edilən əmr iddia ərizəsinə əlavə edilməmiş, habelə işin birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdə də məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, hazırkı iş üzrə apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsinə və vəkilinə həmin əmrin təqdim edilməsi təklif edilmiş, lakin iddiaçıya torpaq sahəsinin ayrılmasına dair həmin əmr məhkəmə kollegiyasına da təqdim olunmamışdır. Halbuki, birinci instansiya məhkəməsi öz qərarında qeyd edilən əmrə məhkəməyə təqdim olunmuş icraat materialları kimi istinad etmiş, eyni zamanda həmin əmrə istinad edərək göstərmişdir ki, “...məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba rayonu “Gülüstan” sovxozunun 05 avqust 1996-cı il tarixli 33 saylı əmri ilə Quba rayonu, Vladimirovka kəndi ərazisindən fərdi yaşayış evi tikintisi üçün İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Gülüstan sovxozunun 05 avqust 1996-cı il tarixli 33 N-li əmri ilə Vladimirovka İƏV-nin ərazisində daimi yaşayıb ərizə ilə müraciət etmiş 444 nəfər vətəndaşa 0,06 ha (Mirzəməmməd kəndində 0,08 ha) hesabı ilə həyətyanı torpaq sahələri verilməsi üçün kəndyanı örüş yerlərindən 31,7 ha asudə torpaq fondunun ayrılması barədə Vladimirovka İƏV-nin 1170 N-li xx.xx.1996-cı il tarixli vəsatəti və sovxozun torpaq komissiyasının sədrinin təqdimat siyahısı nəzərə alınıb Vladimirovka kəndi üzrə 12.60 ha torpaq fondu ayrılmışdır...”. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə tədqiqatı nəticəsində müəyyən etdiyi həmin halı təsdiq edən hərhansı sübut ümumiyyətlə iş materiallarında mövcud deyildir. İş materiallarında yalnız Quba Rayon İcra Hakimiyyətinin Vladimirovka İƏV üzrə nümayəndəsinin Quba Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış “Vladimirovka İƏV-nin ayrı-ayrı yaşayış məntəqələrində yaşayan vətəndaşların fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması barədə” xx.xx.1997-ci il tarixli 1244 saylı vəsatəti (səh.74), X18 Komisiyasının 06 iyun 1997-ci il tarixli iclasının 49 saylı protokolu (səh.75-80) və “Quba rayonu X5, Mirzəməmmədkənd, Ağbil, Əlibəyqışlaq kəndlərinin həyətyanı torpaq sahəsinə ehtiyacı olan vətəndaşların siyahısı” (səh.81-91) adlı sənədlərin heç bir qaydada (arxiv və ya notarial) təsdiqlənməməiş kserosurətləri mövcuddur ki, həmin kserosurətlərin də nə vaxt və kim tərəfindən təqdim edlməsi barədə məhkəmə iclas protokollarında hər-hansı bir yoxdur. Eyni zamanda həmin sənədlər də özözlüyündə iddiaçıya torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. Bundan əlavə, birinci instansiya məhkəməsi X21 filialının iş materiallarında olan xx.xx.2021-ci il tarixli 319 saylı arxiv arayışına istinad etməklə Quba rayon AİK-nın 09 fevral 1998-ci il tarixli 03 saylı qərarında X3 0,20 ha torpaq sahəsi verilməsi haqqında məlumatın aşkar olunmdığından “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamənin verilməsi kimi göstərilmiş Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə X3 Vladimirovka kəndində 0,20 ha torpaq sahəsinin ayrılmaması və mülkiyyətinə verilməməsi qənaətinə gəlsə də, üçüncü şəxs A.Cəfərovun işin 116-cı səhifəsində olan ərizəsinin dəlillərinə və həmin ərizəyə əlavə edilmiş sənədlərə ümumiyyətlə qiymət verməmiş, bu istiqamətdə hər-hansı araşdırma aparmamışdır. Halbuki, üçüncü şəxs də iddiaçıya həyətyanı torpaq sahəsinin ayrılmamasını iddia etməklə X21 filialının xx.xx.2022-ci il tarixli arxiv arayışını təqdim etmişdir ki, həmin arxiv arayışında da təsərrüfatbaşına kitablarında iddiaçının adına yalnız 1.28 ha pay torpağının olmasının qeyd edildiyi göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində göstərməsinə, eləcə də məhkəmənin də xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Quba rayonu, “Gülüstan” sovxozunun 05 avqust 1996-cı il tarixli 33 saylı əmrinin mövcud olub-olmamasını, əgər mövcuddursa həmin əmrlə iddiaçıya ayrılmış torpaq sahəsinin faktiki yerləşmə yerinin naturada müəyyən edilməsi, onun üçüncü şəxs A.Cəfərovun adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi (əgər düşürsə hansı hissədə) kimi vacib məsələlər ümumiyyətlə araşdırılmamış və qiymətləndirilməmişdir. Yeri gəlmişkən, iddiaçı ona müvafiq əmrlə məhz 0.06 ha torpaq sahəsi ayrıldığına istinad etsə də, iddia tələbində üçüncü şəxs A.Cəfərovun adına qeydiyyata alınmış 0.20 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri bütövlükdə mübahisələndirmiş, məhkəmə isə idda tələbinə həmin həcmdə baxaraq onun təmin olunması nəticəsinə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır Kollegiya qeyd edir ki, mübahisənin düzgün həlli, həmçinin tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün məhkəmə icraatı çərçivəsində yuxarıda qeyd edilən məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya yardım edilməli idi. Məhkəmənin bu qaydada davranmaq vəzifəsi İPM-in 13-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaqla bağlı yuxarıda sadalanan vəzifələrin yerinə yetirməməsi, iddianın mümkünlüyü, cavabdehin və üçüncü şəxsin etirazlsrının dəlilləri üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması və ziddiyyətlərin aradan qaldırılmaması, iddiaçının hüquqi marağına uyğun ona yardım edilməməsi iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməlidir. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə ki, yuxarıda qeyd edilən pozuntular səbəbindən iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunur ki, bu hallar da məhz birinci instasniya məhkəməsi tərəfindən aradşrılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-1978/2022 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar