Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-268/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş 11 aprel 2023- cü il tarixli, 3-17-4/3-3-2171/2023 saylı qərarın səbəbli əlaqə hissəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(118)-3833/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “ona təyin edilmiş müddətsiz ümumi xəstəliyə görə 2ci qrup əlillik dərəcəsinin 2-ci qrup müharibə əlilliyinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdeh orqan tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli, 3-17-4/3-3- 2171/2023 saylı qərarının səbəbli əlaqə hissəsində dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyən edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ilin noyabr ayından - 1995-ci ilin iyun ayınadək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tovuz rayonu ərazisində özünümüdafiə dəstələrinin tərkibində iştirak etmişdir, Qarabağ Müharibəsi veteranıdır. xx.xx.1992-ci il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində hərbi travma almışdır. Bundan sonra 2017-ci ildə iddiaçıya 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. 2022-ci ildə təkrar müayinəyə göndərilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçıya ümumi xəstəliyə görə müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlillik haqqında sənəddə göstərilmişdir ki, guya ona orqanizmin funksiyası 75% pozulmuşdur. Halbuki, iddiaçı döyüş zamanı alın və döş nahiyyəsindən qəlpə yaraları almış və hazırda orqanizminin funksiyası 100% pozulmuşdur. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 128 saylı, xx.xx.2017-ci il tarixli qərarında da yazılmışdır ki, onun aldığı Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hazırda, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçının əlilliyini ləğv etmiş və komissiya təşkil etməklə ona ümumi xəstəliyə görə müddətsiz 2-ci dərəcəli əlillik təyin etmişdir. Lakin bildirir ki, iddiaçının əlilliyi ümumi xəstəliklə deyil, xx.xx.1992-ci il tarixdə aldığı hərbi travma ilə əlaqədardır. Ümumi xəstəliyə görə müddətsiz təyin edilmiş 2-ci dərəcəli əlilliyin müddətsiz 2-ci dərəcəli Qarabağ Müharibəsi əlilliyinə dəyişdirilməsi barədə 08 fevral 2024cü il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin 3-17-4/2-M-6184/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə ona imtina verilmişdir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 128 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Alın və döş nahiyyəsinin qəlpə yaraları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 2018-ci ildə sidik kisəsinin rezeksiya olunduğunu, həftədə 1-2 dəfə qıcolma tutmalarının olduğunu, qəbul etdiyi dərmanlarının adını xatırlamadığını bildirmişdir. Müayinə zamanı sağ qasıqüstü və döş qəfəsinin ön səthində çapıq toxumalar izlənilmiş, daimi episistostomasının olduğu aşkarlanmışdır. Ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən müayinə sənədi (EEQ müayinəsinin dalğalan) təqdim olunmamış, təqdim olunmuş MRT müayinəsinin nəticəsi kəllə-beyin travması təsdiqlənməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli Arayışda diaqnoz “Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi pTamNOMO mərhələ 0. Sidik kisəsinin xərçəngi. Cərrahi əməliyyatından və MKT-dən sonrakı vəziyyət (2015 avqust). Residiv. TUR cərrahi əməliyyatından və MKTdən sonrakı vəziyyət (2016 aprel). Residiv. Xilasedici sistektomiya, ureterokutaneostomiya cərrahi əməliyyatından və İİİ kurs PKT-dən sonrakı vəziyyət (2018). rpT2bN0M0 mərhələ İİ kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Sumqayıt şəhər Tibb Mərkəzinin PHŞ 4 Nömrəli Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi Rəyində nəticə "Reziduall üzvi ümumbeyin əlamətləri-sol sentro parital üstünlüklə qeyd edilir. Fonda və funksional yüklənmə zamanı tipik epiaktivlik qeyd edilmir" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Sumqayıt Hospitalın xx.xx.2023-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi "Hərəkət artefaktı səbəbi ilə iləri dərəcədə suboptimal olan müayinədə; izlənildiyi qədərilə serebral-serebellar hemisfera intensivliyi normaldır" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi Rəyində diaqnoz "Üzvi emosional labil (astenik) pozuntu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 75 faiz pozulması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının qeyd edilən əlverişli inzibati aktdan məlumat 12 aprel 2023-cü ildə məlumat olmuş, 30 gün ərzində mübahisələndirmədiyindən iddianın mümkünsüz hesab olunmasını xahiş edirlər. İlk növbədə “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 11 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2171/2023 nömrəli qərarından görünür ki, əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir. Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizm funksiyalarının 75 faiz pozulması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının 27 noyabr 2017-ci il tarixli, 128 nömrəli qərarından görünür ki, Sumqayıt ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və Tovuz rayon mərkəzi xəstəxanasında ambulator müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Alın və döş nahiyyəsinin qəlpə yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin xx.xx.2017-ci il tarixli, 7 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 575 nömrəli arayışı, Tovuz rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, ambulator xəstələrin qeydiyyat kitabından çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(118)-3833/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh orqan tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2171/2023 saylı qərarının səbəbli əlaqə hissəsində dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçıda onda əvvəllər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilməsinə əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir və hərbi həkim komissiyası tərəfindən iddiaçı “hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmişdir. Belə olan halda cavabdeh orqanın iddiaçı tərəfindən iddiaçının əlilliyin səbəbinin məhz “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” qeyd olunmamasını əsassız hesab edir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarı ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, hazırda iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün olmamışdır. Bildirilir ki, məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşmır və eyni zamanda hakim məhkəmənin gedişində təyin edilmiş ekspert rəyini təhrif edərək iddiaçının xeyrinə tövsif etmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Sumqayıt şəhər Tibb Mərkəzinin PHŞ 4 Nömrəli Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi Rəyində nəticə “Reziduall üzvi ümumbeyin əlamətləri-sol sentro parital üstünlüklə qeyd edilir. Fonda və funksional yüklənmə zamanı tipik epiaktivlik qeyd edilmir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Sumqayıt Hospitalın xx.xx.2023-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Hərəkət artefaktı səbəbi ilə iləri dərəcədə suboptimal olan müayinədə; izlənildiyi qədərilə serebralserebellar hemisfera intensivliyi normaldır” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi Rəyində diaqnoz “Üzvi emosional labil (astenik) pozuntu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. b) İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilmiş bu və digər dəlillər real həqiqətə uyğun deyil və bu dəlillər Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3833/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin imtinasının əsası kimi göstərdiyi dəlillərin araşdırılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(1 18)-3833/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tibb ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıda hal-hazırda əvvəllər ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci dərəcəli əlillik təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda haqlı olaraq hesab etmişdir ki, iddiaçıda əvvəllər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci dərəcəli əlillik təyin edilməsinə əsas vermiş xəstəliklər davam etdiyi halda, cavabdeh inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtina etməsi əsassız olmuşdur və formal xarakter daşıyır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına online video-bağlantı vasitəsi ilə qoşulan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin eksperti X7 verilən suallara cavab olaraq bildirmişdir ki, alın və döş nahiyəsinin qəlpə yarası nəticəsində beyində hər hansısa patologiyanın baş verməsi qeyd olunmayıb. Diaqnoz hal-hazırda aşkar olunan mülayim dərəcədə ifadə olunmuş emosional pozuntunu əks etdirmir. Diaqnozun yaranma səbəbi müharibə zamanı aldığı travmanın nəticəsidir. Qəlpə yarası xəstəliyə səbəb olmaz, lakin qəlpə yarası aldıqdan sonra barotravma nəticəsində xəstəlik yarana bilər. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.https://e-qanun.az/framework/39591 Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu - XBT kodu F07.0 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları- XBT kodu F07.8 Qymətləndirmə: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti;
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki mübahisə cavabdeh orqan tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2171/2023 saylı qərarın səbəbli əlaqə hissəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək cavabdeh orqan tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2171/2023 saylı qərarının səbəbli əlaqə hissəsində dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Apellyasiya instansiyasında icraat zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq iddiaçı barəsində hansı tibb müəssisələri tərəfindən hansı tarixlərdə göndərişlərin (Forma 88) tərtib edildiyi barədə ətraflı məlumat verilməsi və həmin sənədlərin (sonuncu və əvvəlkilərdə daxil olmaqla) təsdiqlənmiş surətinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Sorğuya cavab olaraq göndərilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı barəsində Forma 88 əsasında sonuncu qəbul edilmiş qərar 28 fevral 2023-cü il tarixlidir. Bu səbəbdən iddiaçının hüquqi marağı nəzərə alınmaqla məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasının 28 fevral 2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş ümumi xəstəliyə görə müddətsiz 2-ci qrup əlilliyin səbəb-əlaqəsinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmaya görə 2-ci qrup müharibə əlilliyinə dəyişdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda ötürülmüş prosessual müddət bərpa edilmişdir. Kollegiya yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının 27 noyabr 2017-ci il tarixli, 128 nömrəli qərarından görünür ki, Sumqayıt ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və Tovuz rayon mərkəzi xəstəxanasında ambulator müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Alın və döş nahiyyəsinin qəlpə yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin xx.xx.2017-ci il tarixli, 7 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 575 nömrəli arayışı, Tovuz rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, ambulator xəstələrin qeydiyyat kitabından çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İşdən görünür ki, iddiaçı ilk dəfə xx.xx.2014-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə ikinci dərəcəli əlillik (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) təyin edilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixində iddiaçıya 5 il müddətinə ikinci dərəcəli əlillik (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) təyin edilmişdir. xx.xx.2023-cü il tarixində isə 2 il müddətinə orqanizm funksiyalarının 75% pozulmasına görə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2017-ci il tarixində 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilərkən TSEK müayinələrinin nəticələrində səbəb qismində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 28 fevral 2023-cü il tarixli qərarından görünür ki, iddiaçıya orqanizm funksiyalarının 75% pozulması ilə ümumi xəstəlik səbəbindən 30 dekabr 2022-ci il tarixindən müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 11 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2171/2023 nömrəli qərarından görünür ki, əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir. Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizm funksiyalarının 75 faiz pozulması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-3833/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X6 PHŞ-nin T 444/2024 saylı rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına “Sumqayıt Tibb Mərkəzi”ndə tərtib edilmiş xx.xx.2023-cü il tarixli H00076168ZMB nömrəli Forma 88-də göndərişində qeyd edilmiş “a) Əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri (1992); b)Ağırlaşma: F06.3- Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi mənşəli (travma nəticəsində) yaranan labil pozuntu, koqnitiv funksiyaların enməsi, F06.6üzvi mənşəli emosional labil (astenik) pozuntu, koqnitiv funksiyaların enməsi ilə, F06.0üzvi hallyusinoz, üzvi mənşəli (travma nəticəsində) yaranan labil pozuntu, koqnitiv funksiyaların enməsi, F48-digər neqativ pozuntular, asteno-nevrotik hal; c)Yanaşı xəstəliklər: C67-sidik kisəsinin bədxassəli yeni törəməsi, sidik kisəsinin Cr-i rp T2SN0M0 İİ mərhələ, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sistektomiyadan sonrakı vəziyyət (2018)” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onu inkar etmək də olmaz. Belə ki, xx.xx.2023cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman qıcolma tutmalarını təsdiqləyən müayinə sənədi (EEQ) təqdim olunmamış, təqdim olunmuş MRT müayinəsinin nəticəsində kəllə-beyin travması təsdiqlənməmiş, əlillik təyinatına əsas verən nevroloji və psixi defısit müşahidə edilməmiş, “Sumqayıt şəhər Psixiatriya xəstəxanasının xx.xx.2023cü il tarixli tibbi rəyində diaqnoz “Üzvi emosional labil (astenik) pozuntu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. “Milli Onkologiya Mərkəzi”nin xx.xx.2022-ci il tarixli arayışdakı diaqnoz əlillik təyinatına əsas vermişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi yalnış tövsif edilmişdir. 15 fevral 2023-cü il tarixli TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – T90.5 “Kəllədaxili travmaların nəticələri (1992)”, ağırlaşmaları: F48 “Digər neqativ pozuntular, asteno-nevrotik hal“, F06.6 “Üzvi mənşəli emosional labil [astenik] pozuntu, üzvi emosional labil (astenik) pozuntu, koqnitiv funksiyaların enməsi ilə”, F06.0 “Üzvi hallyusinoz, üzvi mənşəli (travma nəticəsində) yaranan labil pozuntukoqnitiv funksiyaların enməsi”, F06.3 “Əhvalın üzvi mənşəli [afffektiv] pozuntusu, üzvi mənşəli (travma nəticəsində) yaranan labil pozuntu, koqnitiv funksiyaların enməsi”, yanaşı xəstəliklər: C67 “Sidik kisəsinin bədxassəli yenitörəməsi, sidik kisəsinin Cr-i rp T2SN0M0 İİ mərhələ”, Z98.8 “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sistektomiyadan sonrakı vəziyyət (2018)” qeyd edilmişdir. Apellyasiya instansiyasında icraat zamanı iddiaçı barəsində məhz qeyd edilən xəstəliklərin və onun müvafiq qiymətləndirmə üzrə əlamətlərinin (hər bir əlamət üzrə qiymətləndirmə aparılmaqla) mövcud olub-olmaması halının müəyyən edilməsi zəruri olduğundan, həmin halın müəyyən edilməsi üçün xüsusi bilik tələb edildiyindən, işin hərtərəfli, obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə-psixiatrik eksertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilən 02 aprel 2025-ci il tarixli, 963 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı hal-hazırda Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Məhkəmənin “İddiaçı barəsində qəbul edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının 128 saylı 7 noyabr 2017-ci il tarixli “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarındakı diaqnoz ilə onun barəsində Sumqayıt Tibb Mərkəzi tərəfindən tərtib edilmiş 15 fevral 2023-cü il tarixli Forma 88 göndərişində müəyyən edilmiş diaqnozlar eynidirmi və ya əlaqəlidirmi?” sualına cavab olaraq ekspert komissiyasının üzvləri bildirir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının 128 saylı 7 noyabr 2017-ci il tarixli “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarındakı diaqnoz ilə onun barəsində Sumqayıt Tibb Mərkəzi tərəfindən tərtib edilmiş 15 fevral 2023cü il tarixli Forma 88 göndərişində müəyyən edilmiş diaqnozların fərqli olması müəyyən edilir. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən mübahisənin hərtərəfli araşdırılması məqsədilə zəruri sorğular edilərək aşağıdakı məlumatlar əldə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 13 mart 2025-ci il tarixli, 88/284 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən vətəndaş İddiaçı hərbi xidmət dövründə - xx.xx.1992ci ildə aldığı “Alın və döş nahiyəsinin qəlpə yaralan” diaqnozu ilə olan yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi qiyabi olaraq (sənədlər üzrə) təyin edilmiş və ona bu baradə xx.xx.2017-ci il tarixli 128 nömrəli qərar verilmişdir. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən MN Mərkəzi Hərbi Həkim Komissiyasının vəzifəsi vətəndaşların yalnız hərbi xidmət dövründə aldıqları xəstəliklərin və xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini və onların hərbi xidmətə yararlılıq dərəcəsini təyin etməkdən ibarətdir. Bu səbəbdən də hərbi xidmətdən buraxıldıqdan (1996) 29 il sonra vətəndaş İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müayinə edilməsi mümkün deyildir. Vətəndaşlar hərbi xidmətdən buraxıldıqdan sonra onların hərbi xidmət dövründə aldıqları travma və xəstəliklərin sonrakı ağırlaşmalarının təyini və müayinəsi həmin şəxslərin qeydiyyatda olduqları poliklinikaların səlahiyyətlərinə aiddir. Həmçinin bildirilir ki, əlillik dərəcəsinin və əlilliyin səbəb əlaqəsinin təyin edilməsi, əlilliyin yaranma vaxtı, ləğv olunması və digər məsələlərin həll edilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə daxil deyildir, bu məsələlərə aydınlıq gətirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən verilmiş 10 noyabr 2017-ci il tarixli, 575 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 028 gm saylı əmri ilə “Hərbi xidmət haqqında” AR Qanununun 18-ci maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.2013-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 iyun 2025-ci il tarixli, 3-17-4/2-15566/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən bildirilir ki, İddiaçı əlillik vəziyyəti 22 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli, 0062003AAB5S nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşa dair Sumqayıt Tibb Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, H00076168ZMB nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinəyə olunmuşdur. Məlumat üçün bildirilir ki, vətəndaşa Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 128 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Alın və döş nahiyyəsinin qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2017-ci il tarixli 128 nömrəli Qərarda göstərilən xəstəliklər əlillik səviyyəsində olmadığından, İddiaçı xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi, ümumi xəstəlik səbəbilə isə (Diaqnoz: Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi pTamN0M0 mərhələ 0. Sidik kisəsinin xərçəngi. Cərrahi əməliyyatından və MKT-dən sonrakı vəziyyət (2015 avqust). Residiv. TUR cərrahi əməliyyatından və MKTdən sonrakı vəziyyət (2016 aprel). Residiv. Xilasedici sistektomiya, ureterokutaneostomiya cərrahi əməliyyatından və İİİ kurs PKT-dən sonrakı vəziyyət (2018). rpT2bN0M0 mərhələ İİ) xx.xx.2022-ci il tarixindən müddətsiz orqanizmin funksiyalarının 75 faiz pozulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 21 iyun 2025-ci il tarixli, 3-17-4/2-15860/2025 nömrəli məktubundan görünür ki, vətəndaşa dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 128 nömrəli Qərarında qeyd edilən “Alın və döş nahiyyəsinin qəlpə yaraları” diaqnozu, eləcə də Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin yekun olaraq müəyyənləşdirdiyi, X1 (XBT) F06.6 kodu ilə əks olunan “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosinal-labil (astenik) pozuntu” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyinatına əsas verməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində əlillik təyinatı üçün nəzərdə tutulan funksional ağırlaşmalar müayinə zamanı şəxsdə aşkar edilməmişdir. Qeyd edilir ki, İddiaçı Sumqayıt Tibb Mərkəzinin H00076168ZMB nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində təyin edilmiş ümumi xəstəlik səbəbilə orqanizmin funksiyalarının 75 faiz pozulması barədə müddətsiz əlillik təyinatı onkoloji xəstəlik olan və XBT-də C67 kodu ilə təsbit olunan “Sidik kisəsinin bədxassəli törəməsi T2SN0M0 İİ mərhələ” diaqnozu əsasında dəyərləndirilərək aparılmışdır. Əlavə olaraq nəzərə çatdırılır ki, əlillik təyininə əsas verən sözügedən onkoloji xəstəliyin yuxarıda adları keçən xəstəlik və ya patofunksional pozuntu ilə heç bir etiopatogenetik əlaqəsi yoxdur. Eləcə də apellyasiya instansiyasında icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin eksperti (müvafiq ekspert rəyinin tərtib edilməsində iştirak edən) X4 online video-bağlantı vasitəsi ilə məhkəmə iclasında iştirakı təmin edilmişdir. Ekspert verilən suallara cavab olaraq bildirmişdir ki, qəlpə yarası nəticəsində beyində hər hansısa patologiyanın baş verməsi qeyd olunmayıb. Lakin qiaqnozun yaranma səbəbi müharibə zamanı aldığı travmanın nəticəsidir. Qəlpə yarası bu xəstəliyə səbəb olmaz, lakin qəlpə yarası ilə bərabər barotravma nəticəsində xəstəlik yarana bilər. Göründüyü kimi iddiaçı ilk dəfə xx.xx.2014-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə ikinci dərəcəli əlillik (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) təyin edilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixində iddiaçıya 5 il müddətinə ikinci dərəcəli əlillik (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) təyin edilmişdir. xx.xx.2023-cü il tarixində isə orqanizm funksiyalarının 75% pozulmasına görə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – T90.5 “Kəllədaxili travmaların nəticələri (1992)”, ağırlaşmaları: F48 “Digər neqativ pozuntular, astenonevrotik hal“, F06.6 “Üzvi mənşəli emosional labil [astenik] pozuntu, üzvi emosional labil (astenik) pozuntu, koqnitiv funksiyaların enməsi ilə”, F06.0 “Üzvi hallyusinoz, üzvi mənşəli (travma nəticəsində) yaranan labil pozuntukoqnitiv funksiyaların enməsi”, F06.3 “Əhvalın üzvi mənşəli [afffektiv] pozuntusu, üzvi mənşəli (travma nəticəsində) yaranan labil pozuntu, koqnitiv funksiyaların enməsi”, yanaşı xəstəliklər: C67 “Sidik kisəsinin bədxassəli yenitörəməsi, sidik kisəsinin Cr-i rp T2SN0M0 İİ mərhələ”, Z98.8 “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sistektomiyadan sonrakı vəziyyət (2018)” qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilən 02 aprel 2025-ci il tarixli, 963 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı hal-hazırda Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 7.6.2-ci bəndinə uyğun olaraq) əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmiş, habelə həmin hal hər hansı tibbi sənədə (aparılmış müayinə nəticələrinə dair tibbi sənədlər və s.) istinad edilməklə əsaslandırmamışdır. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçı barəsində tərtib olunmuş sonuncu göndərişdə iddiaçıya 2 il müddətinə orqanizm funksiyalarının 75% pozulmasına görə ümumi xəstəliklə əlaqədar əlillik təyin olunarkən istinad edilmiş C67 “Sidik kisəsinin bədxassəli yenitörəməsi, sidik kisəsinin Cr-i rp T2SN0M0 İİ mərhələ” diaqnozu ilə yanaşı digər diaqnozların (T90.5 “Kəllədaxili travmaların nəticələri (1992)”, F48 “Digər neqativ pozuntular, asteno-nevrotik hal”, F06.6 “Üzvi mənşəli emosional labil [astenik] pozuntu, üzvi emosional labil (astenik) pozuntu, koqnitiv funksiyaların enməsi ilə”, F06.0 “Üzvi hallyusinoz, üzvi mənşəli (travma nəticəsində) yaranan labil pozuntukoqnitiv funksiyaların enməsi”, F06.3 “Əhvalın üzvi mənşəli [afffektiv] pozuntusu, üzvi mənşəli (travma nəticəsində) yaranan labil pozuntu, koqnitiv funksiyaların enməsi”, Z98.8 “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sistektomiyadan sonrakı vəziyyət (2018)”) da mövcud olduğu qeyd olunmuşdur. Eləcə də yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin eksperti izahatında bildirmişdir, iddiaçıda yaranan üzvi emosional-labil (astenik) pozuntu qəlpə yarası zamanı aldığı barotravma nəticəsində xəstəlik yaranmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər, ekspert rəyi və həmin rəyin tərtib edilməsində iştirak edən ekspertin izahatı ilə iddiaçıda sözügedən xəstəliklərin mövcudluğu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyin edilməsinə əsas olması nəzərə alınanda iddiaçının tələbində haqlı olduğu müəyyən edilir. Əlavə olaraq məhkəmə kollegiyası tərəfindən iddiaçıya hüquqi yardım edilərək izah edilmişdir ki, iddiaçının hazırki tələbi əsasında əlilliyin səbəb-əlaqəsinin dəyişdirilərkən əlillik müddətli təyin oluna bilər. Lakin cavabdeh inzibati orqan bildirir ki, iddiaçıya ümumi əsaslarla müddətsiz əlillik təyin edilmişdir. İddiaçı isə müddətli olmasına baxmayaraq əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsini istədiyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının hüquqi marağını əsas götürərək işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda onkoloji xəstəlik ilə əlaqədar ümumi əsaslarla müddətsiz əlilliyin əsaslarının olması və həmin təyinatın aparılması işin mübahisəsiz halıdır. Lakin iddiaçıda onkoloji xəstəlikdən əlavə birinci Qarabağ müharibəsi zamanı aldığı travma nəticəsində yaranmış psixi xəstələyin olması, hüquqi marağına uyğun olaraq ona həmin əsaslarla əlillik təyin edilməsini tələb etməyə əsas verir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Kollegiya hesab edir ki, iddiaçının iddia tələbinin əsaslılığı yuxarıda müəyyən edilmiş hallar əsasında öz təsdiqini tapdığından, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməli, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilərək, İddiaçı xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə vəzifə olaraq qoyulmalıdr. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(118)-3833/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilərək, İddiaçı xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.