Məhkəmə qərarları › İş №2-1(105)-269/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-269/2021

26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-269/2021 26.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “təminat xərcliyi barədə məlumat vərəqənin düzgün tərtib edilib X1 İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə ərazi aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əlavə haqqı nəzərə almaqla xx xxxxxx 2012-ci il tarixdən pensiyanın yenidən hesablanıb ödənilməsi üçün təminat xərcliyi barədə məlumat vərəqəsini yenidən düzgün tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-6915/2020 saylı qərardadı ilə “İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə istinad olunaraq inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim M.Hacıbəyova) Sumqayıt İnzibati Məhkəməsi isə 2-1(118)-721/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə hazırki mübahisəyə baxılması üçün özünü səlahiyyətli saymayaraq iş üzrə ərazi aiddiyyətinin müəyyənləşdirilməsi üçün işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. (hakim C.Məmmədov) ƏSASLANDİRMA HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından görünür ki, iddiaçının pensiya çıxmazdan əvvəl sonuncu iş yeri Rusiya Federasiyasında xüsusi təsərrüfat fəaliyyəti ilə məşğul olan məntəqə tipli islah əmək müəssisəsində növbətçi əməliyyatçı-cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi, rütbəsi isə daxili xidmət mayoru olmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanununun 1.1-ci maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qanunun 33-cü maddəsinə əsasən, penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Penitensiar müəssisələrdə mülki işçilərin tərkibinə imkan daxilində psixiatrlar, psixoloqlar, sosial işçilər, müəllimlər və peşə təhsilli mütəxəssislər, bədən tərbiyəsi və idman üzrə təlimçilər daxil edilirlər. Hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixli məktubla iddiaçının adına Rusiya Federasiyasında açılmış 57/44 saylı pensiya işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2013cü il tarixli xx/xx-5709-F-25 saylı məktubundan görünür ki, Xidmət tərəfindən iddiaçı barəsində məlumat vərəqi tərtib edilərək pensiyanın təyin edilməsi üçün DSMF-nin X2 İş Departamentinə göndərilmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı dövlət qulluğunun xüsusi növu olan ədliyyə qulluqçusu kimi pensiya alır və hazırda da xidməti hüquq münasibətində olduğu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən yeni məlumat vərəqinin tərtib edilməsini tələb edir. Belə olduğu təqdirdə kollegiya hesab edir ki, hazırki mübahisə üzrə aidiyyət məsələsi Azərbaycan Respublikasının İPM-nin 8.1.3-cü maddəsinə uyğun tənzimlənməli, iddiaçının yaşayış yeri üzrə məhkəmə tərəfindən işə baxılmalıdır. İş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına əsasən Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İPM-nin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. AR İPM-in 9.1.3-cü maddəsində qeyd olunub ki, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 9, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı təminat xərcliyi barədə məlumat vərəqənin düzgün tərtib edilib X1 İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar